Məzmuna keç

Hind atalar sözləri

Hindistan bayrağı



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Açgöz adam qəzəbli olur, acgöz adamdan əxlaqsız hərəkətlər baş verir, acgözlük insanın gözünün işığını azaldır, axırda kor eləyir.
  • Acı şey yeyənə su da şirin gələr.
  • Ağac kökləri ilə yaşar, insan dostları ilə.
  • Ağıl tənbəl adama xoşbəxtlik gətirməz.
  • Ağıllı adam, ağılsız adamın son etdiyini əvvəldə edər.
  • Ağıllı adamlar öyrənmək üçün, cılız adamlar özlərini tanıtdırmaq üçün oxuyurlar.
  • Ağılsız yaxşılığın əhəmiyyəti yoxdur.
  • Ağlın varsa, onunla iş gör, əgər yoxdursa, onda atalar sözü ilə iş gör.
  • Axırıncı ağac kəsiləndə, axırıncı çay zəhərlənəndə, axırıncı quş tutulanda ancaq o zaman başa düşəcəksən ki, pul yemək olmaz.
  • Alçaq adamlar təbil kimidir, içi bomboş, hay-küyü çox.
  • Arxamca getmə - mən səni aparmaya bilərəm. Məndən qabağa getmə - mən sənin ardınca getməyə bilərəm. Yan-yana get, biz bir olaq.
  • Arvadlarına kömək edən ərlərə arvad qulu deyərlər.
  • Aslan göy gurultusuna cavab verər, çaqqal ulaşmasına yox.
  • Ayın ləkəsi gözə tez dəyər, nəinki şöləsi.
  • Baxmayaraq ki, doğuluşdan yaxındırlar, qiymətli daş-qaş ilanın qüsurunu başa düşmür, ilan da daş-qaşın dəyərini. (Hindlilərin etiqadına görə ilanın başında qiymətli daş-qaş vardır.
  • Başqasından üstün olmağımız əhəmiyyətli deyil. Əsl əhəmiyyətli olan şey, dünənki halımızdan üstün olmağımızdır.
  • Bəzi şeylər diqqətinizi çəkə bilər, ancaq ürəyinizi tutan şeylərə diqqət yetirin.
  • Bilikdən yaxşı dost yoxdur, azardan pis - düşmən.
  • Bir balaca çınqı atıb, bütün meşəni külə döndərər.
  • Bir mismar bəs edən yerdə baltadan istifadə etmə.
  • Bir şey haqqında danışmazdan əvvəl yaxşıca düşün, amma düşündüklərinin hamısını demə.
  • Bizim bütün əməllərimiz arxamızca gəlib yalvarır: ey insan, yaxşılıq elə!
  • Borcun, odun və düşmənin qalanı təzədən artar.
  • Bulud küləyə qarşı yeriməz.
  • Deyirlər qadınlara zəif "ulduzlar" himayədarlıq etdiyindən onları adətən şər qüvvələr ələ keçirir.
  • Dəmirçinin bircə zərbəsi zərgərin yüz zərbəsinə bərabərdir.
  • 900 yüz siçovul yeyəndən sonra pişik Həccə gedir.
  • Dost bədbəxtliklə, qəhrəman döyüşlə, dürüstlük borcla sınanır.
  • Dostunuza tez-tez ziyarətə gedin, çünki üstündə gedilməyən yollar tikan və kollarla bağlıdır.
  • Düşməndən iki cür yaxa qurtarmaq olar, ya əllərini işə salırsan, ya da ümidini bağlarsan ayağının cəldliyinə.
  • Dürüstlük ən yaxşı vərdişdir.
  • Ehtiyatsızlıq fəlakətin anasıdır.
  • Əgər özün haqqında doğru söz eşitmək istəyirsənsə, onu xalqın içərisinda, səni heç vaxt görməyən, tanımayan adamlardan soruş.
  • Əgər sevirsənsə, arzulayırsansa və əziyyət çəkirsənsə, deməli insansan.
  • Fildən yeddi addım, inəkdən on addım, qadından iyirmi addım, sərxoşdan otuz addım uzaq dur.
Gözlərdə göz yaşı yoxdursa, ruhda göy qurşağı yarana bilməz.
  • Gözlərdə göz yaşı yoxdursa, ruhda göy qurşağı yarana bilməz.
  • Günahkar həmişə özünü etibarsız hiss edir. [1]
  • Günəş şəfəq saçanda ulduzlar yoxa çıxar.
  • Heç nədən qorxmayan ya dəli, ya da axmaqdır.
  • Həşərat çox olsa, hətta ilanı da məhv edər.
  • Həyatda ən böyük səhv insanların hər an ölümə yaxınlaşdığını unutmaqdır. Nə qədər gənc olsa, bu səhv bir o qədər ağır olar.
  • Hünərsiz ağıl qadınlara, ağılsız hünər heyvanlara xasdır.
  • Xoş xatirələrlə və xoş ümidlərlə yaşaya bilmək iki dəfə yaşamağa bərabərdir.
  • Xoşbəxtlik həmişə cəsurların tərəfində olur.
  • İlan daş-qaşla bəzənmiş olsa da, fərqi yoxdur, yenə qorxuludur.
  • İlan hərdənbir sancar, yaramaz addımbaşı.
  • İnsan öz işi ilə özünü alçalda da bilər, uçalda da.
  • İnsanın bəzəyi-müdriklik, müdrikliyin bəzəyi - soyuqqanlıq, soyuqqanlığın bəzəyi - cəsurluq, cəsurluğun bəzəyi - yumşaqlıqdır.[2]
  • İradəsi möhkəm olan adamı xoşbəxtlik özü tapır.
  • İşləməyən dəmiri öz pası məhv edər, insanı da tənbəlliyə vərdiş etməsi.
  • Kim başqalarına xoşbəxtlik gətirirsə, o, özü xoşbəxtdir.
  • Kokila manqo ağacından dupduru şəbnəmi içir, heç özünü öymür, qurbağa bataqlıq suyundan içir - vaqqıldayır. (Kokila - melodik səsi olan hind ququ quşu. Manqo dadlı meyvəsi olan ağac)
  • Koğuşuna od düşmüş bir pis ağacın ucundan bütün meşə məhv olur.
  • Kora güzgü nə lazım.
  • Külü yuxarı kim atırsa, onun başına tökülür.
  • Qadın o qədər incə, o qədər zərif məxluqdur ki, onu gül yarpağı ilə də vurmaq olmaz.
  • Qadına zəif məxluq deyirlər, lakin onun saçları bir cüt fildən daha çox çəkir.
  • Qarğa leş yeməyincə doymaz.
  • Qaşıqdakı düyü hələ ağzına çatmayıb.
  • Qəlbi elmin, mübarizənin və məhəbbətin yolunda çırpınmayan adam nahaq anadan olub, nahaq yerə anasının cavanlığını əlindən alıb.
  • Qısqanclıq gəncliyin vərəmidiir, onu sağaltmaq çətin olur.
  • Qorxaq oğlan əlinə qolbaq taxmalıdır.
  • Qurbağa yaşadığı gölməçəni içməz.
  • Meymun zəncəfilin dadından nə bilir?
  • Müdrik adama da dost lazımdır.
  • Nəyə gərəkdir o qəhrəmanlıq ki, zəifləri müdafiə etmir, nəyə gərəkdir o dövlət ki, kasıbların ehtiyaclarına sərf olunmur, nəyə gərəkdir o fəaliyyət ki, xeyir işlər üçün görülmür, nəyə lazımdır o həyat ki, insanın başını ucaltmır?![3]
  • Nikahın ilk günləri ər-arvad arasında olan məhəbbət uşaq olandan sonra yoxa çıxır.
  • Nimbanı süd nohuruna da qoysan, yenə acı olacaq. (Nimba - acı meyvəli ağacdır.)
  • Noxud nə qədər atılıb düşsə də, tavanı partlada bilməz.
  • O yerdə ki ləyaqətsizlərə hörmət, ləyaqətlilərə nifrət edirlər - orada üç bəla yuva salır: qorxu, aclıq və ölüm.
  • Ölüm gələndə it məbədə qaçır.
  • Rifahın mənbələri zəhmət və sakitlikdir.
  • Saç-saqqal ağartmaqla hörmət sahibi olmaq olmaz. Elm və kamal sahibləri hörmətə layiqdirlər.
  • Sahildə it timsahı dartışdırar, suda - timsah iti.
  • Sağlamlıq sərvətdir.
  • Sevginin hökm sürdüyü yerdə qeyri-mümkünə nail olmaq olar.
  • Səbir gücsüzləri öldürər, güclüləri böyük edər.
  • Sənə bir dərd üz versə, səbrdən paltar geyin. Səbr edib dözməkdədir mərdanəlik, şöhrət, şan.
  • Sənin oğlun səndən yaranmış sən özünsən. Ona görə də sənə oğul doğmuş qadına anan qədər ehtiram göstər.
  • Sərraf olmayan yerdə inciyə qiymət verən olmaz.
  • Sikkəsinin saxta olduğunu aşkar edən günahkardırmı? [4]
  • Sözdə göz yaşı yoxdursa, ruhda göy qurşağı yarana bilməz.
  • Suda şanagüllə də olur, timsah da. (Şanagüllə - çiçəkli bitki.)
  • Susmaq üçün enerji tələb olunmur.
  • Süd, ilan zəhərini ancaq gücləndirir.
  • Şəhadət barmağınla birini ittiham etdiyin zaman üç barmağının sənə tərəf yönəldiyini unutma.
  • Tez görülən iş heç vaxt yaxşı deyil.
  • Təbil guruldayır, amma bilmir ki, boşdur.
  • Təhlükə gəlməmişdən ehtiyat elə.
  • Təһsil alan adam yaxşı yatır, özü-öz һəkimi olur. Səbirli olmaq, məqsədyönlülük, biliyi artırmaq, insani yetkinlik kimi xüsusiyyətlər təһsillə əlaqədardır.
  • Tikanı ayaqdan tikanla çıxararlar.
  • Üç şey dəyişkəndir: qadın, külək və sərvət.
  • Ümidini üzməyəni məğlub hesab etmək olmaz.
  • Ürəyi geniş olana bütün dünya qohum-qardaşdır.
  • Vaxtı əlinlə tuta bilməzsən.
  • Vaxtında görülməyən iş - görülməmiş kimidir.
  • Yalan adamı bir dəfə qurtarırsa, doğru iki dəfə qurtarır.
  • Yalan sözdənsə, susmaq yaxşıdır.
  • Yeməyə heç nə olmasa da, aslan ot yeməz.
  • Yerinə səpilməyən toxumbar verməz.
  • Zərbə həmişə ağrıyan yerə dəyər.
  • Zülm küləyi əsən dənizdən intiqam buxarı qalxar. [5]

İstinadlar

[redaktə]
  1. [1] Цитаты и афоризмы.
  2. "Hikmət xəzinəsindən incilər" Bakı, 2009.
  3. Aforizmlər və hikmətli sözlər.Bakı, 2005.səh.163
  4. [2] Цитаты и афоризмы.
  5. Ağıla və qəlbə işıq saaçan sözlər. Bakı, 2014. səh. 558