Məhəmmədbağır mirzə Xosrovi
Məhəmmədbağır mirzə Xosrovi | |
---|---|
Məhəmmədbağır mirzə Məhəmmədrəhim mirzə oğlu Dövlətşahi | |
Doğum tarixi | |
Doğum yeri | Kirmanşah, İran |
Vəfat tarixi | |
Vəfat yeri | Tehran, İran |
Fəaliyyəti | yazıçı, şair, ədib |
Məhəmmədbağır mirzə Məhəmmədrəhim mirzə oğlu Dövlətşahi (1849-1919)—İran şairi.
Həyatı
[redaktə | mənbəni redaktə et]Məhəmmədbağır mirzə Məhəmmədrəhim mirzə oğlu 1849-cu ildə Kirmanşah şəhərində anadan olmuşdu. Saray təlim-tərbiyəsi, təhsili almışdı. Sonra ərəb, fars dillərini öyrənmiş, sərf, nəhvi və hikmət elmini tamam-kamal etmişdi. Atasını ona xüsusi müəllim tutmuş, əruzu öyrənmişdi. Məhəmmədbağır mirzə Dövlətşahi Hüseynqulu sultan Kəlhorun təşviqi ilə şeir yazmağa başlamışdı. Özünə Xosrovi təxəllüsünü götürmüşdü. Məhəmmədbağır mirzə Xosrovi 1919-cu ildə vəfat edib.
Əsərləri
[redaktə | mənbəni redaktə et]- Divan
- Şəms və tuğra
- Toğrul və Humay
- Hüseynqulu xan Cahansuzun şərhi-halı
Mənbə
[redaktə | mənbəni redaktə et]- Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, “Şuşa”, 2008, 334 səh.