Məzmuna keç

nisbət

Wiktionary saytından

azərbaycanca: nisbət

Mənalar :

  1. Əlaqədarlıq, təəllüq, mənsubiyyət, bağlılıq, münasibət. Bunun o işə heç bir nisbəti yoxdur. – Bu sözə nisbət sənə gəl bir hekayət söyləyim; Lütf edib qıl bir nəzər, bu müxtəsər dastanə bax. M.V.Vidadi.
  2. İki şey arasında olan münasibət, oxşarlıq, uyğunluq, qiyas. Həqdi, gözəl çoxdu cahan içində; Ola bilməz sənə nisbət hər gözəl. Q.Zakir. _Nisbət vermək (eyləmək) – müqayisə etmək, oxşatmaq, bir tutmaq. Eşqimi eyləmə nisbət özünə, ey bülbül; O sənin istədiyin fəsli-gülüstan gülüdür. S.Ə.Şirvani.
  3. Qoş. mənasında. Görə, aid. [Məstəli şah:] Xanım, mənə nisbət nə qulluğunuz var? M.F.Axundzadə. Vəliqulu nəinki anasına nisbət, bəlkə özgələrə görə də artıq üzüyola oğlandı. C.Məmmədquluzadə. // bax nisbətən.
  4. Nisbətdə şəklində – iki şey arasında müqayisə, hal və miqdar bildirir. [Turxan bəy:] Ömür artdıqca həyatdakı nəşə də o nisbətdə əskilir. H.Cavid. [Xədicənin] rəngi bir qədər ağarmış, gözəlliyi də o nisbətdə artmışdı. S.Hüseyn.
  5. Riyaziyyatda: böyük kəmiyyətin kiçik kəmiyyətə bölünməsi. Altının üçə nisbəti. ◊ Nisbət şəkilçiləri qram. – əşyanın, hadisənin qrammatik şəxslərdən birinə aid olduğunu bildirən şəkilçilər; məs.: -ım, -ın, -ı və s.

Tərcümələr Dünya xalqlarının dillərində

[redaktə]

Ural-Altay dil ailəsi: Türk qrupu

[redaktə]