Məzmuna keç

aşna

Wiktionary saytından

azərbaycanca: aşna

Mənalar :

  1. Dost, yaxın, tanış, tanış-biliş, yoldaş. Qəriblikdə yada düşər yanaram; Aşna, yoldaş, yar, müsahib, ellər, hey! M.V.Vidadi. [Şəhrəbanı xanım:] Srağagün aşnası zərdablı Qurban bəyə kağız yazdı ki, Şamaxı çəngilərinin vədəsini alsın, toya göndərsin. M.F.Axundzadə. Bir neçə il bundan əqdəm İrandan Tiflisə bir aşnam gəlmişdi. Ə.Haqverdiyev. // Bəzən müraciət yolu ilə deyilir. Aşna, mən buna razı deyiləm. Aşna, qorxdun ha! – [Tofiq:] ..Aşna, öz aramızdır, yaxşı ovçusan. M.İbrahimov. // Bəzən zarafat, istehza, kinayə ilə deyilir. Bəyin fikrinə gəldi ki, aşnam məni əkmək istəyir. Mir Cəlal. [Əhməd:] Özü də aşnamın bu saat işi, deyəsən, yaşdır. Ə.Əbülhəsən.
  2. köhn. Qeyri-rəsmi arvad, yaxud kişi; oynaş. [Hacının oğlu] arvadından savayı, bir rus qızı da aşnası var idi. Ə.Haqverdiyev. Cəld qapını açan bu xanım indi aşnasının gəlişindən narazı kimi olmuşdu. M.Hüseyn.

Dünya xalqlarının dillərində

[redaktə]

Ural-Altay dil ailəsi: Türk qrupu

[redaktə]