39°44′43″ şm. e. 46°35′29″ ş. u.HGYO

İmamqulular

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
İmamqulular
39°44′43″ şm. e. 46°35′29″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
İmamqulular xəritədə
İmamqulular
İmamqulular

İmamqulularAzərbaycan Respublikasının Şuşa rayonunun Xanalı kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq İmamqulular kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır.

Yaşayış məntəqəsi imamqulular nəslinin məskunlaşması nəticəsində yaranmışdır. Çox mədəni və kübar əhalisi olan bu kənd Şuşa rayonu ərazisinin ən səfalı və mənzərəli yerlərindəndir. Həmin ərazidə bu nəslin adı ilə bağlı olan meşə və mineral bulaq da var.[1]

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd Sarı Baba dağının ətəyində, zirvəyə ən yaxın bir yerdə yerləşir. Mineral sularla və bol sulu bulaqları ilə tanınır.[2]

  1. İmamqulular // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
  2. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.