Mirzə Tağı xan Əmir Kəbir
Mirzə Tağı xan Kərbəlayı Qurban oğlu Əmir Kəbir (təq. 1807[1] və ya 9 yanvar 1807 – 9 yanvar 1852[1] və ya 10 yanvar 1852, Kaşan, İsfahan ostanı) — Nəsrəddin şah Qacarın (1848–1896) dövründə İranın baş naziri (1847–1851), dövlət xadimi
Mirzə Tağı xan Əmir Kəbir | |
---|---|
azərb. )میرزا تقیخان امیرنظام | |
İranın baş naziri[d] | |
12 may 1848 – 13 noyabr 1851 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | təq. 1807[1] və ya 9 yanvar 1807 |
Vəfat tarixi | 9 yanvar 1852[1] və ya 10 yanvar 1852 |
Vəfat yeri | |
Vəfat səbəbi | qanitirmə[d] |
Fəaliyyəti | siyasətçi, diplomat |
Dini | şiəlik |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəO adlı-sanlı nəsildən deyildi. Atası, Kərbəlayı Mahmud Qurban, İraq Əcəmin hakimi Mirzə İsa xan Fərəhaninin ailəsinin aşpazı, Mirzə İsa xan Fərəhaninin vəliəhd Abbas mirzənin yanında qayem-məqam vəzifəsinə təyin olunması ilə əlaqədar Təbrizə köçür. Sonralar Mahmud Qurban Fərəhaninin evində inzibatçı olur. Məhəmməd Tağının doğum tarixi naməlumdur. Onun 1795–1800-cü illər arasında doğulduğu ehtimal edilir, bəzi tətqiqatçılar isə, məsələn A. Bağban bir şeirin mətnini deşifrə edərək bu tarixi 1807/08-ci il hesab edir.Məhəmməd Tağı qayemməqamın uşaqları ilə birlikdə tərbiyə alırdı. Uşaqlıqdan Abbas mirzənin və Fərəhani kimi, dövlətin istənilən məsələsini ən yuxarı səviyədə müzakirə edən adamların evində böyüməsi, onun savadına və siyasi səriştəsinə çox böyük təsir etmişdir. Çox guman ki Məhəmməd Tağı, Xosrov-Mirzənin Peterburqa, Qriboyedovun öldürülməsi üzrhahlığı məqsədilə göndərilən, səfirliyində də iştirak etmişdir.[2]
1829-cu ildə Rusiyaya göndərilən diplomatik missiyada iştirak etmişdi.
Mirzə Tağı xan Təbrizdə hərbi-siyasi fəaliyyəti illərində (1829–1848) dəqiq elmlərə aid tərcümə və nəşrə təşəbbüs göstərmişdir. Mirzə Tağı baş nazir olduğu illərdə yeni elmlərə aid müxtəlif kitabların çap olunub, yayılmasına böyük rəğbət göstərmiş, bir çox kitablar onun fərmanı ilə yazılıb çap edilmişdi.
1848-ci ildə vəliəhd Nasirəddin mirzənin şah taxtına oturmasından sonra Təbrizdən özü ilə gətirdiyi vəzir Mirzə Tağı Xanı (Əmir Kəbiri) sədr-əzəm təyin etməsindən sonra da islahatlara cəhd oldu. Əmir Kəbir şahın dəsdəyi ilə mərkəzi hökumətin hakimiyyətini gücləndirmək, dövlət aparatını və ordunu yenidən qurmaq istiqamətində islahatlara başladı. Bununla yanaşı maliyyə sisteminin gücləndirilməsi, sabit vergi normalarının qoyulması və vergi yığımını qaydaya salmaq, sənaye və ticarətin inkişafına yardım etmək və s. sahələrdə islahatlar nəzərdə tutulurdu.[3]
Mirzə Tağı xan Əmir Kəbir 1849-cu ildən 1851-ci ilədək İranın Xarici İşlər vəziri olmuşdu.
İranda ilk rəsmi qəzet Mirzə Tağı xanın təşəbüsü və Nəsrəddin şahın "İran xalqının mədəniyyətinin inkişafı, daxili və xarici xəbərlərdən məlumatlandırılmasına" göstərdiyi sayğı sayəsində 1851-ci ildə işıq üzü görmüşdür. Cənubi Azərbaycanda teleqrafın təsis olunması da həmin ilə təsadüf edir. Dövlət siyasətini təbliğ edən bu qəzet "Ruznameyi-Vaqeyi-İttifaqiyyə" adlanırdı və oradakı siyasi məqalələri Mirzə Tağı Əmir Kəbir hazırlayırdı. Qəzetin redaktoru isə Xoylu Mirzə Cabbar Təzkirəçi idi.
Mirzə Tağı xan Əmir Kəbir 1851-ci ildə Tehranda Darülfünun təsis etmişdi.
Ailəsi
redaktə- Xanımı Mələkzadə xanım Qovanlı-Qacar (1830–1905)— İran şahzadəsi, Mələkzаdə хаnım Məhəmməd şаh qızı 1830-cu ildə Təbriz şəhərində аnаdаn оlmuşdu. Аnаsı Mələк Cаhаn хаnım Məhdi Ülyаdır. Sаrаy təlim-tərbiyəsi, təhsili аlmışdı. Izzətüddövlə ləqəbini dаşıyırdı. Mələkzаdə хаnım 1905-ci ilin iyun аyının 4-də vəfаt еdib. Məlакzаdə хаnım birinci dəfə Nasirəddin şahın sədrəzəmi, bаş vəziri Mirzə Tаğı хаn Əmir Кəbirlə аilə qurmuşdu. Tаcülmülк хаnım Ümmülхаqаn, Həmdəmüssəltənə хаnım аdlı qızlаrı оlmuşdu.[4]
Fəaliyyəti
redaktəHakimiyyətə gələn Nəsrəddin şah özüylə Təbrizdən yeni türk və türk tərbiyəsilə yetişmiş kadrlar gətirdi ki, bunlardan biri sonralar Əmir Kəbir adıyla tarixə düşən aşpaz oğlu Mirzə Tağı xan Fərahani idi. Əmir Kəbirin Azərbaycandan gələn dövlət adamları içində ən seçilən və ən bacarıqlılarından biri olduğu göstərilir: Nəsrəddin şah onu Sədarətə (hökumət başçısı, Sədrəzəm) təyin etmək üçün gətirmişdi. Əmir-Kəbir demək olar ki, bütün ictimai sahələrdə islahatlar aparmağa başladı. Mirzə Tağı xan Əmir Kəbir 1851-ci ildə Tehranda Darülfünun təsis etmişdi. Divanın xərcləri kəsildi və dövlət əmlakının idarə edilməsi nizamlandı. Dövlət idarələri islah olundu və mərkəzi nəzarət gücləndirildi. İranın daxili işlərinə xarici müdaxilələr azaldı, lakin beynəlxalq ticarət inkişaf etdi. Xəzinə gəlirləri artırıldı, lüzumsuz xərclər ixtisar edildi.
İngiltərə fars bölgələrində hər cür nifaq və qarışıq salmaq üçün əlindən gələni əsirgəmədi. Fars din adamlarından bir neçəsi müxtəlif zamanlarda "İmami Zaman" iddiasında oldular. Amma bunlar hakimiyyəti sarsıda bilmirdi.
Lakin Əmir Kəbirin sağlamlaşdırma siyasəti Nəsrəddin şahın qohum-əqrəbəsini bərk narahat edirdi. Soysuz aşpaz oğlunun nüfuzunun artması, xəzinəni üfürən saysız şah kənizinin, arvad-uşağının ləyaqətini alçaldırdı. Sonda, islahatçı Kaşana sürgün edildi və sui-qəsdçilərin satın aldığı bərbər tərəfindən qətlə yetirildi.
Fəaliyyəti dövründə baş vermiş mühüm hadisələr
redaktəMirzə Tağı xan İran tarixinin son yüzilliklərinin ən böyük xadimi idi. Yeni elmləri sövq etmək məqsədilə Əmir Kəbir Dar ül Funun yaradır və orada tibb, farmokoloqiya, mühəndis işi, qeoloqiya, həmçin hərbi işləri tədris etmək üçün fransız, italyan, avrstriyalı, müəllimlər dəvət edir. Bu xarici müəllimlər Əmir Kəbirin işdən çıxarılmasından bir gün sonra Tehrana gəlirlər. 1850/51 illərdə Əmir Kəbir "Vaqiye İttifaqiye" qəzetini neşr etdirməyə başladı. Buradakı mövzulardan Əmir Kəbirin hansı dünyagörüşünə malik olmasını görmək olar…Onun hakimiyətdə olmasının bir ili ərzində qəzetdə aşağıdakı məqalələr çap olunmuşdur: "Avropa dövlətlərinin məşvərət assambleyaları(parlamentlər) barədə"," Görkəmli italyan xadimi Madzini və italyan inqilabçılarının və azadpərvər xadimlərin dünyagörüşləri və onların Avstriya ilə mübarizəsi", "Suveyş kanalının qazılması planı və onun tarixi","Dəmir yollarının inşası", " Hindistanın içtimai vəziyəti", "Astronomiya sahəsində tətqiqtlar və Saturn planetinin üzükləri barədə","Zəlzələlərin geoloji səbəbləri","Amerikanın əski mədəniyəti","Yeni Qitənin(Amerikanın) qazıntıları","Amerikada qızıl hasilatı və bunun İngiltərədə qızılın qiymətinə təsiri","Mançester fabrikaları", "Nil vadisinin münbitliyi"," Amerikan pambığının İranda əkinləri", "Hava kürəsinin ixtirası", "İngiltərə əhalisinin siyahıyaalınması", "İçməli suyun təmizlənməsi və bunun sanitar əhəmiyyəti", "Borneo adasının kaniballarının vəziyəti"[5]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Mīrzā Taqī Khān // Encyclopædia Britannica (ing.).
- ↑ Очерки новой истории Ирана, Издательство "Наука" Главная редакция восточной литературы Москва 1978 səh.101–102
- ↑ Firudin Adəmiyyət, Əmire-Kəbir və İran, Tehran, 1969.
- ↑ Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, "Şuşa", 2008, 334 səh.
- ↑ Новая история Ирана. Хрестоматия. Издательство "Наука" Главная редакция восточной литературы Москва 1988 стр.112–113, tərcümə.