İnzar ayəsi

wikishia saytından
İnzar ayəsi
Ayənin adıİnzar (qorxutmaq)
Yerləşdiyi surəŞüəra
Ayənin nömrəsi214
Cüz19
Nazil olma məkanıMəkkə
MövzuEtiqadi
BarəsindəAçıq şəkildə qohumlarını İslam dininə dəvət etməsi
Sairİmam Əlinin (ə) canişin olmasının elanı


İnzar ayəsi (ərəbcə: آية الإنذار) (Şüəra, 214) Peyğəmbərə (s) yaxın qohumlarına xəbərdarlıq etməyi və onları açıq şəkildə İslama dəvət etməyi əmr edir. Allah Rəsulu (s) bu ayə nazil olduqdan sonra qohumlarından qırx nəfəri dəvət etdi. Həmçinin onları açıq şəkildə İslama dəvət etdikdən sonra Əli ibn Əbi Talibi (ə) öz canişin kimi tanıtdı. Şiə mütəkəllimləri bu ayənin nazil olma səbəbi ilə bağlı rəvayətlərə istinad edərək ondan İmam Əlinin (ə) canişinliyini sübut etmək üçün istifadə edirlər.

Şiə təfsirçiləri qorxutmaq və xəbərdarlıqda qohumlara qarşı ayrı-seçkilik şübhəsindən pərhiz etməyi, dində başqalarına qarşı səhlənkarlıq etməməyi, həmçinin qohumların Peyğəmbərin (s) pak keçmişi haqqında məlumatlı olmalarını dəvətin onlardan başlamasının dəlilləri arasında sayıblar.

İmam Əlinin (ə) imamətinin ilk sənədi

"Şüəra" surəsinin 214-cü ayəsi inzar (xəbərdarlıq) ayəsi adlanan ən məşhur ayədir. "Nəfr" ayəsinin, "Şura" surəsinin 7-ci ayəsinin və "Müddəssir" surəsinin 1 və 2-ci ayələrinin də bu adla adlandırıldığı bildirilir.[1] Bu ayədə Allah-təala Həzrət Muhəmmədə (s) yaxın qohumlarına xəbərdarlıq etməyi əmr edir. Habelə "Nümunə" təfsirində qeyd edildiyi kimi, onları şirk və Allaha qarşı çıxmaqdan qorxutmaq istənilir.[2]

Bu ayənin İslamın aşkar şəkildə təbliğ edilməsi barədə Peyğəmbərə (s) nazil olan ilk ayə olduğu hesab edilir.[3] "İnzar" ayəsinin nazil olma səbəbi ilə bağlı nəql olunan  rəvayətlər onun İmam Əlinin (ə) canişinliyi barədə olduğunu bildirir. Bəziləri bu rəvayətlərə istinad edərək , bu ayəni İmam Əlinin (ə) imamətinin ilk güclü sənədi və qəti şahidi hesab edirlər.[4] Tarixçilər "inzar" ayəsinin besətin üçüncü ilində nazil olduğunu xəbər veriblər.[5]

وَأَنْذِرْ عَشِيرَتَكَ الْأَقْرَبِينَ
Və (əvvəlcə) yaxın qohumlarını qorxut və xəbərdarlıq et.[6]



(Şüəra surəsi, ayə 214)


İmam Əlinin (ə) canişinliyinin elan edilməsi

Şiəsünni təfsirlərinə görə, "inzar" ayəsi nazil olduqdan sonra Peyğəmbər (s) yaxın qohumlarından qırx nəfəri məclisə dəvət etdi. Həmçinin onları Allahın birliyini və öz peyğəmbərliyini qəbul etməyə çağırdı. Sonra iki ya üç dəfə buyurdu: "Sizdən hansınız mənə bu işdə kömək edəcək ki, sizin aranızda mənim qardaşım, vəlim və canişim olsun?". Hamının sükut etməsindən sonra hər dəfə Əli (ə) dedi: "Ey Allahın Rəsulu (s)! Mən varam". Sonra Peyğəmbər (s) buyurdu: "Bu, mənim sizin aranızda olan vəli və xəlifəmdir. Onun sözlərinə qulaq asın və ona itaət edin".[7] "Məcməul-bəyan" kitabında ayə üçün qeyd olunan bu nazil olma səbəbinin şiələr və sünnilər arasında məşhur olduğu bildirilmişdir.[8]

Şiə mütəkəllimləri bu rəvayəti mütəvatir sayıb[9]İmam Əlinin (ə) bilavasitə xilafətini sübut etmək üçün ona istinad ediblər.[10]

Dəvət niyə qohumlardan başladı?

Təfsirçilər Peyğəmbərin (s) İslama dəvəti öz qohumlarından başlaması üçün bir sıra dəlillər bəyan ediblər, o cümlədən:

  1. Qorxutmaq və xəbərdarlıqda qohumlarla ayrıseçkilik şübhəsindən çəkinmək, din məsələsində başqalarına qarşı səhlənkarlıq etməmək.[11]
  2. Peyğəmbər (s) üçün qohum-əqrəbasını toplayıb onlara xəbərdarlıq etməsk, başqa qəbilələrdən olan insanları toplamaqdan daha asandır.[12]
  3. Allah Rəsuluna (s) iman gətirmələri halında qohumların dəstəyi və köməyindən bəhrələnmək.[13]
  4. Geniş inqilabi proqram daha kiçik dairələrdən başlamalıdır.[14]
  5. Peyğəmbərin (s) qohumları onu daha yaxşı tanıyırdılar, qohumluq əlaqələri onları başqalarından daha çox onun sözlərinə qulaq asmağa vadar edirdi. Həmçinin Peyğəmbərə (s) qarşı kin, paxıllıq və düşmənçilikdən uzaq idilər.[15]

İstinadlar

  1. Bəşəvi, Ayeye inzar, s.149
  2. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.15, s.366
  3. Mövlainiya və Mumini, Təfsire tətbiqiye Ayeye inzar əz didqahe fəriqeyn, s.144
  4. Mövlainiya və Mumini, Təfsire tətbiqiye Ayeye inzar əz didqahe fəriqeyn, s.164
  5. İbn Əsir, Əl-Kamilu fit-tarix, h.ş 1385, c.2, s.60; Bəlazuri, Ənsabul-əşraf, h.q 1417, c.1, s.116; Vəşnəvi, Həyatun-Nəbi, h.q 1424, s.1, s.105
  6. Ərəbcədən tərcümənin və şərhlərin müəllifi: Ayətullah Mirzə Əli Meşkini Ərdəbili; Azərbaycan dilinə tərcümə edənlər: Ağabala Mehdiyev və Dürdanə Cəfərli
  7. Bəhrani, Əl-Burhan, c.4, s.186-189; Furat Kufi, Təfsiru furatil-Kufi, h.q 1410, s.300; İbn Kəsir, Təfsirul-Quranil-Əzim, h.q 1406, c.6, s.151-153; Siyuti, Əd-Durrul-Mənsur, h.q 1404, c.5, s.97; Həskani, Şəvahidut-tənzil, h.q 1411, c.1, s.542-543; Təbərsi, Məcməul-bəyan, h.q 1406,c.7, s.322-323
  8. Təbərsi, Məcməul-bəyan, h.q 1406,c.7, s.322
  9. Bəşəvi, Ayeye inzar, s.149
  10. Şeyx Mufid, Risayətun fi mənəl-mövla, h.q 1413, s.39-40; Şeyx Mufid, Əl-Fusulul-muxtarə, h.q 1413, s.96; Nəbati Bəyazi, Əs-Siratul-müstəqim, h.q 1384, c.1, s.325, c.2, s.29
  11. Təbərsi, Məcməul-bəyan, h.q 1406,c.7, s.322
  12. Təbərsi, Məcməul-bəyan, h.q 1406,c.7, s.322
  13. Muğniyə, Əl-Kaşif, c.5, s.521
  14. Məkarim, Nümunə təfsiri, h.ş 1374, c.15, s.366
  15. Məkarim, Nümunə təfsiri, h.ş 1374, c.15, s.366

Ədəbiyyat

  • İbn Əsir, Əli ibn Məhəmməd, Əl-Kamilu fit-tarix, Beyrut, Daru sadir, h.ş 1385-1386
  • İbn Kəsir, İsmail ibn Ömər, Təfsirul-Quranil-Əzim, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1419
  • Bəhrani, Seyyid Haşim, Əl-Burhan, Tehran, Bunyade besət, h.q 1416
  • Bəşəvi, Məhəmməd Yaqub, Ayeye inzar, h.ş 1392
  • Bəlazuri, Əhməd ibn Yəhya, Ənsabul-əşraf, Təhqiq: Məhəmməd Baqir Mahmudi, Beyrut, DArul-məarif, h.q 1417
  • Həskani, Übeydullah ibn Əhməd, Şəvahidut-tənzil, Tehran, h.q 1411
  • Siyuti, Cəlaləddin, Əd-Durrul-Mənsur, Qum, h.q 1404
  • Şeyx Mufid, Məhəmməd ibn Məhəmməd, Risayətun fi mənəl-mövla, Qum, h.q 1413
  • Şeyx Mufid, Məhəmməd ibn Məhəmməd, Əl-Fusulul-muxtarə, Qum, h.q 1413
  • Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan, Beyrut, Nasir Xosrov, h.q 1406
  • Furat Kufi, Furat ibn İbrahim, Təfsiru furatil-Kufi, Tehran, h.q 1410
  • Muğniyə, Məhəmməd Cavad, Əl-Kaşif, Beyrut, Darul-ənvar
  • Məkarim, Nasir, Nümunə təfsiri, Tehran, Darul-kutubil-İslamiyyə, h.ş 1374
  • Mövlainiya, İzzətullah və Məhəmməd Əmin Mumini, Təfsire tətbiqiye Ayeye inzar əz didqahe fəriqeyn
  • Nəbati Bəyazi, Əli ibn Yunis, Əs-Siratul-müstəqim, Nəcəf, Çape ketabxaneye Heydəriyyə, h.q 1384
  • Vəşnəvi, Məhəmməd Qəvvam, Həyatun-Nəbi, Qum, h.q 1424