40°17′54″ şm. e. 44°12′17″ ş. u.HGYO

Ucan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kənd
Ucan
40°17′54″ şm. e. 44°12′17″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Karbi mahalı
Rayon Əştərək rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.150 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 2.505 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Ucan xəritədə
Ucan
Ucan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ucanİrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonunda kənd.[2]

Rayon mərkəzindən 14 km cənub-qərbdə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Uçan kimi əksini tapmışdır[3]. Qafqazın 5 verstlik xəritəsində[4] qeyd edilmişdir.

Toponim türk mənşəli uc etnoniminə[5] cəmlik bildirən -an şəkilçisinin artırılması ilə düzəlib «ucların yaşadığı yer, uclara məxsus kənd» deməkdir. Etnotoponimdir.

Quruluşca düzəltmə toponimdir.

Kənddə 1831-ci ildə 62 nəfər, 1873 - cü ildə 235 nəfər, 1886-cı ildə 364 nəfər, 1897-ci ildə 444 nəfər, 1908-ci ildə 300 nəfər, 1914 - cü ildə 318 nəfər, 1916-cı ildə 480 nəfər[6], 1918-ci ildə 300 nəfər[7] yalnız azərbaycanlı yaşamışdır.

1919 - cu ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuş[8], Türkiyənin Muş, Van qəzalarından köçürülən ermənilər burada yerləşdirilmişdir[9].

İndi ermənilər yaşayır.

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002.
  3. İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.90
  4. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.251
  5. Sümər Faruq. Oğuzlar, Bakı, «Yazıçı», 1992. s.147, 172, 184
  6. Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.22-23, 108-109
  7. История Азербайджана по документам и публикациям, Баку, «Элм», 1990. s.220
  8. История Азербайджана по документам и публикациям, Баку, «Элм», 1990. s.221
  9. Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, «Gənclik», 1995. s. 108-109