Fatimə
Fatimə (ərəb. فاطمة ) və ya Fatimeyi-Zəhra (ərəb. فاطمة الزهراء) (tam adı: Fatimə binti Məhəmməd əl-Haşimi əl-Qüreyşi; ən tezi 604 və ən geci 604[1], Məkkə, Hicaz – 14 dekabr 632, Mədinə, Hicaz, Səudiyyə Ərəbistanı) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin birinci həyat yoldaşı Xədicədən olan qızı, Məhəmməd peyğəmbərin əmisi oğlu IV Raşidi xəlifə, şiələrin I imamı və xəlifəsi, II məsumu Əli ibn Əbu Talibin həyat yoldaşı, şiələrin II və III imamları Həsən ibn Əli və Hüseyn ibn Əlinin anası. Əhli-beytin 5 üzvündən biri.
Fatimə | |
---|---|
ərəb. فَاطِمَةُ الزَّهْرَاء | |
Doğum tarixi | ən tezi 604 və ən geci 604[1] |
Doğum yeri | |
Vəfat tarixi | 14 dekabr 632 (28 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | Bilinmir |
Həyat yoldaşı | |
Uşaqları | |
Atası | Məhəmməd[3][7] |
Anası | Xədicə[3][7] |
Fəaliyyəti | şair |
Vikianbarda əlaqəli mediafayllar |
YAŞAYIŞI | |
---|---|
Ad və Ləqəbləri · Fədəkiyyə xütbəsi · Fədək · | |
FATİMƏ QURANDA | |
İnsan surəsi · Kovsər surəsi · Təthir ayəsi · Mübahilə ayəsi · Nur ayəsi | |
YERLƏR | |
Fədək · Beytül Əhzan · Bəni Haşim məhəlləsi · Səqifə | |
İNSANLAR | |
AİLƏ | Məhəmməd · Xədicə · Əli |
ÖVLADLAR | Həsən · Hüseyn · Zeynəb · Ümmü Külsüm · Möhsün |
YAXINLARI | Fizzə · Ümmü İmən · Əsma |
BAŞQALARI | Ömər bin Xəttab · Qonfoz · Müğəyrə |
BAĞLI | |
Fatimə təsbihatı · Fatimə kitabı · Fatimə lövhəsi hədisi · Mübahilə günü · Fatimiyə günləri | |
Fatimə Nəcran nəsranilərilə edilən Mübahilə günündə Məhəmmədin yanında olan yeganə qadındır. O, Əbu Bəkrə beyət etməmiş və ona qarşı çıxmışdır. Fədəkiyyə xütbəsində Fədəyin qəsbi və Əlinin xilafətini müdafiə etməsi məşhurdur. Fatimə Məhəmmədin vəfatından sonra, Cəmadiyəlaxir ayının 3-cü günü hicri-qəməri 11-ci ildə Mədinədə dünyasını dəyişib, gecə, gizlicə dəfn edilib. Fatimə məşhur ərəb qadınlarındandır. İbn Tayfur (ö. 280) Fatiməyə aid xütbələri "Bəlağatun-Nisa" adlı kitabda nəql etmişdir. Fədək haqqındakı ona məxsus xütbəni Əbu Talib sülaləsi öz uşaqlarına öyrədirdilər.[8]
İsmaili şiələrinin sülaləsi olan və X–XII əsrlərdə Misirdə və Şimali Afrikada hakimlik edən Fatimilər sülaləsinin adı məhz Fatimə ilə bağlıdır və bu onların Fatimənin nəslindən olduğunu göstərir.
Müsəlmanlar ondan danışarkən "Məsumə", "Cənnət qadınlarının seyyidəsi", və ya "Peyğəmbər qızı" deyirlər. Türk-İslam mədəniyyətində isə adından əvvəl "Həzrəti", "Xanım", adından sonra isə "salamullahi aleyha" və ya "radiallahu ənha" kimi deyimlərdən istifadə edilir. Yazıda "Hz. Fatimə (s.ə.)" formasında qısaldılan bu ifadələrlə ona qarşı sevgi və hörmət ifadə olunur.
Nəsil, Künyələr və Ləqəblər
redaktəFatimənin atası Məhəmməd, anası Xüveylid b. Əsəd b. Əbdülüzza b. Kusay b. Kilabın qızı Xədicədir.[9] Fatimənin bir çox ləqəbləri var: Zəhra, Siddiqə, Tahirə, Raziyə, Mərziyyə, Mübarəkə, Bətül. Bunlardan ən çox məlum olanlarından biri olan "Zəhra" ləqəbi çox zaman adı ilə birlikdə Fatimeyi-Zəhra və ya ərəbcə tərkibi ilə Fatimətüz-Zəhra şəklində işlədilir. Öz adından belə çox istifadə edilən Zəhra, parlayan, parlaq, aydın və s. kimi mənalara gəlir.[10] Fatimənin bir neçə künyəsi var. Bunlardan ən məşhurları bunlardan ibarətdir: Ümmü Əbiha, Ümmül-Əimmə, Ümmül-Həsən və Ümmül-Hüseyn[11][12][13] Digər ləqəb və künyələri: Bətül, Siddiqə, Mübarəkə, Tahirə, Zəkiyyə, Raziyyə, Mərziyyə, Muhaddəsə, Əşrəfətul-Nisa, Meymunə, Ümmül-Əimmə, Əl-Məvziya, Əl-Kübra, Səyyidətul-Nisail-Muminat, Əfdalul-Nisail-Əhlül-Cənnəti, Bizzatuz-Tahirə, Ümmü Muhsin.
Soyu
redaktəİsmayılın nəslinin Ədnanilər (Adnanilər) qövmünün Qüreyş qəbiləsinin Bəni-Haşim tayfasının Bəni-Əbdülmüttəlib ailəsinə mənsubdur. Fatimənin atası Məhəmmədin soyu İbrahimdən gəlir.[14][15][16][17][18][19] Rəvayət edilən soy silsiləsi bu şəkildədir: Fatimə, Məhəmməd, Abdullah, Əbdülmüttəlib (Şeybə), Haşim, Əbdülmanaf (Muğirə), Qusayy, Kilab, Mürrə, Kab, Lüey, Qalib, Fixr, Malik, Nadr, Kinanə, Xüzeymə, Müdrikə (Amir), İlyas, Mudar, Nizar, Maad, Ədnan (Adnan)[20] [21][22][23][24]
Doğumu və Ölümü
redaktəFatimə Məkkədə Məhəmmədin evində dünyaya gəlib. Ancaq Şiə və Sünni mənbələrində dünyaya gəlişi haqqında müxtəlif fikirlər vardır. Əhli-Sünnə mənbələri Fatimənin təvəllüdünü Məhəmmədin besətindən beş il əvvəl və Kəbənin bərpa olunduğu il kimi qeyd etmişdir.[25] Amma Kuleyni, Üsuli-Kafi kitabında belə yazır: "Zəhranın doğumu besətdən beş il sonra gerçəkləşmişdir."[26] Yaqubi isə belə yazır: "Fatimə vəfat (şəhadət) edəndə 23 yaşında idi."[27] Doğumunun Məhəmmədin besəti ilində olması fikri eyni zamanda Şeyx Tusinin, Fatimənin Əli ilə ailə quranda yaşının 13 (Hicrətdən beş ay sonra) olduğunu qeyd etdiyi fikirlə də üst-üstə düşür.[28][29] Şiə və Sünni mənbələrində Fatimənin nütfəsinin necə yarandığına dair hədislər var. Mənbələrə görə Məhəmməd Allahın əmri ilə, qırx gecə Xədicədən uzaq durmuş, ibadət və orucla keçən 40 günün ardından və Meraca çıxıb orada cənnət yeməyi, yaxud meyvəsindən yedikdən sonra Xədicənin yanına gəlmiş və o şəkildə Fatimənin nuru Xədicədə qərar qılınmışdır.[30] Şiə və Sünni mənbələri Fatimənin hicrətin 11-ci ilində öldüyü barədə ittifaq etmişlər. Ancaq ay və gün barədə ixtilaf etmişlər. Bu məsələ haqqında bəziləri Fatimənin atasının vəfatından sonra 24 gün yaşadığı və bəziləri isə 8 aya qədər bu sayı uzatmışlar. Şiələr arasında məşhur fikir isə atasından 3 ay sonra dünyadan köçdüyü istiqamətindədir.[31] Məhəmmədin 28 Səfərdə vəfat etdiyi düşünülsə, bu tarix 3 Cəmadiyülaxıra uyğun gəlir.[32] Fatimənin doğum günü haqqındakı fərqli fikirlərin olması, təbii olaraq yaşadığı müddətinin nə qədər olduğunda da ixtilafların olmasına səbəb olur. Bu müddəti 18 ilə 35 arasında qeyd etmişlər. Əgər doğumu Məhəmmədin besətinin 5-ci ilinin Cəmadiyülaxır ayı olaraq götürülsə və ölümü hicrətin 11-ci ilində olsa, bu iki tarix arasındakı fasilə 18 il olur. Bu nəzər şiə imamları Məhəmməd Baqir və Cəfər Sadiqdən nəql edilən iki rəvayətə görədir.[33]
Uşaqlığı
redaktəFatimə atası Məhəmmədin evində və onun dini təlim və tərbiyəsi altında yetişib.[34] Uşaqlıq dövrü İslamın yetişməyə başladığı və rəqiblər tərəfindən müsəlmanlara məhdudiyyət qoyulan dövrlərdir. Bütünlüklə müsəlmanlar üçün imtahan və işgəncələrin olduğu dövrdür.[35] Bu dövr quru və yandırıcı Şeb-Əbu Talib dərəsində aclıq, susuzluq və əzablarla keçən iqtisadi və sosial blokada və mühasirənin olduğu dövrdür. Bu dövrlər eyni zamanda Fatimənin yaxınlarını itirdiyi dövrdür: Anası Xədicə və eyni şəkildə atası Məhəmmədin ən önəmli himayəçisi olan Əbu Talibin həyatlarını itirdiyi dövrdür.[36] Məhz bu dövrlərdə atası Məhəmmədi himayə etməsi və onu sakitləşdirməyinə görə atası ona "Ümmü Əbiha" (atasının anası) ləqəbini vermişdir. Bu da onun Məhəmmədin yanındakı dəyər və məqamını ortaya qoymaqdadır.[36] Müsəlmanların Məkkədən Yəsribə (Mədinətun-Nəbi, sonradan sadəcə Mədinə) hicrətləri də bu dövrlərdə baş vermiş və sonralar bu hicrət İslam tarixinin (təqvimin) başlanğıcı olaraq qəbul edilmişdir.[37] Məhəmməd Mədinəyə getdikdən sonra, ailəsi də oraya getdi. Bəlazuri belə yazır: "Zeyd b. Harisə və Əbu Rafi, Fatimə və Ümmü Gülsümü ora aparmaqla vəzifələndirilmişdi."[37][38] Ancaq İbn Hişam, Abbas ibn Əbdülmüttəlibin onları aparmaq üçün vəzifələndirildiyini yazmışdır.[37][39] Zəhra və Ümmü Gülsüm özlərini aparmaqla vəzifəli olan şəxslərlə bərabər dəvələrə minərək hərəkət ediblər. Bu zaman Məhəmmədin düşmənlərindən və davamlı olarak onu pisləyən Xuveyris b. Nuqeyz onların yanına gələrək dəvələrinə zərər verir. Dəvə qorxur və qaçır. Fatimə və Ümmü Gülsüm yerə düşürlər. İbn Hişam və başqa tarixçilər Fatimənin bu hadisədən aldığı yaranın nə olduğunu yazmayıblar, ancaq mənbələrə görə, Fatimə bu hadisədən yara almışdır.[40][41] Yaqubi isə belə yazıb: "Əli b. Əbu Talib onu Mədinəyə apardı."[42][43] Digər şiə mənbələri də Yəqubinin yazdıqlarını təsdiq edir.[43] Məsələn, Şeyx Tusi, "Əmali" kitabında Məhəmmədin Qubada gözlədiyini və "əmi oğlum (yəni Əli b. Əbu Talib) və qızım gəlməyənə qədər Mədinəyə girməyəcəyəm" dediyini yazmışdır. Şeyx Tusinin yazdığına görə, Fatimə ilə yanaşı Əlinin anası Fatimə binti Əsəd və Əbdülmüttalib b. Zübeyrin (Dəbaətin nəqlinə görə isə Zübeyrin) qızı Fatimə də Əli ilə birlikdə hicrət etmişlərdir.[44]
Evlilik
redaktəFatimənin evlənmək üçün çox elçisi olub. Məhəmmədin səhabələrindən Ömər, Əbu Bəkr, Əbdürrəhman ibn Əfv və s. kimiləri ona elçi olmuş, ancaq Məhəmməd qəbul etməmiş[45] və onlara cavab olaraq belə demişdir: "Fatimə daha kiçikdir. Əli Fatiməni istəyəndə Məhəmməd qəbul etmişdir.[46] Məhəmməd Fatiməyə belə demişdir; زوّجتکِ أقدم الاُمة اسلاماً "Səni ilk müsəlman olan adamla evləndirirəm."[47] Eyni şəkildə mühacirlərdən də bir qrup Fatiməyə elçi olmuş,[48] ancaq Məhəmməd belə demişdir: "Fatimənin izdivaç işi Allahın əlindədir. Əgər o, münasib görər və münasib bilərsə o şəkildə edəcəkdir və mən ilahi hökmü gözləməkdəyəm."[49] Fatimənin Əli ilə evliliyi hicrətin ikinci ilində Mədinədə baş verib.[25] Məhəmmədin qızının mehriyyəsi təxminən 400 dirhəm olmuşdur. Əli əşyalarından birini sataraq bu pulu əldə edib. Bu əşyanın nə olduğu barədə müxtəlif iddialar vardır. Bəzi tarixçilər bunun qalxan, bəziləri qoyun dərisi yaxud Yəmən köynəyi və ya dəvə olduğunu yazmışlar. Əli əşyasını sataraq Məhəmmədin yanına gəlir. Məhəmməd pulu saymadan bir qismini Bilala verir və belə deyir: "Bu pul ilə qızıma gözəl ətir al". Geri qalan pulu Əbu Bəkrə verir və belə deyir: "Bu pulla qızımın ehtiyac duyduğu şeyləri təmin et". Əmmar Yasir və bir neçə yoldaşını da Zəhranın cehizi üçün münasib görülən şeyləri almaq üçün Əbu Bəkrlə göndərir. Şeyx Tusi Zəhranın cehizini bu şəkildə yazmışdır: 7 dirhəm dəyərində bir köynək, 4 dirhəm dəyərində bir hicab, Xeybər malı qara bir məxmər, xurma liflərindən düzəldilmiş bir divan, üstü xurma yarpaqları ilə hörülmüş divan, Misir kətanından məmulat, birinin içi liflə, o birinin isə yunla doldurulmuş iki döşək, içləri izhirdən[q 1] doldurulmuş Taif dərisindən dörd balış, yundan düzəldilmiş bir pərdə, Həcər istehsalı bir həsir[q 2], bir əl dəyirmanı, mis bir paltar ləyəni, dəridən düzəldilmiş bir su qabı, taxta bir qab, süd sağmaq üçün bir kasa, su üçün böyük qab, qətranla örtülmüş mitəhrə[q 3], yaşıl bir səhəng və torpaqdan düzəldilmiş bir neçə ədəd saxsı qab.[50][51] Evliliyin üzərindən bir neçə gün keçmədi ki, Fatimənin atasından uzaq qalmağı ona ağır gəlib. Fatimə uzun illər boyu onun yanında qalıb. Məhəmməd Xədicənin vəsfi haqqında belə buyurub: "Xədicənin yerini kim alacaq? İnsanlar məni inkar etdikdə o təsdiqləmiş, hamı məni tərk edəndə o Allahın dininə iman gətirmiş və var-dövləti ilə yardımçı olmuşdur". Buna görə də bəy və gəlinə öz evində yer verməyi qərara alır. Xədicədən olan və sağ qalan (bu yaşa qədər yaşayan) yeganə övladının hər zaman yanında olmasını istəyir. Ancaq o, Əlinin həyat yoldaşı olduğuna görə onun evində qalmalı idi. Məhəmməd öz evinə yaxın bir yerdə onlara bir yer hazırlamaq istəyir, amma Mədinə müsəlmanlarının əziyyətə düşmələri də mümkün idi. Sonda gəlin və bəyə öz evində yer verməyə qərar verir, ancaq bu çətin bir iş idi. Çünki Məhəmmədin evində iki qadın (Sevda və Aişə) yaşayırdı. Səhabələrindən Harisə b. Nöman bu hadisədən xəbərdar olaraq Məhəmmədin yanına gəlir və belə deyir: Mənim evlərimin hamısı sənə yaxındır. Özüm və nəyim varsa, hamısı sizindir. Allaha and olsun ki, malımı almağın mənə saxlamağından daha sevimlidir. Məhəmməd cavab olaraq belə deyir: "Allah sizi mükafatlandırsın." O gündən sonra Fatimə və Əli Harisənin evlərindən birinə köçür.[52][53]
Ailə həyatı
redaktəFatimə yemək və geyimdə ən aza qənaət edər və özünə çətinlik çəkdirərdi. Ev işlərini də kimsənin öhdəsinə qoymazdı. Su daşımaqdan, ev süpürməyə, qarğıdalı və ya buğda üyüdməkdən, uşaq baxmağa, hamısını özü edərdi. Bəzən tək əliylə dəyirmanı çəkər, buğda və ya qarğıdalı üyüdər və digər əli ilə körpəni yatırardı.[54] İbn Səd öz sənədilə Əlidən belə nəql edir: "Zəhranı xanımım olaraq alanda döşəməmiz qoyun dərisindən idi, gecələr onun üzərində yatır, gündüzlər su daşıyan dəvəmizə onun üzərində ot verirdik və bu dəvədən başqa bir köməkçimiz yox idi."[54][55] Əli Bəni-Səddən bir adama belə deyir: "Fatimə və öz haqqımda sənə bir hekayə danışmağımı istəyərsənmi? : "Fatimə atasının gözündə ən sevimli adam idi. O, mənim evimdə su qabı ilə o qədər çox su daşıdı ki, qabın ipi sinəsində yer tutmuşdu. O qədər çox əl dəyirmanı ilə bir şeylər üyüddü ki, əllərinin içi döyənək bağladı. Evi o qədər çox süpürdü ki, örtüyü torpaq rəngini aldı."[56][57] Rəvayətlərdə nəql olunana görə, Məhəmməd Fatimə və Əlinin evinə gələr, onlara sevgi göstərər və tez-tez təriflər edərdi. Bir gün Fatimədən "yoldaşın necədi?" deyə soruşur. Fatimə belə cavab verir: "Ən üstün həyat yoldaşıdır." Daha sonra Əliyə Fatiməni, Fatiməyə də Əlini qoruyub himayə etməsini nəsihət edir. Əli belə buyurur: "Allaha and olsun ki, o gündən Fatimə həyatda olduğu son günə qədər onu hirsləndirəcək heç bir iş görməmişəm və heç bir şeyə onu məcbur etməmişəm. O da heç vaxt məni qəzəbləndirmədi və heç bir şeydə itaətsizlik etmədi. Həqiqətən nə vaxt ona baxsam kədər və qəmim dəf olar, gedərdi.[58] Fatimə Əli ilə ailə həyatında evin işlərini görür, yemək və çörək hazırlayırdı. Əli isə ev xaricindəki işləri görər, yaşayış tələblərini yerinə yetirirdi.[59][60]
Atasına kömək
redaktəÜhüd döyüşündən sonra Zəhraya atasının müharibə əsnasında yaralandığı və bir daşın üzünə dəyib, üzünü yaraladığı xəbərini verirlər. Bir qrup qadınla birlikdə oraya yola düşürlər. Yanlarına su və yemək də alıb döyüş meydanına gedirlər. Qadınlar yaralılara su verir və yaralarını sarıyırlar. Fatimə atasının yarasını təmizləyir,[61][62] (Vaqidi qadınların sayını 14 olaraq qeyd etmişdir.[63]) ancaq qan dayanmır. Qanın durması üçün bir az qamışlıq yandırır və külünü yaraya qoyur.[63][64] Bu döyüşdə Məhəmmədin əmisi Həmzə və 70-dən çox müsəlman ölür. Bu hadisədən sonra, Vaqidinin yazdığına görə, Fatimə iki-üç gündən bir özünü Ühüdə çatdırır və ölənlərin məzarlarının başında ağlayır və onlara dua edirdi.[65][66]
Uşaqları
redaktəFatimənin Əlidən uşaqları olmuşdur. Həsən və Hüseyn adlı iki oğul, Zeynəb və Ümmü Gülsüm adlarında iki qızı olmuşdur. Tarix və siyər müəlliflərindən heç kim bu dörd övladın varlığı haqqında tərəddüd etməmişlər. Həsən Hicrətin 3-cü ilində Ramazan ayının ortasında, Hüseyn isə Hicrətin 4-cü ilində Şaban ayında dünyaya gəlmişdir.[67] Şiə təzkirə müəllifləri və bir qrup Əhli-Sünnə alimləri Fatimənin Muhəssən (Möhsün) adlı bir oğlunun daha olduğunu yazmışlar. Hicrətin 236-cı ilində vəfat edən Qüreyş nəsil müəllifi Musəb Zübeyr Muhəssən (Möhsün) adını zikr etməmişdir. Ancaq Bəlazuri (Ölümü H.Q. 279) belə yazır: Fatimə Əli üçün Həsən, Hüseyn və Muhassən (Möhsün) adlı uşaqları dünyaya gətirmişdir. Muhassən (Möhsün) kiçik yaşda ölmüşdür.[67][68] O, həmçinin belə yazır: Möhsün dünyaya gələndə Məhəmməd Fatimədən belə soruşdu: Ona nə ad qoydun? Dedi ki: Hərb. Buyurdu ki: Onun adı Muhəssəndir.[67][69] Əli ibn Əhməd ibn Səid Əndəlusi (384–456) "Cumhurətu Ənsabul-Ərəb" adlı kitabında belə yazır: Muhəssən (Möhsün) kiçik yaşlarda öldü.[70][71] Şeyx Müfid Əlinin Fatimədən olma uşaqları haqqında belə yazır: Həsən, Hüseyn, Zeynəbi-Kübra və künyəsi Ümmü Gülsüm[71][72] olan Zeynəbi-Suğra." Bu babın sonunda isə belə yazır: "Şiələr deyirlər ki, Fatimə atasının ölümündən sonra bir uşağını saldı. Ona hamilə olduğu zaman onun adını Möhsün qoymuşdu."[71][73] Təbəri isə belə yazır: "Deyirlər ki, Fatimənin Əlidən olma kiçik yaşda ölən Muhəssən adlı bir uşağı vardı". Şiə rəvayətlərində və bəzi Əhli-Sünnə kitablarında qeyd edildiyinə görə bu uşaq (Muhəssən) Məhəmmədin vəfatından sonra baş verən çəkişmə və xaos zamanı Fatimənin aldığı zərbə nəticəsində düşmüşdür.[71][74]
Əbu Bəkrə münasibəti
redaktəMəhəmməd vəfat etdikdən sonra hakimiyyətə gələn Əbu Bəkr onun mirasında[q 4] qənaət edilmə əmrini verdi. Fatimə "mən Məhəmmədin qızıyam və hər kəsin atasından miras aldığı kimi mən də atamdan miras alıram" desə də, Əbu Bəkr belə dedi: "Mən Peyğəmbərdən eşitdim ki, belə buyurdu: Biz peyğəmbərlər miras qoymarıq, bizlərin geridə qoyduqları şey sədəqədir". Fatimə bu sözü eşidəndə "mən onun varisi olduğum halda necə olur ki, mənim bu rəvayətdən xəbərim olmur, yaxud hamınızdan atama daha yaxın olan Əlinin necə olur bundan xəbəri olmaz! Fatimə bu şəkildə xəlifənin qarşısında dayanmış, Mühacir və Ənsar Məscidül-Nəbidə olduğu zaman bir xütbə oxumuş və Quranda keçən miras ayələri ilə Əbu Bəkri şiddətlə məhkum edərək, qınamışdır. Təkcə Şiə alimləri yox, hətta eynilə bəzi Əhli-sünnə alimlərinin yazdığına görə, Məhəmməd həyatda ikən "وَاٰتِ ذَا الْقُرْبٰى حَقَّهُ" (Yaxın qohuma haqqını ver.) ayəsi (İsra, 26) nazil olduqda Fədəyi Fatiməyə verib.[75][76] Səhih Buxaridə rəvayət edildiyinə görə, Əbu Bəkr, Fatiməyə Məhəmmədin: "Biz peyğəmbərlər irs qoymarıq, bizlərin geridə qoyduqları sədəqədir" — dediyini deyəndə, Fatimə hirslənir və ondan üzünü çevirir və ölənə qədər ondan uzaq duraraq ondan üz çevirir.[77] Fatimənin qəzəb və narazılığı barədə Əhli sünnə alimləri də Məhəmməddən belə bir rəvayət nəql edirlər: "Fatimə mənim bir parçamdır, hər kim onu qəzəbləndirsə məni qəzəbləndirir."[78]
Fədək
redaktəAyətullah Baqir Sədr, "Fədək fit-Tarix" kitabında Fədək məsələsinin siyasi bir məsələ olduğunu qeyd edərək[79] belə yazır: Fədəyin Zəhra tərəfindən gündəmə gətirilməsi; İslam və Küfr, iman və nifaq cəbhələrinin təcəllisi, aşkar bəyanlar və şuranın qarşı-qarşıya gəlməsidir.[79] Baqir Sədr həmin kitabda Fədəyin əsası Səqifədə Əbu Bəkir, Ömər və Əbu Übeydə Cərrah tərəfindən planlaşdırılaraq atılan zamanın hökumətinə hərtərəfli qarşı durmaq üçün böyük bir məqsəd və inqilabı əks etdiyini dilə gətirərək bunları qeyd etməkdədir:[79] Əgər Zəhra sadəcə "xurmalıq" və ya "irs" adı ilə bir parça torpaq istəyində olsaydı, qətiyyən Əlinin tərəfdar və şiələri arasında şəhadəti əda etmək və Fədək haqqındakı dəlilini təkmil edəcək birilərini tapardı, ancaq Fatimənin məqsədi başqa bir şey idi.[79] Daha sonra Zəhranın hakimiyyətə qarşı mübarizəsinin altı mərhələdə təzahür etdiyini yazmışdır:[80]
- . Əbu Bəkrə bir elçi göndərərək irsini (Fədək və başqa şeyləri) tələb etməsi, Fədəyi irs adı ilə gündəmə gətirmədən öncə xurmalıq və ianə adı ilə gündəmə gətirməsi.
- . Birbaşa müdaxilə və Əbu Bəkrə qarşı sərt danışıq.
- . Məhəmmədin vəfatından on gün sonra Məscidül-Nəbidə irad etdiyi məşhur xütbəsi.
- . Xəstə yatağında Mühacir və Ənsar qadınlarına oxuduğu qəti xütbəsi.
- . Əbu Bəkr və Ömər özündən üzr istəmək üçün yanına gələndə onlara qarşı qısa və qəzəb dolu sözləri və onlara duyduğu qəzəb və narahatlığın dərəcəsini elan etməsi.
- . Özünə müxalif olan adamların yola salma və dəfn proseslərinə qatılıb iştirak etmələrinə razı olmadığına dair məşhur vəsiyyəti.
Baqir Sədr qiyamın başladıcısının Əli deyil, Fatimənin olmasının səbəbi haqqında həmin kitabında belə yazmaqdadır:[81] "Zəhra tərəfindən qiyamın başladılmasının iki mühüm və müsbət cəhəti var idi: Birincisi hadisənin emosianal ölçüsü. Çünki Peyğəmbər qızı olduğuna görə, insanların duyğularını daha çox coşdurur və Məhəmməd dövrü xatirələrini təcəssüm edə biləcək bir gücə sahib olması. İkincisi siyasi istiqaməti. Çünki əgər Əli mübarizə və qarşıdurmanın başladıcısı olsaydı, daxili müharibənin çıxması, müsəlmanlar arasında ayrılığın baş göstərməsi və zamanın hakimiyyətinə qarşı silahlı qarşıdurmanın olduqca sərt olma ehtimalı var idi".
Evinə hücum
redaktə632-ci ildə Əbu Bəkrə beyət etməyənlər Əlinin evində toplanırdılar. Əbu Bəkrin xəlfəliyinin qanuniliyinin tərəfdarlarından Ömər ibn Xəttab Əbu Bəkrin də icazə və razılığı ilə[82] [83] [84] [85] [86] [87] [88] [89] Əlinin evinə bir qrup əsgərlə hücum edir.[90][91][92][93] Hücum zamanı əsgərlərdən Qunfuzun qılıncının dəstəyi ilə endirdiyi zərbə nəticəsində Fatimə ağır yaralanır.
Ölümü
redaktəXəstə yatağındakı çıxışları
redaktəFatimə xəstə yatağındaykən bir qrup qadın onun görüşünə gələrək ona belə bir sual verdilər: Peyğəmbər qızı necəsən? Xəstəliyin necə oldu? Fatimə bu suallar qarşısında geniş bir cavab verərək belə buyurur:
"Allaha and olsun ki, dünyanızı sevmədiyim, kişilərinizə küskün halda sabahı açdım. Onları sınadıqdan sonra uzağa atdım, sınadıqdan sonra onlara əsəbiləşdim. Kəskinlikdən sonra yumşalma, ciddilikdən sonra qeyri-ciddilik, (mənəvi cəhətdən) divara çırpılmaq, nizənin (və ya kanalın) çatlaması, fikirlərin pozulması, istəklərin azması necə də pisdir! Çarəsizlikdən onun (Fədək və xilafətin) yüyənini onlara taxdım və onlara yüklədim, bütün yağmaları onlara yönəltdim. Zalım qövm xeyir görməsin, nəticəsiz qalsın, mərhəmətdən uzaq olsun. Təəssüflər olsun onlara! Onu (xilafəti), risalət mərkəzindən peyğəmbərlik və hidayət təməlindən, Ruhul-Əminin (Cəbrayılın) endiyi evdən, din və dünya işlərinə alim olanın əlindən çıxarıblar. "Bilin ki, bu böyük və aydın bir ziyandır". Əlidən qisas almasının səbəbi nə idi? Allaha and olsun ki, onun qılıncının kimi tanımamasından, ölümə etina etməməsindən, düşmənləri çeynəməsindən, qılıncının zərbəsindən və Allah rizası üçün olan qəzəbindən ötrü ondan intiqam aldılar. Allaha and olsun ki, əgər yoldan çəkilsəydilər (mane olmasaydılar), Rəsulullahın Əliyə qoyduğu yüyəndən (liderlikdən) və onu qəbul etməkdən imtina etsəydilər və onu (xilafət dəvəsinin cilovunu) Əliyə buraxsaydılar, bu dəvə onları doğru yola aparardı, onları (haqqı) qəbula məcbur edərdi, xalqa yumşaq davranardı, izləyənləri yorulmazdı və heç vaxt süvarisi bezməzdi. Şübhəsiz, onları həzmi asan, şirin, iki tərəfi ağzına qədər dolu və palçığa yoluxmamış bir suya aparar və suya doymuş halda geri gətirərdi. Əli onlara, gizli və aşkarda nəsihət etdi. Xilafətə çatsaydı zənginliyə görə çox bəzənməzdi (dövlət xəzinəsindən özü üçün mal yığmazdı), susuzluğunu və aclığını təmin edəcəyi az bir miqdar istisna, dünya malından bir şey toplamazdı. O zaman kimin zahid, kimin dünyaya həris olduğu, kimin doğru danışan, kimin də yalançı olduğu ortaya çıxmış olacaqdı. "Əgər xalq inansaydı, qorxub, çəkinsəydi, həqiqətən başlarına göydən və yerdən bolluqlar (bərəkət) açardıq; Lakin onlar yalanladılar, biz də onları qazandıqları şeylərdən ötrü cəzalandıracağıq". "Bunlardan zülm etmiş olanlara da, qazanmaqda olduqları pisliklər üz verəcəkdir və onlar (Allahı) aciz buraxa biləcək deyillər". Ey, gəl də dinlə, zaman həyatda nə də qəribə şeylər göstərir. Heyrət edərsən, onların sözləridir heyrətləndirən. Ah bir bilsəm bunların hansı dayağa əsaslandıqlarını da nisbət etdiklərini və hansı səbəbə sarıldıqlarını! Övladlarımın əleyhinə kimlərin təşəbbüsdə olduğunu, qalib gəldiyini və onları məhv etdiyini bir bilsəm! "Nə də pis dost və yavər!" "Zalımlar üçün necə də pis bir dəyişmədir bu". Allaha and olsun ki, bunlar xalqın liderini və çətinliklərindəki sığınacağını bir kənara itələyib alçaq və ağılsız adamları qabağa keçirdilər. O halda "gözəl iş görmüşük deyə, zənn edənlər"-in üzləri yerə sürtülsün! "Diqqət edin, əslində onlar fəsad törədənlərin özləridir, lakin bunun şüurunda deyillər". Vay onların halına! "Görəsən, başqalarını haqqa hidayət edən mi izlənməyə daha layiqdir, yoxsa başqası tərəfindən hidayət edilmədikce haqqı tapmayan kəsmi? Bəs nə olub sizə? Necə də hökm verirsiniz"? Diqqət edin! Bunların xilafəti yeni hamilə qalıb, o halda bir az möhlət verin də necə bir meyvə verəcəyini gözləyin! Sonra ondan dolu dənəsi böyüklüyündə (süd yerinə) təzə qan və həlak edən zəhər sağın. "Məhz burada batil yolu tutanlar ziyana uğradılar". Və gələcəkdəkilər, əvvəlkilərin yaratdıqlarının aqibətini görüb biləcəklər. (Artıq muradınıza çatdınız) Dünyanızdan nikbin olun və qəlbləriniz gələcək fitnələrə hazırlıqlı olsun. İti qılınclar və zorakılığın, zülmün və azğınlığın ən pisini rəva görən təcavüzkarların gücü müjdələr olsun sizə. Əhatəedici fitnələr və dövlət xəzinəsi heç kimin rəğbət etməyəcəyi qədər mal buraxan zalımların zülmü müjdələr olsun sizə! Onlar cəmiyyətinizi (məhsulunuzu) biçəcəklər. O halda həsrət və kədər olsun sizə! Haradasınız? Həqiqətən (Allahın haqq və mərhəmət yolu) sizə itmişdir, "İstəmədiyiniz halda mı biz sizi Allahın rəhmətinə (doğru yola və siratəl müstəqimə (doğru yola hidayət olmaq)) məcbur edək?!"[94][95][96] |
Dəfni və Əlinin sözləri
redaktəFatimə H.Q. 11-ci ilin Cəmadiyəlaxır ayının 3-də (M. 27 avqust 632[97][98]) aldığı zərbədən evində vəfat edir.[99][100][101] [102][103] [104] [105] [106] [107] [108] [109] Vəsiyyətinə əsasən öz yaxınları tərəfindən gecə ikən[110] Mədinədə atası Məhəmmədin məzarı ilə minbəri arasında[q 5] dəfn olunmuşdur.[111] [112] [113]
Şiə alimləri Fatimənin gecə dəfn edilməsi barədə ittifaq etmişlərdir.[114] Yəqubinin yazdığına görə Fatimə gecə vaxtı dəfn edilib və Salman, Əbu Zər və bir fikrə əsasən də Əmmar Yasirdən başqa kimsə dəfn zamanı orada olmayıb.[115] Şeyx Tusinin "Əmali" adlı kitabında Əlidən nəql etdiyi bir rəvayətə görə əmisi Abbas ibn Əbdülmüttəlib Əliyə Fatimə üçün görkəmli bir dəfn mərasimi keçirilməsini təklif edir, ancaq Əli Fatimənin dəfn işlərinin gizli olmasına dair ona vəsiyyət etdiyini deyir.[116] Əhli-Sünnə alimlərindən İbn Sad da Fatimənin gecə dəfn edildiyinə və onu Əlinin dəfn etdiyinə dair bir rəvayət nəql etməkdədir.[114][117] Bəlazuri də iki rəvayətdə bunun eynisini yazmışdır.[114][118] Buxari isə belə yazır: "Həyat yoldaşı gecə vaxtı onu dəfn etdi və Əbu Bəkrin onun dəfnində hazır olmasına icazə vermədi."[119]" Kuleyni isə bu mövzu haqqında belə yazır:
"Fatimə vəfat edəndə Əli onu gizlicə dəfn etdi. Qəbri tanınmasın deyə izləri sildi. Sonra qalxıb Məhəmmədin qəbrinə döndü və dedi ki: "Məndən sənə salam olsun, ya Rəsulullah! Və indi səni ziyarət etməkdə olan, torpağa gedən, məndən ayrılan, sənin tərəfinə keçən, Allahın sənə bir an əvvəl qovuşmasını iradə etdiyi qızından, əziz qızından ayrılmağa görə səbirim azaldı, dünya qadınlarının ağasının ayrılığından dolayı dözümüm zəiflədi. Ancaq bir təsəllim var ki, sənin yoxluğunda sünnətin mənim üçün bir dayaqdır. Mən sənin başını istirahətgahına qoydum (dəfn etdim) və sənin müqəddəs ruhun, mənim boğazımla sinəm arasından bayıra çıxdı. Səni öz əllərimlə torpağa yola saldım. Bəli, Allahın kitabında mənim üçün qəbulların ən gözəli var. Biz Allahdan gəlmişik və ona tərəf qayıdacağıq. Şübhəsiz, əmanət geri alındı, əsir tutuldu, Zəhra əlimdən çıxdı. Ya Peyğəmbər, bu mavi səma nə qədər çirkin və bu yer nə qədər toz dumandır artıq. Kədərim sonsuzdur, gecəm yuxusuzluqla keçir. Kədər həmişə qəlbimdədir. Bu vəziyyət Allahın mənim üçün də sənin olduğun diyarı iradə edəcəyi günə qədər çəkəcəkdir. "Bir kədərim var ki, ürək parçalayan və bir kədərim var ki, heyranedici. Nə tez oldu aramızda ayrılıq! Allaha şikayətlərimi bildirirəm. Qızın sənə ümmətinin necə haqqını qəsb etmə məqamında yarışdıqlarını danışacaqdır. Ondan soruş baş verənləri. Vəziyyəti ondan öyrən. Onun sinəsini yandıran neçə-neçə dərdləri vardı. Amma onları deyəcək, açacaq bir yol tapmadı. Amma indi deyəcək və Allah da hökmünü bildirəcək. Çünki o, hökm verənlərin ən yaxşısıdır. Sizə salam! Vida salamı. Amma nə qəzəbli, nə də sıxıntılı. Çünki əgər buradan geri dönürəmsə, bu çətin vəziyyətdən ötrü deyil və əgər qalsam bu Allahın səbir edənlər üçün nəzərdə tutduğu mükafatdan yana ümidsizliyə düşdüyüm mənasına gəlməz. Vay! Vay! Səbr daha etibarlı və daha gözəldir. Əgər düşmənlərin hücumlarından ehtiyat etməsəydim, burada gözləyər, etiqaf edərdim. Uşağı ölmüş yaslı bir qadın kimi bu müsibətə görə əzadarlıq tutardım. Allahın nəzarəti altında, qızın gizli dəfn edildi. Haqqı tapdalandı, mirasına əl qoyuldu. Halbuki aradan çox vaxt keçmədi və sənin xatirən təzə idi. Ya Peyğəmbər, şikayətimiz Allahadır. Ya Peyğəmbər, ən gözəl təsəlli də səndəndir. Allahın salatı və razılığı sənin və onun üzərinə olsun".[120] |
Bu xütbə Nəhcül-Bəlağədə, Tərcümə: Seyid Cəfər Şəhidi, Xütbə: 202, səh. 337–338 və ayrıca Kafidən daha qısa olaraq zikr edilmişdir. Burada eyni Üsuli-Kafinin Dr. Şəhidi tərəfindən tərcüməsi əsasına görə verilmişdir.[114]
Fəzilətləri
redaktəƏhməd ibn Hənbəlin "Müsnəd" əsərində bir neçə dəfə nəql edilən rəvayətlərin hamısının mahiyyətinə görə Məhəmməd, Təthir ayəsinin "إِنَّمَا یرِ یدُ اللَّـهُ لِیذْهِبَ عَنکمُ الرِّ جْسَ أَهْلَ الْبَیتِ وَیطَهِّرَ کمْ تَطْهِیرً" (Tərcümə: Ey Əhli-Beyt! Allah sizdən sadəcə günahı aradan qaldırmaq və sizi tərtəmiz etmək istəyir.) (Əhzab surəsi, 33-cü ayə) Nümunələri haqqında belə buyurmuşdur: "Fatimə, həyat yoldaşı və iki oğlu.[121][122][123] Yenə "Səhabənin Fəzilətləri"ndə rəvayət edildiyinə görə Məhəmməd 6 ay boyunca səhər namazına getməzdən öncə Fatimənin evinin qarşısında dayanır və belə səslənirdi: "Ey Əhli-beyt! Namaz! Namaz! Ey Əhli-beyt! "Allah sizdən yalnız hər cür çirk və günahı aradan qaldırmaq və sizi tərtəmiz etmək istiyir "."[124]
Müxtəlif Əhli-Sünnə mənbələrində Məhəmməddən nəql edildiyinə görə, Fatiməyə belə buyurub: "Həqiqətən, Allah sənin qəzəbinlə qəzəblənir və sənin xoş olmanla razı olur." ("ان الله یغضب لغضبک ویرضی لرضاک")[125][126][127][128][129][130][131][132][133][134][135]
Əhli-Sünnə mənbələrinin Məhəmməddən nəql etdiyinə görə Fatiməyə belə buyurub: "Ey Fatimə! Aləmlərin qadınlarının, bu ümmətin və mömin qadınların ağası olmaqdan razısan?"[136][137][138] "Aləmlərin qadınlarının ağası/seyyidətun nisail-Aləmin" xitabı Əli tərəfindən də Zəhra üçün məzarının başında deyilmişdir.[139]
Fatimənin hədis alimi olması. Halbuki o, nə imamdır nə də peyğəmbər. Mühəddis: Bu yolların biri vasitəsi ilə müxtəlif əşyanın həqiqətini bilməkdir:
- Allahdan, elmin ilham və muqaşifə yolu ilə ona verilməsi.
- Və ya başqalarına gizli olan həqiqətlərin onun qəlbinə axması.[140] Hakəza mühəddis: Mələyin səsini eşidər, amma onu görməz.[141] Fatimənin Müshəfi də Fatimə ilə mələyin söhbətlərindən qeydlərdir. Fatimə o söhbətləri Əliyə deyər, Əli də yazardı.[142] Müshəfdə halal və haramlar yer almır, ancaq gələcək şeylərin elmləri yer almaqdadır.[143] Fatimənin Müshəfi haqqında bax.[144]
Qurani-Kərimdə də Fatimənin fəzilətlərinə dəlalət edən ayələr var. Məsələn: Məvəddət ayəsi (Şura, 23), Mübahilə ayəsi (Ali İmran, 61), İta ayəsi (İnsan, 8 və 9). Əhli-sünnə və Şiə yolu ilə nəql edilən hədislərdə də Fatimənin fəzilətini ortaya qoyan hədislər gəlmişdir. Məsələn: Bida (Parça) Hədisi, Ənha Hədisi, Həssanət Hədisi, Buğz Hədisi, Ləvlakə Hədisi. Həmçinin Əhli-Sünnə nümayəndələrinin hər biri də Fatiməni bir şəkildə mədh ediblər.[145]
İbadət
redaktəCəfər əs-Sadiq öz ataları vasitəsi ilə Həsən ibn Əlidən belə bir rəvayət nəql edir: "Anam Cümə gecələri səhərə qədər mehrabda ibadətə dayanır və dua etmək üçün əllərini açanda imanlı kişi və qadınlara dua edərdi, ancaq özü haqqında bir şey deməzdi." Bir gün ona dedim ki: "Anacan! Niyə başqalarına etdiyin kimi özün üçün də dua etmirsən?" Buyurdu ki: "Oğlum! Qonşu daha vacibdi"[146][147] "Təsbihatı-Fatimə" deyə məşhurlaşan, Şiə, Sünni və digər mənbə və sənədlərdə rəvayət edilən ona məxsus olan zikrlər İslamda məşhurdur. Müsəlmanlar bu zikri hər namazdan sonra: "Otuz dörd dəfə "Allahu Əkbər", otuz üç dəfə "Əlhamdulillah" və otuz üç dəfə "Sübhanəllah" deyirlər.[148] Həmçinin Seyid ibn Tavusun "İqbal" adlı kitabında zöhr, əsr, məğrib, işa və sübh namazlarından sonra nizamlı bir şəkildə oxuduğu duaları rəvayət etmişdir. Eyni şəkildə çətinlik anlarında oxunan başqa duaları da nəql olunmuşdur.[148] Əhli-Sünnənin alimlərindən Həsən Bəsri belə deyir: "Bu tayfaya Fatimədən daha abid biri gəlməmişdir. Namaz və ibadətlərdə o qədər çox olardı ki, ayaqları şişmişdi."[149]
Haqqında deyilmiş sözlər
redaktəMənbə[150]
"Xanım Fatimeyi Zəhranın (ə) namazda Allah–taalanın qorxusundan nəfəsi çətin gedib-gələrdi."[151]
Allahın Peyğəmbəri(s):"Qızım ona görə Fatimə adlanıb ki, Allah-taala onu və onu sevənləri oddan (Cəhənnəmdən) uzaq edib."[152]
İmam Sadiq (ə):"Fatimənin Allah yanında doqquz adı var: Fatimə, Siddiqə, Mübarəkə, Tahirə, Zəkiyyə, Rəziyyə, Mərziyyə, Mühəddisə, Zəhra."[153]
Umarə:"İmam Sadiqdən (ə) soruşdum ki: Fatiməni nə üçün "Zəhra" (parlaq) adlandırıblar?" Buyurdu:"Çünki o mehrabda dayananda onun nuru səma əhlinə, ulduzların yerdə olanlar üçün saçması kimi saçırdı."[154]
Allahın Peyğəmbəri(s):"Fatimə mənim bədənimin bir parçasıdır. Onu sevindirən məni sevindirib və onu qəmləndirən məni qəmləndirib. Fatimə mənim üçün ən əziz şəxsdir."[155]
Allahın Peyğəmbəri(s):"Həqiqətən Fatimə mənim bədənimin bir parçasıdır. O mənim gözümün nuru və qəlbimin meyvəsidir. Onu qəmləndirən məni də qəmləndirir və onu şad edən məni də şad edir. O mənim Əhli-Beytimdən mənə qovuşan ilk şəxsdir."[156]
Allahın Peyğəmbəri(s):"Qızım Fatimə dünya xanımlarının xanımıdır."[157]
Allahın Peyğəmbəri(s):"Fatimə Cənnət xanımlarının xanımıdır[158]
Allahın Peyğəmbəri(s):"Qızım Fatimə dünyanın – yaradılışın əvvəlindən sonuna kimi – bütün qadınlarının xanımıdır."[159]
Allahın Peyğəmbəri(s) Fatimə əleyhəs-səlama buyurub:"Allah sənin qəzəbinlə qəzəblənir və sənin sevincinlə şad olur."[160]
İmam Əli (ə) Fatimə əleyhəs-səlamı torpağa tapşırarkən buyurmuşdur:"Salam olsun sənə ey Allahın Peyğəmbəri! Mənim tərəfimdən və kənarında uyuyan və sənə (başqalarından) daha tez çatan qızından! Ey Allahın Peyğəmbəri, qızının kədərləndirici ayrılığından səbirim tükəndi və güc və taqətimi əldən verdim. Amma sənin böyük kədər yaradan ayrılığın və səni itirmənin böyük müsibəti belə bir vaxtda mənim təsəlli amilimdir. Çünki başının mənim sinəmdə olduğu, mənim qucağımda can verdiyin və öz əlimlə başını qəbrinin daşı üzərinə qoyduğum anları heç vaxt unutmaram. Biz hamımız Allah tərəfindənik və Ona tərəf qayıdacağıq. Budur (mənə tapşırdığın əmanət) geri qaytarıldı və girov alındı. Amma bundan sonra, Allah mənim üçün sənin olduğun diyarı seçincəyə qədər, mənim (sizin ayrılığınız üçün olan) qəm-kədərim daimi olacaq, gecələrim oyaqlıqla keçəcək. Tezliklə qızın səni ümmətinin və bir-birləri ilə əlbir olanların ona olan zülmlərindən və haqqını qəsb etmələrindən xəbərdar edəcək. Bütün baş verənləri ondan soruş və vəziyyət barəsindəki xəbərlərin hamısını ondan xəbər al. Bu zülmlər baş verərkən sənin getməyindən elə də çox zaman keçməmişdi və xatirələrin itməmişdi. Salam olsun sizə, bezikmək deyil vida salamı! Buna görə də əgər sizin yanınızdan getsəm, bu, bezikmək və məhəbbətin olmaması demək deyil.Əgər qalsam, bu, Allahın səbir edənlərə vəd etdikləri barəsində pis gümanda olmağımdan deyil."[161]
Qeydlər
redaktə- ↑ Məkkə samanı, Burya bitkisi, bir növ incə yarpaqlı və dərman xüsusiyyəti də olan ətirli bir bitkidən
- ↑ Həcərdə məqsəd, Bəhreyn mərkəzidir. Həmçinin Mədinə yaxınlığında yerləşən bir kəndin adıdır
- ↑ çaydan, dəstəmaz qabı və təmizləmədə istifadə edilən şeylər
- ↑ miras burada ümumi mənasındadır. Ümumiyyətlə miras atasından uşağına qalan şeylərə deyilir, hətta atası həyatda olsa da. Müntəziri, 1387, səh. 392
- ↑ Hal-hazırda Məscidul-Nəbinin daxilində qalan ərazidə
İstinadlar
redaktə- ↑ 1 2 Brève biographie de Fatima.
- ↑ 1 2 Али бен-Аби-Талеб (rus.). // Энциклопедический словарь / под ред. И. Е. Андреевский СПб: Брокгауз — Ефрон, 1890. Т. I. С. 438.
- ↑ 1 2 3 4 5 6 7 8 9 Али-заде А. Фатима бинт Мухаммад (rus.). // Исламский энциклопедический словарь Москва: Ансар, 2007.
- ↑ Али-заде А. Зайнаб бинт Али (rus.). // Исламский энциклопедический словарь Москва: Ансар, 2007.
- ↑ Али-заде А. Хасан ибн Али (rus.). // Исламский энциклопедический словарь Москва: Ансар, 2007.
- ↑ Али-заде А. Хусайн ибн Али (rus.). // Исламский энциклопедический словарь Москва: Ансар, 2007.
- ↑ 1 2 Али-заде А. Хадиджа бинт Хувайлид (rus.). // Исламский энциклопедический словарь Москва: Ансар, 2007.
- ↑ Şəhidi, 1363, səh. 123
- ↑ Şəhidi, 1363, səh.21
- ↑ Şəhidi, 1363, səh.33
- ↑ Məclisi, 1983, c. 43, səh. 16
- ↑ İbn Şəhri Aşub, "Mənaqib", c. 3, səh. 132
- ↑ Qummi, "Beytül-Əhzan", səh. 12
- ↑ Müslim, "əs-Səhih", c. 4, səh. 1782, Fəzilətlər kitabı, hədis 2276
- ↑ Tirmizi, "Sünən", c. 6, səh. 5, hədis 3605 Arxivləşdirilib 2013-06-30 at the Wayback Machine
- ↑ Əhməd ibn Hənbəl, "Müsnəd", c. 4, səh. 107, hədis 17027 ve 1708 Arxivləşdirilib 2017-07-07 at the Wayback Machine
- ↑ İbni Hibban "əs-Səhih", c. 14, səh. 242, hədis 6333 Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine
- ↑ İbn Sad, "Təbaqat", c. 1, səh. 20
- ↑ Şeyx Nömani, "əl-Qeybət", səh. 73–74, hədis 7 Arxivləşdirilib 2013-08-10 at the Wayback Machine
- ↑ İbni Hişam, "Sirə", c. 1, səh. 1–3
- ↑ İbn Sad, "Təbaqat", c. 1, səh. 55–56
- ↑ Bəlazuri, "Ənsabul-Əşraf", c. 1, səh. 12
- ↑ Təbəri, "Tarix", c. 2, səh. 172–180
- ↑ Salih Suruç, "Kâinatın Efendisi Peygamberimizin Hayatı", Nesil Yayınları, səh. 40, 2013, ISBN 978-975-269-894-9
- ↑ 1 2 Ayəti, "Çəkideyi-Tarixi-Peyğəmbəri-İslam", səh. 35
- ↑ Kuleyni, 1419, c.1 ,səh. 530
- ↑ Yəqubi, 1378, c. 1, səh. 512
- ↑ "Misbahül-Mütəhəccid", səh. 561
- ↑ Ayəti, "Çəkideyi-Tarixi-Peyğəmbəri-İslam", səh. 35–36
- ↑ Məhəllati, 1379, səh. 7-8
- ↑ Müqəddəsi, 1391, səh. 156-157
- ↑ Müqəddəsi, 1391, səh. 170
- ↑ Müqəddəsi, 1391, səh. 173-174
- ↑ Şəhidi, 1363, səh. 35
- ↑ Şəhidi, 1363, səh. 36-39
- ↑ 1 2 Şəhidi, 1363, səh. 39-45
- ↑ 1 2 3 Şəhidi, 1363, səh. 42
- ↑ Bəlazuri, "Ənsabul-Əşrəf", səh. 269 və 414
- ↑ İbn Hişam, c. 4, səh. 29
- ↑ İbn Hişam, c. 4, səh. 30
- ↑ Şəhidi, 1363, səh. 42-44
- ↑ Yəqubi, 1378, c. 2, səh. 31
- ↑ 1 2 Şəhidi, 1363, səh. 43
- ↑ Tusi, 1380, səh. 694-695
- ↑ İbn Səd, "Təbəqat", c. 8, səh. 11
- ↑ Nəsai, "Sünəni-Nəsai", c. 6, səh. 62
- ↑ Şahrudi, 1432, c. 8, səh. 60
- ↑ Yəqubi, 1378, c. 2, səh. 310
- ↑ Qəzvini, 1380, səh. 191
- ↑ Tusi, 1380, c. 1, səh. 39
- ↑ Şəhidi, 1363, səh. 58-59
- ↑ Şəhidi, 1363, səh. 72-73
- ↑ İbn Səd, "Təbəqat", c. 8, səh. 22–23
- ↑ 1 2 Şəhidi, 1363, səh. 84
- ↑ İbn Səd, "Təbəqat", c. 8, səh. 14
- ↑ İbn Hənbəl, c. 2, səh. 329
- ↑ Şəhidi, 1363, səh. 85
- ↑ Məhəllati, 1379, səh. 69-70
- ↑ Qəzvini, 1380, səh. 236
- ↑ Məclisi, 1983, c. 43, səh. 31 (Ayyaşi Təfsirindən nəqlən)
- ↑ Məğazi, səh. 249
- ↑ Bəlazuri, "Ənsabul-Əşrəf", səh. 324
- ↑ 1 2 Şəhidi, 1363, səh. 78
- ↑ Məğazi, səh. 250
- ↑ Məğazi, səh. 313
- ↑ Şəhidi, 1363, səh. 79
- ↑ 1 2 3 Şəhidi, 1363, səh. 242
- ↑ Bəlazuri, "Ənsabul-Əşrəf", səh. 402
- ↑ Bəlazuri, "Ənsabul-Əşrəf", səh. 404
- ↑ Səid Əndəlusi, "Cumhurət Ənsabul-Ərəb", səh. 16
- ↑ 1 2 3 4 Şəhidi, 1363, səh. 243
- ↑ Şeyx Müfid, "İrşad", c. 1, səh. 355
- ↑ Müfid, 1428, səh. 270-271
- ↑ Şəhristani, "əl-Miləl vən-Nihəl", c. 1, səh. 77
- ↑ Süyuti, 1404, c. 4, səh. 177
- ↑ Hasaqani, 1411, səh. 438-442
- ↑ Buxari, 1981, c. 4, səh. 42
- ↑ Buxari, 1981, c. 4, səh. 210
- ↑ 1 2 3 4 Müntəziri, 1387, səh. 395
- ↑ Müntəziri, 1387, səh. 395-396
- ↑ Müntəziri, 1387, səh. 396
- ↑ Təbərani, "Mucəm əl-Kəbir", c. 1, səh. 62 Arxivləşdirilib 2014-08-19 at the Wayback Machine
- ↑ Təbəri, "Tarixi-Təbəri", c. 3, səh. 429–430
- ↑ İbni Əsakir, "Tarix", c. 30, səh. 417–418[ölü keçid]
- ↑ Zəhəbi, "Tarix əl-İslam", c. 3, səh. 118 Arxivləşdirilib 2011-08-18 at the Wayback Machine
- ↑ Muttəqi Hindi, "Kənzul-Ummal", c. 5, səh. 252, hədis: 14113
- ↑ İbn Əbilhədid, "Şərhi-Nəhcül Bəlağə" c. 2, səh. 47
- ↑ Məsudi, "Murucuz-Zəhəb", c. 2, səh. 194
- ↑ Məhəmməd ibn Əbdülvahid ibn Əhməd əl-Məqdisi, "əl-Əhadisil Muxtara", c. 1, səh. 90 Arxivləşdirilib 2013-11-20 at the Wayback Machine
- ↑ İbn Əbu Şeybə, "əl-Musənnəf", c. 7, "Məğazi" kitabı, "Ma caə fi xilafət Əbi Bəkr" babı, səh. 432, hədis 37045, Beyrut
- ↑ İbn Quteybə, "əl-İmamətu vəs-Siyasət", c. 1, səh. 12, Qahirə
- ↑ Bəlazuri, "Ənsabul-Əşraf", c. 1, səh. 576, Səqifə əhvalatı, hədis 1184, Qahirə
- ↑ Təbəri, "Tarixi-Təbəri", c. 2, səh. 443, Beyrut
- ↑ Şəhidi, 1363, səh. 149-153
- ↑ Səduq, 1379, səh. 354-356
- ↑ İbn Tayfur, 1999, səh. 28-30
- ↑ Sitat səhvi: Yanlış
<ref>
teqi;list1
adlı istinad üçün mətn göstərilməyib - ↑ Buxari, "Səhihi Buxari, "Dar İbn Kəsir", Beyrut, c. 4, səh. 1549, hədis: 3998
- ↑ Təbəri, "Dəlailul-Əimmə", səh. 45–46, Hz. Fatimə s.ə’ın vəfat və dəfni haqqındakı xəbərlər babı Arxivləşdirilib 2014-08-19 at the Wayback Machine
- ↑ Şeyx Abbas Qumi, "Beytül-əhzan", səh. 189 Arxivləşdirilib 2014-08-19 at the Wayback Machine
- ↑ Şeyx Təbrizi, "Siratun-Nicat", c. 3, səh. 441 Arxivləşdirilib 2015-05-01 at the Wayback Machine
- ↑ Seyid Cəfər Mürtəza əl-Amuli, "Zəhra s.ə.’ın müsibəti", c. 2, səh. 66 Arxivləşdirilib 2016-03-07 at the Wayback Machine
- ↑ Kuleyni, "əl-Kafi", c. 1, səh. 458, hədis 2 Arxivləşdirilib 2010-11-19 at the Wayback Machine
- ↑ Şəhidi Sani, "Müntəqi əl-Cüman", c. 1, səh. 224 Arxivləşdirilib 2013-01-02 at the Wayback Machine
- ↑ Şeyx Bəhəddin əl-Amuli, "Məşarik əl-Şəmseyn", səh. 324 Arxivləşdirilib 2021-06-12 at the Wayback Machine
- ↑ Əllamə Məclisi, "Rövzətul-Muttəfiqin", c. 5, səh. 342 Arxivləşdirilib 2011-05-27 at the Wayback Machine
- ↑ Əllamə Məclisi, "Miratul-Uqul", c. 5, səh. 315 Arxivləşdirilib 2013-11-29 at the Wayback Machine
- ↑ Şeyx Təbrizi, "Siratun-Nəcat", c. 3, səh. 440–441 Arxivləşdirilib 2015-05-01 at the Wayback Machine
- ↑ Seyid Cəfər Mürtəza əl-Amuli, "Zəhra (s.a)-nın müsibəti", c. 1, səh. 100 Arxivləşdirilib 2013-02-19 at the Wayback Machine
- ↑ * İbni Əbu Şeybə, "əl-Müsənnəf", c. 5, səh. 224, Cənazələr kitabı, Ölünü gecə dəfn etmək haqqında, hədis 11948 və 11949, "Ocak Yayınları"
- İbni Əbu Şeybə, "əl-Müsənnəf", c. 14, səh. 325, hədis 35011, "Ocak Yayınları"
- ↑ Himyəri, "Qurbul-İsnad", səh. 367, hədis 1314 Arxivləşdirilib 2011-08-08 at the Wayback Machine
- ↑ Kuleyni, "əl-Kafi", c. 1, səh. 293, hədis 9 Arxivləşdirilib 2010-11-19 at the Wayback Machine
- ↑ İbni Şübbə ən-Numəyri, "Tarixi-Mədinə", c. 1, səh. 106–107
- ↑ 1 2 3 4 Şəhidi, 1363, səh. 158
- ↑ Yəqubi, 1378, c. 1 səh. 512
- ↑ Tusi, 1380, səh. 245
- ↑ İbn Sad, "Təbaqat", c. 8, səh. 18–19
- ↑ Bəlazuri, "Ənsabul-Əşraf", səh. 405
- ↑ Buxari, "Səhihi-Buxari", c. 5, səh. 177
- ↑ Kuleyni, 1388, c. 1, səh. 381-382
- ↑ İbn Hənbəl, c. 1, səh. 331
- ↑ İbn Hənbəl, c. 4, səh. 107
- ↑ İbn Hənbəl, c. 6, səh. 292
- ↑ İbn Hənbəl, 1983, c. 2, səh. 761
- ↑ Hakim, "əl-Müstədrək aləs-Səhiheyn", c. 3, səh. 168
- ↑ İbn Əsir, "Usdul-Qabə", c. 7, səh. 224
- ↑ "Əl-İsabət", c. 4, səh. 378
- ↑ "Təhzibut-Təhzib", c. 12, səh. 469
- ↑ Heysəmi, "Məcməuz-Zəvaid", c. 9, səh. 203
- ↑ "Zahairul-Uqba", səh. 39
- ↑ Xarəzmi, "Maqtəlul-Hüseyn (ə.s)", c. 1, səh. 52
- ↑ "Təzkirətul-Xavas", səh. 310
- ↑ Gənci, "Kifayətut-Talib", səh. 364
- ↑ "əl-Əşrəful-Muayyəd", səh. 125
- ↑ "Muntəhəb Fəzailun-Nəbi və Əhli-beytəhu aleyhimus-səlam minəs-Sihahus-Sittə və ğayri huma minəl-Kutubul-Mutəbərət ində Əhli-Sünnət", səh. 263
- ↑ Hakim, "əl-Müstədrək aləs-Səhiheyn", c. 3, səh. 170
- ↑ Müslim, "Səhih-Müslim", c. 5, səh. 57
- ↑ "Muntəhəb Fəzailun-Nəbi və Əhli-beytəhu aleyhimus-səlam minəs-Sihahus-Sittə və ğayri huma minəl-Kutubul-Mutəbərət ində Əhli-Sünnət", səh. 265
- ↑ Kuleyni, 1388, c. 1, səh. 381-382
- ↑ Şahrudi, 1432, c. 8, səh. 78-85
- ↑ Şahrudi, 1432, c. 8, səh. 82-83
- ↑ Amuli, 1382, səh. 86
- ↑ Amuli, 1382, səh. 100 ("Kafi", səh. 240-dan nəqlən)
- ↑ Amuli, 1382, səh. 97-109
- ↑ Rizvani, 1389, səh. 72, 74, 76, 106, 118 və 119 Daha çox məlumat üçün Mehdi Həsəniyən Qumminin "Zahmi Xurşid" kitabına müraciət edilə bilər.
- ↑ Əli əş-Şərani, "Kəşful-Ğummə", c. 1, səh. 468
- ↑ Şəhidi, 1363, səh. 93
- ↑ 1 2 Şəhidi, 1363, səh. 94
- ↑ Məclisi, 1983, c. 43, səh. 84
- ↑ Məhəmməd Reyşəhri, "Mizanul-hikmət", 1-ci cild, Tərcüməçilər: Ağabala Mehdiyev, Elşən Mahmudov, Etibar Quliyev, "Şəhriyar", 2008, səh. 65–67
- ↑ Əllamə Məclisi, "Biharul Ənvar", c. 70, səh. 400, hədis 72
- ↑ Şeyx Tusi, "Əmali", səh. 300
- ↑ Şeyx Səduq, "Əmali", səh. 474, hədis 18
- ↑ Məani əl-Əxbar, səh. 64, hədis 15
- ↑ Əllamə Məclisi, "Biharul Ənvar", c. 43, səh. 23, hədis 17
- ↑ Şeyx Səduq, "Əmali", səh. 394, hədis 18
- ↑ Əllamə Məclisi, "Biharul Ənvar", c. 43, səh. 22, hədis 13
- ↑ Əhməd ibn Hənbəl, "Müsnəd", c. 3, səh. 80
- ↑ "Nurus Səqəleyn", c. 1, səh. 338, hədis 135
- ↑ "Kənzul Ummal", hədis 37725
- ↑ Seyyid Rəzi, Nəhcül-bəlağə, xütbə 202 Arxivləşdirilib 2014-11-05 at the Wayback Machine (ərəb.)
Ədəbiyyat
redaktə- Qurani-Kərim, tərc.: Məhəmməd Mehdi Fuladvənd, Tehran: Nəşri Darul Qurani-Kərim, 1376
- İbn Hənbəl, Əhməd ibn Hənbəl, Müsnədi-Əhməd, Beyrut: Daru Sədir
- İbn Tayfur, Əbülfəz Əhməd ibn Əbu Tahir, Bəlağatun-Nisa, təhq.: Yusif əl-Bəqai, Beyrut: Darul-İza, 1999
- Yəqubi, Əhməd ibn Əbu Yaqub, Tarixi-Yaqubi, Məhəmməd İbrahim Ayəti, Tehran: Elmi və Fərhəngi intişar şirkəti, 1378
- Ərbili, Əli ibn İsa ibn Əbülfəth, Kəşful Qummə fi Mərifətil Əimmə, Qum: Mərkəzut-Təbəatu vən-Nəşr lil-Məcməul-Aləmi li-Əhli-Beyt (ə.s), 1426
- Səduq, Məhəmməd ibn Əli Qummi, Məaniul-Əxbar, təsh. və təl.: Əli Əkbər əl-Ğəffari, Qum: müəssəsi ən-Nəşrul-İslamiyyə, 1379
- Tusi, Məhəmməd ibn Həsən, Əmali, təhq. və taliq: Bəhrad əl-Cəfəri, Əli Əkbər əl-Ğəffari, Tehran: Darül-Kutubul-İslamiyyə, 1380
- , Məşhəd/Tehran, 1378
- Həsəniyyən Qummi, Zəhmi Xurşid Mehdi, Kaveş der zindegiyi Hz. Zəhra (s.ə), Tehran: intişar Əmir Kəbir, 1379
- Məhəllati, Seyid Haşim Rəsuli, Zindeganiyi Hz. Fatimə (s.ə) və doğteran Ən Həzrət (8), Tehran: dəftər nəşri Firhəngi İslami, 1379
- Rizvani, Əli Əsgər, Fatimə Zəhra Məzlumeyi Tarix, Qum: intişar Sübhü Ümid Yaran, 1389
- Şahrudi, Məhəmməd Həsən Şafii, Silsilə Məvzuat əl-Qadir Əllamə Əmini (Siddiqeyi-Tahirə Fatimə Zəhra), Qum: Müəssisə Miras Nübuvvət, 1432
- Şəhidi, Seyid Cəfəri, Zindegani Fatimə Zəhra (s.ə), Tehran: dəftər nəşir Firhəngi İslami, 1363
- Amuli, Seyid Cəfər Mürtəza, Renchayi Hz. Zəhra (s.ə), tərc.: Məhəmməd Sipəhri (3), Qum: İntişar Təhzib, 1382
- Qəzvini, Seyid Məhəmməd Kazım, Fatimətüz-Zəhra əz vəladət ta şəhadət, tərc.: Əli Kərəmi (3), Qum: Nəşri Mürtəza, 1380
- Kuleyni, Məhəmməd ibn Yaqub, Üsuli-Kafi, Beyrut: Darut Taarif lil-Mətbuat, 1419
- Məclisi, Məhəmməd Baqir, Biharul-Ənvar, Beyrut: Daru İhyaut-Turasul-Ərəbi, 1983
- Müqəddəsi, Yədullah, Baz Pejuhi Tarix vəladət və şəhadət Məsuman (s.ə), Qum: Pejuheşgah Ulum və Fərhəng İslami, 1391
- Müntəhab Fəzailun Nəbi və Əhli Beytəhu aleyhimus salam minəs Sihahis Sittə və ğayri hima minəl Kutubul Mutəbərə ində Əhli Sünnət, intihab və təhq.: Mərkəz əl-Qadir lil-Dirasətil İslamiyyə, Beyrut: əl-Qadir, 1423
- Müntəziri, Hüseyn Əli, Hz. Fatimə Zəhranın aleyha salam xütbəsi və Fədək Macərası, Tehran: Müəssəsi Firhəng Xordeva, 1387
- Müfid, Məhəmməd ibn Məhəmməd, Əl-İrşad, Qum: Səid ibn Cubeyr, 1428
- [[Cəlaləddin Süyuti|Süyuti, Cəlaləddin]], əd-Durrul-Mənsur fi Təfsiril-Məsur, Qum: Ayətullah Nəcəfi Məraşi Kitabxanası, 1404 (#bad_paramlink)
- Hasaqani, Ubeydullah ibn Əhməd, Şəvahidul Tənzil, Li-Qavaidut Tafdil, təhq.: Məhəmməd Baqir Mahmudi, Tehran: İslami İrşad Bakanlığı basqı və yayınları, 1411
- Buxari, Məhəmməd əl-Buxari, Səhihi Buxari, Beyrut: Darul Fikr, Li-Tabaə vən Nəşr vət Tavzi, 1981
- Səduq, Məhəmməd ibn Əli Qummi, Məaniul-Əxbar, təshih və taliq: Əli Əkbər əl-Ğəffari, Qum: Müəssəsə ən-Nəşrul İslamiyyə, 1379
- Kuleyni, Məhəmməd ibn Yaqub, Üsuli Kafi, təhq.: Yusif əl-Baqai, Tehran: əl-Məktəbətul İslamiyyə, 1388
- İbn Hənbəl, Əhməd ibn Hənbəl, Fazailus Səhabə, təhq.: Vasiullah ibn Məhəmməd Abbas, Məkkə: Camiətu Ümmu Kura, 1983
Həmçinin bax
redaktə- Fədək
- Fatimə Müshəfi
- Fədəkiyyə xütbəsi
- Fatimiyə günləri
- Fatimə lövhəsi hədisi
- Fatimə təsbihatı
- Fatimənin evinə hücum
- Fatimənin qəbri (ing.)
- Məhəmmədin övladları (ing.)
- Xədicənin qızlarının şəcərəsi (ing.)
Xarici keçidlər
redaktə- Ya Zəhra (ing.) (ərəb.) (fars.)
- "Hz. Fatimə (s.ə.)-nin məzarı" (az.). saqaleyn.wordpress.com. 2014-04-20. İstifadə tarixi: 2014-04-20.
- HZ.FATIMAT’ÜZ ZEHRA (A.S.)’IN HAYATINA KISA BİR BAKIŞ (türk.)
- Encyclopaedia Britannica Fāṭimah
- İmam Sadiq ə.s.:"Hz. Fatimə s.ə. Ömər’in əmri ilə Qunfuz’un vurması nəticəsində şəhid olmuşdur"
- Rəsulullah s.a.a’in Hz. Fatimə s.ə’ı şəhid edənləri lənətləməsi
- Peyğəmbər (s)-in qızı Fatimənin şəhadəti əfsanə deyil .doc yüklə
- İmam Kazım ə.s.: "Hz. Fatimə (s.a.) şəhiddir."
- "Vəhy evinə hücum: əhli-xilaf alimlərinin etirafları, söz oyunları və kitablardakı təhriflər" (az.). az.313news.net. 2015-03-19. 2015-03-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-22.
- Ehl-i Sünnet kaynaklarında Hz. Zehra’nın şahadetine delalet eden konular var mıdır? (türk.)