"Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000–2010)" yubiley medalı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
"Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000-2010)" yubiley medalı

Ölkə Azərbaycan Azərbaycan
Tip yubiley medalı[d]
Status verilmir
Statistika
Təsis tarixi 30 dekabr 2009
Ardıcıllıq
Yüksək mükafat "Diaspor fəaliyyətində xidmətə görə" medalı
Aşağı mükafat "Vergi orqanlarında xidmətdə fərqlənməyə görə" medalı

"Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000–2010)" yubiley medalıAzərbaycan Respublikasının dövlət mükafatı.[1][2]

  1. "Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000–2010)" Azərbaycan Respublikasının yubiley medalı ilə Azərbaycan Respublikasının vergi orqanlarında xidmətdə yüksək nəticələr əldə edən, vergi sisteminin inkişafında fəal iştirak edən və xüsusi xidmətləri olan vergi orqanlarının əməkdaşları təltif edilirlər.
  2. "Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000–2010)" Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci bəndində göstərilən şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilirlər.
  3. "Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000–2010)" Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.[3]

"Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 10 illiyi (2000–2010)" Azərbaycan Respublikasının yubiley medalı dairəvi formadadır.

Medalın diametri 36 mm-dir, hər iki üzü qızılı rəngli dairəvi metal lövhədən ibarətdir. Medalın üz tərəfində dairənin yuxarı qövsü boyunca "AZƏRBAYCAN RESPUBLİKASI", aşağı qövsü boyunca "VERGİLƏR NAZİRLİYİ" sözləri həkk olunmuşdur. Dairənin mərkəzində "10" rəqəmi və "il" sözündən ibarət emblem, habelə emblemdən aşağıda "2000–2010" rəqəmləri həkk olunmuşdur.

Medalın arxa tərəfi hamar səthlidir və mərkəzdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin tanınma nişanı və onun üstündə "10 İLLİYİ" sözləri, habelə dairənin yuxarı qövsü boyunca "AZƏRBAYCAN RESPUBLİKASI", aşağı qövsü boyunca "VERGİLƏR NAZİRLİYİNİN" sözləri həkk olunmuşdur.

Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 45 mm ölçüdə metal lövhəyə halqa və ilgək vasitəsilə birləşdirilir. Lövhə hər iki tərəfdən paralel olaraq mavi, qırmızı və yaşıl rənglərdən ibarət yuxarıdan aşağıya doğru hər birinin eni 4 mm olan zolaqlardan, mərkəz hissədə isə eni 13 mm olan tünd göy rəngli zolaqdan ibarətdir. Medalın lövhəsinin mərkəzindəki tünd göy rəngli zolağın mərkəzində yuxarıdan aşağıya doğru eni 2 mm olan qızılı rəngdə zolaq vardır.

Medala paltara bərkidilmək üçün elementi olan, metaldan düzəldilmiş və lövhə ilə eyni tərtibatda olan 37 mm x 10,3 mm ölçülü qəlib əlavə olunur.[3]

  1. ""Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000-2010)" Azərbaycan Respublikasının yubiley medalının, "Vergi orqanlarında xidmətdə fərqlənməyə görə" və "Vergi orqanları ilə səmərəli əməkdaşlığa görə" Azərbaycan Respublikasının medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı". 2018-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-05.
  2. "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının 10 noyabr 1992-ci il tarixli, 370 nömrəli Qanunu. e-qanun.az Arxivləşdirilib 2012-03-30 at the Wayback Machine (az.)
  3. 1 2 "Arxivlənmiş surət". 2015-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-07.