İldırım Qasımlı
İldırım Qasımlı | |
---|---|
İldırım Əvəzoğlu | |
Doğum tarixi | |
Doğum yeri | Ağudi, Zəngəzur mahalı |
Vəfat tarixi | (57 yaşında) |
Vəfat yeri | Azərbaycan Respublikası, Sumqayıt |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Həyat yoldaşı | Raya Qasımova (Məhərrəmova) |
Uşaqları | Sevinc, Zərifə, Ucal, İşıqlı |
Atası | Əvəz Qasımov |
Anası | Əsilxan Hümbətyar qızı |
Milliyyəti | azərbaycanlı |
İxtisası | tarix-filologiya |
Təhsili | Azərbaycan Pedaqoji İnstitutu |
Fəaliyyəti | jurnalist, tənqidçi, müəllim |
Partiyası |
İldırım Əvəzoğlu (tam adı:Qasımlı İldırım Əvəz oğlu) —pedaqoq,teatrşünas və jurnalist, YAP Sumqayıt təşkilatının təsisçilərindən biri, həmin təşkilatın sədr müavini və "Məslək" qəzetinin baş redaktoru.
Həyatı
[redaktə | mənbəni redaktə et]İldırım Əvəz oğlu Qasımlı 1 mart 1940-cı ildə Zəngəzur mahalının Ağudi kəndində anadan olmuşdur[1].
İ.Qasımlı orta təhsilini başa vurduqdan sonra 1958-ci ildə APİ-nin tarix-filologiya fakültəsinə daxil olmuşdur.
İ.Qasımlı 1967-1969-cu illərdə "Sumqayıt" qəzetində ədəbi işçi və məsul katib vəzifələrində çalışmışdır.
O, görkəmli ədəbiyyatşünas, filologiya elmləri doktoru Yəhya Seyidovun rəhbərliyi ilə "Əli Vəliyevin romanları" mövzusunda dissertasiya müdafiə edərək, filologiya elmləri namizədi alimlik dərəcəsi adı alır. 1978-ci ildə "Əli Vəliyev" adlı monoqrafiyasını nəşr etdirir.
Ailəsi
[redaktə | mənbəni redaktə et]İldırım Qasımlı atasını erkən itirdiyindən qardaşı və iki bacısı ilə birlikdə anasının himayəsində böyümüşdür. Onun anası xalça ustası Əsilxan Hümbətyar qızı idi.
Raya Qasımova (Məhərrəmova) ilə ailə həyatı qurmuşdur. 2 qızı, 2 oğlu olmuşdur.
Yaradıcılığı
[redaktə | mənbəni redaktə et]İ.Qasımlı APİ-nin tarix-filologiya fakültəsində oxuyarkən burada F.Qasımzadə, Ə.Dəmirçizadə, İ.Şıxlı, Ş.Qurbanov, K.Qəhrəmanov, S.Əfəndiyev, Ə.Hüseynova kimi yazıçı və alimlərdən dərs alması onun ədəbi-estetik dünyagörüşünün formalaşmasında mühüm rol oynamışdır. İnstitutun yuxarı kurslarından başlayaraq "Ədəbiyyat və incəsənət", "Azərbaycan müəllimi", "Azərbaycan gəncləri", "Pioner", "Sumqayıt", "Azərbaycan", "Ulduz", "Literaturnı Azerbaydjan" və başqa qəzet və jurnallarda publisist və ədəbi-tənqidi məqalələrlə çıxış edir. İ.Qasımlı 1967-1969-cu illərdə "Sumqayıt" qəzetində ədəbi işçi və məsul katib vəzifələrində çalışmışdır.
İldırım Qasımlı pedaqoji fəaliyyətə Sumqayıt məktəblərində başlamışdır. Şəhərdəki politexnikumda, tibb məktəbində, pedaqoji seminariyada Azərbaycan dili və tarix, ədəbiyyat, fəlsəfə, politologiya, iqtisad nəzəriyyəsi, etika, estetika, din tarixi və başqa humanitar və ictimai-siyasi fənnləri tədris edir. O, Sumqayıt Tibb məktəbində 27 il müəllim və tədris işləri üzrə direktor müavini işləmişdir. Pedaqoji fəaliyyətlə yanaşı, elmi işlə də müntəzəm məşğul olan İ.Qasımlı Nizami adına Ədəbiyyat İnstitutunun dissertantı kimi Azərbaycan nəsrinin bəzi problemlərini tədqiqata cəlb edir. O, ədəbiyyatşünas, filologiya elmləri doktoru Yəhya Seyidovun rəhbərliyi ilə "Əli Vəliyevin romanları" mövzusunda dissertasiya müdafiə edərək, filologiya elmləri namizədi alimlik dərəcəsi adı alır. 1978-ci ildə "Əli Vəliyev" adlı monoqrafiyasını nəşr etdirir.
Teatr, kino, musiqi, rəssamlıq haqqında maraqlı yazıları ilə tez-tez mətbuatda yazılar çap etdirən. Teatr həvəskarları onu H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrınıın səlnaməçisi kimi tanıyırlar. 1969-cu ildən yaradıcılığa başlayan teatrın elə bir tamaşası olmayıb ki, bu insan onun haqqında resenziya yazıb çap etdirməsin. İ.Qasımlının "Sumqayıtın teatr həyatı" kitabı bu həvəsin nəticəsidir.
İldırım Qasımlının yaradıcılığının baş mövzusu mənəviyyatdır. Onun ədəbiyyat, incəsənət, pedaqpgika, fəlsəfə, psixologiya, siyasət, etika, estetika, din və başqa sahələrə həsr olunmuş yazılarında insanın daxili mənəvi aləmi başlıca yer tutur.
Kitabları
[redaktə | mənbəni redaktə et]- Nizami Gəncəvinin dünyagörüşü.jpg
- Heydər Əliyevin bioqrafiyası.jpg
- Sumqayıtın teatr həyatı.jpg
- Tibbi etika.jpg
- Tibbi etika, emosiya və sağlamlıq.jpg
- Əli Vəliyev. 1978-ci il
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Vaqif Bayramov, "İndi sağ olsaydı…", "Bütöv Azərbaycan" qəzeti, №23,(242), 11-17 sentyabr 2014. səh.14.