Patrik Modiano
Patrik Modiano | |
---|---|
fr. Patrick Modiano | |
Doğum adı | Jean Patrick Modiano |
Doğum tarixi | 30 iyul 1945[1][2][…] (79 yaş) |
Doğum yeri |
|
Təhsili |
|
Fəaliyyəti | ssenarist, yazıçı, dramaturq, söz yazıçısı[d], esseist |
Fəaliyyət illəri | 1968-ci ildən |
Əsərlərinin dili | fransız dili |
Janrlar | roman, bioqrafiya, uşaq ədəbiyyatı |
Mükafatları | |
lereseaumodiano.blogspot.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Patrik Modiano (fr. Patrick Modiano; 30 iyul 1945[1][2][…], Bulon-Biyankur, Sena[d], Fransa[3]) – - Fransız roman yazarı və 2014-cü il Ədəbiyyat üzrə Nobel mükafatını qəbul edən şəxsdir. O, əvvəlcə 2012-ci ildə Avropa Ədəbiyyatı üçün Avstriya Dövlət Mükafatı, 2010-cu ildə həyat boyu nailiyyət üçün Prix mondial Cino Del Duca, 1978-ci ildə Prix Goncourt və 1972-ci ildə Grand Prix du roman de l'Académie française sahibi oldu. Onun əsərləri 30-dan çox dilə tərcümə edilib və Fransa və ətrafında məşhurlaşıb.
Ədəbiyyat üzrə 2014-cü il Nobel mükafatına Patrick Modiano “özünün ən anlaşılmaz insan talelərinə yol açan və sənət dünyasının-həyatının bilinməyən tərəflərini açıb göstərən yaddaş sənətinə görə” layiq görülmüşdür.
Həyatı
[redaktə | mənbəni redaktə et]Patrick Modiano 1945-ci il, iyulun 30-da Paris şəhəri ətrafında yerləşən Bulon-Biyankur icmasında anadan olmuşdur.Onun atası iş adamı, anası isə aktrisa idi. Orta məktəbi bitirdikdən sonra Patrick Modiano Parisdə “IV Henri liseyi”ndə təhsil almağa başlayır.Onun inkişafında həlledici rol oynayan yazıçı Reymond Kunu həndəsədən Patrickə özəl dərs verir. Artıq 1968-ci ildə Modiano bir yazıçı kimi özünün ilk debütünü edir və böyük maraqla qarşılanan “Ulduzların yerinə” (La place de l’étoile) əsərini yazır.
Modianonun əsərləri əsasən yaddaş, huşsuzluq, şəxsiyyət və günah kimi mövzulardan bəhs edir. Onun əsərlərində Paris şəhəri dəfələrlə öz əksini tapır və demək olar ki, “yaradıcı iştirakçı” kimi çıxış edir.Modianonun hekayələri əsasən avtobioqrafik səciyyə daşıyır və ya alman işğalı dövründə baş vermiş hadisələrdən bəhs edir. O, müsahibə,qəzet məqalələri və özünün illər boyu yığılıb qalmış qeydlərindən əsərləri üçün material kimi də istifadə edir. Patrick Modianonun romanları bir-biri ilə sıx şəkildə əlaqəlidir və bəzən daha əvvəlki epizodlar uzadılır,obrazlar müxtəlif hekayələrdə yenidən iştirak edirlər. Yazıçının yaşadığı yer və oranın tarixi onun hekayələrini bir-biri ilə əlaqələndirməyə şərait yaradır.İkinci Dünya müharibəsindən bəhs edən sənədli əsərində Holokaustun qurbanlarından biri olan Dora Bruder adlı 15 yaşlı qızın real həyat hekayəsindən danışılır. Avtobioqrafik obrazı ən aydın şəkildə izah edən əsərləri içərisində 2005-ci ildə yazdığı “Bir ailə”-ni xüsusilə qeyd etmək lazımdır.
Modianonun bir çox əsərləri ingilis dilinə tərcümə olunmuşdur.Bunlara misal olaraq, “Dairəvi yol”, “Villa triste”, “Kinin buraxdığı izlər”, “Bal ayı”nı göstərmək olar. Onun 2014-cü ildə yazılmış ən son əsəri isə “Siz niyə öz qonşuluğunuzda itmirsiniz”dir.Modiano həmçinin uşaq kitabları və film ssenariləri də yazmışdır. Kinorejissor Luis Mal ilə birlikdə Almanların Fransanı işğalı dövründən bəhs edən Lacombe Lucien (1974) adlı bədii film çəkmişdir. [4]
Mənbə
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Kuiper K. Patrick Modiano // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 Patrick Modiano // filmportal.de. 2005.
- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #118784382 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ Bas Wohlert, Camille. "Patrick Modiano of France wins Nobel Literature Prize". The Rappler. 9 October 2014. 10 October 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 October 2014.
- 30 iyulda doğulanlar
- 1945-ci ildə doğulanlar
- Yaşayan insanlar
- Fransada doğulanlar
- IV Henri Liseyinin məzunları
- "İncəsənət və ədəbiyyat" ordeni komandorları
- "Fəxri Legion" ordeninin komandorları
- "Fəxri Legion" ordeni zabitləri
- Əlifba sırasına görə yazıçı və şairlər
- Fransız yazıçılar
- Fransa yazıçıları
- Ədəbiyyat üzrə Nobel mükafatı laureatları
- Fransalı Nobel mükafatı laureatları