“Şamaxı” “Kəpəz”i məğlub etdi - VİDEO

“Şamaxı” “Kəpəz”i məğlub etdi - VİDEO

Hazırda oxunan: “Şamaxı” “Kəpəz”i məğlub etdi - VİDEO

212417

Bu gün Misli Premyer Liqasında 7-ci tura start verilib.

Bizim.Media xəbər verir ki, turun ilk oyununda “Kəpəz” “Şamaxı”nı qəbul edib.

Gəncə təmsilçisi bu oyunda uğursuz gedişata son qoymağa çalışsa da, yenə istəyinə çata bilməyib. Qonaqlar səfərdən inamlı qələbə ilə qayıdıblar. Turun mərkəzi oyunu da ilk oyun gününə təsadüf edəcək.

Belə ki, son çempion “Qarabağ” doğma meydanda əvəzli rəqibi “Neftçi” ilə üz-üzə gələcək. “Turan Tovuz” – “Araz-Naxçıvan” oyunu sabah keçiriləcək. Sonuncu oyun günündə (22 sentyabr) isə “Səbail” “Sabah”ı, “Sumqayıt” “Zirə”ni qəbul edəcək.

Misli Premyer Liqası

7-ci tur

20 sentyabr

“Kəpəz” – “Şamaxı” 0:2

Qollar: Brahim Konate, 16. Georgi Kantariya, 19.

Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Kamran Bayramov, Nicat İsmayıllı.

Tovuz şəhər stadionu, 17:00.

Kəpəz: 1.Rojerio Santos, 2. İlkin Qırtımov, 99. Əli Səmədov, 12. Turan Manafov, 5. Rauf Hüseynli, 8. Elmir Tağıyev, 21. Camal Cəfərov, 26. Valdemar Almeyda, 78. Yeqor Kvalko (k), 19. Lassana Ndiaye, 77. Viktor Braqa

Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 80. Tural Rzayev, 11. Orxan Əliyev, 7. Ehtiram Şahverdiyev, 70. Nicat Süleymanov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 17. Ümid Səmədov, 15. Cavad Kərimov, 29. Dioqo Verdaska, 28. Redon Mihana, 10. Karim Lkouça

Baş məşqçi: Azər Bağırov

Şamaxı: 1. Rikardo Fernandes, 4. Adil Nağıyev (k), 8. İlkin Muradov, 17. Rafael Məhərrəmli, 82. Rüfət Abbasov, 32. Vasiliye Radenoviç, 20. Leroy Mikels, 93. Brahim Konate, 7. Giorgi Kantariya, 9. Belajdi Pusi, 66. Vasiliye Bakiç

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 62. Abdulla Seydəhmədov, 60. Səbayıl Bağırov, 10. Emin Zamanov, 80. Zahid Mərdanov, 5. Arsen Ağcabəyov, 13. Ramin Əhmədov, 6. Rauf Rüstəmli, 22.Qurban Səfərov, 24. Edqar Adilxanov, 19. Fəxri Məmmədli, 11. Conatan Benteke

Baş məşqçi: Ayxan Abbasov




Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO