40°19′16″ şm. e. 44°34′47″ ş. u.HGYO

Çatqıran (Karbi)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kənd
Çatqran
40°19′16″ şm. e. 44°34′47″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Karbi mahalı
Rayon Əştərək rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.680 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 5.319 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Çatqran xəritədə
Çatqran
Çatqran

Çatqranİrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonunda kənd olmuşdur.[2]

Zəngi çayının yanında yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir[3].

Toponim türk dilində «iki çayarası yer»[4], «yarğanın kənarı»[5], «dağın beli, dağ çıxıntısı, iki dərəni birləşdirən yer, yarğanları və dərələri olan alçaq sıra dağ, tirə[6] mənasında işlənən çat sözü ilə «hərbi düşərgə», «həyət», «hasarlanmış, çəpərlənmiş yer», «hasar», «düşərgə», «hərbi düşərgə», «mənzil, ev», «karvansara» mənasında işlənən kuran (>qran) sözünün[7] birləşməsindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan mürəkkəb quruluşlu toponimdir.

Kənddə 1873 - cü ildə 368 nəfər, 1886-cı ildə 413 nəfər, 1897-ci ildə 630 nəfər, 1908-ci ildə 667 nəfər, 1914 - cü ildə 807 nəfər yalnız azərbaycanlı yaşamışdır[8].

1918-ci ildə kəndin əhalisi ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar ata-baba yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 53 nəfər, 1926-cı ildə 46 nəfər, 1931-ci ildə 88 nəfər azərbaycanlı yaşamışdır[9].

SSRİ hökumətinin xüsusi qərarı ilə 1948-49 - cu illərdə azərbaycanlılar tarixi-etnik vətənlərindən çıxarılaraq Azərbaycana köçürülmüşdür. Kəndə onların yerinə ermənilər köçürülmüşdür. 2011-ci ildə kəndin əhalisinin sayı 5319 nəfər olub.[10]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Kənddə asfalt zavodu fəaliyyət göstərir. Zavodun istehsal gücü saatda 110 tondur.[11]

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  3. Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.81
  4. Радлов В.В. Опыт словарья тюркских наречий, т.III, ч.2, СПб, 1905. s.1893
  5. Древнетюркский словарь, Л., «Наука», 1969. s.431
  6. Мурзаев Э.М. Словарь народных географических терминов, М., «Мысль», 1984. s. 608-609
  7. Мурзаев Э.М. Словарь народных географических терминов, М., «Мысль», 1984. s. 317-318
  8. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s. 22-23, 106-107
  9. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.22-23, 106-107
  10. "Kotayk əhalisi" (PDF). 2017-11-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-06-14.
  11. "Ermənistanın Kotayk vilayətində asfalt-beton zavodları açılıb". 2020-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-14.