Vikipediya:Həftənin seçilmiş məqaləsi/fevral 2016
Həftənin seçilmiş məqaləsi arxivi
2011: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2012: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2013: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2014: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 6. Həftə
Eri — ABŞ-ın Pensilvaniya ştatının şimal-qərbində yerləşən şəhər. Adını sahilində yerləşdiyi göldən və cənub sahilində yaşayan eyniadlı xalqdan alan Eri şəhəri Pensilvaniya ştatının ən böyük 4-cü şəhəridir (digərləri Filadelfiya, Pittsburq və Allentaundur). 1999-cu ilə qədər ştatın ən böyük 3-cü şəhəri idi. Eri metropolis bölgəsində 280 min, urbanizasiya bölgəsində isə 195 min nəfər yaşayır. Eri şəhəri Eri əyalətinin inzibati mərkəzidir.
Eri şəhərinin yaxınlığında Buffalo, Klivlend, Pittsburq kimi şəhərlər yerləşir. Şəhərdə xidmət, səhiyyə, turizm, təhsil kimi xidmət sahələri inkişaf etməkdə olmasına baxmayaraq ağır sənayesinə görə Eri ştatda əhəmiyyətli yer tutur. Milyonlarla turist Presk Ayl Ştat Parkını ziyarət edir, eləcə də şəhərdəki kazino və at yarışlarına axışır. Eri şəhəri "flaqman" ləqəbi ilə tanınır, çünki şəhərin tarixi ABŞ dəniz komandiri Oliver Azar Perrinin flaqman gəmisi "Niagara" ilə xatırlanır. Sahilində yerləşdiyi Eri gölünün parlaqlığına görə şəhər bəzən "Cəvahirat şəhəri" kimi də tanınır. 1972-ci ildə şəhər Amerika Şəhər mükafatını qazanmışdır. İrokez Konfedrasiyasının 6 xalqı (Seneka xalqı da daxil) indiki Eri ərazisində məskunlaşmışdılar. Avropalılar bura ilk dəfə 1753-cü ildə fransızların Yeni Fransanı Böyük Britaniya işğalından qurtarmaq üçün Presk Ayl qəsrini tikdikləri dövrdə çatdılar. Hazırda bu qəsr ərazisinin yaxınlığında Presk Ayl Ştat Parkı yerləşir. "Preske-isle" fransız sözü olub, "yarımada" deməkdir (hərfi tərcümədə "az qala ada"). |
bax – müzakirə et – redaktə et – tarixçə
- 7. Həftə
Seylor Mun — yapon manqaka Naoko Takeuçi tərəfindən yazılmış və çəkilmiş şoco manqa seriyası. Manqa seriyası 1991-1997-ci illərdə "Nakayoshi" jurnalında nəşr olunmuşdur. Bu dövrdə 52 fəsli 18 tankobon cildi şəklində çap edilmişdir. Manqa seriyası Seylor Muna çevrilərək Ay şahzadəsinin və Əfsanəvi Gümüş Kristalın (「幻の銀水晶」, Maboroshi no Ginzuishō?) axtarışına çıxan 14 yaşlı qız Usaqi Tsukino haqqındadır. Seriya boyunca Seylor Mun Əfsanəvi Gümüş Kristalı qorumaq və Günəş sistemini məhv etmək istəyən düşmənlərin qarşısını almaq üçün yaradılmış Seylor döyüşçüləri (セーラー戦士, Sērā Senshi?) komandasına başçılıq edir.
Manqa seriyasının 18 cildi əsasında Toei Animation tərəfindən anime hazırlanmışdır. Anime Yaponiyada 5 mövsüm olmaqla 1992-1997-ci illərdə yayımlanmışdır. Bundan başqa, manqa seriyası əsasında 3 animasiya filmi, 3 qısametrajlı animasiya, 1 televiziya verilişi və "Gözəl Qoruyucu Seylor Mun" adlı teleserial hazırlanmışdır. Anime hekayəsi 2014-cü ildən göstərilən "Sailor Moon Crystal" animesi ilə yenidən başladılmışdır. Manqa seriyasından ilham alınaraq ranobelər, kart oyunları, şəkillər, myuzikllar, musiqilər və video oyunlar da hazırlanmışdır. Manqanın ingilis versiyasının Şimali Amerikada yayımlanması Kodansha Comics USA tərəfindən, Avstraliya və Yeni Zelandiyada yayımlanması Random House Australia tərəfindən lisenziyalaşdırılmışdır. Animenin ingiliscə dublajının Şimali Amerikada göstərilməsi Viz Media tərəfindən, Avstraliya və Yeni Zelandiyada göstərilməsi Madman Entertainment tərəfindən lisenziya hüququ əldə etmişdir. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 8. Həftə
Xocalı soyqırımı — 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır.
Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir. Bu soyqırım zamanı Azərbaycan xalqı minlərlə şəhid qurban vermişdir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi (Stepanakert) şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal etdi. Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artilleriyadan şiddətli atəşə tutuldu. Nəticədə, fevralın 26-sı səhər saat 5 radələrində Xocalı tam alova büründü. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər Xocalı sakini Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü. Dövlətin və əhalinin əmlakına 1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vurulmuşdur. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 9. Həftə
Dəmir adam — Marvel Comics tərəfindən yaradılmış eyniadlı personajdan bəhs edən və 2008-ci ildə çəkilən Marvel Studios istehsalı super qəhrəman və fantastika filmi. "Dəmir adam" filmi Marvel film kainatının ilk filmidir. Filmin rejissoru Con Favro, ssenaristləri Mark Ferqu, Havk Ostbi, Art Markum və Mett Holloveydır. Filmin baş rollarında Robert Dauni, Terrens Hovard, Ceff Brices, Şon Toub və Qvinet Peltrou çıxış edir. Filmdə məşhur iş adamı və mühəndis Toni Starkın Dəmir adam zirehini hazırlaması və Dəmir adam adını alaraq superqəhrəman olmasından bəhs olunur.
Filmin çəkilməsi məsələsi 1990-cı ildən başlayaraq müxtəlif vaxtlarda Universal Pictures, 20th Century Fox və New Line Cinema tərəfindən gündəmə gətirilib. 2006-cı ildə Marvel Studios Dəmir adam haqqında filmin çəkilməsi hüquqlarına sahib olub. Marvel Studios filmin istehsalı ilə məşğul olub, Paramount Pictures isə filmin distribüteri olub. Filmin rejissoru Con Favro seçilib. O, filmin yetərincə naturalist alınması və filmi Nyu Yorkda çəkilən bir çox super qəhrəman filmindən fərqləndirmək üçün əsas çəkiliş yeri kimi ABŞ-ın şərq sahillərini deyil, Kaliforniyanı seçib. Filmdə oynayan aktyorlar öz xüsusi dialoqları yaratmaqda azad idilər, çünki hazırlıq işlərində əsas diqqət süjetə və hekayəyə yönəlmişdi. Filmdə istifadə olunan kauçuk və metal Dəmir adam zirehləri Stenli Uinston kompaniyası tərəfindən hazırlanıb və zirehin daha effektli görsənməsi üçün CGI kompüter qrafikindən istifadə olunub. "Dəmir adam" filminin premyerası 2008-ci ilin 14 aprelində Avstraliyanın Sidney şəhərində baş tutub. 2 may 2008-ci ildə isə kinoteatrlarda film göstərilməyə başlayıb. |
bax – müzakirə et – redaktə et – tarixçə