İlya Kaverin

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
İlya Kaverin
Şəxsi məlumatlar
Doğum tarixi 2 (15) may 1910
Doğum yeri
Vəfat tarixi 19 noyabr 1963(1963-11-19) (53 yaşında)
Vəfat yeri
Dəfn yeri
Hərbi fəaliyyəti
Mənsubiyyəti Sovet Sosialist Respublikaları İttifaqı
Qoşun növü tank qoşunları[d]
Rütbəsi Baş çavuş
Döyüşlər
Təltifləri Sovet İttifaqı Qəhrəmanı
"Lenin" ordeni "Qırmızı ulduz" ordeni

İlya Kaverin (2 (15) may 1910, Astara, Lənkəran qəzası19 noyabr 1963, Astara, Lənkəran rayonu) — Qızıl Ordunun baş çavuşu, Böyük Vətən Müharibəsi iştirakçısı, Sovet İttifaqı Qəhrəmanı (1944).

1910-cu il mayın 15-də Astara şəhərində anadan olub. İbtidai təhsilini aldıqdan, sonra balıqçılıq sahəsində çalışıb. 1941-ci ildə hərbi xidmətə çağırılıb. 1943-cü ilə qədər kiçik çavuş İlya Kaverin, Kiyevin azad edilməsində iştirak edib və fərqlənib.[1]

Kiyev yaxınlığında alman müdafiəsinin sıçrayışı zamanı o, düşmənin bir neçə artilleriya qurğusunu və minaatanlarını məhv edərək düşmən xəttinin yarılmasına və düşmənin geri çəkilməsinə nail olub. Döyüşlərin birində İlya Kaverinin tankı vurulub. Bütün ekipaj üzvləri həlak olsa da İlya sağ qala bilib. Təkbaşına tankda baş verən yanğını söndürməyi bacarıb. Lakin tank tamamilə sıradan çıxdığına görə qeyri bərabər döyüşə girməyə məcbur olub. O, avtomat, pulemyot və qumbaraatanların köməyi ilə iki gün qeyri bərabər döyüş apararaq, düşmənə cavab atəşi açıb, və ikinci gün gecə saatlarında öz bölməsinə geri qayıda bilib. Geri qayıtdıqdan sonra bir daha Kiyevin azad edilməsində iştirakını davam etdirib. Beləliklə, Kiyev-Svyatoshinsky rayonunun Xotiv kəndi uğrunda gedən döyüşdə o, alman kolonunu məğlub edib. Bu döyüşdə İlya Kaverin düşmənin təxminən bir piyada taqımını və 12 texnikası məhv edib.[1]

  1. 1 2 "İlya Kaverin" (rus). "Герои страны" saytında.