Vikipediya:Həftənin yaxşı məqaləsi/dekabr 2020

Həftənin yaxşı məqaləsi arxivi


2015: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2016: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2017: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2018: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2019: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2020: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2021: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2022: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2023: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2024: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2025: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


Bu gün 14 noyabr 2024, Cümə axşamı (İlin 46. həftəsi); bu an saat 15:25 (UTC)
(yenilə)
Keşi təmizlə
49. Həftə
Susuzluq günü — 724-cü ildə, Mavəraünnəhrdən keçən Sırdərya çayının sahillərində, indiki Tacikistan ərazisində, Türgiş xaqanlığı ilə Əməvilər xilafəti arasında baş vermiş döyüşə verilən ənənəvi ad.

Müslüm ibn Səid əl-Kilabi öndərliyindəki Əməvi ordusu türgişlərin yürüşlərindən xəbərdar olanda Fərqanə vadisinə hücum təşkil edir. Türgiş atlıları tərəfindən qovulan ərəblər tələsik şəkildə Sırdərya çayına doğru qaçır. Nəhayət, 11 gün davam edən qaçışdan sonra Əməvi ordusu Sırdərya sahilinə çatır, ancaq onlar türgiş və yerli Mavəraünnəhr hakimlərinin qoşunları ilə əhatə olunur. Hər halda, ərəblər bu mühasirəni qırıb, çayı keçərək Xücənd şəhərinə çatırlar. Əməvilərin məğlubiyyətə uğraması müsəlmanların regiondakı nəzarətini darmadağın edir. Mavəraünnəhr təqribən 740-cı ilə kimi ərəblər ilə türgişlər arasında mübahisəli ərazi olaraq qalır.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


50. Həftə
Tatyana TotmyaninaRusiyanı təmsil edən fiqurçu. Tatyana Totmyanina Marinin ilə birgə 1997-ci ildən 2006-cı ilə qədər beynəlxalq yarışlarda mübarizə aparıb. Totmyanina və Marinin cütlüyü 2006-cı ildə İtaliyanın Turin şəhərinin ev sahibliyində baş tutan XX Qış Olimpiya Oyunlarında qızıl medala sahib olub.

Totmyanina və Marinin cütlüyü həm də 2002 və 2003-cü illərdə baş tutan Dünya Çempionatlarının gümüş medalına, 2004 və 2005-ci illərdə baş tutan çempionatların isə qızıl medalına sahib olub, 2002 və 2005-ci illərdə ISU Qran-Pri Finalında qızıl medala, üç dəfə (2002, 2003 və 2004-cü illərdə) isə Rusiya Çempionatının qızıl medalına sahib olub.

Totmyanina və Marinin cütlüyü ISU Çin və Yaponiya Qran-Priləri istisna olmaqla, digər dörd Qran-Pri mərhələsinin hamısında qalib olmağı bacaran azsaylı idmançılardandır.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


51. Həftə
Məhəmməd xan UstaclıXVI əsrdə yaşamış türkmən Ustaclı tayfasından olan Səfəvi məmuru, diplomatı və hərbi rəhbəri. O, 1568-ci ildən 1575-ci ilə qədər İrəvan və ya digər adı ilə Çuxursəəd bəylərbəyliyinin hakimi kimi xidmət etmişdir. Daha sonra, o, Osmanlı imperiyasına göndərilən nümayəndə heyətinə rəhbərlik etmişdir. Geri qayıtdıqdan sonra, o, bəzi hüquqi proseslərdə iştirak etmiş və 1578-ci ildə yenidən Çuxursəəd əyalətinə bəylərbəyi təyin edilmişdir. Səfəvi-Osmanlı müharibəsi (1578-1590) zamanı baş vermiş Çıldır döyüşündə o, əsas komandan kimi çıxış etmiş və məğlub olmuşdur. Bir neçə il sonra - 1583-cü ildə Məhəmməd xan Toxmağın bəylərbəyliyi əyalətin Osmanlı dövləti tərəfindən işğal edildiyinə görə sona çatmışdır. Bu əyalət 1604-cü ilə qədər Osmanlı dövlətinin tabeliyində qalmışdır.

Boyu balaca olduğuna görə "Toxmaq" ayaması ilə tanınmışdır.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


52. Həftə
1966 Neftyanik mövsümü1966-cı il futbol üzrə SSRİ çempionatı "Neftyanik"in turnirdə doqquzuncu, ardıcıl olaraq isə yeddinci iştirakı idi. Komanda çempionatla yanaşı həmçinin SSRİ Kuboku turnirində də çıxış edirdi. 1966-cı il mövsümü Azərbaycan klublarının SSRİ yüksək liqasında ən yaxşı nəticəsi hesab olunur. Belə ki, "ağ-qaralar" 19 komandanın yarışdığı turnirdə yekun nəticə olaraq üçüncü yeri tutaraq bürünc medala sahib oldu. Buna qədər komandanın ən yaxşı nəticəsi 1963-cü ildə keçirilmiş çempionatda altıncı yeri tutmaq olmuşdur. Lakin bu mövsüm yalnız çempionatda qalib olan komanda və kubokun qalibi (və ya finalçısı) Avropa miqyaslı turnirlərə qatıla bildiyindən, "Neftyanik"in Avropada debütü mümkün olmadı. Klub ev oyunlarını Lenin stadionunda keçirirdi.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə