Çoxbağlılar
Çoxbağlılar | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Çoxbağlılar |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Çoxbağlılar dəstəsi (lat. Polydesmida) — buğumayaqlılar tipinin ikicütayaqlılar sinfinə aid olan dəstə.
Xarici quruluşu
[redaktə | mənbəni redaktə et]Bu dəstəyə aid olan çoxayaqlıların bədəni təsbeh şəklindədir. Seqmentlər arasında ensiz bağlar vardır. Yaşlılarda buğumların sayı sabitdir (19-20); gözləri yoxdur, yeddinci seqmentin birinci cüt ayağı qonopodi rolunu oynayır.[3]
Həyat tərzi
[redaktə | mənbəni redaktə et]Çoxbağlıların Polydesmidae fəsiləsinin nümayəndələrində bədənin bel hissəsinin səthi yastılanmışdır. Bədən seqmentlərinin kənarları çox qırağa çıxır. Bu boz çoxayaqlılar daha çox rütubətli yarpaqlı meşələrdə yaşayırlar.
Stronqilozomlar (Strongylosomidae fəsiləsi) meşələrdə və rütubətli çəmən torpaqlrında yaşayırlar. Onları seqmentlərinin dəyirmi forması fərqləndirir.
Azərbaycanda çoxbağlıların 9 növü aşkar edilmişdir. Zaqatala rayonunda – Brachydesmus bidentatus Gol., Qazaxda – Br.karawaewi Lohm., Qəbələdə – Poludesmus abchasius Att., Kiçik Qafqazda və Gəncədə – Brachydesmus karawaewi Lohm., Gədəbəydə – Brachydesmus talyschanus Lohm. tapılmışdır. Lənkəran zonasının torpaqlarında 6 növ polidesmid aşkar edilmişdir. Burada sarı torpaqlarda tapılan Brachydesmus talyschanus Lohm. istisnasız olaraq meşə örtüyü, döşənəkdə və torpaqda yaşayır. Dağ-meşə qonur torpaqlarda, eləcə də dənli bitkilər əkinləri altında olan çəmən-qəhvəyi torpaqlarda Strongylosoma lencoranum Att. qeydə alınmışdır (Səmədov, Bababəyova, Rəhmanov, 1972). Polidesmidlər bitki qalıqlarının parçalanmasında fəal iştirak edirlər.[3]
Yayılması
[redaktə | mənbəni redaktə et]Azərbaycanda Zaqatala, Qazax, Qəbələ, Kiçik Qafqaz, Gəncə, Gədəbəy və Lənkəran zonasında yayılıb.[3]
Təsnifatı
[redaktə | mənbəni redaktə et]- Brachydesmus bidentatus Gol.
- Br.karawaewi Lohm.
- Poludesmus abchasius Att.
- Brachydesmus karawaewi Lohm.
- Brachydesmus talyschanus Lohm.
Şəkillər
[redaktə | mənbəni redaktə et]-
Asiomorpha coarctata (Paradoxosomatidae), an Asian species widely introduced by humans
-
Tasmaniosoma armatum (Dalodesmidae) from Tasmania
-
Eutrichodesmus aster (Haplodesmidae) from Vietnam, with unusual mid-dorsal crests
-
A species of Xystodesmidae from the United States showing aposematic coloration
-
An paradoxosomatid from China, with reduced paranota
-
Polydesmus collaris (Polydesmidae) from Europe
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Integrated Taxonomic Information System (ing.). 1999.
- ↑ Shear W. A. Class Diplopoda de Blainville in Gervais, 1844. // Animal Biodiversity: An Outline of Higher-level Classification and Survey of Taxonomic Richness / red. Z. Zhang 2011. C. 3148, burax. 1. S. 159–164. ISBN 978-1-86977-849-1, 978-1-86977-850-7
- ↑ 1 2 3 Azərbayvcanın heyvanlar aləmi, II cild. Bakı, Elm, 2004
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Azərbayvcanın heyvanlar aləmi, II cild. Bakı, Elm, 2004
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Introduction Arxivləşdirilib 2016-08-02 at the Wayback Machine
- Order Polydesmida - Flat-backed Millipedes