Vikipediya:Ensiklopedik əhəmiyyətlilik (şirkətlər və təşkilatlar)

(Vikipediya:ŞİRKƏT səhifəsindən yönləndirilmişdir)
Qısa keçid yönləndirmə

Qayda səsvermə nəticəsində qəbul edilmişdir.

  • Səsvermə müddəti: 13 mart — 28 mart 2022
  • Qüvvədədir: 5 aprel 2022-ci ildən

Bu təlimat, bir təşkilatın (kommersiya və ya başqa bir şəkildə) və ya onun hər hansısa bir məhsulunun və xidmətinin Vikipediya məqaləsinin yaradılması üçün onun əhəmiyyətli bir mövzu olub-olmadığını müəyyən edir. Bu təlimatın əhatə dairəsi, qeyri-kommersiya təhsil müəssisələri, dinlər və ya məzhəblər və idman komandaları istisna olmaqla, müəyyən məqsəd üçün bir araya gələn bütün insan qruplarını əhatə edir. Lakin daha xüsusi məqsədlər altında toplanan insan qrupları üçün daha xüsusi qaydalar mövcuddur. Məsələn, musiqi yaratmaq məqsədilə qrup şəklində fəaliyyət göstərən insanlara aid olan meyarlar VP:MUSİQİ bölməsində əks olunub.

Sadə dillə desək, bir təşkilat, bir məqsəd üçün bir araya gələn şəxslərdən ibarət qrupdur. Bura xeyriyyə təşkilatları, siyasi partiyalar, xəstəxanalar, qurumlar, maraq qrupları, sosial klublar, şirkətlər, institutlar, mülkiyyətçilər, kommersiya məqsədli təhsil müəssisələri və ya təşkilatları və s. kimi kommersiya və qeyri-kommersiya fəaliyyətləri daxildir.

Bu təlimat, VP:ŞEƏ tərəfindən əhatə olunan ailələr, əyləncə qrupları, həmmüəlliflər və həmixtiraçılar kimi yaxından əlaqəli insanların kiçik qruplarını əhatə etmir.

Yoxlanılabilən sübutlara əsaslanan qərarlar

redaktə

Vikipediya təşkilat üçün ayrıca məqalə yazılabiləcək qədər ensiklopedikdir qərarını təşkilatın və ya məhsulun onlarla əlaqəsi olmayan etibarlı mənbələrin diqqətini cəlb etdiyinə dair təsdiqlənən sübutlar üzərində qurur. Ensiklopedilik yalnız bu zəruri mənbələrin nəşr etməsini tələb edir - hətta bu mənbələr məqaləyə yerləşdirilməsə də.

Anadangəlmə ensiklopediklik deyə birşey yoxdur

redaktə

Heç bir şirkət və ya təşkilat anadangəlmə ensiklopedik deyil. Məktəblər də daxil olmaqla heç bir təşkilat hansı təşkilat olmasından asılı olmayaraq bu qaydadan azad deyildir. Fərdi təşkilat haqqında müstəqil mənbələrdə heç bir məlumat yoxdursa və ya çox az məlumat varsa, bu, sadəcə digər tipli təşkilatların adətən ensiklopedik olması və ya sadəcə mövcud olması səbəbiylə fərqlənmir. "Ensiklopediklik" "məşhurluq" və ya "əhəmiyyət" ilə sinonim deyil. Redaktorlar bir təşkilatın şəxsən nə qədər "vacib" olduğuna inansa da, qurumdan asılı olmayan etibarlı mənbələr bu mövzuya geniş yer vermədiyi təqdirdə məqalə olmamalıdır.

Təşkilatların və ya məhsulların əhəmiyyətliliyini qiymətləndirərkən, onların mədəniyyətə, cəmiyyətə, əyləncəyə, atletikaya, iqtisadiyyata, tarixə, ədəbiyyata, elmə və ya təhsilə əhəmiyyətli və ya nümayiş etdirilən təsirlərinin olub olmadığını düşünün. Böyük təşkilatlar və onların məhsulları haqqında adətən etibarlı mənbələrdən əldə edilə bilən və yoxlanıla bilən məlumatlar mövcud olur. Bununla birlikdə, fərdlərin ensiklopedik ola bildiyi kimi kiçik təşkilatlar və onların məhsulları da ensiklopedik ola bilər. Çox kiçik təşkilatlar və şirkətlər VP:REKLAMYERİDEYİL-ə əsasən ensiklopedik sayılmasa da daha böyük təşkilatlara və ya məhsullarına üstünlük verən qərəz yaratmaq üçün özbaşına standartlardan istifadə edilməməlidir.

Miras qalan ensiklopediklik deyə birşey yoxdur

redaktə

Bir təşkilat yalnız ensiklopedik bir şəxs və ya hadisə ilə əlaqəli olduğu üçün ensiklopedik sayıla bilməz. Bir şirkət yalnız tanınmış alt şirkətlərə sahib olduğu üçün də ensiklopedik sayıla bilməz. Təşkilatın və ya korporasiyanın ensiklopedik sayıla bilməsi üçün etibarlı müstəqil mənbələrdə müzakirə edilməlidir. Nümunələr: Ensiklopedik bir şəxs bir restoran alarsa, restoran yeni sahibinə görə ensiklopedik sayıla bilməz. Ensiklopedik bir şəxs bir təşkilata qoşulursa, təşkilat həmin şəxsə görə ensiklopedik sayıla bilməz

Bu başqa şəkildə də işləyir. Bir təşkilat ensiklopedik sayıla bilər, ancaq ayrı-ayrı üzvlər (və ya üzv qrupları) üzvlüyünə görə ensiklopedik sayıla bilməz. Bir şirkət ensiklopedik sayıla bilər, ancaq onun alt şirkətləri ana şirkət ensiklopedikdir deyə ensiklopedik sayıla bilməz.

Əsas kriteriya

redaktə

Əgər bir şirkət, korporasiya, təşkilat, qrup, məhsul və ya xidmət, mövzudan asılı olmayan bir çox etibarlı ikinci dərəcəli mənbələrdə əhəmiyyətli dərəcədə əhatə olunarsa ensiklopedik hesab olunur.

Bu meyarlar, marketinq və ictimaiyyətlə əlaqələr mütəxəssisləri tərəfindən qaydalarla oynamağın qarşısını almaq üçün mənbələrin keyfiyyətinə daha çox diqqət yetirməklə ümumi ensiklopediklik qaydalarına riayət edir. Təlimat, digər şeylərin yanında, Vikipediyadan reklam və təbliğat məqsədi ilə sui-istifadə etməklə bağlı bəzi ümumi problemləri həll etmək üçündür. Beləliklə, təlimat, məqalə daxilində məqbul istinadlar kimi icazə verilən mənbələrə nisbətən ensiklopedikliliyi müəyyən etmək üçün istifadə olunan mənbələrə daha yüksək tələblər qoyur.

Kriteriyaları necə tətbiq etmək olar?

redaktə

Müstəqil mənbələr ayrı-ayrılıqda və bir-birindən asılı olmayaraq qiymətləndirilməli və bir mənbənin ensiklopedik etmə qabiliyyətinə malik olub olmadığını müəyyən etmək üçün aşağıdakı dörd kriteriyaya cavab verməlidir.

  1. Məqalənin mövzusunu birbaşa və dərindən əhatə edən əhəmiyyətli əhatə dairəsi var.
  2. Məqalədəki təşkilat ilə əlaqəli deyil, yəni müstəqildir.
  3. Etibarlı mənbə kriteriyalarına cavab verir.
  4. İkinci dərəcəli mənbədir, birinci və üçüncü dərəcəli mənbələr ensiklopedikliliyin müəyyən edilməsində söz haqqına sahib deyil.

Müstəqil mənbə, ensiklopedikliliyi müəyyən etmədə söz haqqına sahib ola bilmək üçün bu meyarların hamısına cavab verməlidir; hər bir mənbənin əhəmiyyətli, müstəqil, etibarlı və ikinci dərəcəli olması lazımdır. Əlavə olaraq, ensiklopedikliliyi müəyyən etmək üçün bu cür mənbələrın sayı birdən çox olmalıdır. Bir mənbənin uyğunluğu şübhə altındadırsa, ensiklopedikliliyi müəyyən etmək məqsədi ilə diqqətli olmaq və mənbəni ixtisar etmək lazımdır.

Əhəmiyyətli əhatə dairəsi

redaktə

Mənbənin mövzunun əhatə dairəsinin dərinliyi nəzərə alınmalıdır. Bir mövzunun əhəmiyyətsiz və ya təsadüfi əhatə dairəsi, ensiklopedikliliyi müəyyən etmək üçün kifayət deyil. Dərin və ya əhəmiyyətli əhatə dairəsi məhsul, şirkət və ya təşkilata ümumi baxış, təsvir, şərh, sorğu, araşdırma, müzakirə, təhlil və ya qiymətləndirmə təqdim edir. Bu cür əhatə, bir təşkilatı sadəcə adının keçməsi və rutin elanlar yerinə ensiklopedik bir təşkilat edir və təşkilat haqqında çox qısa, yarımçıq bir qaralamadan daha çox yazmağa imkan verir.

Rəqəmsal faktlar

redaktə

Kəmiyyət əhəmiyyəti müəyyən etmir. Əhəmiyyətli olan məzmunun keyfiyyətidir. Çoxlu mənasız mənbələr toplusu məqaləni ensiklopedik etmir. Baxışların, hitlərin, bəyənmələrin, paylaşımların və s. əhatə dairəsinin əhəmiyyətli olub olmadığını müəyyən etməklə heç bir əlaqəsi ola bilməz. Eynilə, əlaqəsiz statistika və rəqəmlər (məsələn, işçilərin sayı, gəlir və ya cəlb edilmiş kapitalın miqdarı, şirkətin yaşı və s.) onu ensiklopedik etmir. Əhatə dairəsinin əhəmiyyətli olması üçün mənbələr, şirkətdə 500 nəfərin çalışdığını və ya Məmməd Məmmədovun yeni CEO olaraq təyin olunduğunu qeyd etmək əvəzinə işçilərin davranışını və ya rəhbərlikdəki böyük dəyişiklikləri bir qədər dərin şəkildə təsvir etməli və müzakirə etməlidir. Bundan əlavə, əhəmiyyət mənbənin nüfuzu ilə müəyyən edilmir. Məsələn, The Village Voice-dakı 400 sözdən ibarət bir məqalə, The New York Times-dakı bir cümləlik mətndən daha əhəmiyyətlidir. Ancaq mənbənin nüfuzu mənbənin etibarlı və müstəqil olub olmadığını müəyyən etməyə kömək edir.

Şirkətin özünün əhəmiyyətli əhatə dairəsi

redaktə

Əlavə olaraq, mənbələr əlaqəli tərəflər arasında ötürülə bilməz. Yalnız bir təşkilatla əlaqəli konkret bir mövzunu təsvir edən mənbələr, bu təşkilat haqqında əhəmiyyətli məlumatların verilməsi hesab edilməməlidir. Buna görə də, məsələn, bir məhsulun geri çağırılması və ya bir CEO-nun tərcümeyi-halı ilə bağlı bir məqalə, məhsul və ya CEO ilə bağlı Vikipediya məqaləsi üçün əhəmiyyətli sayıla bilər, lakin şirkət haqqında əhəmiyyətli bir məlumat deyil (məqalə və ya tərcümeyi-hal şirkətin özünə əhəmiyyətli diqqət ayırmasa).

Sayılmayan mənbə nümunələri

redaktə

Əhəmiyyətli əhatə tələbini ödəməyən mənbə nümunələri:

  • aşağıdakı kimi olan siyahılar:
    • telefon nömrələri, ünvanlar, istiqamətlər, hadisə vaxtları, alış-veriş saatları
    • ofislər, filiallar və ya alt şirkətlər
    • işçilər, məmurlar, direktorlar, sahiblər və ya səhmdarlar
    • məhsul və ya xidmət təklifləri
    • məhsul təlimatçaları, spesifikasiyalar və ya sertifikatlar
    • patentlər, müəllif hüquqları, klinik sınaqlar və ya məhkəmə işləri
    • hadisə cədvəlləri və ya nəticələr (teatr tamaşası cədvəli, idman yarışının hesab cədvəli, mükafat alanların siyahısı)
    • statistik məlumatlar
  • standart bildirişlər, qısa elanlar və rutin əhatə dairəsi
    • səhm qiymətlərində dəyişikliklər
    • rüblük və ya illik maliyyə nəticələri və qazanc proqnozları
    • yerli filialların və ya mağazaların açılması və ya bağlanması
    • bir məhsulun satışa çıxarılması, dəyişdirilməsi və ya dayandırılması
    • ticarət yarmarkaları və ya panel müzakirələri kimi sənaye tədbirlərində iştirak
    • səhmdarların yığıncaqları və ya digər korporativ tədbirlər
    • kadrların işə alınması, vəzifəsinin yüksəldilməsi və ya ayrılması
    • müəssisənin böyüdülməsi, satın alınması, birləşməsi, satışı və ya bağlanması
    • sərmayə əməliyyatları
  • qısa şəkildə adının keçməsi
    • təşkilat, işçi və ya məhsul tərəfindən qazanılan qeyri-ensiklopedik mükafatlar
    • tədbirlərin, qeyri-kommersiya təşkilatlarının və ya könüllü işlərin sponsorluğu
    • hekayə mənbələri olaraq təşkilatın işçilərindən sitatlar
    • müzakirə olunan bir şirkət və ya məhsul növünə bir nümunə (məsələn, "Etirazlara cavab olaraq, ABC kimi müxtəlif şirkətlər fabriklərində iş şəraiti ilə bağlı öhdəlik götürdülər")
  • oxşar təşkilatların siyahısına, xüsusən də "ən yaxşı", "ilk 100", "ən sürətli böyüyən" və ya oxşar siyahılara daxil edilməsi
  • verilənlər bazası, arxivlər, kataloqlar, lüğətlər, biblioqrafiyalar, müəyyən almanaxlar kimi fərq qoymayan daxil etmə meyarlarına sahib olan kolleksiyalara daxil edilmək (yəni ən yaxşı, ən diqqətəlayiq nümunələri seçmək əvəzinə mövcud olan hər bir elementi daxil etməyə çalışmaq).
  • sırf yerli hadisələri, qalmaqalları, mübahisələri əhatə etməsi
  • təşkilatın əməkdaşları tərəfindən verilən təqdimatlar, çıxışlar, mühazirələr və s.
  • məhsul, şirkət və ya təşkilatın şərhi, sorğusu, araşdırması, müzakirəsi, təhlili və ya qiymətləndirilməsi ilə müşayiət olunmayan digər siyahı və qeydlər.

Yuxarıdakı nümunələr hərtərəfli deyil.

Əhəmiyyətli sayıla biləcək mənbələrə nümunələr

redaktə

Kriteriyanı ödəmək üçün kifayət edəcək əhəmiyyətli mənbə nümunələri:

  • korporativ birləşmə ilə bağlı uzun sürən mübahisəni müzakirə edən bir xəbər məqaləsi
  • məhsul və ya təşkilat haqqında yazılmış elmi məqalə, kitab və s.
  • korporasiyanın obyektlərinin və ya məhsullarının ətraf mühitə təsirini araşdıran sənədli film
  • müəyyən bir məhsulun təhlükəsizliyi ilə bağlı istehlakçı nəzarət təşkilatı tərəfindən verilən hesabat
  • şirkətdən və ya məhsuldan tamamilə asılı olmayan insanlar tərəfindən yazılmış geniş bir təlimat

Auditoriya

redaktə

Mənbənin auditoriyası da nəzərə alınmalıdır. Beynəlxalq və ya milli və ya ən azından regional media tərəfindən əhəmiyyətli şəkildə işıqlandırıldığına dair sübutlar, ensiklopedikliyin güclü bir göstəricisidir. Digər tərəfdən, yalnız yerli mediadan, ya da maraq və dövriyyəsi məhdud olan medianın diqqəti ensiklopediklik əlaməti deyil; ən azı bir regional, əyalət, milli və ya beynəlxalq mənbə lazımdır.

Qanunsuz davranış

redaktə

Ümumiyyətlə tanınmayan bir təşkilatın (iddia edilən) qanunsuz davranışını müzakirə edən bir çox əhəmiyyətli mənbə ola bilər. Əsasən sırf bu cür davranışı müzakirə edən mənbələr, bu təlimata uyğun olaraq təşkilatın nüfuzunu müəyyən etmək üçün istifadə edilməməlidir. Bununla birlikdə, təşkilat bu cür mənbələrə görə fərqli qaydalar altında hələ də tamamilə və ya qismən ensiklopedik sayıla bilər.

Müstəqil mənbələr

redaktə

Birinci ensiklopedik əhəmiyyətlilik sınağı, mövzuyla heç bir əlaqəsi olmayan şəxslərin şirkəti, korporasiyanı, məhsulu və xidməti, o mövzuya yönəlmiş, rutin olmayan yazıları yazıb yayımlayacaq qədər önəmli hesab etməkdir. Özünü tanıtmaq və məhsul yerləşdirmə ensiklopediya məqaləsinə layiq olmaq üçün bir yol deyil. Mənbələri qiymətləndirərkən iki müstəqillik növü nəzərə alınmalıdır:

  • müəllifin müstəqilliyi (və ya funksional müstəqillik): müəllifin şirkət, təşkilat və ya məhsulla əlaqəsi olmamalıdır. Əlaqəli şəxslərə təşkilatın işçiləri, sahibləri, investorları, (alt) podratçıları, satıcıları, distribyutorları, təchizatçıları, digər iş ortaqları, müştəriləri, rəqibləri, sponsorları (astroturfinq də daxil olmaqla) və maddi və ya başqa bir şeyə sahib olan digər şəxslər daxildir.
  • məzmunun müstəqilliyi (və ya intellektual müstəqillik): məzmun mövzudakı tərəflər tərəfindən hazırlanmamalıdır. Tez-tez əlaqəli bir tərəf, sonradan kopyalanan, yenidən yazılan və müstəqil tərəflər tərəfindən tam və ya qismən nəşr olunan bir hekayə hazırlayır (xurnalizmdə nümunə olaraq). Müstəqil məzmun, ensiklopediklik qabiliyyətini hesablamaq üçün, mövzu ilə əlaqəsi olmayan bir mənbəyə açıq şəkildə aid edilən orijinal və müstəqil rəyi, təhlili, araşdırmanı və fakt yoxlamasını ehtiva etməlidir.

Ticarət nəşrləri çox diqqətlə istifadə edilməlidir. Müstəqilliyin aydın olduğu yerlərdə aparıcı ticarət jurnallarından bədii hekayələr istifadə oluna bilsə də, fərqlənmək üçün ticarət jurnallarında işıqlandırmanın istifadəsinə qarşı bir ehtimal var. Bunun səbəbi, müəssisələrin görünürlüyünü artırmaq üçün tez-tez bu nəşrlərdən istifadə etməsidir.

Asılı olan mənbələrə nümunələr

redaktə

Ensiklopedikliyi təsdiqləmək üçün istifadə edilə bilməyəcək mənbə nümunələri:

  • press-relizlər, mətbuat dəstləri və ya oxşar ictimaiyyətlə əlaqələr materialları
  • müstəqil mənbələr tərəfindən nəşr olunsa belə bu cür press-relizlərə əsaslanan hər hansı bir material (çurnalistika)
  • təşkilat tərəfindən və ya onun adından paylaşılan reklam və marketinq materialları
    • Ticarət Palataları, biznes inkubatorları, konsaltinq firmaları və s. tərəfindən hazırlanan "uğur hekayələri" kimi parçalar da daxil olmaqla
  • hər hansı bir ödənişli və ya sponsorluq edilən məqalə, yazı və digər nəşrlər
    • Forbes, Huffington Post, Entrepreneur.com, Inc.com, TechCrunch, Medium.com və ictimai töhfələri qəbul edən və təqdim olunan məzmuna nəzarət etməyən digər nəşrlərə "töhfə verənlərin" əsərləri daxil olmaqla
  • təşkilatın özü tərəfindən nəşr olunan materiallar
  • patentlər, həm gözləyən, həm də verilən
  • təşkilat, üzvləri və ya onunla yaxından əlaqəli mənbələr tərəfindən birbaşa və ya dolayı olaraq yazılan və ya nəşr olunan saytlar da daxil olmaqla hər hansı bir material
  • şirkətin, korporasiyanın, təşkilatın və ya qrupun özü haqqında danışdığı digər əsərlər - istər özü tərəfindən nəşr olunsun, istərsə də başqaları tərəfindən yenidən çap olunsun

Çoxsaylı mənbə

redaktə

1 əhəmiyyətli müstəqil bir mənbə, təşkilatın ensiklopedikliyini göstərmək üçün demək olar ki, heç vaxt kifayət etmir.

Vikipediyada "mənbə" əsərin özünə, əsərin müəllifinə və/və ya əsərin nəşrinə istinad edə bilər. Mənbələr "çoxsaylı" sayıla bilmək üçün bir-biri ilə əlaqəli olmamalıdır. Bir qəzetdə (məsələn, Los Angeles Times, Chicago Tribune və Orlando Sentinel) təkrar nəşr olunan tək bir xəbər təşkilatının (məsələn, AP) xəbəri hələ də bir mənbədir (bir qəzet məqaləsi). Birdən çox qəzetdə birdən çox jurnalist ayrı-ayrılıqda eyni mövzuda yazırsa, eyni hadisə və ya "hekayə" haqqında yazsalar da, bu əlaqəsiz məqalələrin hər biri ayrı mənbələr hesab edilməlidir. Eyni jurnalistin bir sıra məqalələri hələ də 1 mənbə (1 nəfər) kimi qəbul edilir. Eyni qəzetdə fərqli məqalələrin görünməsi hələ də 1 mənbə sayılır (bir nəşriyyat). Eynilə, eyni müəllifin müxtəlif kitabları da 1 mənbədəndir.

Müxtəlif müstəqil mənbələrin mövcudluğunu sübut etmək lazımdır. Hipotetik mənbələr (məsələn, "şirkət böyük/köhnə/əhəmiyyətlidir, buna görə də daha çox mənbə olmalıdır, məndə yoxdur/tapa bilmirəm") bu kriteriyanı ödəmir.

"Çoxsaylı" sözü müəyyən bir rəqəm deyil və təşkilatın və ya məhsulun növündən asılıdır. Redaktorlar, tarixi şirkətləri qiymətləndirərkən sonçuluq (son (yeni) mənbələrin daha çox olması) və ya inkişaf etməkdə olan ölkələrdəki təşkilatları müzakirə edərkən sistemli qərəz (İngilis və Qərb mənbələrində daha çox olması) kimi müəyyən qərəzləri tanımalıdır. Buna görə də, məsələn, 1960-cı illərdən etibarən Banqladeşli qadın hüquqları təşkilatı yalnız bir və ya iki keyfiyyət mənbəyi ilə fərqlənə bilər. Buna görə də, məsələn, 1960-cı illərdən etibarən bir Banqladeşli qadın hüquqları təşkilatı yalnız bir və ya iki keyfiyyət mənbəsi ilə ensiklopedik sayıla bilər, amma bu ABŞ-nin böyük bir metropolitenindəki texnoloji bir startap üçün sayıla bilməz.

Etibarlı mənbələr

redaktə

Etibarlı mənbələr, ümumiyyətlə fakt yoxlama və dəqiqlik baxımından nüfuz sahibi olan üçüncü tərəf mənbələrdir. Ən yaxşı mənbələr faktları, hüquqi problemləri, sübutları və arqumentləri yoxlamaq və ya təhlil etmək üçün peşəkar bir struktura malikdir. Bu məsələlər nə qədər çox araşdırılsa, mənbə də bir o qədər etibarlıdır. Şübhəli mənbələr, faktları yoxlamaq üçün pis bir nüfuza sahib olan, mənalı redaksiya nəzarətindən məhrum olan və ya açıq şəkildə maraq toqquşması olanlardır. Öz-özünə nəşr olunan mənbələr, yoxlama məqsədləri üçün etibarlı ola bilsələr də, ümumiyyətlə ensiklopedik əhəmiyyətliliyin sübutu olaraq qəbul edilmir.

İkinci dərəcəli mənbələr

redaktə

İkinci dərəcəli bir mənbə, bir hadisədən ən azı bir addım uzaqlaşdırılan birinci dərəcəli mənbələrə əsaslanaraq müəllifin öz düşüncəsini təmin edir. Əsas mənbələrdən götürülmüş faktların, sübutların, anlayışların və fikirlərin müəllifin təhlili, qiymətləndirilməsi, təfsiri və ya sintezini ehtiva edir. Bu mənbələr əhəmiyyətli, etibarlı və ya müstəqil deyil.

Birinci dərəcəli (və ya əsas) mənbə, bir hadisəyə yaxın olan və tez-tez birbaşa əlaqəsi olan insanlar tərəfindən yazılan orijinal bir materialdır. Bu mənbələr ensiklopediklik üçün istifadə edilə bilməz. Bir iş mühitində, tez-tez rast gəlinən əsas mənbələr bunlardır:

  • korporativ illik və ya maliyyə hesabatları, etibarnamələr,
  • rəhbərlərin xatirələri və ya müsahibələri,
  • korporativ hərəkətlər barədə ictimai elanlar (mətbuat açıqlamaları),
  • məhkəmə sənədləri, patent ərizələri,
  • dövlət təftişi və ya yoxlama hesabatları,
  • müştəri rəyləri və ya şikayətləri,
  • məhsul təlimatları və ya texniki şərtlər.

Müştəri rəyləri

redaktə

Məhsul, hadisə və restoran rəyləri (yəni müəllifin şəxsi fikirlərini və təcrübələrini təsvir etdiyi yer) çox diqqətlə və səylə işlənməlidir. Bəzi rəy növlərinin uzun bir tarixi və köklü ənənələri var (məsələn, restoranlar, şərab, kitablar, filmlər), digərləri (məsələn, yeni texnoloji qurğular, səyahət blogları) isə yenidir və marketinq və ictimaiyyətlə əlaqələr işçiləri tərəfindən manipulyasiyaya daha meyllidir. Hər hansı digər mənbə kimi, rəylər də əsas meyarlara cavab verməlidir:

  • Əhəmiyyətli olmalıdır: qısa və müntəzəm rəylər uyğun deyil. Əhəmiyyətli rəylər, müəllifin məhsulu şəxsən yaşadığı və ya sınadığı və təcrübələrini bir qədər dərindən təsvir etdiyi, daha geniş kontekst təqdim etdiyi və digər məhsullarla müqayisə apardığı yerlərdir. Daha geniş kontekst olmadan müəyyən bir məhsula və ya funksiyaya dar diqqət yetirən rəylər (məsələn, restoranın bütövlükdə təsviri olmadan müəyyən bir yeməyin nəzərdən keçirilməsi) əhəmiyyətli mənbələr sayılmır. Müəllifin nəzərdən keçirilmiş məhsulla şəxsi təcrübəsinin olub-olmadığını müəyyən etmək üçün çox ümumi və ya qeyri-müəyyən olan rəylər əhəmiyyətli mənbələr hesab edilməməlidir. Bundan əlavə, rəylər sırf yerli və ya dar (yüksək ixtisaslaşmış) maraq doğuran nəşrlər xaricində dərc olunmalıdır (bax: #Auditoriya). Məsələn, yerli bir qəzetdə yerli məhsul bayramına bir baxış və ya bir şəhər kitabxanasında bir bülletendə bir kitab araşdırması əhəmiyyətli bir əhatə dairəsi olaraq qəbul edilməyəcəkdir.
  • Müstəqil olmalıdır: bir çox rəy müstəqil deyil və əslində bir reklam və məhsul yerləşdirmə növüdür. Sponsorlu rəylərə, nəzərdən keçirilən məhsulun müəllifə pulsuz olaraq təqdim edildiyi rəylər daxildir. Çox vaxt sponsorlu bir araşdırmanın mahiyyəti açıqlanmır və dərhal görünmür. Xüsusilə, sponsorluq və ya digər əlaqələrin güclü bir göstəricisi, həddindən artıq müsbət və ya mənfi olan bir araşdırmadır. Buna görə də redaktorlar müstəqillik və obyektivlik baxımından yaxşı tanınmış mənbələrdən gələn rəylərdən istifadə etməlidirlər. Bundan əlavə, başqasının fikrini təkzib edən rəylər, bir meta araşdırma (məsələn, araşdırma toplayıcıları) hazırlamaq üçün kifayət qədər orijinal iş qoyulmadıqca müstəqil mənbələr deyildir. Bir mənbənin uyğunluğu şübhə altındadırsa, həmin mənbəni istifadə etməmək daha yaxşıdır. Ensiklopedik sayıldıqdan sonra məqalədəki bəzi mübahisəli olmayan faktları (məsələn, işçilərin sayı, restorandakı masaların sayı, məhsul modelləri) yoxlamaq üçün müstəqil araşdırmalardan istifadə oluna bilər.
  • Etibarlı olmalıdır: rəylər redaksiya nəzarəti təmin edən və obyektivliyi qorumağa çalışan etibarlı mənbələrdə dərc olunmalıdır. Öz-özünə nəşr olunan rəylər (məsələn, əksər bloqlar) sayılmır.

Xüsusi qeyd: Reklam

redaktə

Vikipediyada reklam qəti qadağandır. Aşağıdakı addımları yerinə yetirərək reklam silinməlidir:

  • VP:NM-ə uyğunlaşdırın
  • Mətndən qalan reklam məzmununu silin
  • Əgər məqalədə reklam olmayan məzmun qalıbsa, silinməyə namizəd edin. Əks halda məqaləyə {{sil|Ü11}} əlavə edin.

Xüsusi təşkilat növləri üçün alternativ kriteriyalar

redaktə

Aşağıdakı bölmələr, xüsusi vəziyyətlərdə ensiklopediklik əhəmiyyətin müəyyən edilməsinin alternativ üsullarını müzakirə edir. Heç bir təşkilat, müstəqil mənbələrin təşkilat xaricində olan insanlar tərəfindən fərq edildiyini nümayiş etdirdiyi hallar istisna olmaqla, ensiklopedik hesab edilmir. Bu kriteriyalar, ensiklopedikliyi nümayiş etdirmək üçün istəyə bağlıdır, alternativ bir üsul təşkil edir. Təşkilatlar, aşağıdakı mənbə tələblərindən birinə cavab verdikləri təqdirdə ensiklopedik hesab edilir.

  1. bu alternativ meyarlar,
  2. təşkilatlar üçün əsas meyarlar və ya
  3. ümumi ensiklopedik əhəmiyyətlilik qaydası

məqalə VP:VND qaydasına uyğundur, xüsusən də informasiyaların fərqləndirilmədən daxil edilməsinin qarşısını almaq üçün.

Qeyri-kommersiya təşkilatları

redaktə

Təşkilatlar aşağıdakı standartların hər ikisinə cavab verdikləri təqdirdə adətən ensiklopedik sayılırlar:

  1. Fəaliyyətlərinin miqyası milli və ya beynəlxalqdır.
  2. Təşkilat haqqında, təşkilatdan asılı olmayan bir çox etibarlı mənbələrdə əhəmiyyətli məlumat(lar) var.

Əlavə olaraq:

  • Milli tanınmış yerli təşkilatlar: Bəzi təşkilatlar əhatə dairəsinə görə yerli olsa da, milli və hətta beynəlxalq populyarlıq əldə etmişlər. Fəaliyyətləri yerli miqyasda olan təşkilatlar (məsələn, bir məktəb və ya klub), təşkilatın yerli ərazisindən kənarda etibarlı müstəqil mənbələr tərəfindən əhatə olunduğuna dair ciddi təsdiqedici sübutlar varsa, ensiklopedik hesab edilə bilər. Əhatə dairəsinin yalnız yerli olduğu yerlərdə, bunun yerinə təşkilatın yerli ərazisindəki bir məqaləyə təşkilat haqqında bir bölmə əlavə etməyi düşünün.
  • Ümumi diqqəti cəlb edən amillər: Təşkilatın uzunömürlülüyü, üzvlərinin sayı, böyük uğurları, məşhur qalmaqalları və ya təşkilata xas olan digər amillər bu amillərin müstəqil mənbələr tərəfindən əhatə edildiyi təqdirdə nəzərə alınmalıdır. Bu siyahı tam və qəti deyil.
  • Xəbərdarlıq - Kiçik təşkilatların milli və ya beynəlxalq miqyasda olduğu iddialarına qarşı diqqətli olun. Bir təşkilatın bir çox ölkədə filiallarının olması, fəaliyyətinin həqiqətən beynəlxalq olduğu anlamına gəlmir. Məsələn: Ümumilikdə altmış üzvdən ibarət kiçik bir təşkilat, dünya miqyasında "beynəlxalq miqyasda" deyil, çünki üzvlər ayrı-ayrı ölkələrdə yaşayır və yaşadıqları yerdə alt təşkilatlar yaradıblar.

Böyük təşkilatların yerli bölmələri

redaktə
  • Bəzi hallarda, öz məqaləsi üçün kifayət qədər əhəmiyyətli hesab edilməyən xüsusi bir yerli bölmə və ya alt təşkilat, ana təşkilatın məqaləsində qeyd ediləcək qədər əhəmiyyətli ola bilər. Ana məqalə, məlumatın yeni bir məqaləyə bölünməsi lazım olan qədər böyüyərsə, unutmayın ki, alt təşkilat haqqında bir məqaləni ana məqalədən ayırdığınız zaman, həmin təşkilatın özünün Vikipediyanın ensiklopedik əhəmiyyətlilik qaydalarına riayət etməsi lazımdır. Öz başına əhəmiyyətli olmayan bir hissəni məqalədən ayırmamağa diqqət edin.
  • Yaxşı məqalə yaratmağı hədəfləyin, ömürlük qaralama halında qalacaq məqalə yox': Fərdi bölmələr, şöbələr və ensiklopedik təşkilatların digər alt bölmələri nadir hallarda ayrı bir məqalə üçün kifayət qədər əhəmiyyətli olur. Bölmələr və filiallar haqqında məlumatlar ümumiyyətlə ana təşkilat haqqında məqaləyə birləşdirilməlidir.
  • Ensiklopedik təşkilatların alt bölmələri haqqında məlumatlar ya nəsrə, ya da təşkilatla bağlı əsas məqalədə qısa bir siyahıya daxil edilə bilər. Siyahı ana məqalə üçün çox böyük olarsa, siyahı ilə mövzu olaraq məşğul olan etibarlı mənbələr olduğu təqdirdə onu müstəqil siyahı kimi ayırmaq olar. Siyahı çox böyükdürsə, lakin müstəqil siyahı üçün kifayət qədər nəzərə çarpmırsa, siyahını kiçiltməyi düşünün.

Məktəblər

redaktə

Liseylər, orta və ibtidai məktəblər və yalnız ümumi təhsilə dəstək verən məktəblər də daxil olmaqla bütün universitetlər, kolleclər və məktəblər ya bu qaydaya, ümumi ensiklopedik əhəmiyyətlilik qaydasına və ya hər ikisinə cavab verməlidir. Kommersiya məqsədli təhsil təşkilatları da kriteriyalara cavab verməlidir.

Dini təşkilatlar

redaktə

Fərdi dini təşkilatlar (istər camaat, sinod, sinaqoq, məbəd, kilsə və s. adlandırılsın) bu qaydaya, ümumi ensiklopedik əhəmiyyətlilik qaydasına və ya hər ikisinə cavab verməlidir. Dini bir binanın İngiltərə Milli İrs Siyahısı və ya ABŞ-dakı Milli Tarixi Yerlər Qeydiyyatı kimi böyük bir tarixi reyestrdə yer alması, binaya sahib olan və ya istifadə edən dini təşkilatın ensiklopedik olduğu anlamına gəlmir.

Kommersiya təşkilatları

redaktə

Bəzi kommersiya təşkilatları Vikipediyanın ensiklopedik əhəmiyyətlilik qaydalarına cavab verir, lakin onların həqiqətən ensiklopedik olub-olmadıqlarını və məqalənin Vikipediyanı pulsuz reklam üçün istifadə etmək cəhdi olub olmadığını müəyyən etmək üçün diqqətli olmaq lazımdır. Vikipediya redaktorları açıq və ya gizli reklam məqsədi ilə kommersiya təşkilatları haqqında məqalələr yaratmamalıdır.

Şəbəkələr və franşizalar

redaktə

Bir çox şirkətin fərdi olaraq bir-birini əvəz edən yerli mağaza və ya franşiza şəbəkələri var. Məsələn, yerli McDonald's. Fərdi mağazalar və ya franşiza haqqında ümumiyyətlə şəbəkə üçün doğru olmayan çox az şey olduğundan Vikipediyada bu cür fərdi mağazalar haqqında məqalələr olmamalıdır. Nadir hallarda, fərdi bir yerin onu ensiklopedik edən memarlıq xüsusiyyətləri olur; Bununla birlikdə, Çindəki hər Wal-Mart haqqında bir sıra məqalələr informativ olmayacaq. Yerli bir mağazada böyük bir hadisə baş verərsə, istisna edilə bilər; lakin, bu zaman çox güman ki, yeri deyil, hadisəni təsvir edən bir məqalə adı altında yaradılacaq.

Məhsullar və xidmətlər

redaktə

Bir şirkət ensiklopedikdirsə, şirkətin məqaləsi, məqaləni lazımsız böyük hala gətirəcək qədər böyük olmadığı təqdirdə, onun məhsulları və xidmətləri haqqında məlumatlar şirkətin öz məqaləsinə daxil edilməlidir.

Məhsul və xidmətlərin müzakirəsi məqaləni uzadırsa, bəzi redaksiya qərarı tələb olunur. Məhsullar və xidmətlər kifayət qədər ensiklopedik sayılırsa, məhsula ayrıca məqalə yaradılması tövsiyə olunur. Məhsullar və xidmətlər öz məqalələri üçün kifayət qədər ensiklopedik deyilsə, onlar haqqında məlumat qısa bir formata salınmalı və ümumiləşdirilməli və ya məhsullar etibarlı ikincil mənbələrdə əhəmiyyətli dərəcədə qeyd edilmədikdə tamamilə kiçildilməlidir.

Hər bir məhsul haqqında birdən çox qaralama yaratmaqdan çəkinin.

Əgər ensiklopedik olmayan bir məhsulun və ya xidmətin öz məqaləsi varsa, cəsur olun və daha geniş əhatəli bir məqaləyə (məsələn, məhsulun növü ilə bağlı məqalə) daxil edin və ya silmə proseslərindən birini izləyin.

Unutmayın ki, müəyyən bir məhsul və ya xidmət şirkətdən asılı olmadan ensiklopedik sayıla bilər.

Əgər ensiklopedik deyilsə

redaktə

Baxmayaraq ki, bu qaydanın kriteriyalarına cavab verməyən təşkilatın ayrıca məqaləsi olmamalıdır, lakin müəyyən şərtlər yerinə yetirildiyi təqdirdə təşkilat haqqında məlumat Vikipediyaya başqa üsullarla daxil edilə bilər.

Təşkilat haqqında məzmun aşağıdakı hallarda müvafiq məqalələrə əlavə edilə bilər:

Bir şəhər, qəsəbə və ya bölgəyə aid olan təşkilatlar üçün yuxarıdakı meyarlara uyğun gələn məzmun həmin yerlərin məqalələrinə əlavə edilə bilər. Məsələn, kiçik bir şəhərin tarixi və ya iqtisadiyyatı üçün əhəmiyyətli olan bir təşkilat şəhər məqaləsinin "Tarix" və ya "İqtisadiyyat" bölməsində qeyd oluna bilər.