66°24′ şm. e. 129°10′ ş. u.HGYO

Saxa

Vikipediya, azad ensiklopediya
(Saxa Respublikası səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Saxa
Саха Өрөспүүбүлүкэтэ
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]
Saxa Respublikası Himni[d]

66°24′ şm. e. 129°10′ ş. u.HGYO


Ölkə
İnzibati mərkəz Yakutsk
Dövlət Başçısı Aysen Nikolayev
Hökumət Sədri Andrey Tarasenko
Tarixi və coğrafiyası
Yaradılıb 27 sentyabr 1990
Sahəsi
  • 3.083.523 km²
Saat qurşağı
  • Yakutsk vaxtı[d]
  • Vladivostok vaxtı[d]
  • Maqadan vaxtı[d]
Əhalisi
Əhalisi
  • 981.971 nəf. (1 yanvar 2021)
Rəqəmsal identifikatorlar
ISO kodu RU-SA
Avtomobil nömrəsi 14
Rəsmi sayt
Saxa xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Saxa Respublikası (Yakutiya) (rus. Респу́блика Саха́ (Яку́тия), saxa Саха Өрөспүүбүлүкэтэ) – Rusiya Federasiyası subyektlərindən biri. Rusiya Federasiyası Konstitutsiyası və Saxa Respublikası Konstitutsiyasına görə konstitutsiya-müqavilə prinsiplərinə əsasən, Rusiya Federasiyasının tərkibinə daxildir[1]. Uzaq Şərq Federal Dairəsinə aiddir. 1922-ci il aprelin 27-si RSFSR-in tərkibində Yakutiya MSSR şəklində yaradılmışdır. 1990-cı ildə Yakutiyanın dövlət suverenitetinə dair akt qəbul edilmişdir. 1991-ci ildə hazırkı adını (Saxa Respublikası) almışdır.

Saxa Rusiya Federasiyasının ən böyük regionu, habelə dünyanın ən böyük inzibati vahididir. Əgər Saxa müstəqil dövlət olsa idi, dünyada ərazisinə görə yeddinci dövlət olardı. (3103.2 min km²[2]), lakin əhali sıxlığına görə Rusiyada ən son yerlərdən birini tutur.

Saxa Respublikası təbii ehtiyatların çoxluğuna görə potensialı böyük olan bölgədir. Paytaxtı Yakutsk (saxa Дьокуускай) şəhəridir.

Əhalisi 1.1 milyon nəfərdir . Əhalisinin 45,54%-ni saxalar (yakutlar) təskil edir. Saxalar türk əsilli xalqdır , Rusiyada saylari 443.9 mindir .[3] Paytaxtı Yakutsk (Saxaca Дьокуускай) şəhəridir . Saxa Respublikası inzibati cəhətdən 33 rayona (yakut dilində – ulusa) bölünür. Respublikanın əhalisi 13 şəhərdə, 55 şəhər tipli qəsəbədə, 551 kənddə (ümumi 587 yaşayış məntəqəsində) məskunlaşmışdır .[4]

Saxa Respublikasında yayılmış əsas dinlər pravoslavlıq, protestantizm (əsasən baptizməllincilər), katoliklik (XIX əsrdə PolşaLitvadan sürgün edilənlərin nəsilləri və XX əsrdə bura köçənlər), islam (XIX əsrdə sürgün edilən tatarbaşqırdların nəsilləri və müasir dövrdə Orta AsiyaŞimali Qafqazdan bura köçmüş şəxslər), buddizmdir (buryatlar). Saxaların əksəriyyəti ənənəvi yakut dininə inanırlar.

Coğrafi vəziyyəti

[redaktə | mənbəni redaktə et]

Saxanın ümumi sahəsi 3103,2 min km² təşkil edir.

Respublika Sibirin şimal-şərqində yerləşir. Şərqdə Çukot Muxtar DairəsiMaqadan vilayəti ilə, cənub-şərqdə Xabarovsk diyarı ilə, cənubdan İrkutsk vilayəti ilə, qərbdən isə Krasnoyarsk diyarı ilə həmsərhəddir. Şimalda onun sərhədlərini Laptevlər və Şərqi Sibir dənizi müəyyənləşdirir. Beləliklə, Saxa Uzaq Şərq Federal dairəsinin bütün inzibati-ərazi vahidləri ilə (Primorsk diyarıYəhudi muxtar vilayəti istisna olmaqla) həmsərhəddir. Dəniz sahillərinin ümumi uzuznluğu 4,5 min km-dən çoxdur.

Saxa ərazisisnin 40%-indən yuxarısı Şimal Qütb hüdudundan şimalda yerləşir. Respublikanın eni 2500 km, uzunu isə 2000 km təşkil edir. Ən kənar nöqtələri qərbdə – Krasnoyarsk diyarı sərhədində (105° şərq uzunluğu), şərqdə – Çukot Muxtar Dairəsi ilə sərhəddə (165° şərq uzunluğu), cənubda – Amur vilayəti ilə sərhəddə olan Stanov dağ silsiləsində (55°30' şimal eni), şimal materik sərhədi – Nordvik burnunda (74° şimal eni) və şimal ada sərhədi Henriyetta adasındadır (77° şimal eni).

Saxada fiziki-coğrafi vəziyyətlə əlaqədar müxtəlif təbii şərait və ehtiyat vardır. Ərazinin böyük hissəsini dağlıq və dağətəyi ərazilər tutur, onlar ölkə ərazisinin 3/2 hissəsinə qədərini əhatə edir. Ən yüksək zirvəsi Pobeda dağıdır (3147 m, digər məlumatlara görə 3003 m. Çerski silsiləsində yerləşir). Digər yüksək zirvəsi isə Mus-Xayya dağıdır (2959 m, digər məlumatlara görə 3011 m. Suntar-Xayata silsiləsində yerləşir) Saxada həmçinin Verxoyan silsiləsi də mövcuddur.

Saxa ərazisinin qərb hissəsini Orta Sibir platosu əhatə edir.

Ən böyük düzənlikləri: Mərkəzi Saxa düzənliyi, Kolım düzənliyi, Şimali Sibir düzənliyinin şərq hissəsi.

Saxa Respublikası Rusiyanın ən çox çayı (700 mindən çox çay və çaylaq) və ən çox gölü (800 mindən çox) olan regionlarındandır. Onun çaylarənın ümumi uzunluğu 2 milyon km-ə yaxındır, onların ümumi enerji ehtiyatı isə 700 milyard Kvt kimi hesablanmışdır. Ən böyük çayları Lena (4400 km), Vilyuy (2560 km), Olyonok (2292 km), Aldan (2273 km), Kolıma (2129 km), İndiqirka (1726 km), Olyokma (1436 km), Anabar (939 km), və Yanadır (872 km).

Saxanın ən böyük çayları Bustax və Labınkırdır.

Dövr Yanvar, °C Fevral, °C Mart, °C Aprel, °C May, °C İyun, °C İyul, °C Avqust, °C Sentyabr, °C Oktyabr, °C Noyabr, °C Dekabr, °C İl, °C İl, % İl, kVts/m² İl, m/s
Ayxal −34,5 −30,5 −23,3 −13,7 −3,3 8,7 14,1 9,7 0,5 −12,9 −26,9 −32,3 −11,9 75,0 905,8 3,2
Aldan −26,3 −22,8 −15,0 −4,3 4,9 13,7 16,6 13,3 5,0 −6,4 −18,9 −25,1 −5,4 70,5 1095,8 1,9
Allah-Yun −34,6 −31,8 −24,5 −12,5 −1,4 9,7 12,7 9,1 0,7 −14,2 −28,0 −34,6 −12,3 76,2 1051,9 3,4
Almaznıy −28,2 −24,4 −17,5 −8,0 3,9 14,0 18,2 14,2 4,4 −7,4 −20,5 −26,6 −6,4 66,4 1048,3 3,2
Amqa −41,1 −36,4 −22,6 −5,5 7,2 15,5 18,6 14,3 5,7 −8,9 −28,7 −39,9 −10,0 73,0 1110,4 1,8
Artık −41,0 −38,2 −30,0 −16,9 −4,3 8,1 11,3 6,7 −2,2 −18,5 −33,7 −40,7 −16,5 79,3 1000,8 3,5
Berdigestax −28,9 −25,2 −18,7 −7,9 4,5 15,0 18,9 14,8 4,8 −7,9 −21,3 −28,2 −6,6 67,8 1081,1 3,0
Boroqonsı −31,9 −28,1 −20,1 −7,5 5,4 15,7 19,0 14,9 5,1 −9,3 −23,6 −31,7 −7,6 67,2 1081,1 2,8
Verxoyansk −47,0 −42,7 −29,8 −12,9 2,8 13,0 15,2 10,8 2,3 −14,9 −36,7 −43,6 −15,1 70,5 938,7 1,7
Vilyuysk −36,8 −30,1 −19,0 −6,1 5,5 15,1 18,8 14,2 5,6 −7,8 −25,9 −34,3 −8,3 66,7 1048,3 2,0
Vitim −28,8 −23,6 −14,0 −2,6 6,6 14,9 18,3 15,0 6,4 −3,5 −17,1 −26,5 −4,5 73,0 1077,5 2,5
Lensk −29,0 −24,0 −14,7 −3,7 6,2 14,5 17,9 13,9 5,8 −4,9 −19,2 −27,2 −5,3 70,4 1073,8 2,7
Mayya −29,8 −26,1 −18,6 −6,6 5,8 15,8 19,3 15,3 5,5 −8,0 −21,6 −29,4 −6,4 66,4 1095,8 2,8
Mirnıy −28,6 −24,8 −17,7 −8,3 3,5 13,7 17,9 14,0 4,2 −7,6 −20,8 −27,0 −6,7 67,3 1033,7 3,2
Oymyakon −47,0 −42,9 −32,4 −14,4 1,9 11,6 13,8 10,1 1,7 −16,1 −37,2 −45,6 −16,2 70,8 1106,7 1,3
Olyokminsk −31,3 −25,4 −15,0 −3,1 7,1 15,1 18,4 14,7 6,2 −5,2 −20,9 −29,7 −5,7 70,7 1088,4 2,4
Andreyev adası −31,2 −31,1 −28,8 −22,6 −10,2 −1,2 2,9 2,2 −2,6 −15,0 −26,0 −28,2 −15,9 84,9 668,4 5,7
Покровск −39,7 −33,7 −21,1 −5,4 6,7 15,2 18,6 14,4 5,7 −8,1 −27,2 −38,1 −9,3 69,5 1092,1 2,4
Tiksi −31,1 −29,2 −26,4 −18,9 −6,4 3,1 7,6 7,4 1,5 −11,0 −23,8 −28,2 −12,9 81,7 785,3 4,8
Tommot −32,3 −27,7 −19,3 −8,2 2,6 12,8 15,8 12,3 3,3 −10,0 −24,0 −31,2 −8,7 72,7 1073,8 3,2
Udaçnıy −34,4 −30,4 −23,2 −13,6 −3,2 8,8 14,1 9,7 0,6 −12,8 −26,7 −32,1 −11,8 74,7 924,1 3,2
Çulman −30,9 −24,9 −15,6 −5,0 4,4 13,3 16,1 12,9 4,5 −7,4 −21,2 −29,6 −6,9 71,4 1117,7 2,7
Yakutsk −40,9 −35,9 −21,6 −6,1 6,7 15,4 18,7 14,9 5,7 −8,5 −29,2 −38,8 −9,8 68,9 1081,1 2,0
1939 1959 1970 1979 1989 2002 2010[5]
Saxalar 233.273 (%56,5) 226.053 (%46,4) 285.749 (%43) 313.917 (%36,9) 365.236 (%33,4) 432.290 (%45,5) 466 492 (%49,9)
Dolğanlar 10 (%0,0) 64 (%0,0) 408 (%0,0) 1.272 (%0,1)
Evenklər 10.432 (%2,5) 9.505 (%2) 9.097 (%1,4) 11.584 (%1,4) 14.428 (%1,3) 18.232 (%1,9) 21 008 (2,2 %)
Evenlər 3.133 (%0,8) 3.537 (%0,7) 6.471 (%1) 5.763 (%0,7) 8.668 (%0,8) 11.657 (%1,2) 15 071 (%1,6)
Yukagirlər 267 (%0,1) 285 (%0,1) 400 (%0,1) 526 (%0,1) 697 (%0,1) 1.097 (%0,1)
Çukçalar 400 (%0,1) 325 (%0,1) 387 (%0,1) 377 (%0,0) 473 (%0,0) 602 (%0,1)
Ruslar 146.741 (%35,5) 215.328 (%44,2) 314.308 (%47,3) 429.588 (%50,4) 550.263 (%50,3) 390.671 (%41,2%) 353 649 (%37,8)
Ukraynalılar 4.229 (%1) 12.182 (%2,5) 20.253 (%3) 46.326 (%5,4) 77.114 (%7) 34.633 (%3,6) 20 341 (2,2 %)
Digərləri 14.723 (%3,6) 20.128 (%4,1) 27.448 (%4,1) 43.695 (%5,1) 76.778 (%7) 58.826 (%6,2)
Tatarlar 4420 (1,1 %) 5172 (1,1 %) 7678 (1,2 %) 10 976 (1,3 %) 17 478 (1,6 %) 10 768 (1,1 %) 8122 (0,9 %)

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Ümumi daxili məhsulun 50%-dən bir az çoxunu təşkil edən sənaye, əsasən, dəyərli mineral istismarından ibarətdir. Sənaye müəssisələri paytaxt Yakutskda, eləcə də Aldan, Mirnı, Neryungri, Pokrovsk və Udaçnıyda cəmləşmişdir. Almaz, qızıl və qalay filizi mədən sənayesi iqtisadiyyatın əsas mərkəzidir. Uran filizi hasil olunmağa başlayır. Türkdilli Saxa xalqları siyasət, hökumət, maliyyə, iqtisadiyyat və maldarlıqla (at və inək süd və ət üçün) məşğul olurlar. Paleoaziya yerli xalqları ovçu, balıqçı və şimal maralı çobanlardır. 2008-ci ildəki vəziyyətə görə, Saxa Respublikası, Rusiyada ən çox inkişaf etmiş 19-cu federal subyektdir. Bölgədəki ən böyük şirkətlərə Alrosa, Yakutugol, Yakutskenergo, Yakutia Airlines daxildir.[6]

Ən böyük yaşayış yerləri

[redaktə | mənbəni redaktə et]
  1. "Saxa Respublikası Konstitutsiyası". 2018-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-02.
  2. "RussiaOutdoors – Путешествия по России". 2022-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-02.
  3. Rusiya əhalisinin milli tərkibi
  4. "Сайт Комитета государственной статистики Республики Саха (Якутия) : Об итогах Всероссийской переписи населения 2002 года". 2009-11-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-02-02.
  5. "Arxivlənmiş surət". 2020-05-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-09-15.
  6. "Arxivlənmiş surət". 2018-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-15.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]