Məzmuna keç

lay

Wiktionary saytından
İsim Tək Cəm
Adlıq halı lay laylar
Yiyəlik halı layın layların
Yönlük halı laya laylara
Təsirlik halı layı layları
Yerlik halı layda laylarda
Çıxışlıq halı laydan laylardan

azərbaycanca: lay

Mənalar :

lay [1]
  1. Üfüqi vəziyyətdə bir-birinin üstündə yerləşən cismin sıralarından hər biri; qat. Torpaq layı. Gil layı. Qumlu laylar. // Qatqat görünən, sıx, qalın (bulud, tüstü, duman və s. haqqında). Toz layları. Duman layları. – Bir yığın bulud layları göyün tən ortasında bir-biri üzərinə qalaqlanmışdı. Ə.Məmmədxanlı. ..Bağların üzərilə ağ bir duman layı sürünürdü. İ.Əfəndiyev. Nəhayətsiz tüstü laylarından, oddan, alovdan başqa, şəhərdə heç nə gözə dəymirdi. Ə.Əbülhəsən.
lay [2]
  1. Açılıb-örtülən şeyin (qapının, pəncərənin) tərəflərindən hər biri; tay. Qapının bir layını açmaq. Pəncərənin laylarını örtmək. lay-lay bax laybalay

Tərcümələr Dünya xalqlarının dillərində

[redaktə]

Ural-Altay dil ailəsi: Türk qrupu

[redaktə]