42°49′00″ şm. e. 47°07′00″ ş. u.HGYO

Dağıstan vilayəti

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Dağıstan vilayəti
Gerb
Gerb

42°49′00″ şm. e. 47°07′00″ ş. u.HGYO


Ölkə Rusiya İmperiyası Rusiya imperiyası
Rusiya Respublikası
Rusiya Sovet Federativ Sosialist Respublikası Rusiya SFSR
İnzibati mərkəz Teymurxanşura
Tarixi və coğrafiyası
Yaradılıb 1860
Ləğv edilib 1921
Sahəsi 29.350 km²
Əhalisi
Əhalisi 571.154 nəfər (1897[1])
Rəsmi dili Rus
Dağıstan vilayəti xəritədə
Dağıstan vilayəti xəritədə
Ardıcıllıq
← Tarku şamxallığı
← Dərbənd quberniyası
Dağıstan Muxtar Sovet Sosialist Respublikası →
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dağıstan vilayəti (rus. Дагестанская область) — Cənubi Qafqazda, Rusiya imperiyasıSSRİ (RSFSR–də) tərkibində, 1860–1917–ci və 1919–1921–ci illərdə mövcud olmuş inzibati ərazi vahidi. İnzibati mərkəzi 1860–1866–cı illərdə Dərbənd, 1866–1917–ci və 1919–1921–ci illərdə isə Temirxan–Şura şəhəri olmuşdur.

Dağıstan torpaqları 1813-cü il Gülüstan müqaviləsi ilə Rusiyaya ilhaq edilmişdi. Çar hökuməti burada Dağıstan hərbi dairəsi (mərkəzi Dərbənd olmaqla) yaratmışdı. Dağıstan dairəsi Bakı, Quba və Dərbənd əyalətlərindən ibarət idi. 1840-cı il inzibati-məhkəmə islahatı nəticəsində Dərbənd qəzası (Dərbənd, Tabasaran və Qaraqaytaq əyalətləri) və Quba qəzası (Samur dairəsilə birgə Quba əyaləti) xüsusi hərbi dairədə birləşdirildi. Dağıstan və Şimali Qafqazda 1834-1859 illər xalq azadlıq hərəkatı yatırıldıqdan sonra Dağıstan vilayətinin idarə edilməsi haqqında 1860-cı il 5 aprel "Əsasnamə"si elan olundu. Əsasnaməyə görə, Dərbənd quberniyası ləğv edildi. Quba qəzası Bakı quberniyasının tərkibinə qatıldı, Car-Balakən hərbi dairəsi Zaqatala hərbi dairəsinə çevrildi. Qafqaz təqviminin (1917) məlumatına görə, Dərbənd vilayətinin ərazisi 26105,45 kv.verst, əhalisi 713342 nəfər idi. Vilayətdə Dərbənd, Petrovsk və Temirxan-Şura şəhərləri var idi. Dərbənd vilayəti Avar, Əndi, Qunib, Dargi, Qazıqumıq, Qaytaq, Tabasaran, Kürə, Samur, Temirxan-Şura dairələrindən ibarət idi.

Dairələrin əhalisi 643369 nəfər idi. Vilayətin etnokonfessional tərkibinə dair məlumatlar açıq-aşkar təhrif olunmuşdur. Əhali Qafqaz dairələri ilə birlikdə, müxtəlif Asiya xalqları adı altında müsəlman şiə (hər iki cinsdən 15615 nəfər) və sünnilərə (91977 nəfər) ayrılmışdır (cəmi 107592 nəfər). Onların, əsasən azərbaycanlılardan ibarət olduğunu qeyd etmək mümkündür. Dərbənd vilayəti Qafqaz hərbi dairəsinə daxil idi. Əhali əsasən, əkinçilik, maldarlıq, üzümçülük və s. təsərrüfat sahələri ilə məşğul olurdu. Sənaye istehsalı sahəsində kustar peşələr üstünlük təşkil edirdi. Fevral inqilabından (1917) sonra Dərbənd vilayəti şəhərlərində və bir sıra dairələrdə fəhlə, əsgər və kəndli deputatları sovetləri yaranmağa başladı. Sovetlərdə menşevik və eserlər üstünlük təşkil edirdi. Martın 9 (22)-da Dərbənd vilayəti Müvəqqəti hökumətin orqanı olan Müvəqqəti Vilayət İcraiyyə Komitəsi yaradıldı. 6 (19) apreldə yerli hakimiyyət orqanı olan xüsusi komissarlıq (vilayət komissarı İ.Heydərov idi) fəaliyyətə başladı. O, Xüsusi Zaqafqaziya Komitəsinə (OZAKOM) tabe idi. Müstəqillik tərəfdarı olan qüvvələr Dərbənd vilayətini Rusiyadan ayırmağa çalışırdılar. Apreldə "Cəmiyyətül islamiyyə" (sədri D.Araşev), sentyabrda isə Dağıstan milli komitəsi təşkil olunmuşdu. 1917-ci ilin mayında isə Terek vilayəti ilə birlikdə Şimali Qafqaz Dağlı Xalqları İttifaqı yaradılmışdı.

Dərbənd vilayət şəhərlərində Rusıya Sosial-Demokrat Fəhlə (bolşeviklər) Partiyasının Mərkəzi Komitəsi və Bakı bolşevik komitəsi, Dərbənddəki "Hümmət" qrupu ilə əlaqədə fəaliyyət göstərən bolşevik komitəsi də meydana gəlmişdi. Mayda Dağıstan sosialist qrupu yaradıldı. 1917-ci il Oktyabr çevrilişindən sonra Petrovsk-Port Soveti hakimiyyətin sovetlərə keçməsi haqqında qətnamə qəbul etdi. Noyabrda Dərbənd vilayətinin qalan hissəsində Dağlı Respublikası, 1 (14) dekabrda Terek-Dağıstan hökuməti yaradıldı. 1918-ci ilin martında Petrovsk-Portu da tutuldu. Lakin Bakı kommunası Dağıstanda da sovet hakimiyyətinin qurulmasına xüsusi əhəmiyyət verir, dağlı xalqlarının milli azadlıq mübarizəsinin boğulmasına çalışırdı. Bu məqsədlə Dağıstana 3 min nəfərlik dəstə göndərilmişdi. Onlar yerli qırmızı qvardiyaçılarla birgə Petrovsk-Portu və Dərbəndi tutmuşdular. Dərbənddə Qazıməmməd Ağasıyev başda olmaqla, Hərbi inqilab komitəsi yaradılmışdı. Gürcüstana köçmüş Dağlı Respublikası hökuməti 1918-ci ilin mayında yenidən təşkil olunmuş, hakimiyyətini bərpa etmək üçün tədbirlər görmüşdü. Yayda Dağıstanda sovet hakimiyyətinə son qoyulmuş, noyabrda Dağlı Respublikası hökuməti Temirxan-Şuraya köçmüşdü. Dağlı Respublikası ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında siyasi və iqtisadi münasibətlər mövcud idi. 1918-ci il noyabrın 28-də Azərbaycanla Dağlı Respublikası arasında müqavilə imzalanmışdı (bax Azərbaycanla Dağlılar Respublikası arasında müqavilələr). Denikin işğalına qarşı mübarizədə də Dağlı Respublikasına maddi və mənəvi kömək göstərilmişdi. Lakin Dağlı Respublikası Denikin işğalından xilas ola bilməmiş, 1919-cu ilin mayında özünü buraxmış, iyulda Denikinin qoşunları Dağıstana daxil olmuşdu. 1920-ci il martın 30-da 11-ci Qırmızı ordu Petrovsk-Port şəhərini ələ keçirdi. Dağıstanda sovet hakimiyyəti quruldu.[2]

  • Göyüşov A., 1917-1920-ci illərdə Şimali Qafqaz dağlılarının azadlıq uğrunda mübarizəsi, B., 2000
  • Həsənov C, Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918-20-ci illər), B., 1993
  • Nəsibzadə N, Azərbaycanın xarici siyasəti (1918-1920), B.,1996
  • История народов Северного Кавказа (конец XVIII B. - 1917), M., 1988.
  1. "Первая всеобщая перепись населения Российской Империи 1897 г." 2011-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-31.
  2. Dağıstan vilayəti // Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild. Bakı: "Lider". 2004. səh. 295-296. ISBN 9952-417-14-2.