Ləyaqət
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ağıllı insan böyük şəxsiyyətlərin yolu ilə getməli və ən ləyaqətli olanları təqlid etməlidir ki, onların dərəcəsinə yüksəlməsələr də, heç olmasa, bir az onlara oxşasınlar. Təcrübəli oxçular da belə edərlər: vurmaq istədikləri hədəfin çox uzaqda olduğunu gördükdə yaylarının gücünü bildikləri üçün hədəfdən daha yuxarını nişan alırlar: oxlarının o qədər yüksəkliyə çatması üçün deyil, sadəcə yuxarını nişan almaq vasitəsi ilə əsl hədəfi vurmaq üçün. Hökmdar (Makiavelli)
B
[redaktə]- Başqalarının ləyaqətini könüllü və sərbəst tanımaq və qiymətləndirmək üçün özünüzə sahib olmalısınız. Artur Şopenhauer
Ç
[redaktə]- Çox böyük ləyaqətlər insanı cəmiyyət üçün faydasız edir: bazara qızıl külçəsi ilə getmirlər, bazar üçün kağız pul, ələlxüsus da xırda pul lazımdır. Nikola Şamfor
G
[redaktə]- Güclülər yox, təmiz adamlar yaxşıdırlar. Təmizlik və şəxsi ləyaqət hər şeydən güclüdür. Fyodor Dostoyevski
İ
[redaktə]- İnsanın əsl ləyaqətinin əlaməti odur ki, hətta paxılığını çəkənlər də onu tərifləməyə məcburdular. Fransua de Laroşfuko
Q
[redaktə]- Qanun hamı üçün eynidir; ləyaqət isə hər bir insanın özü üçün könüllü qoyduğu əlavə qadağalarla müəyyənləşir. Əbu Turxan
L
[redaktə]- Ləyaqət düzgünlüyün taxt - tacıdır. Baltazar Qrasian
- Ləyaqət əql və ədəbdədir, əsil-nəsəbdə deyil. Qabusnamə
- Ləyaqət nədir? Hamının sənin xoşxasiyyət, tərbiyəli, ətrafındakılara sevgiylə dolu olduğunu düşünməsinə can atma? Paulo Koelyo
- Ləyaqətli adamlar – yaxşılığı, naqislər isə – pisliyi unutmurlar. Əbu Turxan
- Ləyaqətsiz adamı təhqir etmək mümkün deyil. Əbu Turxan
Ö
[redaktə]- Özü ləyaqətsiz olan adam heç kəsə ləyaqət öyrədə bilməz. Əbdürrəhman Cami
T
[redaktə]- Təvazökarlıq ləyaqət artırır. Fransua de Laroşfuko