Çingiz Abdullayev
Çingiz Abdullayev | |
---|---|
Doğum tarixi | 7 aprel 1959 (65 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | yazıçı, ssenarist, hüquqşünas, ictimai xadim, nasir, publisist |
Əsərlərinin dili | Azərbaycan dili, rus dili |
Janrlar | detektiv |
Tanınmış əsərləri | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Çingiz Akif oğlu Abdullayev (7 aprel 1959, Bakı) — Azərbaycan detektiv yazıçısı, nasir, publisist, Azərbaycan Respublikasının xalq yazıçısı (2005), 1989-cu ildən Azərbaycan SSR Yazıçılar İttifaqının, 1991-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin birinci katibi (müavini), hüquq elmləri doktoru (1991).
Həyatı
[redaktə | mənbəni redaktə et]Çingiz Abdullayev 1959-cu il aprelin 7-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur.[1]. Çingiz Abdullayevin dördüncü nəsil hüquqşünaslar nəslindəndir. Ata tərəfdən onun ulu babası hələ 1890-cı illərdə Bakıda vəkil köməkçisi olub.[2] Atası Abdullayev Akif Abdulla oğlu Böyük Vətən müharibəsinin iştirakçısı olmuş, Naxçıvan Muxtar Respublikasında prokuror, Bakı şəhərində prokuror müavini, Azərbaycan Vəkillər Rəyasət Heyətinin sədri vəzifələrində çalışmışdır. Ç. Abdullayev Bakıda 189 saylı şəhər məktəbini bitirmişdir (1976). Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsilini davam etdirmişdir (1976–1981)
2024-cü il 13 aprel tarixində reanimasiyaya yerləşdirilib.[3]
Fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Əmək fəaliyyətinə Bakı istehsalat birliyində hüquq məsləhətçisi, böyük hüquq məsləhətçisi və şöbə rəisi kimi başlamışdır (1981). Afrika, Asiya və Avropa ölkələrində ezamiyyətdə olmuşdur (1984–1986). Sonra Bakı şəhəri Əzizbəyov rayonu icraiyyə komitəsində şöbə müdiri, KP Qaradağ rayonu komitəsində təşkilat şöbəsinin təlimatçısı, siyasi-maarif kabinetinin müdiri vəzifələrində çalışmışdır. 1989-cu ilin fevralından Azərbaycan Yazıçılar İttifaqının katibi olmuşdur. Beynəlxalq təcavüz problemi barədə dissertasiya müdafiə edib hüquq elmləri namizədi alimlik dərəcəsi almışdır (1988). Polşanın Krakov Universitetinin fəxri professorudur (1989). H. Z. Tağıyev adına Xeyriyyə Cəmiyyətinin sədri (1990-cı ildən) və Azərbaycan Yazıçılar Birliyinin katibi (1991-ci ildən) seçilmişdir. Azərbaycan Demokratik Ziyalılar İttifaqı nəzdində olan milli akademiyanın doktorudur (1990). Beynəlxalq cinayət problemi barədə doktorluq dissertasiyası müdafiə etmişdir (1991). Azərbaycan PEN klubunun vitse-prezidentidir (1990)[1].
Ədəbi fəaliyyətə tələbəlik dövründən başlamışdır. 1983-cü ildən dövri mətbuatda oçerk, məqalə və detektiv janrda yazdığı hekayələrlə müntəzəm çıxış edir. Rus dilində yazıb-yaradır. İngilis və italyan dillərində sərbəst danışır. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Almaniyada, İrlandiyada, Fransada, Rusiyada kütləvi tirajla buraxılmış, 27 milyon nüsxədə olan 600-dən çox kitabı dünyada yayılmışdır. 200-dən çox kitabın müəllifidir.[4] Kitabları dünyanın 32 dilinə tərcümə olunaraq nəşr olunmuşdur[5]. Xidmətlərinə görə "Qırmızı əmək bayrağı" ordeni və medallarla təltif olunmuşdur. Keçmiş SSRİ Yazıçılar İttifaqının nümayəndələri tərkibində Çexoslovakiya, Yuqoslaviya (1978), Bolqarıstan (1986), Danimarka (1989), Polşada (1989) səfərdə olmuşdur.
Çingiz Abdullayev 2009-cu il aprel ayının 7-də Azərbaycanın ədəbi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif edilib.[6]
2014-cü ilin noyabr ayından İnterpolun fəxri səfiridir.[7]
31 mart 2015-ci ildən "Neftçi" Futbol Klubunun Müşahidə Şurasının sədridir.
Çingiz Abdullayev 30 sentyabr 2022-ci ildə keçirilən AYB-nin XIII qurultayında ona sual verən bir jurnalisti təhqir edib və o, buna görə sərt şəkildə tənqid edilib.[8]
Yaradıcılığı
[redaktə | mənbəni redaktə et]Çingiz Abdullayev yeganə azərbaycanlı yazıçıdır ki, rus dilində psixoloji və siyasi detektiv janrında əsərlər yazır[9]. Ədəbi fəaliyyət bir neçə lirik hekayə ilə, o cümlədən "Vals" (1981) və "Bir tikə çörək" (1981–1982) ilə başlamışdır[10]. Yazıçının ilk böyük əsəri — "Mavi mələklər" romanı 1988-ci ildə Bakıda işıq üzü görüb. Sonralar trilogiya — "Əclafların qanunu", "Əclafların əqidəsi" və "Əclafların vicdanı"[9] nəşr olundu.
Çingiz Abdullayevin ssenarilərinin əksəriyyəti Azərbaycan dilində yazılıb[1].
Əsərlərin xaricdə nəşri
[redaktə | mənbəni redaktə et]Avropa
[redaktə | mənbəni redaktə et]2000-ci ildə İsveçin "Tresselit" ("Tresselit") nəşriyyatı Abdullayevin "Qaranlıq simfoniyası" romanını nəşr etdirmişdir[11].
2004-cü ildə Rumıniyada "Paidea" nəşriyyatı tərəfindən 5000 nüsxə tirajla"Dronqo"romanı[12] , 2009-cu ildə isə "Günəş altında qaranlıq" romanı nəşr olunub. Tərcüməçi professor Dumitru Balandır[13][14]. Çingiz Abdullayevin Estoniyada dörd kitabı nəşr olunmuşdur — Mənim gözəl alibim (2008), Kabuslar tuneli (2008), Demək olar ki, inanılmaz qətl (2010), Öz dünyanı yarat (2010)[15].
Çingiz Abdullayevin üç romanı – "İdeal hədəf", "Bütlərin yükü" və "Öldürməyə öyrədilmiş" romanları Fransanın "L’Aube" ("L’aube"; "Sübh") nəşriyyatında çap olunmuşdur (2012–2015)[16][17]."İdeal Hədəf" romanı daha əvvəl fransız dilində nəşr olunmuşdu.[18].
2015-ci ildən Latviyanın "Juvetas" nəşriyyatı Çingiz Abdullayevin bir sıra romanlarını nəşr etmişdir – "Bütlərin yükü" (2015), "Tənha ürəklərin evi" (2015), "Tərsinə çevrilmiş reallıq" (2016), "Qurban sindromu" (2016), "Alliqator xətti " (2017), "Həvəskarların arzusu"[17]. 2003-cü ildə "AVE" nəşriyyatı müəllifin daha iki kitabını latış dilində nəşr etdi — "Minillikdə bir dəfə " və "İcazə verilən səhv"[19].
"Avropanın ələhidarları" romanı 2015-ci ildə Bosniya və Herseqovinada nəşr olunub[20].
Xaricdə nəşr olunan digər romanlar arasında İngilis Bulvarı (Serbiya, 2019), Transilvaniyaya Səyahət (Polşa, 2016), Oliqarxın Varisi (Albaniya, 2006), Əfsanə hüququ (Ukrayna, 2010)[1].
Bolqarıstanda 1996-cı ildə "Herodun kölgəsi", 2005-ci ildə "Adında şər" və "Adında xəyanət" romanları çap olunub[1].
Yazıçının əsərləri toplu və jurnallarda rumın, belarus, macar və alman dillərində çap olunub[1].
Təltifləri
[redaktə | mənbəni redaktə et]- Azərbaycan Respublikasının xalq yazıçısı — 12 iyul 2005;
- "Qırmızı əmək bayrağı" ordeni;
- "Şöhrət" ordeni — 7 aprel 2009;
- Xarici İşlər Nazirliyinin medalı (Azərbaycan);
- Yusif Məmədəliyev adına qızıl medal (Azərbaycan);
- Belarus Yazıçılar İttifaqının medalı (2014);
- "Şərəf" ordeni (9 aprel 2019);
- "Dostluq" ordeni (Rusiya) — 19 may 2020.
- "Nizami Gəncəvinin 880 illiyi (1141-2021)" xatirə nişanı[21]
- "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı — 7 fevral 2024[22]
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]Əsər müəllifi kimi
- Dronqo (serial, 2002) (bədii serial) (Rusiya)
- Məhkumlar (film, 2007) (tammetrajlı bədii film)
Ssenari müəllifi kimi
- Dronqo (serial, 2002) (bədii serial) (Rusiya)
- Məhkumlar (film, 2007) (tammetrajlı bədii film)
- Tərsinə çevrilən dünya (film, 2011) (tammetrajlı bədii film)
- Xeyirlə şərin rəqsi (film, 2015) (tammetrajlı bədii film)
Məsləhətçi kimi
- 40-cı qapı (film, 2008) (tammetrajlı bədii film)
Prodüser kimi
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 6 Xalq yazıçısı Çingiz Abdullayev — 60. AMEA Mərkəzi Elmi Kitabxanasanın rəsmi saytı (08.04.2019).
- ↑ "Arxivlənmiş surət". 2022-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-27.
- ↑ "Çingiz Abdullayev reanimasiyaya yerləşdirilib". Oxu.Az (az.). 2024-04-13. 2024-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-12.
- ↑ "Çingiz Abdullayev: "MTN-in təklifindən imtina etdim"". 2016-01-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-01-20.
- ↑ "Çingiz Abdullayev: "30 ildir bir qadınla yaşayıram"". Kulis.az (az.). 15 mart 2018. 2022-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyul 2022.
- ↑ "Çingiz Abdullayevə "Şöhrət" ordeni verildi". 2021-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-04-12.
- ↑ Çingiz Abdullayev İnterpolun fəxri səfiri oldu [ölü keçid]. sabahinfo.az, 10.11.2014. (az.)
- ↑ "Baş redaktorlardan Çingiz Abdullayevin təhqirinə cavab: "Xalqın pulu bu yaşlı ziyalıları nə qədər harınladıb?"". 2022-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-05.
- ↑ 1 2 Аббасова У. В. Жанр политического детектива в творчестве Чингиза Абдуллаева. — РЕМА. Московский педагогический государственный университет, 2010 № 4. — С. 5–9.
- ↑ Самира Мир-Багирова. Детективный жанр в азербайджанской литературе в контексте мировой литературы. — Баку: BSU, 2002.
- ↑ HANS ÅKERSTRÖM. BIBLIOGRAFI ÖVER RYSK SKÖNLITTERATUR ÖVERSATT TILL SVENSKA. Institutionen för språk och litteraturer Göteborgs universitet. 2011. səh. 8.
- ↑ "CHINGIZ ABDULLAYEV'S NOVEL ISSUED IN BUCHAREST". 2017-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-07.
- ↑ "«Мрак под солнцем» в Румынии". 2017-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-07.
- ↑ Dumitru BALAN. Marginalii la romanul Beznă sub soare de Cinghiz Abdullaev // Contemporanul[рум.]. 24—25.
- ↑ "Autor: Tšingiz Abdullajev". 2017-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-24.
- ↑ "Tchinguiz Abdoullaïev". 2017-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-31.
- ↑ "Mr Tchinguiz Aabdoullaiev Dresse pour Tuer chez LAube Edition". 2017-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-31.
- ↑ [306575.htm Переведены на французский] (#bad_url) // Зеркало. 30 апреля 2013. 8.
- ↑ "Čingizs Abdullajevs". 2017-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-31.
- ↑ Две книги Чингиза Абдуллаева изданы на латышском и сербско-хорватском языках — ФОТО
- ↑ ""Kaspi"nin əməkdaşına mükafat verilib" (az.). www.kaspi.az. 2021-12-28. 2022-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-08.
- ↑ AzərTAc. "Деятелям культуры и искусства вручена юбилейная медаль «100-летие Гейдара Алиева (1923–2023)»" (Turoyo). AzərTAc. 07.05.2024. İstifadə tarixi: 2024-05-08.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Çingiz Abdullayev Arxivləşdirilib 2007-10-30 at the Wayback Machine
- Çingiz Abdullayevin bioqrafiyası (rusca) Arxivləşdirilib 2007-09-28 at the Wayback Machine
- Çingiz Abdullayevin əsərləri (rusca) Arxivləşdirilib 2006-12-06 at the Wayback Machine
- A spy in from the cold, sort of
- Sərt Məntiq Səadət Məmmədova ilə: Çingiz Abdullayev
- 7 apreldə doğulanlar
- 1959-cu ildə doğulanlar
- Yaşayan insanlar
- Bakıda doğulanlar
- Bakı Dövlət Universitetinin məzunları
- SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər
- "Şöhrət" ordeni ilə təltif edilənlər
- Rusiyanın "Dostluq" ordeni ilə təltif edilənlər
- "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilənlər
- Azərbaycan Respublikasının xalq yazıçıları
- Əlifba sırasına görə yazıçı və şairlər
- Çingiz Abdullayev
- Detektiv yazıçıları
- Azərbaycan yazıçıları
- Azərbaycanlı yazıçılar
- Azərbaycan ssenaristləri
- Azərbaycan Yazıçılar Birliyinin üzvləri
- Neftçi PFK prezidentləri
- SSRİ Yazıçılar İttifaqının üzvləri
- Bakı şəhəri 189-190 nömrəli tam orta məktəbin məzunları
- "Nizami Gəncəvinin 880 illiyi (1141-2021)" xatirə nişanı ilə təltif edilənlər
- Azərbaycan Yazıçılar Birliyinin sədr müavinləri
- Bakı Avrasiya Universitetinin fəxri doktorları