Yuxarı Vilyoy ulusu
Yuxarı Vilyoy ulusu | |||||
---|---|---|---|---|---|
Үөһээ Бүлүү улууһа | |||||
|
|||||
63°19′ şm. e. 120°35′ ş. u.HGYO |
|||||
Ölkə | |||||
Tarixi və coğrafiyası | |||||
Yaradılıb | 10 fevral 1935 | ||||
Sahəsi |
|
||||
Saat qurşağı |
|
||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəqəmsal identifikatorlar | |||||
Telefon kodu | 41133 | ||||
Rəsmi sayt | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Yuxarı Vilyoy ulusu (saxa Үөһээ Бүлүү улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Yuxarı Vilyoy kəndidir.
Coğrafiyası
[redaktə | mənbəni redaktə et]Şimaldan Olenok, şimal-şərqdən Vilyoy, cənub-şərqdən Qornı, cənubdan Olekminski, cənub-qərbdən Suntar, qərbdən Nyurba ulusları ilə həmsərhəddir. Rayonun sahəsi 42.050 km²-dir.
Vilyoy çayının orta axınında yerləşir[3]. Ulus ərazisindən axan böyük çaylar: Çıbida, Tyuken, Tonquo. Yakutiyanın şimal və mərkəzi ərazilərinin çoxu kimi, "əbədi donuşluq" ərazisindədir. İqlimi kəskin kontinentaldır, qışda havanın temperaturu −60 dərəcəyə qədər, yayda isə +33 dərəcəyə çatır.
Əhalisi
[redaktə | mənbəni redaktə et]- Milli tərkib
2002-ci il siyahıyaalınmasına görə: saxalar — 20 855 nəfər (97.53%), ruslar — 223 nəfər (1.04%), evenklər — 212 nəfər (0.92%), evenlər — 54 nəfər (0.25%) və digər millətlərin nümayəndələri — 139 nəfər (0,66%).
Yerli özünü idarəetmə
[redaktə | mənbəni redaktə et]Yuxarı Vilyoy ulusu ərazisinə 21 kənd inzibati vahidliyinə ümumilikdə 29 yaşayış məntəqəsi daxildir.
İqtisadiyyat
[redaktə | mənbəni redaktə et]Kənd təsərrüfatı
[redaktə | mənbəni redaktə et]İqtisadiyyatın əsasını kənd təsərrüfatı təşkil edir. Əsas sənaye heyvandarlıqdır (ətlik və südlük maldarlıq, at yetişdirmə). Xəz tədarükü əsas yerlərdən biridi. Burada kartof, tərəvəz becərilir. Kənd təsərrüfatı torpaqları 69,3 min ha-dır.
Sənaye
[redaktə | mənbəni redaktə et]Sənaye sahələri: meşə və ağac emalı, ovçuluq və balıqçılıq, nəqliyyat.
Nəqliyyat və rabitə
[redaktə | mənbəni redaktə et]Avtomobil və çay nəqliyyatı, hava limanı, teleqraf, telefon, internet, 2005-ci ildən qaz verilişi mövcuddur. Ulus ərazisi boyunca Yakutsk və Mirnıyın əsas şəhərlərini birləşdirən bir magistral yolu keçir. Vilyoy üzərində bərə xidməti (iyun — oktyabr) mövcuddur. Çay buz bağlıyarkən avtomobillər onun üzrindən sərbəst keçə bilir.
Tanınmış şəxsləri
[redaktə | mənbəni redaktə et]Nikolay Qavriloviç Zolotarev (1908–1995) — Saxa yazıçısı, daha çox Nikolay Yakutski təxəllüsü ilə tanınır.
Aneqina Eqorovna İlyina-Dmitrieva (1943) — opera və kamera müğənnisi, SSRİ xalq artisti (1988).
Aleksey Afanaseviç Mironov (1912–1945) — Böyük Vətən müharibəsi iştirakçısı, Qərb Cəbhəsi ordusunun 16-cı (1 may 1943–11-ci qvardiya) 84-cü qvardiya tüfəng diviziyasının 247-ci qvardiya atıcı alayının snayperi, çavuş. Sovet İttifaqı Qəhrəmanı (SSRİ Prezidentinin 1990-cı il 5 may tarixli Fərmanı).