Məktəbdə ilk dərs "Yaşıl dünya naminə həmrəylik" ilinə həsr olunub - FOTOLAR
Azərbaycan Respublikası elm və təhsil nazirinin 2024-2025 tədris ilinin təşkili barədə əmrinə əsasən bu ilin ilk dərs saatları 'Yaşıl dünya naminə həmrəylik" mövzusuna həsr olunub. Məqsəd tələbə və şagirdləri Prezidentimiz İlham Əliyevin COP 29 beynəlxalq tədbirlə əlaqədar 2024 cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan olunması haqqında Sərəncamı və Azərbaycan təbiətinə göstərilən dövlət qaygısı ilə tanış etməkdir.
Lənkəran Şəhər 7 nömrəli tam orta məktəbində bu ilin ilk dərs günündə baş tutan tədbirdə bu barədə ətraflı danışılıb. Şəhid analarının,ictimaiyyət nümayəndələrinin də qatıldıgı bu tədbiri giriş sözü ilə məktəbin direktoru Aynur Məmmədova açaraq şagirdlərin ekoloji tərbiyyəsinin vacibliyini vurğulayıb.
Sonra "Yaşıl dünya naminə həmrəylik" mövzusu ilə hazırlanan bükletlər, plakatlar və gül dibçəkləri nümayiş etdirilib və təbiət, Vətən haqqında şeirlər və mahnılar səsləndiriib. Şəhid analarının və müəllimlərin çıxışlarında müasir dünyada iqlim dəyişmələrinin fəsadlarından doğan narahatlıq ifadə olunub və təbiətin mühafizəzinə hamılıqla qoşulmagın zəruriliyi göstərilib.
1 saylı RETSİ nin əməkdaşı, Azərbayca Yazıçılar və Yurnalistlər Brliynin üzvü Bəxtiyar Hüseynov isə öz çıxışını Bakıda keçiriləcək beynəlxalq tədbirlər əlaqədar Ekologiya və Təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayevin rəhbərliyi ilə həyata keçirilən tədbirlərə həsr edib.
Göstərib ki, bu sahədə görülən işlər, həyata keçirilən tədbirlər örnək sayıla bilər. O, eyni zamanda COP29-un mahiyyəti və əhəmiyyəti haqqınnda öz fikirlərini tədbir iştirakçıları ilə bölüşüb.
Sonra yazıçı-ekoloq COP29 beynəlxalq tədbirinə həsr etdiyi "Yaşıl dünya naminə" adlı kitabını məktəbə və şəhid analarına hədiyyə edib.
Sonda tədbir iştirakçıları ilə xatirə şəkilləri çəkilib.
Bütün xəbərlər Facebook səhifəmizdə