Məzmuna keç

xidmətçi

Wiktionary saytından
İsim Tək Cəm
Adlıq halı xidmətçi xidmətçilər
Yiyəlik halı xidmətçinin xidmətçilərin
Yönlük halı xidmətçiyə xidmətçilərə
Təsirlik halı xidmətçini xidmətçiləri
Yerlik halı xidmətçidə xidmətçilərdə
Çıxışlıq halı xidmətçidən xidmətçilərdən
  • azərbaycanca: xidmətçi

Mənalar :[1]https://web.archive.org/web/20160314090150/https://azerdict.com/izahli-luget/xidm%C9%99t%C3%A7i

    1. Zehni və ya istehsalatla bağlı olmayan fiziki əməyin müxtəlif sahələrində maaşla xidmət edən adam; qulluqçu. Fəhlə və xidmətçilər. – Mirzəağa [Cəmiləni] istirahət evinin bir xidmətçisi və ya məsul bir işçisi zənn etdi. S.Hüseyn. Kənd məktəbinin qoca xidmətçisi İmran kişi artırmaya qalxıb qapını döydü. Q.İlkin. // Adamların ehtiyaclarını təmin etməklə məşğul olan, xidmət göstərən şəxs. Xidmətçi qızlar hər sərnişinə ayrıca balaca podnosda və çox təmiz qab-qacaqda yemək paylayırlar. M.İbrahimov.
    2. Ev qulluqçusu (qız, qadın). Məhəmməd Səfi ağa bir az səbir eləyib, xidmətçi qızı [Alının] dalınca göndərdi. Çəmənzəminli. [Ceyran] Eldarın evindəki xidmətçi qadından da bəzi məlumat alır. S.Hüseyn. // Qulluqçu, nökər. Axırda [Cəlilin] nadincliyindən anası da bezar olub, onu bir dükançı yanına xidmətçi qoydu. İ.Musabəyov. [Pəri Bəhrama:] Onu yaxşı bil ki, sən bu evdə xidmətçi kimi bir şeysən. C.Cabbarlı. Əmioğlunun xidmətçisi Məmmədrza uşaqlıqdan bu üç ailə içində yaşadığına görə, hamımız ona bir külfət üzvü kimi baxırdıq. S.S.Axundov.

Tərcümələr Dünya xalqlarının dillərində

[redaktə]

Ural-Altay dil ailəsi: Türk qrupu

[redaktə]