Rəqs
Görünüş
Rəqs — bədii obrazın ritmik plastik hərəkətlərinin və insan bədəninin ifadəli vəziyyətlərinin dəyişilməsi ilə yaranan incəsənət növü.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ac ayı rəqs etmir. Bolqar atalar sözləri
- Almanın necə var rəsmini çəkmək kütlüyün son həddidir. Heç olmasa, sevgiylə əzab verilmiş qurdu və kastanyetlərlə rəqs edən lanqustu çək, amma almanın üstündə qoy fillər əlləşsin və sən görəcəksən ki, alma burada artıqdır. Salvador Dali
- — Amma biz qocalırıq, —Dezi dedi. — Cavan olsaydıq, dərhal rəqs etməyə gedərdik. Böyük Getsbi
B
[redaktə]- Bir döyüşü məşqdən əvvəl, məşq zamanı və ya məşq sonrasında deyil, hələ yorğanmın altında rəqs etməyə başlamazdan çox əvvəl qazanmış ya da itirmiş oluram. Məhəmməd Əli
- Biri toxluqdan, digəri soyuqdan rəqs edir. Uyğur atalar sözləri
- Birliyinizdə boşluqlar olsun, aranızda göylərin küləkləri rəqs etsin. Bir-birinizi sevin, amma sevgi bağı yaratmayın: Qoy ruhlarınızın sahilləri arasında hərəkət edən bir dəniz olsun. Bir-birinizin stəkanını doldurun, amma bir fincandan içməyin. Çörəyinizdən bir-birinizə verin, amma eyni çörəkdən yeməyin. Birlikdə oxuyun, rəqs edin və şən olun, ancaq hər biriniz tək qalın, Eyni musiqi ilə titrəsələr də, lavtanın simləri tək olduğu kimi. Ürəklərinizi verin, ammaözünüzü bir-birinizin ixtiyarına verməyin. Çünki yalnız Həyatın əli ürəklərinizi saxlaya bilər. Bir yerdə durun, amma çox da yaxın olmasın: Çünki məbədin sütunları bir-birindən ayrıdır, Palıd ağacı ilə sərv bir-birinin kölgəsində bitmir. Cübran Xəlil Cübran
- Bizim bioloji ritmlərimiz kosmosun simfoniyasıdır, melodiyanı adlandıra bilməsək belə, rəqs etdiyimiz musiqidir. Derak Çopra
- Burada 872 dənə mahnı var. Hamısını dinlədim, amma heç biriylə rəqs etmədim. V for Vendetta
- Bütünlük içində rəqs etmək üçün lazım olan tək şey, yalnız bu anın gerçəkliyini qəbul etməyimizdir. Sonrakı anın gerçəkliyini gəldiyi zaman qəbul edəcəyik, amma onu gözləməyəcəyik. Oşo
E
[redaktə]- Eşq hətta eşşəyi rəqs etdirər. Fransız atalar sözləri
Ə
[redaktə]- Əsl sevgi çox incə bir şeydir. Onun alovu bataqlıq işığı kimi səyriyir və rəqs edərək əfsanəvi sevinc səltənətinə qovuşur. Teodor Drayzer
- Əvvəlcə rəqs edin, sonra düşünün. Bu təbii nizamdır. Semyuel Bekket
G
[redaktə]- Gözəl rəqs edəni yox, işləməyi bilən oğlan axtarın. Litva atalar sözləri
- Göy yağışa və qara hamilədir. Get, yaşıl olan yaşıllıqda yaşıllıqda rəqs et. Mən də səninlə gedəcəm. Federiko Qarsia Lorka
- Günəş parlayır, hava gözəl, ayaqların rəqs etmək istəyir, amma yenə də ağlının bir kənarında dursun: "Bəziləri bu an acı çəkir". Bob Marli
H
[redaktə]- Heç bir əhəmiyyət daşımayan sözlərim zamanın dalğaları üstündə yüngülcə rəqs edə bilərlər, məna ilə ağırlaşdıqlarında dibə çökərlər. Rabindranat Taqor
- Heç kim baxmırmış kimi rəqs etməlisən, heç vaxt inciməyəcəksən kimi sevməlisən, heç kim dinləməmiş kimi oxumalısan və yer üzündə cənnət kimi yaşamalısan. Vilyam Vatson Purkey
- Həyat fırtınanın keçməsini gözləmək deyil, yağışda rəqs etməyi öyrənməkdən ibarətdir. Bill Kin
- Həyat rəqs deyil - geri dönə bilməzsən. Zulu atalar sözləri
- Həyat tanqodur, rəqs etməyən axmaqdır. Argentina atalar sözləri
- Həyatınıza məna verənlərlə daha çox vaxt keçirmək üçün özünüzə söz verin. Gözəl anları dəyərləndirin, onlarla çimin. Həmişə etmək istədiyinizi edin. Dırmanmaq arzusunda olduğunuz qayaya dırmaşın və ya truba çalmağı öyrənin. Yağışda rəqs edin və ya yeni bir məşğuliyyət seçin. Musiqini sevməyi öyrənin, başqa bir xarici dil öyrənin və uşaqlıqda yaşadığınız möcüzəni yenidən alovlandırın. Nailiyyət üçün xoşbəxtliyi təxirə salmayın. Robin Şarma
X
[redaktə]- Xoşbəxtliyin qısa yolları var və rəqs də onlardan biridir. Vika Baum
İ
[redaktə]- İnsan təbiəti o qədər zəifdir ki, dini olmayan vicdanlı insanlar təhlükəli tarazlıqları ilə iplə rəqs edənlər kimi məni təhlükəli fəzilətləri ilə narahat edir. Qaston Levis
- İstəyirəm ki, nağıl inandırıcı olsun, ardıcıl olmayan yuxu kimi olmasın ki, orada nə bayağılıq, nə də cəfəngiyyat olmasın. Və ən çox istəyirəm ki, fantastika pərdəsi altında nüfuz edən göz onda adi bir varlıq üçün əlçatmaz olan hansısa dərin həqiqəti görsün. Günəşi, ayı istədikləri kimi çevirən cadulardan bezmişəm; rəqs edən dağlar; arxaya axan çaylar; dirilən ölülər və digər cəfəngiyyatlar; bütün bunlar təmtəraqlı və tutarsız üslubda deyildikdə xüsusilə dözülməz olur. Volter
- İşə «rəqs edərək» getmirsinizsə o işi tərk edin. Böyük ehtimalla pul qazanmayacaq, sərvət yaratmayacaqsınız. Uorren Baffett
K
[redaktə]- Kişilər yatmaqdan, sevişməkdən, mahnı oxumaqdan, rəqs etməkdən müharibədən daha tez yorulurlar. Homer
- Kişini müharibə etmək üçün bacarıqlı, qadını nəsil artıran kimi görmək və onların birlikdə ayaqları ilə yox, başları ilə rəqs etmələrini istəyirəm. Fridrix Nitsşe
Q
[redaktə]- Qoca ayı rəqs etməyi öyrənməyəcək. Eston atalar sözləri
- Qohumu olmayan qadın körpəsi kürəyində rəqs edir. Somali atalar sözləri
M
[redaktə]- Mən bütün rəqs dünyasını sevirəm, çünki rəqs həqiqətən bədən hərəkətləri ilə yaranan duyğulardır. Və nə qədər hiss edirsənsə, sən sadəcə öz əhvalınla daxili hissləri ortaya qoyursan...insanlar bunun əhəmiyyəti barədə düşünmürlər. Maykl Cekson
- Mən heç bir kluba və ya qrupa aid deyiləm. Mən balıq tutmuram, yemək bişirmirəm, rəqs etmirəm, kitabları təsdiq etmirəm, kitab imzalamıram, bəyannamələri imzalamıram, istiridyə yemirəm, sərxoş olmuram, kilsəyə getmirəm, analitiklərin yanına getmirəm və nümayişlərdə iştirak etmirəm. Vladimir Nabokov
- Mən müğənni və mahnı oluram. Mən bilən və tanınan oluram. Mən rəqs etməyə davam edirəm və sonra bu, yaradılışın əbədi rəqsidir. Yaradan və yaradılış bir sevinc bütövlüyündə birləşir. Mən rəqs etməyə davam edirəm - yalnız ... rəqs olana qədər. Maykl Cekson
- Musiqi dəyişəndə rəqs də dəyişər. Yapon atalar sözləri
O
[redaktə]- Oxumaq mənim üçün sığınacaq idi. Həyatımdakı acınacaqlı hər şeydən qaça bilərdim və bir hekayədə, bir personaj vasitəsilə olmaq istədiyim hər kəs ola bilərdim. Onu nə qədər bəyənməyim az qala günah idi. Valideynlərim onu nə qədər sevdiyimi bilsəydilər, düşünürdüm ki, onu əlimdən alacaqlar. Düşünürəm ki, mən də çox vəhşi bir təxəyyüllə sahib oldum, çünki oxuya bilməyən yaşda olanda real olmayan şeyləri təsəvvür edə bildiyimi və təsəvvürümdə gördüyüm hər şeyin əslində gördüyüm olduğunu xatırlayıram. Bəziləri bunun psixoz olduğunu söyləyər, amma mən deməyə üstünlük verirəm ki, bu, yazıçının təxəyyülünün başlanğıcıdır. Əgər həşəratların gözləri, ağızları və burunları olduğuna və danışa bildiyinə inansaydım, onlar belə edirdilər. Yerində rəqs edən şeytanları görə biləcəyimi düşünürdümsə, bunu görürdüm. Əgər ildırımın gözləri olduğunu və məni izləyərək məni vuracağını düşünsəm, belə olacaqdı. Düşünürəm ki, bütün bu təxəyyül üçün çıxış yolu lazım idi və mən bunu kitablarda tapdım. Amu Tan
- Oturaraq rəqs etmək olmaz. Puştu atalar sözləri
- Ov kişilər üçün rəqs kimidir; Qadınlar üçün rəqs ovdur. Avstriya atalar sözləri
Ö
[redaktə]- Ölüm hər kəslə rəqs edir. Çex atalar sözləri
P
[redaktə]- Pişik çölə çıxanda siçanlar stolun üstündə rəqs edirlər. Danimarka atalar sözləri
- Pişik evdə olmadığı zaman siçanlar masada rəqs edir. Niderland atalar sözləri
- Pişik gedəndə siçanlar stolun üstündə rəqs edirlər. Norveç atalar sözləri
- Pişik orada olmayanda siçanlar rəqs edə bilər. İrland atalar sözləri
- Pişik uzaqlaşanda siçanlar rəqs edərək çölə çıxırlar. Bosniya atalar sözləri
- Pulla hətta it də rəqs edir. Meksika atalar sözləri
R
[redaktə]- Rəqs edə bilmədiyim inqilab, inqilab deyil. Emma Qoldman
- Rəqs edə bilməyən biri torpağı günahlandırar. Nepal atalar sözləri
- Rəqs edə bilməyən deyir ki, həyət daşdır. Keniya atalar sözləri
- Rəqs edə bilməyən: “Nağara pisdir” deyəcək. Qana atalar sözləri
- Rəqs edilmədən edilən inqilab edilməyə dəyməz. V for Vendetta
- Rəqs et, ata, insanların gözü yemək yemir, sadəcə baxır. Bantu atalar sözləri
- Rəqs etməyi bilməyən musiqini sevməz. Başqırd atalar sözləri
- Rəqs etməyi sevmək aşiq olmaq yolunda ilk addım idi. Qürur və qərəz
- Rəqs - horizontal arzunun vertikal ifadəsidir. Corc Bernard Şou
- Rəqs musiqidə olan bütün sirləri aça bilər. Şarl Bodler
- Riyaziyyat ən məqbul elmdir; o və astronomiya mənimlə rəqs məclisləri, konsertlər və digər bu kimi əyləncələri təmsil edir, mən onların ancaq adlarını bilirəm. Fridrix Bessel
S
[redaktə]- Sadəcə böyük kədər və ya böyük sevinc sənin həqiqətini ortaya çıxara bilər. Bunun üçün ya Günəşin altında çılpaq rəqs edəcəksən, ya da öz çarmıxını daşıyacaqsan. Cübran Xəlil Cübran
- Seks monotonluqda inkişaf etmir. Hisslər, ixtiralar, əhval-ruhiyyə olmadan yataqda sürprizlər yoxdur. Seks göz yaşları, gülüşlər, sözlər, vədlər, səhnələr, qısqanclıq, bütün qorxu ədviyyatları, qürbət səyahətləri, yeni simalar, romanlar, hekayələr, xəyallar, fantaziya, musiqi, rəqs, tiryək, şərabla sulanmalıdır. Anais Nin
- Sənə birini sevməyini desələr, bunu necə edəcəksən? Bəli, rola girə bilərsən, sevirmiş kimi edə bilərsən; baxdığın kinolardan, oxuduğun romanlardan gözəl dialoqları təkrarlaya bilərsən. Gözəl şeylər deyə bilərsən, amma heç bir şey səndən çıxmır. Sevmir, sadəcə bir oyunda rolunu oynayırsan. İşin fəlakət olan tərəfi isə budur ki, çoxumuz bütün həyatımızı oyun belə yox, məşqlə davam etdiririk. Oyun üçün zaman əsla gəlməz, təkrar təkrar məşq edilər. Bir neçə insan üçün oyun vaxtı gəlsə belə, oyun da başqa hər hansı bir şey qədər saxtadır, çünki ürəyin içində deyil. Ölüdür, nəfəs ala bilməz. İstiliyi, canlılığı, rəqsi yoxdur. Bunu belə etmək üzrə öyrədildiyin üçün belə edirsən. Bu bir növ məşq, bədən tərbiyəsi, nəzakət qaydası, tərbiyə hər hansı bir şeydir, amma sevgi deyil. Oşo (Çandra Mohan Racniş)
Ş
[redaktə]- Şah İsmayıl yaraşıqlı, gözəl simalı, olduqca cəlbedicidir. Orta boyu, çevik vücudu, güclü və enli çiyinləri vardır; solaxaydır. Saçları sarışındır: qızılbaş adətinə uyğun olaraq yalnız bığ saxlayır, saqqalını qırxır. Gənc yaşlarında qoçaqlığına və cəsarətinə görə hər kəsi heyrətləndirirdi, qızılbaş əmirləri arasında hamıdan güclüdür. Ox atma yarışlarında hədəfdəki on almadan yeddisini vururdu. İndi onun 31 yaşı var. Ortaboylu, olduqca gözəl və mərd bir kişidir. Saqqalını qırxır, bığ saxlayır. Solaxay olsa da bütün əmirlərdən güclüdür. Oxatma məşqləri zamanı adətən musiqi çaldırır. Rəqsi çox sevir və rəqqasələr oynarkən ayaqlarını yerə döyərək, İsmayıla həsr olunan mahnılar da oxuyurlar. O, hər gün əmirlərlə oxatma yarışları keçirmək üçün meydana çıxır və həmişə də günün qaliblərinə mükafatlar verir. Bu yarışlar vaxtı onun şərəfinə çalıb-oxuyur, rəqs edirlər. Bu sufi öz təbəələri, xüsusilə də əsgərlər tərəfindən Allah kimi sevilir və pərəstiş olunur. Onun əsgərlərindən bir çoxu döyüşə yalın əllə – dəbilqə və zirehsiz girirlər, onlar əmindirlər ki, İsmayıl onları döyüşdən salamat çıxaracaq.
- G.M.Anciolello - Venesiya diplomatı
V
[redaktə]- Varlı bir kişinin bağı və iki bağbanı var idi. Bu bağbanlardan biri çox tənbəl idi və işləmirdi; amma sahibi bağa gələndə tənbəl qalxıb qollarını bir-birinə qatıb “Ağamın üzü necə də gözəldir” deyər, onun qarşısında rəqs edərdi. O biri bağban çox danışmaz, zəhmət çəkər, hər cür meyvə-tərəvəz yetişdirərdi, onu da uzaqda yaşayan ağasına başı ilə aparardı. Bu iki bağbandan hansı ağasının daha sevimlisi olardı? Şiva həmin ustaddır və bu dünya Onun bağıdır və burada iki növ bağban var; tənbəl, ikiüzlü, heç bir iş görməyən, yalnız Şivanın gözəl gözləri və burnu və digər xüsusiyyətlərindən danışan; digəri isə Şivanın uşaqlarına, bütün kasıblara və zəiflərə, bütün heyvanlara və Onun bütün yaratdıqlarına qayğı göstərir. Bunlardan hansı Şivanın daha sevimlisi olardı? Şübhəsiz ki, övladlarına xidmət edən. Ataya xidmət etmək istəyən ilk növbədə uşaqlara xidmət etməlidir. Şivaya xidmət etmək istəyən övladlarına xidmət etməlidir - ilk növbədə bu dünyada olan bütün canlılara xidmət etməlidir. Şastrada deyilir ki, Allahın bəndələrinə xidmət edənlər Onun ən böyük bəndələridir. Beləliklə, bunu nəzərə alacaqsınız. Svami Vivekananda
- Vay, vay, vay, nə pissiniz... Gəlin meymun rəqsi edək. Coni Bravo
Y
[redaktə]- Yaxşı yemək, yaxşı yatmaq, yaxşı rəqs etmək və yaxşı işləmək lazımdır. Katalan atalar sözləri
- Yalnız təvazökarlıq, sadəlik, təbiilik, başqası ilə müqayisə etməmək… Hər kəs bəznərsizdir; müqayisə etmək qeyri-mümkündür! Bir qızılgülü bir məxmər gülü ilə necə müqayisə edə bilərsən? Hansının üstdə, hansının aşağıda olduğunu necə söyləyə bilərsən? İkisinin də özünə xas gözəlliyi vardır və ikisi də çiçək açmış; günəşdə, küləkdə, yağışda rəqs etmiş; həyatını tam mənası ilə yaşamışdır. Oşo
- Yalnız tikanlı otların üzərində yalın ayaqları ilə rəqs edənlər rəqs etməyi həqiqətən sevirlər. Tomas Fuller
- Yaşlı pişik heç vaxt rəqs etməyi öyrənmir. Mərakeş atalar sözləri
- Yaşlıların fit çaldığı kimi gənclər də rəqs edirlər. Latış atalar sözləri
- Yəhudilər o qədər uzun müddət zülm gördülər ki, ümidlərini gizlətməyi öyrəndilər. Bu ümidsizliyi rəqs musiqisində ifadə edirlər. Dmitri Şostakoviç
Z
[redaktə]- Zəngin adam heç vaxt pis rəqs etməz. Ruanda atalar sözləri
- Zəriflik və ləyaqət rəqs dərsindən deyil, ürəkdən gəlir. İdiot