Vikipediya:Həftənin yaxşı məqaləsi

Həftənin yaxşı məqaləsi

Bu ulduz əksər və həmçinin Azərbaycan Vikipediyasında yaxşı statusunu bildirir
Bu ulduz əksər və həmçinin Azərbaycan Vikipediyasında yaxşı statusunu bildirir

Ana Səhifə, yaxşı məqalə bölməsinə malikdir. Bu bölmədə hazırda Vikipediyada oxuculara yaxşı məqalə qismində, mükəmməl formada olan məqalələr yayımlanır.

Məqalənin ana səhifəyə çıxarılması üçün o ya yaxşı məqalə statusunda ya da həftənin aktual mövzusuna aid olmalıdır.

Həftənin yaxşı məqaləsi bölməsi idarəçilərdən biri tərəfindən yenilənir. Fikir ayrılığı olan halda məsələ digər idarəçilərin rəyi ilə həll edilir. İstifadəçi hər-hansı bir məqaləni namizəd bölməyə namizəd sürmək istəyirsə idarəçilərə müraciət etməlidir.

Təlimat müvəqqətidir və dəyişə bilər. Daimi təlimat səsvermə ilə qəbul edilənə qədər qüvvədədir. Hər hansı fikir ayrılığı müzakirə ilə həll edilməlidir.


Qısa keçid yönləndirmə

Fəal məzmun:

Seçilmiş məqalə alətləri:

Həmçinin bax

Həftənin yaxşı məqaləsi arxivi


2015: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2016: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2017: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2018: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2019: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2020: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2021: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2022: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2023: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2024: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2025: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


Bu gün 14 noyabr 2024, Cümə axşamı (İlin 46. həftəsi); bu an saat 02:38 (UTC)
(yenilə)

Yaxşı məqalə

Dəniz inəyidyoqonlar fəsiləsinin dəniz inəkləri cinsinə aid heyvan növü. Dəniz inəkləri ilk dəfə 1741-ci ildə Vitus Berinqin ekspedisiyası zamanı aşkarlanmışdır. Adı ekspedisiyanın həkimi və bu canlı haqqında ilk ətraflı məlumat verən Georq Stellerin şərəfinə adlandırılmışdır. Steller inəyi ancaq Komandor adaları sahilində aşkarlanmış və digər ərazilərdə müşahidə edilməmişdir. Bununla belə, bir çox paleontoloqlar onların arealının daha geniş əraziyə malik olduğunu ehtimal edirlər. Ləzzətli ətə sahib olması bu canlıların kütləvi ovuna səbəb olmuşdur. Artıq 1768-ci ildə dəniz inəklərinin nəsli tamamən kəsilmişdir. Steller inəkləri nəhəng ölçülərə malik olmuşlar. Onlar ölçülərinə görə dəniz məməliləri arasında yalnız balinakimilərdən və ən yaxın qohumu hesab edilən "Hidrodamalis Kuesta"dan (ehtimal ki, bu canlılar 10 metr uzunluğa və 10 ton çəkiyə malik olmuşlar) geri qalırdı. 7–8 metr uzunluğa və beş tondan artıq çəkiyə malik olmuşlar. Az hərəkətli həyat tərzi keçirən canlı olması ehtimal edilir. Bədən quruluşuna və böyük ölçülərinə görə onların sürətli üzməsi imkansız olmuşdur. Əsasən sahil boyu ərazilərdə yayılmışlar. Dəniz inəkləri yosunlar və əsasən dəniz kələmi ilə qidalanırdılar. Astagəl, qorxaq və insana tez öyrəncəli olmaları ilə seçilirdilər. Bu xüsusiyyətlər onların insanlar tərəfindən asanlıqla ovlanmasına gətirib çıxarırdı. Steller inəkləri ilk dəfə aşkarlanarkən sayları cəmi 2 min ədəd təşkil edirdi.

(Davamı...)

Gələcək həftənin yaxşı məqaləsi

23-cü küçə (Manhetten)Nyu-York şəhəri Manhetten borosunun Midtaun rayonunda yerləşən ikitərəfli küçə; adanın şərqindən qərbinə keçən əsas magistral yollarından biri. Küçə qərbdən On Birinci prospektdən başlayaraq, şərqdə FDR magistralına qədər davam edir. Küçə 1811-ci ildə Manhettenin hərtərəfli inkişaf planının qəbulundan sonra yarandı. Burada Beşinci ProspektÇelsi kimi mehmanxanalar və bir çox teatrlar tikilmişdir. Flatiron Building, Metropolitan Life Tower və 2013-cü ildə inşa edilən One Madison kimi tarixi göydələnlər bu küçədə yerləşir.

(Davamı...)