Kürdalı
Kürdalı | |
---|---|
Ölkə |
Kürdalı, Kürd Əli — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd.[1][2]
Tarixi
[redaktə | mənbəni redaktə et]Abaran çayının sahilində yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində[3] qeyd edilmişdir.
Toponimi
[redaktə | mənbəni redaktə et]Toponim şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. 1728-ci ilə aid türkcə mənbədə Kürd Əli[4], lakin həmin vaxta aid ermənicə mənbədə Kurdali kimidir[5]. Kəndin adı ya Əli adlı bir kürd (feodalın), ya da "Kürd eli", yə’ni "Kürd tayfası" mə’nasındadır.[6]
Əhalisi
[redaktə | mənbəni redaktə et]Kənddə 1873-cü ildə 132 nəfər, 1886-cı ildə 102 nəfər, 1897-ci ildə 143 nəfər, 1908-ci ildə 135 nəfər, 1914-cü ildə 260 nəfər, 1916-cı ildə 249 nəfər[7], 1918-ci ildə 135 nəfər[8] yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar öz ata-baba yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 56 nəfər, 1926-cı ildə 45 nəfər, 1931-ci ildə 55 nəfər yalnız azərbaycanlı yaşamışdır[7]. SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə kəndin bütün sakinləri zorla 1948–1953-cü illərdə tarixi-etnik torpaqlarından çıxarılaraq Azərbaycana köçürülmüş və kənd ləğv edilmişdir. İndi ölü kənddir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
- ↑ Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис,. 1913.
- ↑ Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.154
- ↑ Адонц Н.Г. Армения в эпоху Юстининана. Спб.,. 1908.
- ↑ Симеон Ереванци. Джамбр. Перевод С.С.Малхасянца. М.,. 1958.
- ↑ Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. ЕАМТИЛ // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.
- ↑ 1 2 erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.22–23, 108–109
- ↑ История Азербайджана по документам и публикациям, Баку, "Элм", 1990. s.219