Professor Bəhram Əliyev qəfil dünyasını dəyişib.
Oxu.Az xəbər verir ki, bu barədə sabiq təhsil naziri, Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru Misir Mərdanov məlumat yayıb.
O bildirib ki, hadisə martın 15-də adıçəkilən institutda müdafiə zamanı baş verib.
Qeyd edək ki, mərhum professor 1952-ci ildə Gürcüstanın Qardabani rayonunda anadan olub. 2016-cı ildən indiyədək Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyazi analiz kafedrasının müdiri vəzifəsində çalışırdı. Bəhram Əliyev 2018-ci ilin oktyabr ayından həmin kafedranın professoru olub. Eyni zamanda, 2006-cı ildən indiyədək AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda əvəzçiliklə baş elmi işçi vəzifəsində çalışıb.
Rəylər