Susuzluq faciəsi

Susuzluq faciəsi — 4 iyun 2021-ci il tarixində, Azərbaycanın Kəlbəcər rayonu ərazisində yerləşən Susuzluq kəndi yaxınlıqlarında baş verən mina partlayışı. Partlayış nəticəsində Azərbaycan Televiziyasının operatoru Sirac Abışov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olmuşdur.[1] Əlavə olaraq, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almışdır.[2][3] Bu, İkinci Qarabağ müharibəsi dövründə döyüşlərin getdiyi ərazidə jurnalist ölümü ilə bağlı ilk hal olmuşdur.[4]

Susuzluq faciəsi
Dağlıq Qarabağ münaqişəsi
Hücum yeri Susuzluq, Kəlbəcər, Azərbaycan
Vaxt 4 iyun 2021
saat 11:00 radələri (UTC +4)
Silah tank əleyhinə mina
Həlak olanlar 3
Yaralılar 4

İnsidentə görə Azərbaycan tərəfi Ermənistanı günahkar bilmiş, Qarabağda basdırılan minaların xəritəsinin Azərbaycana verilmədiyi halda belə faciəvi halların yenidən baş verəcəyini əlavə etmişdir. Həmçinin, Azərbaycan rəsmiləri Kəlbəcərdəki minaların İkinci Qarabağ müharibəsi bitdikdən sonra qoşunların ərazidən çıxarılması zamanı erməni hərbçiləri tərəfindən basdırıldığını irəli sürmüşdür. Ermənistan buna cavab verməmişdir. Müxtəlif ölkələrin Azərbaycandakı səfir və səfirlikləri, o cümlədən YUNESKO, "Human Rights Watch", Avropa Şurası, ATƏTBeynəlxalq Jurnalistlər Federasiyası hadisəyə görə öz narahatlıqlarını bildirmiş və zərərçəkənlərə öz başsağlıqlarını diləmişdir.

 
 
Susuzluq
Hadisənin baş verdiyi yerə yaxın olan Susuzluq kəndinin Azərbaycan xəritəsindəki yeri.

Kəlbəcər rayonu ərazisi 1993-cü ildə, Birinci Qarabağ müharibəsi zamanı erməni silahlıları tərəfindən işğal edilmişdir. İşğal nəticəsində rayon ərazisində yaşayan 60,000 azərbaycanlıkürd qaçqın düşmüş,[5] 150-dən çox azərbaycanlı girov götürülmüşdür.[6]

Azərbaycan Silahlı Qüvvələri 27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsi zamanı Kəlbəcər rayonu ərazisində yerləşən strateji əhəmiyyətə sahib Murovdağ yüksəkliyini işğaldan azad etmişdir ki,[7][8] bu da Azərbaycanın 1992-ci ildən bəri əldə etdiyi ən böyük hərbi uğurlardan biri hesab edilmişdir.[9] Kəlbəcər rayonu 25 noyabr 2020-ci il tarixində Qarabağda atəşkəsi təmin edən üçtərəfli bəyanatın bir hissəsi olaraq, Azərbaycanın nəzarətinə qaytarılmışdır.[10]

Qarabağ münaqişəsindən təsirlənən ərazilərin minalardan təmizlənməsi Azərbaycan ilə Ermənistan arasında İkinci Qarabağ müharibəsindən sonrakı əsas məsələlərdən biri olaraq qalır. Qarabağ dünyadakı ən çox minalanmış ərazilərdən biri olaraq qəbul edilir.[11] İkinci Qarabağ müharibəsi sona çatandan bəri Azərbaycanda hərbi və mülki şəxslərin minalara düşməsi haqqında dəfələrlə məlumat yayılmışdır. Rəsmi məlumatlara görə, üçtərəfli bəyanatın imzalanmasından bəri bu cür hadisələr nəticəsində Azərbaycan tərəfindən 120-dən çox insan həlak olmuş və ya yaralanmışdır.[12] Azərbaycan tərəfi Ermənistandan minaların xəritələrini tələb etmişdir,[13] lakin Ermənistan tərəfi bu tələbə müsbət cavab verməmişdir.[14][15] Azərbaycan Ermənistanın Qarabağdakı minalanmış ərazilərin xəritəsini verməkdən imtina etməsi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə iki dəfə şikayət təqdim etmişdir.[16] Azərbaycan tərəfi oxşar faciəvi hadisələrin baş vermə riskinin müvafiq sənədləşmələr olmadan hər zaman davam edəcəyini vurğulamışdır.[17] Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev BMT Təhlükəsizlik Şurasının iclasında qeyd etmişdir ki, münaqişə boyunca qəbiristanlıqlar, tarixi yerlər və digər mülki obyektlər daxil olmaqla Azərbaycanın işğal olunmuş ərazilərinin əksəriyyəti Ermənistan tərəfindən minalanmışdır.[18] Qarabağın minalardan təmizlənməsi prosesi təxmin edilir ki, daha 5–7 il davam edəcək.[19]

İnsidentdən əvvəl iki ölkə arasındakı sərhəd boyunca baş verən, Azərbaycan və Ermənistan əsgərlərinin iştirak etdiyi bir sıra hadisələr Ermənistandakı seçkilərdən əvvəl Rusiyanın vasitəçiliyi ilə atəşkəs üzərində təzyiq yaratmışdır.[20][21] May ayının axırlarında Azərbaycan Kəlbəcər ərazisini minalamağa çalışan 6 erməni hərbçisini saxlamışdır. Ermənistan rəhbərliyi qüvvələrinin yalnız öz ölkə ərazisindəki sərhəd bölgəsinin müdafiəsini gücləndirdiyini bildirmişdir.[22] Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan saxlanılan əsgərlərin mina basdırdığını təsdiqləmiş, lakin bunu Ermənistan ərazisində etdiklərini iddia etmişdir.[23]

Hadisə

redaktə
 
 
Hadisə nəticəsində həlak olan media əməkdaşları Sirac Abışov (solda) və Məhərrəm İbrahimov (sağda).

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) və Azərbaycan Televiziyasının (AzTV) əməkdaşları İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın işğaldan azad olunmuş ərazilərində çəkiliş aparmaq üçün yollanmışdılar.[24] Onlar rayonun Qamışlı kəndində görüşəcək, plan üzrə Susuzluq kəndi ərazisinə daxil olacaqdı.[25] 4 iyun 2021-ci il tarixində, saat 11 radələrində[26] Kəlbəcər rayonu ərazisində yerləşən Susuzluq kəndinə gedən yolda ikən onların içərisində olduğu "KamAZ" markalı sərnişin avtomobili tank əleyhinə minaya düşmüşdür.[27][28] Mina əraziyə erməni işğalı zamanı yerləşdirilmişdi.[29]

Hadisənin baş verməsindən bir gün sonra avtomobilin tank əleyhinə minaya düşmə anı video kimi paylaşılmışdır. 2 dəqiqəlik videonun ilk 26-cı saniyəsində maşın minaya düşərək partlayır.[30]

Zərərçəkənlər

redaktə

Partlayış nəticəsində 3 nəfər həlak olmuş, daha 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almışdır.[31]

  • Sirac AbışovAzərbaycan Televiziyasının operatoru.[32] 29 avqust 1989-cu il tarixində Azərbaycan SSR-in Qubadlı şəhərində anadan olan Abışov əslən Qubadlı rayonunun Dondarlı kəndindəndir. Birinci Qarabağ müharibəsi zamanı ailəsi ilə birlikdə evlərindən didərgin olmuş, Sumqayıt şəhərində yaşamağa başlamışdır. O, 2019-cu ildən AzTV-də işləməyə başlamışdır. Bir övladı olan Abışov hadisə nəticəsində həlak olmuşdur.[33] Onun nəşi "Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya" Birliyinin Gəncə şəhər Şöbəsində müayinə edildikdən sonra Bakı şəhərinə aparılmışdır.[34] Abışov 5 iyunda Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn edilmişdir.[35]
  • Məhərrəm İbrahimovAzərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri. O, 16 aprel 1982-ci il tarixində SSRİ respublikalarından olan Ermənistan SSR-nin Krasnoselo rayonunun Ardanış kəndində anadan olmuşdur. İbrahimov 1989-cu ildə Azərbaycan SSR-nin Binəqədi rayonu Rəsulzadə qəsəbəsində 100 saylı orta məktəbin birinci sinfinə getmiş, 1999-cu ildə orta məktəbi bitirərək Ali İctimai-Siyasi Kollecin jurnalistika fakültəsinə daxil olmuş, 2003-cü ildə oradan məzun olmuşdur. O, 15 iyul 2004-cü il tarixinə qədər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında hərbi xidmətdə olmuşdur. Həmin ilin sentyabrında AZƏRTAC-da müxbir işləyən İbrahimov 2007-ci ildən orada aparıcı müxbir vəzifəsində çalışmışdır. O, İkinci Qarabağ müharibəsi zamanı döyüş bölgəsində yenilikləri işıqlandırırdı. İki övladı olan İbrahimov hadisə nəticəsində həlak olmuşdur.[36] Onun nəşi "Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya" Birliyinin Gəncə şəhər Şöbəsində müayinə edildikdən sonra Bakı şəhərinə aparılmışdır.[34] İbrahimov 5 iyunda Abşeron rayonu, Müşfiqabad qəsəbəsindəki qəbiristanlıqda, valideynlərinin yanında dəfn edilmişdir.[37]
  • Arif Ağalar oğlu Əliyev — Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini. 1983-cü ildə Susuzluq kəndində anadan olan Əliyev Birinci Qarabağ müharibəsi zamanı qaçqın düşmüş, Göygöl rayonunun Xasabağ kəndində məskunlaşmışdır. O, 2012-ci ildən bu vəzifədə çalışmışdır. Üç övladı olan Əliyev hadisə nəticəsində həlak olmuşdur. 5 iyun 2021-ci il tarixində onun nəşi Göygöl rayonundakı evinə aparılmış[38][39] və orada yerləşən Kəlbəcər Şəhidlər Xiyabanında dəfn edilmişdir.[40]Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 14-də imzaladığı Sərəncamla işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Əliyev Arif Ağalar oğlu 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.[41]
  • Emin Məmmədov — Azərbaycan Televiziyasının rejissoru. Hadisə nəticəsində yaralanmışdır.[42] AzTV-nin "Əsas məsələ" verilişinə bağlanan Emin Məmmədov vəziyyətinin stabil olduğunu bildirmişdir.[43] Səhərisi gün o xəstəxanadan evə buraxılmışdır.[44]
  • Şöhrət Cəfərov — Kəlbəcər Rayon İcra hakimiyyətinin Yanşaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşı. Əslən kəlbəcərli olan Cəfərov 13 yaşında evindən didərgin olmuşdur. Hadisə nəticəsində yaralanmışdır.[25]
  • Kamil Abdullayev — Susuzluq kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi. Hadisə nəticəsində yaralanmışdır.[45]

Yaralanan digər şəxsin adı açıqlanmamış, lakin avtobus sürücüsü olduğu bildirilmişdir.[46]

Nəticə

redaktə

Mediada yayılan xəbərlərdən dərhal sonra Azərbaycan Respublikası Baş ProkurorluğuAzərbaycan Respublikası Daxili İşlər Nazirliyi hadisəni təsdiqləmişdir. Onlar əlavə etmişdir ki, prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, məhkəmə-tibb ekspertizası təyin edilmiş, digər prosessual hərəkətlər yerinə yetirilmişdir. Faktla bağlı Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 100.2-ci (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6-cı (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanılmışdır.[47] Hadisə ilə bağlı hal-hazırda intensiv istintaq-əməliyyat hərəkətləri həyata keçirilir.[48]

Hadisədən sonra "Tigran Mets" xüsusi hərbi təlim mərkəzinin qurucu direktoru, Ermənistan Silahlı Qüvvələrinin podpolkovniki Koryun Qumaşyan erməni mediasına verdiyi bir müsahibədə Laçın və Kəlbəcər ərazilərində 17 yük maşını dolu mina yerləşdirdiyini demişdir. O, "Azərbaycandakı erməni əsirləri" qarşılığında Azərbaycana minalanmış ərazilərin xəritələrini təqdim etməyə hazır olduğunu əlavə etmişdir.[49][50][51] Azərbaycan Müdafiə Nazirliyi 8 iyunda açıqlama yaymışdır ki, Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat-diversiya qrupu Laçın rayonu sahəsi mina yerləşdirmək üçün sərhədi keçərək ora daxil olmuş, nəticədə qrupun bir üzvü, hərbi qulluqçu Artur Kartanyan Azərbaycan hərbçiləri tərəfindən saxlanılmış, qrupun digər üzvləri isə geri çəkilərək ərazini tərk etmişdir.[52] Ermənistan Müdafiə Nazirliyi mina yerləşdirmək iddialarını təkzib etmiş, ələ keçirilən əsgərin sisli hava şəraitinə görə yolunu azdığını bildirmişdir.[53] Azərbaycan tərəfi növbəti gün Kartanyanı sərbəst buraxmışdır. Azərbaycan Müdafiə Nazirliyi ehtimal olunan təxribat cəhdinin təsdiqlənmədiyini və əsgərin duman içində yolunu azaraq təsadüfən sərhədi keçdiyini bildirmişdir.[54] 12 iyunda Azərbaycan tərəfi Ağdam rayonu ərazisində basdırılan 97 min tank əleyhinə və şəxsi heyət əleyhinə minaların yerini göstərən bir xəritə qarşılığında 15 erməni əsirini Ermənistan tərəfinə qaytarmışdır.[55][56] Ermənistan Baş naziri Nikol Paşinyan sonradan verilən xəritənin Ermənistanda olan "xəritələrin çox kiçik hissəsi" olduğunu bildirmişdir.[57]

Hadisə nəticəsində həlak olanların xatirəsi Azərbaycan Televiziyasının binasının yaxınlığında yad edilmişdir.[58] İbrahimov və Abışovun adları 9 iyunda "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin ərazisində onların xatirəsinə yaradılmış memorial abidə kompleksinin anım lövhəsinə həkk olunmuşdur.[59] 7 avqustda şəhid jurnalistlər in ailə üzvləri Quba rayonunda Birinci və İkinci Qarabağ müharibələrində şəhid olan media nümayəndələrinin xatirəsinə salınan "Media şəhidləri" parkını ziyarət etmişdir.[60]

Hadisə baş verən gün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sözçüsü Fazil Talıbov bildirmişdir ki, hadisə zamanı həlak olan Məhərrəm İbrahimov, Sirac Abışov və Arif Əliyevə şəhid statusu veriləcək.[61] 14 iyulda Azərbaycan Prezidenti İlham Əliyev imzaladığı sərəncamla "işğaldan azad olunan ərazilərində vəzifə borcunu ləyaqətlə yerinə yetirərkən həlak olmuş" Sirac Abışov, Arif Əliyev və Məhərrəm İbrahimovu 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif etmişdir.[62] 17 iyulda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti qurumun rəisi, general-polkovnik Arzu Rəhimovun imzaladığı əmrə əsasən şəhid media nümayəndələri İbrahimov və Abışovu "Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə" medalı ilə təltif etmişdir.[63] Medallar 22 iyulda, Milli Mətbuat və Jurnalistika Günü münasibətilə şəhidlərin ailələrinə təqdim edilmişdir.[64] Həmin tarixdə Azərbaycan Mətbuat Şurasının Ali Media Mükafatının 2021-ci üçün laureatlarının adları açıqlanmış, təltif edilənlər arasında İbrahimov və Abışovun olduğu məlum olmuşdur.[65]

Reaksiyalar

redaktə

Hadisəni ilk təsdiqləyənlərdən olan AzTV sədri Rövşən Məmmədov öz "Facebook" səhifəsində hadisəni "erməni vandalizminin və düşmənin mülki şəxslərə qarşı törətdiyi cinayətlərin daha bir nümunəsi" adlandırmış, həlak olan hər iki jurnalistlərin ailəsinə başsağlığı vermişdir.[66] Azərbaycan Prezidenti İlham Əliyev zərərçəkənlərin ailəsinə başsağlığı vermiş,[67] Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva hadisə səbəbilə dərin kədər hissi yaşadığını bildirmiş, "günahsız insanların ölümünə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin" düşdüyünü qeyd etmişdir.[68] Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev beynəlxalq təşkilatları həmrəyliyə və bu hadisəni pisləməyə çağırmış, jurnalistlərin "Ermənistan qoşunlarını Kəlbəcərdən çıxarkən qəsdən yerləşdirdiyi minanın qurbanı" olduğunu əlavə etmişdir.[69]

Azərbaycan rəsmiləri Kəlbəcərdəki minaların İkinci Qarabağ müharibəsi bitdikdən sonra qoşunların ərazidən çıxarılması zamanı erməni hərbçiləri tərəfindən basdırıldığını irəli sürmüşdür.[70] Dövrün Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Leyla Abdullayeva,[71] Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov,[72] Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA)[73] mina partlayışı nəticəsində həlak olan jurnalistlərin ailələrinə başsağlığı vermişdir. Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanı minalardan istifadə edərək Cenevrə konvensiyalarını pozmaqda günahlandırmışdır.[74] Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov "UNESCO insan həyatlarını xilas etmək üçün minaların xəritəsini tələb etməlidir" demişdir.[75] Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov ATƏT-in Minsk Qrupunun həmsədr və bütün digər üzv ölkələrinin ədliyyə nazirlərinə, BMT-nin və Avropa Şurasının insan hüquqları üzrə rəhbər vəzifəli şəxslərinə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidentinə müraciətlər ünvanlamışdır.[76] Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva İbrahimov və Abışovun ailələrini ziyarət etmiş, həlak olanların ailələrinə başsağlığı vermişdir.[77] Azərbaycan Jurnalistlər Birliyinin rəhbəri Elçin Şıxlı Ermənistanı "beynəlxalq hüququ pozmaq"da ittiham etmiş və minaların Kəlbəcərdə təzəlikcə basdırıldığını iddia etmişdir.[78] Nizami Gəncəvi Beynəlxalq Mərkəzi media mütəxəssislərinə hücumları qınamış və hər iki tərəfi "bu kimi təcrübələrə son qoymağa" çağırmışdır.[79]

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaydığı bəyanatda hadisə nəticəsində 3 ailənin azyaşlı uşaqlarının yetim qaldığını qeyd etmiş, Ermənistan Silahlı Qüvvələrinin "amansız və aqressiv davranışlarının bu günə kimi hələ də davam etməsi, insanların həyat və sağlamlıqlarının ciddi təhlükə altında qalması, ümumilikdə insan hüquqlarına zidd" olduğunu əlavə etmişdir.[80]

Beynəlxalq

redaktə

Fransanın Azərbaycandakı səfiri Zakari Qros,[81] İtaliyanın Azərbaycandakı səfirliyi,[82] İsrailin Azərbaycandakı səfiri Corc Dik,[83] Rusiyanın Azərbaycandakı səfirliyi,[84] İranın Azərbaycandakı səfirliyi,[85] Gürcüstanın Azərbaycandakı səfirliyi,[86] Türkiyənin Azərbaycandakı səfirliyi[87] və Ukraynanın Azərbaycandakı səfirliyi[88] iki jurnalistin hadisə nəticəsində həlak olması ilə bağlı başsağlığı vermişdir. Türkiyənin "Haber Global" kanalı hadisəyə görə Ermənistanı qınamışdır.[89]

"Human Rights Watch" təşkilatının Avropa və Orta Asiya üzrə direktor müavini Giorgi Qogiya hadisənin narahatedici olduğunu qeyd etmişdir, xüsusilə də minaların "yeni basdırıldığı və ya birbaşa mülki əhalini hədəf aldığı" halda.[90] Avropa Şurasının insan haqları üzrə komissarı Dunya Miyatoviç "münaqişənin təsirinə məruz qalmış ərazilərin minalardan təcili təmizlənməsinə ehtiyac" olduğunu bildirmişdir.[91] ATƏT-in media azadlığı üzrə nümayəndəsi Tereza Ribeiro hadisə ilə bağlı öz dərin narahatlığını bildirmişdir.[92] YUNESKO-nun baş direktoru Odri Azule Abışov və İbrahimovun ölümünü qınamış və əlavə etmişdir ki, "jurnalistlər şəxsi təhlükəsizliklərinə risk olmadan öz vəzifə borclarını yerinə yetirə bilməlidirlər".[93] Beynəlxalq Jurnalistlər Federasiyası baş katibi Entoni Bellancer və Avropa Jurnalistlər Federasiyası baş katibi Rikardo Quterres zərərçəkənlərə və ailələrinə başsağlığı vermiş, Ermənistan hakimiyyətini minalanmış ərazilərin xəritələrini təhvil verməyə çağırmışdır.[94] Beynəlxalq Mətbuat İnstitutu iki jurnalistin ölümünə görə "ağır kədər hissi" yaşadıqlarını bildirmişdir.[95] Jurnalistləri Müdafiə Komitəsinin Avropa və Mərkəzi Asiya üzrə proqram koordinatoru Gülnuzə Səid İbrahimov və Abışovun ölümünü "lüzumsuz bir faciə" adlandırmışdır. Səid erməni rəsmilərini "digər jurnalistlərin münaqişədə qurban olmamalarını təmin etmək üçün mina xəritələrini mətbuat mənsubları" paylaşmağa çağırmışdır.[96] Minaların Qadağan Edilməsi üzrə Beynəlxalq Kampaniya hadisə haqqında öz "Tvitter" hesabında paylaşım etmiş,[97] Sərhədsiz reportyorlar isə hər iki ölkəni jurnalistləri qorumağa çağırmışdır.[98] Qlobal Jurnalistika Şurası hadisə ilə bağlı yayımladığı bəyanatda bunu "dünyadakı bütün jurnalistlərə qarşı terror" adlandırmışdır.[99] Rusiya Jurnalistlər İttifaqı iki jurnalistin həlak olması ilə əlaqədar başsağlığı vermişdir.[100]

Ukrayna Ali Radasının deputatları Lyudmila Marçenko və Marian Zablotskiy Ermənistandan minalanmış ərazilərin xəritəsini verməsini tələb etmişdir.[101] Fransa senatoru və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Natali Qule İbrahimov və Abışovun ailələrinə başsağlığı vermiş, Ermənistandan mina xəritələrinin təhvil verilməsini tələb etmişdir.[102] Fransa Milli Assambleyasının deputatı Frederik Düma Fransa və beynəlxalq ictimaiyyəti "Ermənistandan minaladığı ərazilərin xəritəsini verməyi tələb etməyə" çağırmışdır.[103] Moldovanın eyni zamanda parlamentinin Milli təhlükəsizlik və müdafiə komissiyasının rəhbəri Sergey Sırbu, parlamentdə Demokratik Fraksiyanın rəhbəri Dumtsi Diacov Ermənistandan mina xəritələrini tələb etmişdir.[104] Rusiya jurnalisti və hərbi eksperti, Rusiya Federasiyası Müdafiə Nazirliyi yanında İctimai Şuranın sabiq sədri İqor Korotçenko da hadisəyə reaksiyasını göstərmiş və hər yerə, o cümlədən Avropa təşkilatlarına, beynəlxalq jurnalist strukturlarına müraciət edilməsinin vacib olduğunu bildirmişdir.[105]

9 iyunda Braziliyanın San-Paulu şəhərində Ermənistanın bu şəhərdəki fəxri konsulluğu qarşısında etiraz aksiyası keçirilmişdir. Aksiyanın məqsədi Kəlbəcərdə baş vermiş hadisəyə diqqəti cəlb etmək olmuşdur.[106] Həmçinin, növbəti gün Gürcüstanın Marneuli şəhərindəki Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) Abışov və İbrahimovun xatirəsinə həsr olunan tədbir keçirilmişdir.[107]

Ermənistan tərəfi hadisə haqqında heç bir fikir bildirməmişdir.[108]

İstinadlar

redaktə
  1. "В Азербайджане на мине подорвались два журналиста и чиновник". BBC Russian Service (rus). 4 iyun 2021. 2021-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2021.
  2. "Two Azeri journalists and an official killed in landmine blast near Karabakh - prosecutor". Reuters (ingilis). 4 iyun 2021. 2021-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2021.
  3. "Two Azerbaijani journalists and one official die in landmine explosion in Kalbajar". OC Media (ingilis). 4 iyun 2021. 2021-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2021.
  4. "Kəlbəcər rayonunda iki jurnalist minaya düşərək həlak olub (YENİLƏNİB)". Turan İnformasiya Agentliyi. 4 iyun 2021. 2021-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2021.
  5. Azerbaijan: Seven years of conflict in Nagorno-Karabakh. Nyu-York: Human Rights Watch. 1994. 14. ISBN 1-56432-142-8. An estimated 60,000 individuals — equally divided among Kurds and Azeris — lived in Kelbajar province before the offensive." In the space of a week, 60,000 people were forced to flee their homes. Today all are displaced, and Kelbajar stands empty and looted.
  6. "ARMENIANS CAPTURE KEY AZERBAIJANI TOWN". washingtonpost.com. The Washington Post. 23 aprel 1993. 2021-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun S2021.
  7. "Müdafiə Nazirliyi: Murov zirvəsi azad olundu (yenilənir)". 27 sentyabr 2020. 7 fevral 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2021.
  8. Bashir, Turkan. "Bakıda "Zəfər Paradı" keçirildi". Amerikanın Səsi. 10 dekabr 2020. 7 fevral 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2021.
  9. "Münaqişənin həllində ən böyük ümid". Azadlıq Radiosu. 7 February 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2021.
  10. "Azerbaijani army enters Kalbajar, region returned by Armenia". Al Jazeera (ingilis). 25 noyabr 2020. 5 yanvar 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2021.
  11. Tsukerman, İrina. "Azerbaijan won war with Armenia, but confronts deadly foe in left-behind landmines". The Tribune (ingilis). 2 iyun 2021. 2021-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 iyun 2021.
  12. "Генпрокуратура Азербайджана сообщила о третьем погибшем при подрыве на мине в Карабахе". TASS (rus). 4 iyun 2021. 2021-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2021.
  13. "أذربيجان: مقتل صحفيين اثنين إثر انفجار لغم.. ومطالب لأرمينيا بتسليم خرائط". Əl Mısr Əl Yom (ərəb). 6 iyun 2021. 2021-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 iyun 2021.
  14. "Avropalı komissardan əsirlər, mina xəritəsi çağırışı". Azadlıq Radiosu. 20 may 2021. 20 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2021.
  15. "دوخبرنگار آذری بر اثر انفجار مین در قره باغ جان باختند". İslam Respublikası Xəbər Agentliyi (fars). 4 iyun 2021. 2021-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2021.
  16. "Азербайджанские журналисты подорвались на мине в Кельбаджаре, трое погибли". Podrobnosti (ukrayna). 5 iyun 2021. 2021-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 iyun 2021.
  17. "Поряд з Карабахом підірвалися азербайджанські журналісти: 3 загиблих". 24tv.ua (ukrayna). 4 iyun 2021. 2021-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2021.
  18. "Four people including two journalists killed in mine explosion in Azerbaijan". JAMNews (ingilis). 4 iyun 2021. 2021-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2021.
  19. "В Азербайджані авто з журналістами підірвалося на міні, є загиблі". Ukinform (ukrayna). 4 iyun 2021. 2021-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2021.
  20. Quliyev, Emil. "Azerbaijani Reporters, Official Killed In Mine Blast". Barrons (ingilis). 4 iyun 2021. 2021-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2021.
  21. "Két azeri újságíró meghalt, mikor aknára futottak + videó". Magyar Nemzet (erməni). 4 iyun 2021. 2021-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 iyun 2021.
  22. "Mine Kills Two Azerbaijani Journalists, Village Official In Areas Recaptured From Armenian Forces". Azadlıq Radiosu (ingilis). 4 iyun 2021. 2021-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2021.
  23. "Armenia says 6 soldiers captured by Azerbaijan". The Associated Press (ingilis). 27 may 2021. 8 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 iyun 2021.
  24. "Two Azerbaijani journalists killed in landmine blast near Karabakh". Herald Sun (ingilis). 4 iyun 2021. 2021-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2021.
  25. 1 2 Süleymanlı, Sami. "Kəlbəcərdə minaya düşən şəxs: "Elə bildim ayaqlarım yoxdur" - VİDEO". Report İnformasiya Agentliyi. 11 iyun 2021. 2021-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyun 2021.
  26. "Freedomroo – Azerbaijani journalists, official killed in landmine explosion". news.com.au (ingilis). 4 iyun 2021. 2021-06-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2021.
  27. "Azərbaycanın iki media işçisi minaya düşərək həlak olub, üç nəfər yaralanıb - VİDEO". Report İnformasiya Agentliyi. 4 iyun 2021. 2021-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2021.
  28. "Baş Prokurorluq və DİN media nümayəndələrinin Kəlbəcər rayonunda minaya düşərək həlak olmaları ilə bağlı birgə məlumat yayıb". Azərbaycan Dövlət İnformasiya Agentliyi. 4 iyun 2021. 2021-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2021.
  29. "Armenian mine kills 2 Azerbaijani journalists in Karabakh". Australian News Review (ingilis). 4 iyun 2021. 2021-06-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2021.
  30. "Kəlbəcərdə jurnalistlərin minaya düşmə anı - VİDEO". Report İnformasiya Agentliyi. 5 iyun 2021. 2022-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 iyun 2021.
  31. "Kəlbəcərdə azərbaycanlı jurnalistlər minaya düşərək həyatlarını itirdilər". TRT Azərbaycan. 4 iyun 2021. 2021-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2021.
  32. "AzTV və Azərtac-ın əməkdaşları Kəlbəcərdə həlak oldular - Video". Axar.az. 4 iyun 2021. 2021-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2021.
  33. "Minaya düşən operator: "Cəbrayılda çəkiliş aparanda hisslərimə hakim ola bilmədim" - VİDEO". Modern.az. 4 iyun 2021. 2021-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2021.
  34. 1 2 "Kəlbəcərdə həlak olan jurnalistlərin nəşi Gəncəyə gətirilib – YENİLƏNİB + FOTO". Oxu.az. 4 iyun 2021. 2021-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2021.
  35. Qərib, Səid. "Kəlbəcərdə şəhid olan operator dəfn edilib - YENİLƏNİB". Report İnformasiya Agentliyi. 5 iyun 2021. 2021-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 iyun 2021.
  36. "Məhərrəmin böyük planları, arzuları vardı..." Report İnformasiya Agentliyi. 4 iyun 2021. 2021-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2021.
  37. Qərib, Səid. "Şəhid jurnalist Məhərrəm İbrahimov torpağa tapşırılıb - YENİLƏNİB-2". Report İnformasiya Agentliyi. 5 iyun 2021. 2021-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 iyun 2021.
  38. Süleymanlı, Sami. "Kəlbəcərdə minaya düşərək şəhid olan vəzifəli şəxs sabah dəfn ediləcək". Report İnformasiya Agentliyi. 4 iyun 2021. 2021-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2021.
  39. "Media işçilərinin nəşi müayinə üçün Gəncəyə aparıldı - FOTO". Baku.WS. 4 iyun 2021. 2021-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2021.
  40. "Kəlbəcərdə minaya düşərək həlak olan məmur dəfn olunub - YENİLƏNİB". Report İnformasiya Agentliyi. 5 iyun 2021. 2021-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 iyun 2021.
  41. "İşğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş bir qrup şəxsin 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-20.
  42. "В Нагорном Карабахе от подрыва на мине погибли два журналиста". RBK Ukrayna (rus). 4 iyun 2021. 2021-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2021.
  43. Qərib, Səid. "Kəlbəcərdə minaya düşərək xəsarət alanlardan ikisinin vəziyyəti açıqlanıb - VİDEO". Report İnformasiya Agentliyi. 4 iyun 2021. 2021-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2021.
  44. İbadlı, Tural. "Mina partlayışında yaralanan AzTV əməkdaşı xəstəxanadan evə buraxılıb - VİDEO". Report İnformasiya Agentliyi. 5 iyun 2021. 2021-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 iyun 2021.
  45. Süleymanlı, Sami. "Kəlbəcərdə jurnalistlərlə birlikdə minaya düşən məmur hadisədən danışdı". Report İnformasiya Agentliyi. 12 iyun 2021. 2022-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyun 2021.
  46. "Kəlbəcərdə AzTV-nin rejissoru, avtobusun sürücüsü və bir kənd sakini də yaralanıb". Milli.az. 4 iyun 2021. 2021-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: iyun 2021.
  47. "В Карабахе погибли двое азербайджанских журналистов, подорвавшись на мине". RİA Novosti (rus). 4 iyun 2021. 2021-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2021.
  48. "Глава МИД Азербайджана призвал Армению передать карты минных полей в Карабахе". TASS (rus). 4 iyun 2021. 2021-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2021.
  49. "A certain Koryun Gumashyan offers Azerbaijan maps of minefields in exchange for prisoners of war". Turan İnformasiya Agentliyi. 7 iyun 2021. 2021-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 iyun 2021.
  50. "ՏԵՍԱՆՅՈՒԹ. Հայ գնդապետը պատրաստ է բոլոր գերիների դիմաց Ադրբեջանին տրամադրել ականապատ դաշտերի քարտեզները". Aurora News (erməni). 7 iyun 2021. 2021-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 iyun 2021.
  51. "Ադրբեջանի գլխավոր դատախազությունը հերքում է «հայ դիվերսանտների» վարկածը". 365 (erməni). 7 iyun 2021. 2021-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 iyun 2021.
  52. "MN: Laçın istiqamətində düşmənin diversiya qrupunun bir üzvü saxlanılıb - VİDEO - YENİLƏNİB". Azeri Press Agency. 8 iyun 2021. 2021-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 iyun 2021.
  53. "Պայմանագրային զինծայառողը մառախուղի պատճառով հայտնվել է Ադրբեջանի ԶՈւ վերահսկողության տակ գտնվող տարածքում. ՊՆ". News.am (erməni). 8 iyun 2021. 2021-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 iyun 2021.
  54. "Azerbaijan detains and later releases another Armenian soldier for crossing the border". JAM News (ingilis). 8 iyun 2021. 2021-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 iyun 2021.
  55. "Azerbaijan swaps 15 Armenian prisoners for map showing landmines". Reuters (ingilis). 12 iyun 2021. 2022-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 iyun 2021.
  56. "Azerbaijan releases 15 Armenian POWs". France 24 (ingilis). 19 iyun 2021. 2022-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 iyun 2021.
  57. "Paşinyan: Minalanmış ərazilərin xəritələrinin kiçik bir hissəsi verilib, Əliyev: Ermənistan basdırdıqları bütün minaların xəritəsini verməlidir". BBC Azərbaycanca (az.). 13 iyun 2021. 2022-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 avqust 2021.
  58. "Kəlbəcərdə minaya düşərək həlak olan jurnalistlərin anım mərasimi keçirilir (FOTO/VİDEO)". Trend İnformasiya Agentliyi. 4 iyun 2021. 2021-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2021.
  59. "Şəhid jurnalistlərin xatirəsi əbədiləşdirildi - FOTO". Oxu.az. 9 iyun 2021. 2022-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2021.
  60. Kazımoğlu, Mirmahmud. "Şəhid jurnalistlərin ailə üzvləri Qubadakı "Media şəhidləri" parkını ziyarət ediblər". Report İnformasiya Agentliyi (az.). 7 avqust 2021. 2022-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 avqust 2021.
  61. "Kəlbəcərdə həlak olmuş media işçilərinə şəhid statusu veriləcək". Report İnformasiya Agentliyi. 4 iyun 2021. 2021-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2021.
  62. Əliyev, İlham. "İşğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş bir qrup şəxsin 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". Azərbaycan Respublikası Prezidentinin Administrasiyası (az.). 14 iyul 2021. 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 avqust 2021.
  63. Qərib, Səid. "Şəhid jurnalist Məhərrəm İbrahimov və Sirac Abışov medalla təltif olunub". Report İnformasiya Agentliyi (az.). 17 iyul 2021. İstifadə tarixi: 31 avqust 2021.
  64. "Şəhid jurnalistlərin təltif olunduqları medallar ailələrinə təqdim edilib". AzVision (az.). 22 iyul 2021. 2022-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 avqust 2021.
  65. Abdullayeva, Samirə. "Şəhid jurnalistlər Ali Media Mükafatına layiq görülüblər". Report İnformasiya Agentliyi (az.). 22 iyul 2021. 2022-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 avqust 2021.
  66. "AzTV və "Azərtac"ın əməkdaşları Kəlbəcərdə minaya düşərək vəfat etdi". Qafqazinfo. 4 iyun 2021. 2021-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2021.
  67. "İlham Əliyev və Mehriban Əliyeva media nümayəndələrinin həlak olması ilə bağlı başsağlığı verib". Report İnformasiya Agentliyi. 5 iyun 2021. 2021-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 iyun 2021.
  68. "Mehriban Əliyeva Kəlbəcərdə media işçilərinin minaya düşərək həlak olması ilə bağlı paylaşım edib". Report İnformasiya Agentliyi. 4 iyun 2021. 2021-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2021.
  69. Əliyev, Emin. "Prezidentin köməkçisi beynəlxalq təşkilatları Kəlbəcərdəki hadisəni pisləməyə çağırdı". Report İnformasiya Agentliyi. 4 iyun 2021. 2021-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2021.
  70. "В Азербайджане на мине подорвались два журналиста". Ggordonua (rus). 5 iyun 2021. 2021-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 iyun 2021.
  71. "Leyla Abdullayeva azərbaycanlı jurnalistlərin ölümü ilə bağlı başsağlığı verib". Trend İnformasiya Agentliyi. 4 iyun 2021. 2021-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2021.
  72. "Ceyhun Bayramov Ermənistanı minalanmış ərazilərin xəritələrini verməyə çağırıb". Trend İnformasiya Agentliyi. 4 iyun 2021. 2021-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2021.
  73. "MEDİA Kəlbəcərdə minaya düşərək şəhid olan jurnalistlərlə bağlı bəyanat yayıb". Trend İnformasiya Agentliyi. 4 iyun 2021. 2021-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2021.
  74. "Land Mine Blast Kills 2 Azerbaijani Journalists". Big News Network (ingilis). 4 iyun 2021. 2021-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2021.
  75. Əliyev, Emin. "Anar Kərimov: "UNESCO Ermənistandan minaların xəritəsini tələb etməlidir"". Report İnformasiya Agentliyi. 5 iyun 2021. 2021-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 iyun 2021.
  76. Nazimqızı, Şəfiqə. "Ədliyyə naziri Kəlbəcərdə şəhid olanlarla bağlı beynəlxalq təşkilatlara müraciət etdi". Report İnformasiya Agentliyi. 5 iyun 2021. 2021-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 iyun 2021.
  77. "Ombudsman Məhərrəm İbrahimovun və Sirac Abışovun ailələrini ziyarət edib". Report İnformasiya Agentliyi. 5 iyun 2021. 2022-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 iyun 2021.
  78. "Azerbaijani journalists, official killed in landmine explosion". Al Jazeera. 4 iyun 2021. 2021-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2021.
  79. "Nizami Gəncəvi Beynəlxalq Mərkəzi azərbaycanlı jurnalistlərin minaya düşərək həlak olmaları ilə bağlı bəyanat yayıb". Milli.az. 6 iyun 2021. 2022-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 iyun 2021.
  80. Əliyev, Emin. "Dövlət Komitəsi Kəlbəcərdəki hadisə ilə bağlı bəyanat yayıb". Report İnformasiya Agentliyi. 4 iyun 2021. 2021-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2021.
  81. "Fransa səfiri Kəlbəcərdə həlak olan media işçiləri ilə bağlı başsağlığı verib". Azərbaycan24. 4 iyun 2021. 2021-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2021.
  82. "İtaliya səfirliyi Kəlbəcərdə media işçilərinin həlak olması ilə bağlı başsağlığı verib". Report İnformasiya Agentliyi. 4 iyun 2021. 2021-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2021.
  83. Əliyev, Emin. "İsrail səfiri Kəlbəcərdəki hadisə ilə bağlı başsağlığı verib". Report İnformasiya Agentliyi. 4 iyun 2021. 2021-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2021.
  84. "Посольство России в Азербайджане соболезнует родным подорвавшихся на мине в Карабахе". TASS (rus). 4 iyun 2021. 2021-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2021.
  85. "İran Səfirliyi Azərbaycana başsağlığı verdi - FOTO". Oxu.az. 4 iyun 2021. 2021-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2021.
  86. "Gürcüstan səfirliyi Kəlbəcərdə jurnalistlərin ölümü ilə əlaqədar başsağlığı verib". Trend İnformasiya Agentliyi. 5 iyun 2021. 2021-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 iyun 2021.
  87. "Türkiyə səfiri: "Minalarla bağlı məsələdə də Azərbaycana hər cür dəstək veririk"". Azəri Press Agentliyi. 5 iyun 2021. 2021-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 iyun 2021.
  88. Əliyev, Emin. "Ukrayna səfirliyi: "KİV işçilərinin həlak olması barədə xəbər bizi son dərəcə sarsıtdı"". Report İnformasiya Agentliyi. 5 iyun 2021. 2021-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 iyun 2021.
  89. ""Haber Global" Kəlbəcərdə şəhid olan jurnalistlərə görə Ermənistanı qınadı - VİDEO". Report İnformasiya Agentliyi. 4 iyun 2021. 2021-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2021.
  90. "Human Rights Watch: Landmines pose ongoing threat to civilians". Azeri Press Agency (ingilis). 4 iyun 2021. 2021-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2021.
  91. Əliyev, Emin. "Dunya Miyatoviç Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsi ilə bağlı çağırış edib". Report İnformasiya Agentliyi. 4 iyun 2021. 2021-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2021.
  92. "OSCE representative saddened by tragic death of Azerbaijani journalists Maharram Ibrahimov and Siraj Abishov". Azəri Press Agentliyi (ingilis). 4 iyun 2021. 2021-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2021.
  93. "UNESCO Director-General deplores the death of journalists Siraj Abishov and Maharram Ibrahimov". YUNESKO (ingilis). 7 iyun 2021. 2021-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 iyun 2021.
  94. "Azerbaijan: Two journalists killed in landmine explosion". Beynəlxalq Jurnalistlər Federasiyası (ingilis). 4 iyun 2021. 2021-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2021.
  95. Beynəlxalq Mətbuat İnstitutu [globalfreemedia]. "#Azerbaijan: IPI is deeply saddened to hear of the death of two journalists - @AZERTAC correspondent Maharram Ibrahimov & @aztvresmi operator Siraj Abyshev - who were killed this morning in a landmine explosion in Kalbajar region west of #NagornoKarabakh" (Tweet) (ingilis). 4 iyun 2021. 4 iyun 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2021.
  96. "Landmine kills 2 Azerbaijani journalists near Nagorno-Karabakh". Jurnalistləri Müdafiə Komitəsi (ingilis). 4 iyun 2021. 2021-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2021.
  97. Minaların Qadağan Edilməsi üzrə Beynəlxalq Kampaniya [minefreeworld]. "Terrible news of #civilian #mine casualties in #azerbaijan today, as deadly legacy of the #NagornoKarabakh conflict continues to claim lives. @AzerbaijanMFA #NotATarget @MineMonitor" (Tweet) (ingilis). 4 iyun 2021. 5 iyun 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 iyun 2021.
  98. Sərhədsiz reportyorlar [RSF_en]. "#Azerbaijan: This morning two Azerbaijani journalists, Siraj Abyshev operator for @aztvresmi & Maharram Ibrahimov correspondent for @AZERTAC, were killed by a anti-tank mine explosion in the #UpperKarabakh. They were sent to report to the liberated village of #Susuzlug. [1/2]" (Tweet) (ingilis). 4 iyun 2021. 5 iyun 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 iyun 2021.
  99. "The Global Journalism Council has issued a statement regarding the deaths of two Azerbaijani journalists". The Global Journalism Council (ingilis). 4 iyun 2021. 2021-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 iyun 2021.
  100. "Союз журналистов России выразил соболезнования в связи с гибелью азербайджанских журналистов в Кельбаджарском районе". Azeri Press Agency (rus). 6 iyun 2021. 2022-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 iyun 2021.
  101. Aslanov, Mübariz. "Ukraynalı deputatlar Kəlbəcərdə şəhid olan media işçiləri ilə bağlı çağırış ediblər - EKSKLÜZİV". Report İnformasiya Agentliyi. 4 iyun 2021. 2021-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2021.
  102. Tağıyev, Anar. "Fransa senatoru Azərbaycanın media işçilərinin həlak olması ilə bağlı başsağlığı verib". Report İnformasiya Agentliyi. 5 iyun 2021. 2021-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 iyun 2021.
  103. ""Paris Ermənistandan mina xəritələrini tələb etməlidir" - Fransız deputat". AzVision. 6 iyun 2021. 2022-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 iyun 2021.
  104. Aslanov, Mübariz. "Ukrayna və Moldovanın tanınmış KİV-ləri və siyasi xadimləri azərbaycanlı jurnalistlərin həlak olmasından yazdı". Report İnformasiya Agentliyi. 5 iyun 2021. 2021-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 iyun 2021.
  105. "Jurnalistlərin erməni siyasətinin qurbanı olması yalnız təəssüf doğurur - İqor Korotçenko". Trend İnformasiya Agentliyi. 4 iyun 2021. 2021-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2021.
  106. Qərib, Səid. "San Paolo şəhərində Ermənistana qarşı etiraz aksiyası keçirilib". Report İnformasiya Agentliyi. 10 iyun 2021. 2022-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyun 2021.
  107. Babayeva, Cəmilə. "Şəhid jurnalistlərin xatirəsi Gürcüstanda yad edilib". Report İnformasiya Agentliyi. 10 iyun 2021. 2021-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyun 2021.
  108. "Land Mine Blast Kills 2 Azerbaijani Journalists". Amerikanın səsi (ingilis). 4 iyun 2021. 2021-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2021.