1849
Naviqasiyaya keç
Axtarışa keç
İllər |
---|
1845 • 1846 • 1847 • 1848 — 1849 — 1850 • 1851 • 1852 • 1853 |
Onilliklər |
1820-ci illər • 1830-cu illər — 1840-cı illər — 1850-ci illər • 1860-cı illər |
Əsrlər |
XVIII əsr — XIX əsr — XX əsr |
1849 digər təqvimlərdə | |
---|---|
Qriqori təqvimi | 1849 MDCCCXLIX |
Yuli təqvimi | 1849 |
Yuli təqvimi bizans erasında |
7357-7358 (1 sentyabr) |
Romanın yarandığı gündən | 2601-2602 (21 aprel) |
Avropa təqvimi |
5609-5610 ה'תר"ט - ה'תר"י |
Hicri təqvim | 1265-1266 |
Erməni təqvimi | 4341-4342 (11 avqust)
ՌՊԽԹ |
Çin təqvimi | 4545-4546 戊申 - 己酉 sarı meymun - sarı xoruz |
Efiopiya təqvimi | 1841 - 1842 |
Hind təqvimi | |
- Vikram-samvat | 1905-1906 |
- Şaka sambat | 1771—1772 |
- Kali-yuqa | 4950-4951 |
İran təqvimi | 1227-1228 |
Buddist təqvimi | 2392 |
Holosen təqvimi | 11849 |
Yapon xronologiyası | 2 Kaey erası |
Fransız inqilabı təqvimi | 57—58
|
Hadisələr
[redaktə | mənbəni redaktə et]- 1 yanvar - Fransada ilk poçt markasının buraxılması
- 12 yanvar - Siciliyada, Palermoda Avstriya ordusuna qarşı üsyanların baş verməsi.
- 9 fevral - Romanın respublika elan edilməsi.
- 23 fevral - Toskanada üsyan və böyük hersoq II Leopoldun Florensiyadan qaçması.
- 7 mart - Avstriya imperiyasında imperator Frans İosif tərəfindən diktə edilən Konstitusiyanın dərc olunması, Avstriya reyxstaqının buraxılması.
- 20 mart - Sardiniya kralı Karl Albert 1848-ci il sülhünü pozaraq Avstriya ilə yenidən müharibəyə başlaması.
- 29 mart - Ost-Hind şirkəti Pəncabın işğalı ilə Hindistan torpaqlarının zəbt olunmasının başa çatdırılması.
- 24 aprel - Macarıstan ordusu tərəfindən Peştin azad edilməsi.
- 3 may - Almaniyanın Drezden şəhərində və Baden hersoqluğunda üsyanların baş verməsi.
- 6 may - Reyn əyalətinin və Vestfaliyanın fəhlə ittifaqının konqresinin çağrılması.
- 13 may - Fransada Qanunverici Məclisə seçkilərin keçirilməsi.
- 28 may -Fransada Qanunverici Məclisin öz işinə başlaması.
- 18 iyun - Rusiya ordusunun Macarıstan sərhəddini keçməsi.
- 3 iyun - Fransa ordusunun Romaya daxil olması. Roma respublikasının süqutu.
- 13 iyul - Macarıstan ordusunun Buda və Peşti tərk etməsi.
- 14 iyul - General Nikola Udino tərəfindən Romada Roma papasının dünyəvi hakimiyyətinin bəpa edildiyinin elan edilməsi.
- 24 avqust - Dörd aylıq mühasirədən sonra Venesiyanın Avstriya ordusu tərəfindən tutulması
- İrəvan quberniyasının təşkil olunması.
- Qafqaz Tədris dairəsinin yaradılması.
- Rusiya hökuməti tərəfindən Gəncə, Şuşa, Şamaxı və Bakıda yeni tipli təhsil müəssisələrinin - "müsəlman məktəbləri"nin təşkil edilməsi.
Doğumlar
[redaktə | mənbəni redaktə et]Vəfatlar
[redaktə | mənbəni redaktə et]- Polyak bəstəkarı Fredik Şopen.
- Kavalalı Mehmed Əli Paşa
- Hokusay