Xəlil Musayev: Redaktələr arasındakı fərq
Redaktənin izahı yoxdur |
|||
(5 istifadəçi tərəfindən edilmiş 13 dəyişiklik göstərilmir) | |||
Sətir 1: | Sətir 1: | ||
{{Rəssam}} |
|||
⚫ | |||
⚫ | |||
== Haqqında == |
== Haqqında == |
||
Musayev Xəlil İsrafil oğlu |
Musayev Xəlil İsrafil oğlu 1896-cı ildə [[Dağıstan vilayəti|Dağıstanın]] [[Çox|Çox aulunda]] anadan olmuşdur. Avarların Manijal nəslinə mənsub atası İsrafil bəy Musayev çarın şəxsi qvardiyasında xidmət etmiş, sonra isə mahal naibi olmuşdu. X.Musayev Tiflis Qafqaz İncəsənəti Təşviq Cəmiyyətinin nəzdindəki Boyakarlıq və Heykəltəraşlıq Məktəbində, Münhen Rəssamlıq Akademiyasında təhsil almışdır. |
||
1913-cü ildən [[Tbilisi|Tiflisdə]] "[[Molla Nəsrəddin (jurnal)|Molla Nəsrəddin]]" jurnalında rəssamın "Xəlil Mussayev", "Mussayev Çoxski", "X.M." imzaları ilə (müəllif öz rəsmlərini həm kiril, həm də ərəb hərfləri ilə imzalayırdı) 20-yə yaxın karikaturası ("Molla Nəsrəddin"in dostları və düşmənləri","Müsəlman ziyalısı", "Rus və müsəlman qadını teatrda", "Culfada əvvəlinci parlamanın üzvü", "Tiryəkxanada" ("Maarifin mərkəzi olan Tiflis şəhərində müsəlmanların gecə-gündüz məşğuliyyəti"), "Rəşt şəriətmədarı və rus konsulu", "Qəribə tərəzi", "Bizim əyləncəmiz", "Şamaxıda məktəb barəsində şura", "Qoymaram oğlumu məktəbə aparasan" və s.) çap olunmuşdur. Onun karikaturaları "Molla Nəsrəddin"lə yanaşı [[Bakı]]dakı "[[Kəlniyyət (jurnal)|Kəlniyyət]]" (naşir [[Seyid Hüseyn Sadiq|Seyid Hüseyn]], redaktor [[Hacı İbrahim Qasımov|H.İ.Qasımov]]) və rusdilli "[[Baraban (jurnal)|Baraban]]" (naşir [[İsa bəy Aşurbəyov|İ.Aşurbəyli]] və [[Behbud ağa Şahtaxtinski|B.Şahtaxtinski]], redaktor [[Əzim Əzimzadə|Ə.Əzimzadə]]) satirik məcmuələrində də çap olunmuşdu. Bu karikaturalar yalnız mövzunun aktuallığı ilə deyil, həm də rəsm texnikasının yetkinliyi və koloritliliyi ilə seçilirdi. |
|||
⚫ | Milliyyətcə avardır. 1916-cı ildə xaricə, Avropaya mühacirət etmişdir. Münhendən qayıtdıqdan sonra Temirxanşurada (indiki [[Buynaksk]]) yaşayan Xəlil Musayev tədricən yaradıcılığında portret janrına daha böyük üstünlük verməyə başlamışdı. Siyasi təmayülündən asılı olmayaraq 1917–1920-ci illərdə [[Şimali Qafqaz]] və Dağıstan tarixində həlledici simalara çevrilən [[Nəcməddin Qotsinski]], Ullubiy Buynakski, [[Səid Qabiyev]], Əlibəy Taxo-Qodi, [[Uzun-Hacı Saltinski|Uzun Hacı]] və b. tanınmış həmvətənlərinin portretlərini işləmişdi. 1917-ci ildə Andi aulunda toplanan dağlı xalqlarının qurultayı da Xəlil Musayevin rəsmləri ilə günümüzə görümlü şəkildə çatdırılmışdır. İlk Dağıstan ədəbi-bədii jurnalı sayılan "[[Tanq Çolpan]]" (1919) məcmuəsinin yüksək səviyyəli tərtibatında da onun mühüm xidmətləri vardı. 1919-cu ildə [[Vladiqafqaz]]da rəssamın ana vətənindəki ilk və son sərgisi açılmışdı. Dövrün bütün gərginlik və qarma-qarışıqlığına baxmayaraq sərgi böyük maraq doğurmuş, haqqında rusdilli mətbuatda bir sıra müsbət rəylər çıxmışdı. Xəlil Musayevin bioqrafiyası, xüsusən də həyatının yeniyetməlik və ilk gənclik dövrü ilə bağlı bir sıra məlumatlar onun 1936-cı ildə [[Münhen]]də çap olunmuş "Sonuncu cəngavərlər ölkəsi" ({{Dil-de|Das Land der letzten Ritter}}) kitabında toplanmışdır. Avtobioqrafik səciyyəli bu əsər alman qadın yazıçısı Luiza Laporta ilə birlikdə yazılmışdı. Belə ki, süjet və epizodlar Xəlil Musayevə, mətnin ədəbi cəhətdən işlənməsi isə Luiza Laportaya məxsus idi. İllüstrasiyaları Xəlil bəy özü çəkmişdi. Müəllif qarşısına bütünlükdə doğma yurdunun obrazını yaratmaq vəzifəsi qoyduğundan burada etnoqrafik çalarlara, xalq adət və ənənələrinin, bayram və mərasimlərin təsvirinə də geniş yer verilmişdi. İstər nəşr edildiyi dövrdə, istərsə də sonralar böyük maraq doğuran kitab 1990-cı ildə Sürəyya Ülkərin türkcəyə tərcüməsində "Sonuncu bahadırlar ölkəsi" adı ilə [[İstanbul]]da, 1999-cu ildə isə qumuq yazıçısı Sayalı Hacıyevanın rus dilinə tərcüməsində [[Mahaçqala]]da nəşr olunmuşdur. |
||
⚫ | 1925–1947-ci illərdə rəssamın [[Cenevrə]], [[Münhen]], [[Berlin]], [[Roma]], [[Florensiya]], [[İstanbul]], [[Madrid]], [[Tehran]], [[Nyu-York]] kimi şəhərlərdə böyük maraq doğuran sərgiləri açılmışdı. Onun "1001 gecə" nağıllarının müharibə öncəsi alman nəşrlərinin birinə son dərəcə gözəl illüstrasiyalar çəkməsi haqqında məlumat yayılsa da, hələlik həmin əsərləri üzə çıxarmaq mümkün olmamışdır. Xəlil Musayev 1938-ci ildə Berlində əsilzadə ailəsindən olan alman qadını, baronessa Melani Oliviya Yuliya fon Nagel ilə ailə qurmuşdu. İstedadlı şair və tərcüməçi kimi tanınan, rəssamın ilham pərisinə və bir sıra portretlərinin qəhrəmanına çevrilən bu qadın 2006-cı ildə, 96 yaşında vəfat etmişdi. Həyatının son yarım əsrini Jerome ana adı altında rahibə kimi ABŞ-nın Konnektikut ştatındakı monastırda keçirmişdi. Xəlil bəyin bir sıra şəxsi əşyalarını və 100-dən çox tablosunu qoruyub saxlamış və SSRİ-nin süqutundan sonra rəssamın son iradəsini yerinə yetirərək onları Dağıstana göndərmişdi. Hazırda həmin əsərlər Xəlil Musayev muzeyinin əsas ekspozisiyasını təşkil edir. |
||
⚫ | Milliyyətcə avardır. 1916-cı ildə xaricə, Avropaya mühacirət etmişdir. |
||
⚫ | [[İkinci Dünya müharibəsi]] illərində rəssam və onun xanımı faşist həbs düşərgələrindəki müsəlman, ilk növbədə isə Dağıstan əsilli məhbusların taleyi ilə yaxından maraqlanmışdılar. Xəlil Musayev [[Türkiyə Qırmızı Aypara Cəmiyyəti|Türkiyə Qızıl Aypara Cəmiyyətinin]] təmsilçisi kimi [[Üçüncü Reyx|Almaniyanın]] müxtəlif düşərgələrində olmuş, imkan daxilində həmvətənlərinə ərzaq və siqaret yardımı göstərməyə çalışmışdı. Rəssam çap olunmamış "Münhen gündəlikləri" adlı qeydlərində əsirlərlə görüşlərindən birini ürək ağrısı ilə təsvir edərək yazırdı: "Əsirlərin yanına gedirik. Yolda cır-cındır içərisində olan minlərlə ac-yalavac adam gördük. Düşərgənin hər yerindən fəryad səsləri ucalırdı. Onların arasında çoxlu dağıstanlı və çeçen var. Qafqazlılar bizimkilərin kütləvi şəkildə məhv edildiklərini deyirdilər. Müsibət içərisində olan adamların danışdıqlarının hamısını yaza bilmirəm. Bu insanlıq üçün bir üz qarasıdır. Əgər belə əməllər zəfər çalacaqsa, mən ölümü daha üstün tuturam". |
||
⚫ | Həmvətənlərinə imkanı daxilində kömək etməsinə, müharibədən sonra isə amerikan zonasında qalmış dağıstanlı hərbi əsirlərin [[Türkiyə]]yə göndərilməsinə yardım göstərməsinə baxmayaraq Xəlil Musayev heç vaxt siyasi proseslərə qoşulmamışdı. Həmin dövrdə Almaniyada fəaliyyət göstərən Şimali Qafqaz siyasi mühacirləri ilə əlaqələri yalnız dara düşmüş insanlara maddi-mənəvi yardım göstərmək işi ilə məhdudlaşmışdı. O, tarixi vətəni ilə əlaqələrini daha çox öz sənətində, əsərlərində gerçəkləşdirməyə çalışırdı. Bütünlükdə Dağıstan tarixi və təbiəti, ilk növbədə isə milli koloriti, saflığı, məsumluğu ilə seçilən dağlı qadınların silsilə portretləri rəssamın yaradıcılığında əsas yer tuturdu. Bir sıra müasirləri Xəlil Musayevin müasir boyakarlığa "Dağıstan madonnasının" obrazını gətirdiyini əsaslandırmağa çalışırlar. |
||
⚫ | |||
⚫ | İkinci Dünya müharibəsi başa çatandan sonra – 1947-ci ildə Xəlil Musayev [[Amerika Birləşmiş Ştatları|ABŞ]]-yə mühacirət etmişdi. Artıq həmin dövrdə o, ağır xəstə idi. Yeni vətəndə yalnız iki il yaşaya bilmişdi. Rəssamın məzarı Nyu-Yorkun təxminən yüz kilometrliyində yerləşən kiçik Betlehem şəhərindədir. |
||
⚫ | |||
⚫ | İkinci Dünya müharibəsi illərində rəssam və onun xanımı faşist həbs düşərgələrindəki müsəlman, ilk növbədə isə Dağıstan əsilli məhbusların taleyi ilə yaxından maraqlanmışdılar. Xəlil Musayev Türkiyə Qızıl Aypara Cəmiyyətinin təmsilçisi kimi Almaniyanın müxtəlif düşərgələrində olmuş, imkan daxilində həmvətənlərinə ərzaq və siqaret yardımı göstərməyə çalışmışdı. Rəssam çap olunmamış |
||
⚫ | |||
⚫ | |||
=== İstinadlar === |
|||
<references />{{Molla Nəsrəddinçilər}} |
|||
[[Kateqoriya:Azərbaycan karikaturçuları]] |
|||
⚫ | Həmvətənlərinə imkanı daxilində kömək etməsinə, müharibədən sonra isə amerikan zonasında qalmış dağıstanlı hərbi əsirlərin |
||
⚫ | |||
⚫ | |||
⚫ | |||
⚫ | |||
[[Kateqoriya:Azərbaycanın karikaturaçı rəssamları]] |
|||
[[Kateqoriya:Dağıstanda doğulanlar]] |
Səhifəsinin 14:26, 26 sentyabr 2023 tarixinə olan son versiyası
Xəlil Musayev | |
---|---|
avar. Халилбег Мусаясул | |
Doğum tarixi | 1896[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 1949[1][2][…] |
Vəfat yeri |
|
Fəaliyyəti | rəssam, karikaturçu |
Vikianbarda əlaqəli mediafayllar |
Musayev Xəlil İsrafil oğlu (1896[1][2][…], Çox, Qunib dairəsi, Dağıstan vilayəti, Rusiya imperiyası – 1949[1][2][…], Betlehem[d], Konnektikut, ABŞ) — avar əsilli Dağıstan boyakarı, karikaturaçı, mənzərə rəssamı.
Haqqında
[redaktə | mənbəni redaktə et]Musayev Xəlil İsrafil oğlu 1896-cı ildə Dağıstanın Çox aulunda anadan olmuşdur. Avarların Manijal nəslinə mənsub atası İsrafil bəy Musayev çarın şəxsi qvardiyasında xidmət etmiş, sonra isə mahal naibi olmuşdu. X.Musayev Tiflis Qafqaz İncəsənəti Təşviq Cəmiyyətinin nəzdindəki Boyakarlıq və Heykəltəraşlıq Məktəbində, Münhen Rəssamlıq Akademiyasında təhsil almışdır.
1913-cü ildən Tiflisdə "Molla Nəsrəddin" jurnalında rəssamın "Xəlil Mussayev", "Mussayev Çoxski", "X.M." imzaları ilə (müəllif öz rəsmlərini həm kiril, həm də ərəb hərfləri ilə imzalayırdı) 20-yə yaxın karikaturası ("Molla Nəsrəddin"in dostları və düşmənləri","Müsəlman ziyalısı", "Rus və müsəlman qadını teatrda", "Culfada əvvəlinci parlamanın üzvü", "Tiryəkxanada" ("Maarifin mərkəzi olan Tiflis şəhərində müsəlmanların gecə-gündüz məşğuliyyəti"), "Rəşt şəriətmədarı və rus konsulu", "Qəribə tərəzi", "Bizim əyləncəmiz", "Şamaxıda məktəb barəsində şura", "Qoymaram oğlumu məktəbə aparasan" və s.) çap olunmuşdur. Onun karikaturaları "Molla Nəsrəddin"lə yanaşı Bakıdakı "Kəlniyyət" (naşir Seyid Hüseyn, redaktor H.İ.Qasımov) və rusdilli "Baraban" (naşir İ.Aşurbəyli və B.Şahtaxtinski, redaktor Ə.Əzimzadə) satirik məcmuələrində də çap olunmuşdu. Bu karikaturalar yalnız mövzunun aktuallığı ilə deyil, həm də rəsm texnikasının yetkinliyi və koloritliliyi ilə seçilirdi.
Milliyyətcə avardır. 1916-cı ildə xaricə, Avropaya mühacirət etmişdir. Münhendən qayıtdıqdan sonra Temirxanşurada (indiki Buynaksk) yaşayan Xəlil Musayev tədricən yaradıcılığında portret janrına daha böyük üstünlük verməyə başlamışdı. Siyasi təmayülündən asılı olmayaraq 1917–1920-ci illərdə Şimali Qafqaz və Dağıstan tarixində həlledici simalara çevrilən Nəcməddin Qotsinski, Ullubiy Buynakski, Səid Qabiyev, Əlibəy Taxo-Qodi, Uzun Hacı və b. tanınmış həmvətənlərinin portretlərini işləmişdi. 1917-ci ildə Andi aulunda toplanan dağlı xalqlarının qurultayı da Xəlil Musayevin rəsmləri ilə günümüzə görümlü şəkildə çatdırılmışdır. İlk Dağıstan ədəbi-bədii jurnalı sayılan "Tanq Çolpan" (1919) məcmuəsinin yüksək səviyyəli tərtibatında da onun mühüm xidmətləri vardı. 1919-cu ildə Vladiqafqazda rəssamın ana vətənindəki ilk və son sərgisi açılmışdı. Dövrün bütün gərginlik və qarma-qarışıqlığına baxmayaraq sərgi böyük maraq doğurmuş, haqqında rusdilli mətbuatda bir sıra müsbət rəylər çıxmışdı. Xəlil Musayevin bioqrafiyası, xüsusən də həyatının yeniyetməlik və ilk gənclik dövrü ilə bağlı bir sıra məlumatlar onun 1936-cı ildə Münhendə çap olunmuş "Sonuncu cəngavərlər ölkəsi" (alm. Das Land der letzten Ritter) kitabında toplanmışdır. Avtobioqrafik səciyyəli bu əsər alman qadın yazıçısı Luiza Laporta ilə birlikdə yazılmışdı. Belə ki, süjet və epizodlar Xəlil Musayevə, mətnin ədəbi cəhətdən işlənməsi isə Luiza Laportaya məxsus idi. İllüstrasiyaları Xəlil bəy özü çəkmişdi. Müəllif qarşısına bütünlükdə doğma yurdunun obrazını yaratmaq vəzifəsi qoyduğundan burada etnoqrafik çalarlara, xalq adət və ənənələrinin, bayram və mərasimlərin təsvirinə də geniş yer verilmişdi. İstər nəşr edildiyi dövrdə, istərsə də sonralar böyük maraq doğuran kitab 1990-cı ildə Sürəyya Ülkərin türkcəyə tərcüməsində "Sonuncu bahadırlar ölkəsi" adı ilə İstanbulda, 1999-cu ildə isə qumuq yazıçısı Sayalı Hacıyevanın rus dilinə tərcüməsində Mahaçqalada nəşr olunmuşdur.
1925–1947-ci illərdə rəssamın Cenevrə, Münhen, Berlin, Roma, Florensiya, İstanbul, Madrid, Tehran, Nyu-York kimi şəhərlərdə böyük maraq doğuran sərgiləri açılmışdı. Onun "1001 gecə" nağıllarının müharibə öncəsi alman nəşrlərinin birinə son dərəcə gözəl illüstrasiyalar çəkməsi haqqında məlumat yayılsa da, hələlik həmin əsərləri üzə çıxarmaq mümkün olmamışdır. Xəlil Musayev 1938-ci ildə Berlində əsilzadə ailəsindən olan alman qadını, baronessa Melani Oliviya Yuliya fon Nagel ilə ailə qurmuşdu. İstedadlı şair və tərcüməçi kimi tanınan, rəssamın ilham pərisinə və bir sıra portretlərinin qəhrəmanına çevrilən bu qadın 2006-cı ildə, 96 yaşında vəfat etmişdi. Həyatının son yarım əsrini Jerome ana adı altında rahibə kimi ABŞ-nın Konnektikut ştatındakı monastırda keçirmişdi. Xəlil bəyin bir sıra şəxsi əşyalarını və 100-dən çox tablosunu qoruyub saxlamış və SSRİ-nin süqutundan sonra rəssamın son iradəsini yerinə yetirərək onları Dağıstana göndərmişdi. Hazırda həmin əsərlər Xəlil Musayev muzeyinin əsas ekspozisiyasını təşkil edir.
İkinci Dünya müharibəsi illərində rəssam və onun xanımı faşist həbs düşərgələrindəki müsəlman, ilk növbədə isə Dağıstan əsilli məhbusların taleyi ilə yaxından maraqlanmışdılar. Xəlil Musayev Türkiyə Qızıl Aypara Cəmiyyətinin təmsilçisi kimi Almaniyanın müxtəlif düşərgələrində olmuş, imkan daxilində həmvətənlərinə ərzaq və siqaret yardımı göstərməyə çalışmışdı. Rəssam çap olunmamış "Münhen gündəlikləri" adlı qeydlərində əsirlərlə görüşlərindən birini ürək ağrısı ilə təsvir edərək yazırdı: "Əsirlərin yanına gedirik. Yolda cır-cındır içərisində olan minlərlə ac-yalavac adam gördük. Düşərgənin hər yerindən fəryad səsləri ucalırdı. Onların arasında çoxlu dağıstanlı və çeçen var. Qafqazlılar bizimkilərin kütləvi şəkildə məhv edildiklərini deyirdilər. Müsibət içərisində olan adamların danışdıqlarının hamısını yaza bilmirəm. Bu insanlıq üçün bir üz qarasıdır. Əgər belə əməllər zəfər çalacaqsa, mən ölümü daha üstün tuturam".
Həmvətənlərinə imkanı daxilində kömək etməsinə, müharibədən sonra isə amerikan zonasında qalmış dağıstanlı hərbi əsirlərin Türkiyəyə göndərilməsinə yardım göstərməsinə baxmayaraq Xəlil Musayev heç vaxt siyasi proseslərə qoşulmamışdı. Həmin dövrdə Almaniyada fəaliyyət göstərən Şimali Qafqaz siyasi mühacirləri ilə əlaqələri yalnız dara düşmüş insanlara maddi-mənəvi yardım göstərmək işi ilə məhdudlaşmışdı. O, tarixi vətəni ilə əlaqələrini daha çox öz sənətində, əsərlərində gerçəkləşdirməyə çalışırdı. Bütünlükdə Dağıstan tarixi və təbiəti, ilk növbədə isə milli koloriti, saflığı, məsumluğu ilə seçilən dağlı qadınların silsilə portretləri rəssamın yaradıcılığında əsas yer tuturdu. Bir sıra müasirləri Xəlil Musayevin müasir boyakarlığa "Dağıstan madonnasının" obrazını gətirdiyini əsaslandırmağa çalışırlar.
İkinci Dünya müharibəsi başa çatandan sonra – 1947-ci ildə Xəlil Musayev ABŞ-yə mühacirət etmişdi. Artıq həmin dövrdə o, ağır xəstə idi. Yeni vətəndə yalnız iki il yaşaya bilmişdi. Rəssamın məzarı Nyu-Yorkun təxminən yüz kilometrliyində yerləşən kiçik Betlehem şəhərindədir.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Cəlil Məmmədquluzadə Ensiklopediyası. Bakı, 2008, səh. 212.
- 525-ci qəzet.- 2010.- 27 noyabr.- S. 24-25.