İqtisadçı VK
İqtisadçı VK | |||
---|---|---|---|
Klubun tam adı | İqtisadçı Qadın Voleybol Klubu | ||
Ölkə | |||
Şəhər | Bakı | ||
Ləqəb(lər) |
"İqtisadçılar" "Tələbələr" |
||
Rəng(lər) |
açıq göy-ağ[1] - |
||
Yaranma tarixi | 2005 | ||
Meydança |
Azərbaycan Voleybol Mərkəzi (əsas) Sərhədçi İdman Olimpiya Mərkəzi (yardımçı arena) |
||
Tutumu |
2.000 3.250 |
||
Prezidenti | Şəmsəddin Hacıyev | ||
Baş məşqçisi | Bülənt Karslıoğlu | ||
Liqa | Azərbaycan Superliqası | ||
2013-2014 | 3 | ||
|
|||
Rəsmi saytı | |||
Vikianbarda əlaqəli mediafayllar |
İqtisadçı VK — Azərbaycanın paytaxtı Bakı şəhərini təmsil edən, 2014-cü ilin oktyabrna qədər fəaliyyət göstərmiş voleybol klubu.[2][3] Azərbaycanın universitetlərindən olan Azərbaycan Dövlət İqtisad Universitetinin rəsmi komandasıdır.[4] Azərbaycan voleybolunun "Rabitə", "Azərreyl", "Lokomotiv", "Azəryol"la yanaşı ən güclü 5 komandasından biri hesab olunurdu. Komanda ev oyunlarını 2000 izləyici tutumuna malik Azərbaycan Voleybol Mərkəzində oynayırdı.[5] (Azərbaycanda heç bir voleybol klubunun öz meydançası olmadığından Superliqanın əksər komandaları oyunlarını bu arenada oynayırdı[6]). 2014-cü ilin mart ayından etibarən Kristal Zalında da oyunlarını keçirmişdir[7].
Tarixi
[redaktə | mənbəni redaktə et]Universitet klubu olduğu illər
[redaktə | mənbəni redaktə et]"İqtisadçı" komandası 2005-ci ildə qeyri-pəşəkar voleybol klubu kimi fəaliyyətə başlamışdı. Belə ki, həmin il Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev qadınlardan ibarət peşəkar voleybol komandasının yaradılması üçün xüsusi göstəriş verərək hal-hazırda böyük bir klub olan İqtisadçı voleybol klubunun əsasını qoydu. Komanda ilk vaxtlar universitetlər arasında keçirilən Respublika oyunlarında iştirak edirdi. Elə həmin il, yəni 2005-ci ildə universitetlər arasında qadınlar üzrə keçirilən çempionatda “İqtisadçı” voleybol komandası üçüncü yerə sahibləndi. Universitet komandasının uğurlarının davamlı olması onun peşəkar kluba çevrilməsi üçün də gözəl zəmin yaratdı[8].
Peşəkar voleybol komandası kimi
[redaktə | mənbəni redaktə et]"İqtisadçı" klubunun lisenziyası 2008-ci ilin yayında peşəkar voleybol komandası kimi rəsmən təsdiq edilmişdi. Ancaq bu peşəkar komandanın peşəkar səviyyədəki ilk çıxışı 2006-2007 mövsümünə təsadüf edir. Bu mövsümdə iqtisadçılar Azərbaycan voleybolunda ikinci səviyyəli liqa sayılan (hal-hazırda mövcud olmayan) Qadınlar birinci liqasında iştirak etmişdi. Rəqiblərindən açıq-aşkar güclü olan komandanın liqanı qalib başa vurması da təsadüf olmadı. Bu nailiyyət sayəsində komanda 2007-2008 mövsümündə yüksək liqada çıxış etmək hüquq qazandı. Bu isə 2007-ci ildən etibarən qadın voleybol liqamızda dörd komandanın iştirak edəcəyindən xəbər verirdi.[9]
2007-2008 idman mövsümü tələbələr üçün heç də uğursuz keçmədi. Superliqada dörd komanda içində sonuncu yeri tutmasına baxmayaraq növbəti mövsüm avrokuboklarda oynamaq şansı əldə etmişdilər. Komanda 2008-ci ildə Çağırış kubokunda iştirak edərək Azərbaycanı beynəlxalq arenada təmsil edən üçüncü voleybol klubu kimi tarixə düşmüşdü.[10] Ancaq, tələbələrin avrokuboklardakı debütü uğurlu alınmadı. Belə ki, Bakı klubu turnirə ikinci mərhələdən start verməsinə baxmayaraq irəlidəki turları görə bilmədi. Halbuki, rəqib də keçiləsi komanda idi. Püşk tələbələrin üzünə gülmüş və onların qarşısına Avropada elə də tanınmayan Kipr klubu AEL Limassolu çıxartmışdı.[11] Mərhələnin ilk oyununda Bakıda rahat qalib gələn klub gözlənilməz qərarla üz-üzə qaldı. Qərara əsasən, İqtisadçının qalibiyyəti ləğv edilmiş və kiprlilərə 3-0 hesablı texniki qalibiyyət verilmişdi.[12] Buna səbəb isə İqtisadçının qeyri-qanuni olaraq iki voleybolçunu (Avropa Voleybol Konfederasiyasına göstərilən siyahıda adı olmayan voleybolçuları) oynatması idi.[13] Səfərdəki görüşə psixoloji cəhətdən zəif çıxan komanda rəqibindən set ala bilməmiş və Çağırış kuboku ilə erkən vidalaşmışdı.[14]
Avropada tanındığı illər
[redaktə | mənbəni redaktə et]2010-11 mövsümündə Çağırış Kuboku turnirində yarımfinala qədər irəliləyib.[15][16] Yalnız bu mərhələdə Azərbaycanın digər bir voleybol klubu Lokomotivə məğlub olaraq turniri üçüncü bitirib.[17][18] Qeyd edək ki, həmin mövsüm turnirin qalibi Azərbaycanın digər bir komandası "Azərreyl" olmuşdu.[19][20]
2011-12 mövsümü İqtisadçı üçün biabırçı keçdi. Heç bir CEV turnirinə vəsiqə qazana bilməyən komanda mövsümün sonunda italyan məşqçi Micele Patoia ilə yollarını da ayırdı. Buna səbəb tələbələrin ölkə çempionatında ilk üçə belə girə bilməməsi idi.[21]
Azərbaycan Superliqası 2012-13 mövsümündə Azərreyllə birlikdə 2-ci yeri tutaraq[22] CEV Qadınlar Çempionlar Liqasına vəsiqə qazanan komanda bu turnirdə iştirak edən 5-ci Azərbaycan klubu oldu.[23][24] Digər 4 klub isə yuxarıda sadalanan böyük beşlik klublarıdır. Elə ilk mövsümdəcə Çempionlar Liqasında qrup mərhələsini adlaya bildi iqtisadçılar. İqtisadçı -B- qrupunda River Volley Pyaçentsa (İtaliya), Dinamo Moskva (Rusiya), və Srvena Zvezda Belqrad (Serbiya) klublarına rəqib oldu.[25][26]
İlk Çempionlar liqası macərası
[redaktə | mənbəni redaktə et]2013-2014 mövsümündə Çempionlar liqasına düşdükdən sonra[27] İqtisadçıda köklü dəyişikliklər oldu.[28] Klub Manon Flier kimi məşhur oyunçunu əzəli rəqibi Azərreyldən transfer etdi.[29][30] Avropa ikincisi olmuş Hollandiyalı isə ilk gündən kluba böyük xeyir verəcəyini göstərdi.[31] O, edilən transferlər içində ən faydalısı olduğunu dəfələrlə gərgin oyunlarda sübut etdi və komandanın liderinə çevrildi.[32][33] Qeyd edək ki, Manon daha öncə 2009 Avropa Çempionatında ən dəyərli oyunçu mükafatını qazanmışdı.[34] İqtisadçının ikinci ən dəyərli transferi Çinin "Shanghai Volleyball" komandasından alınan 2008 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Yun Ven Ma olmuşdur. 28 yaşlı voleybolçu ümidləri doğrulda bilmədi və əsas heyətdə yerini itirdi. Bunun məntiqi nəticəsi kimi 2014-cü ilin fevralında Yun Venin müqaviləsi qarşılıqlı olaraq rədd edildi.[35] "İqtisadçı"nın üçüncü ən böyük transferi isə Polşanın "Bank Fakro" komandasından alınan italyan voleybolçu Valentina Serena idi.[36] Yun Ven kimi o da gözləniləni verə bilmədi və Çempionlar liqası kimi vacib turnirlərdə start heyətdə yer tapa bilmədi. Baş məşqçilik postuna isə yenidən Bülənt Karslıoğlu gətirildi.[37][38] O, tailandlı məşqçi Kiattipong Radchatagriengkai əvəz etdi.[39] Amma türk mütəxəssis heyətdəki tailandlı oyunçulara dəymədi[40] və əksinə daha bir neçə asiyalı voleybolçunu heyətə qatdı.[41] Bunun məntiqi nəticəsi kimi kapitan da Tailand seçməsinin üzvü Vilavan Apinyaponq oldu[42] və klub heyətini tam formalaşdırdıqdan sonra Çempionlar liqasına hazır oldu...[43]
Çempionlar liqasının qrupunda yalnız "Srvena Zvezda"nı qabaqlayan universitet klubu qrupun üçüncüsü oldu.[44] Ancaq bu yer İqtisadçıya qrupdan çıxmaq üçün kifayət etmirdi. Növbəti mərhələyə adlayan klublardan olan Rabitə “Dördlər finalı”na ev sahibliyi etmək hüququ qazandığından birbaşa yarımfinal mərhələsinə yüksəldi[45] və onun boş qalan playoff vəsiqəsinə qrup üçüncüləri namizəd oldular. Xoşbəxtlikdən namizədlər içərisində ən çox xal toplayan komanda İqtisadçı oldu və iqtisadçılar 1/6 final mərhələsinə vəsiqə qazandılar.[46] Püşkatmada iqtisadçıların bəxti gətirmədi və rəqibləri turnirin son qalibi, 69 oyunluq məğlubiyyətsizlik seriyası olan,[47] dünya çempionu və rekordçusu VakıfBank oldu.[48] Güclü rəqibinə hər iki görüşdə məğlub olan tələbələrin ilk Çempionlar Liqası macərası erkən bitdi.[49][50][51]
Qızıl dövrün başlanğıcı
[redaktə | mənbəni redaktə et]İqtisadçı Çempionlar liqasındakı uğurlu çıxışından sonra tamamilə ölkə çempionatına kökləndi. Superliqada 2013-14 mövsümünü doqquz qələbə və altı məğlubiyyətlə bitirən komanda sonda qazandığı 34 setlə "Rabitə" və "Azəryol"un ardından üçüncü yeri tutdu.[52] Reqlamentə əsasən ilk dörd yeri tutan komandalar "pley-off"a vəsiqə qazandığından komanda yarımfinalda liqa üsulu ilə keçirilən mövsümün ikincisi olan Azəryola rəqib oldu.[53] Hər iki görüşdə rəqibinə məğlub olan tələbələr final şanslarını itirdilər.[54] Acı məğlubiyyətdən sonra "Azərreyl"ə üçüncülük matçına çıxmalı olan komanda tez bir zamanda özünü toplaya bildi. Burada ilk qarşılaşmanı 3-1[55] digər iki görüşü isə quru hesabla[56] qalib bitirən iqtisadçılar yekunda Azərbaycan çempionatının bürünc medallarına yiyələndilər.[57][58]
Bu bürünc medal artıq İqtisadçıda yeni dövrün başlandığının bariz nümunəsi idi. Artıq komanda hədəflərinin nə qədər böyük, uğurlarının isə təsadüf olmadığını sübut etmişdi. Belə ki, Azərreyllə oynanılan qarşılaşma tək medal qarşılaşması deyil həm də Çempionlar liqasına bilet şansı idi.[59] Bu şansdan maksimum istifadə edən komanda 2014-15 Çempionlar Liqasındakı yerini təmin etdi.[60] Belə ki, mövsüm boyu zədəli oyunçularla mübarizə aparan komanda liberosuz bu uğura nail ola bilmişdi. Komandanın hər iki liberosu Lenka Dürr və Vanna Buakeva zədəli olduğundan İqtisadçı mövsümün son oyunlarında əlavə oyunçulardan istifadə etdi.[61] Sayca üçüncü bürüncünə yiyələnən[62] tələbələrin sevincinə ikinci komandası da çıxdı. Belə ki, İqtisadçının əvəzedici komandası da mövsümü ikinci sırada bitirərək gümüş medalları boynundan asmışdı.[63]
Komandanın atributları
[redaktə | mənbəni redaktə et]Loqosu
[redaktə | mənbəni redaktə et]Emblem 2008-ci ildə yaradılmışdır. Azərbaycan Dövlət İqtisad Universitetinin rəsmi loqosunun üzərinə azərbaycanca və ingiliscə İqtisadçı Voleybol Klubu yazılmışdır[64]. Emblemin içərisində Azərbaycan bayrağının rənglərinə boyanmış səkkizguşəli ulduz milli mentalitetimizi əks etdiririr. Ulduzun içərisində olan Ay-ulduz bütün türk dünyasının simvolu sayılır[65]. Nəzərə çarpacaq qədər görünən Yer kürəsi və kitab rəsmi isə elm, tədris simvoludur. Bütün bunlar isə İqtisadçının universitet komandası olmasından xəbər verir.
Rəsmi himni
[redaktə | mənbəni redaktə et]Fan-klubu
[redaktə | mənbəni redaktə et]Azarkeş sayına görə ölkədə birinci olan İqtisadçılar[66] dolu tribunalar qarşısında oynamaq alışqanlığı yaradıblar. Bu mənada ilk fan-klubun yaradılmasına 2014-cü ildə cəhd edilmişdir.[67]
Meydançası
[redaktə | mənbəni redaktə et]Komanda ev oyunlarını Bakı Voleybol Mərkəzinda keçirmişdir. Superliqadakı əksər oyunlar[68] və Çempionlar Liqasındakı klublarımızın ev oyunları da bu arenada təşkil olunurdu. Meydança hazır olmadıqda isə komandalar yardımçı arenalardan Sərhədçi İdman Olimpiya Mərkəzi və Bakı Kristal Zalından (azərkeşlərin sayı çox olduqda) istifadə edirdilər. Tələbələr də eyni qayda ilə bu meydançalarda ev sahibi ola bilib.[69]
Heyəti
[redaktə | mənbəni redaktə et]Əsas heyət
[redaktə | mənbəni redaktə et]Nömrə | Oyunçunun adı | Mövqeyi | Boyu (metr) | Çəkisi (kq) | Doğum tarixi | Blok yüksəkliyi (sm) |
1 | Vanna Buakeva | Libero | 1.72 | 54 | 02/01/1981 | 278 |
2 | Lenka Dürr | Libero | 1.71 | 59 | 10/13/1990 | 270 |
3 | Villougbhy Kim | Hücumçu | 1.80 | 75 | 07/11/1980 | 300 |
5 | Pleumjit Zinkaov | Blokçu | 1.80 | 64 | 09/11/1983 | 279 |
6 | Onuma Sittirak | Hücumçu | 1.75 | 72 | 13/06/1986 | 285 |
7 | Ariel Vilson | Toppaylayıcı | 1.91 | 72 | 03/01/1989 | 308 |
10 | Vilavan Apinyaponq | Hücumçu | 1.74 | 65 | 06/06/1984 | 280 |
12 | Manon Flier | Diaqonal | 1.92 | 73 | 08/02/1984 | 301 |
15 | Yun Ven Ma | Blokçu | 1.89 | 70 | 19/10/1986 | 307 |
16 | Ley Zanq | Diaqonal | 1.81 | 71 | 11/01/1985 | 310 |
18 | Valentina Serena | Toppaylayıcı | 1.84 | 70 | 10/11/1981 | 298 |
İdarə və texniki heyət
[redaktə | mənbəni redaktə et]Rəhbərlik
[redaktə | mənbəni redaktə et]- Prezident - Şəmsəddin Hacıyev
- İcraçı direktor - Şahin Bayramov [72]
Məşqçilər korpusu və texniki işçilər
[redaktə | mənbəni redaktə et]- Baş məşqçi : Bülənt Karslıoğlu
- Köməkçi məşqçi : Fərid Cəlalov
- Köməkçi məşqçi : Şahin Abdullayev
- Menecer : Araz İsmayılov
- Satatist : Mixael Qottvald
- Fizioterapist : Titovets Sergey
- Masajist : Tavuz Cabbarova[73]
Uğurları
[redaktə | mənbəni redaktə et]Beynəlxalq arenada
[redaktə | mənbəni redaktə et]- 2010-11 Avropa Qadınlar CEV Çağırış Kubokunda yarımfinalçı
- 2013-14 CEV Qadınlar Çempionlar Liqasında pley-offçu
Ölkə daxili
[redaktə | mənbəni redaktə et]- 2009-10 Azərbaycan Superliqası - Bürünc medal
- 2010-11 Azərbaycan Superliqası - Bürünc medal
- 2012-13 Azərbaycan Superliqası - Gümüş medal
- 2013-14 Azərbaycan Superliqası - Bürünc medal
CEV turnirlərindəki oyunları
[redaktə | mənbəni redaktə et]Mövsüm | Turnir | Mərhələ | Rəqib | I oyun | II oyun | Nəticə |
---|---|---|---|---|---|---|
2008/2009 | Çağırış kuboku | II mər | AEL Limassol | (e)0:3[q 1] | (s)0:3 | 0-2[74] |
2009/2010 | Çağırış kuboku | II mər | Qalatasaray | (e)0:3 | (s)0:3 | 0-2[75] |
2010/2011 | Çağırış kuboku | I mər | Kula Qradaçats | (s)3:0[q 2] | (e)3:0 | 2-0[76] |
II mər | Klaqenfurt | (e)3:0 | (s)3:0 | 2-0[77] | ||
III mər | Tent | (s)3:0 | (e)3:0 | 2-0[78] | ||
1/8 | Stiinta Bacau | (s)3:0 | (e)3:1 | 2-0[79] | ||
1/4 | KP Brno | (e)3:0 | (s)3:2 | 2-0[80] | ||
1/2 | Lokomotiv Bakı | (e)0:3 | (s)3:2 | 1-1[81][q 3] | ||
2011/2012 | CEV Kuboku | I mər | Dinamo Buxarest | (e)3:0 | (s)3:2 | 2-0[82] |
II mər | Yamamay Busto Arsizio | (s)0:3 | (e)2:3 | 0-2[83] | ||
2012/2013 | CEV Kuboku | I mər | Sliedrext | (e)3:0 | (s)3:0 | 2-0[84] |
II mər | Omiçka | (e)3:1 | (s)1:3 | 1-1[85][q 4] | ||
2013/2014 | CEV Çempionlar Liqası | Qrup mər | Srvena Zvezda Belqrad | (s)3:0[86] | (e)3:1[87] | (6 xal)-(0 xal) |
Qrup mər | Dinamo Moskva | (e)3:2[88] | (s)0:3[89] | (2 xal)-(4 xal) | ||
Qrup mər | River Volley Pyaçentsa | (e)1:3[90] | (s)0:3[91] | (0 xal)-(6 xal) | ||
pley-off | Vakıfbank | (e)0:3[92] | (s)0:3[93] | 0-2 | ||
2014/2015 | CEV Kuboku | 1/16 final | CV Murillo | (s)t.m | (e)t.m | 0-2 |
Qeydlər:
- ↑ "İqtisadçı" qalib gəlsə də, texniki məğlubiyyət verilib [1] Arxivləşdirilib 2016-03-07 at the Wayback Machine
- ↑ Matçın ev sahibi "Kula" olsa da görüş Bakıda keçirilib [2] Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine
- ↑ Qızıl setdə "Lokomotiv" qalib gəlib (13-15)[3] Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine
- ↑ Qızıl setdə "Omiçka" qalib gəlib (8-15)[4] Arxivləşdirilib 2015-06-10 at the Wayback Machine
Avropadakı statistikası
[redaktə | mənbəni redaktə et]Turnir | O | Q | M | AS | VS | Ən yaxşı nəticəsi |
---|---|---|---|---|---|---|
Çağırış kuboku | 16 | 11 | 5 | 33 | 20 | Yarımfinal (2011) |
CEV Kuboku | 8 | 5 | 3 | 18 | 12 | II mərhələ (2012, 2013) |
CEV Çempionlar Liqası | 8 | 3 | 5 | 10 | 18 | Pley-off (2014) |
Toplam | 32 | 19 | 13 | 61 | 50 | Yarımfinal (2011) |
Reytinqi
[redaktə | mənbəni redaktə et]CEV reytinqində
[redaktə | mənbəni redaktə et]2013-cü ilin yekununa görə[94]
Sıra | Komanda | Xal |
---|---|---|
24 | Srvena Zvezda Belqrad | 42 |
25 | MKS Dabrova Gornicza | 40 |
26 | Volei 2004 Konstansa | 38 |
27 | İqtisadçı | 38 |
28 | VK Prostejov | 36 |
29 | Şveriner SC | 36 |
30 | Bakı VK | 36 |
Voleybol üzrə Azərbaycan Superliqasında
[redaktə | mənbəni redaktə et]2013-2014 mövsümünün yekununa əsasən [52]
Sıra | Komanda | Xal |
---|---|---|
Rabitə Bakı | 38 | |
Azəryol Bakı | 34 | |
İqtisadçı | 31 | |
4 | Azərreyl Bakı | 19 |
5 | Lokomotiv Bakı | 14 |
6 | Telekom QVK | 3 |
Unudulmayanlar
[redaktə | mənbəni redaktə et]İz buraxmış voleybolçuları
[redaktə | mənbəni redaktə et]- Yuko Sano — 2010-2012-ci illərdə tələbələrin şərəfini qoruyan yaponiyalı libero oynadığı vaxtlarda komandanın ən çox əsas heyətdə yer alan voleybolçusu olmuşdu.[95] Komandanın superliqada bürünc qazandığı 2010-11 mövsümündə böyük pay sahibi olmuş və liqanın "Ən yaxşı liberosu" seçilmişdir.[96] 2012-ci ildə İqtisadçını yaxşı büdcəyə malik Qalatasaray komandasına dəyişmişdi.[97][98]
- Nansi Metkalf — 2012-ci ildə Superliqanın gümüş mükafatçısı kimi Lokomotivdən böyük ümüdlərlə transfer olunmuşdu.[99] İqtisadçının da eyni uğuru qazanmasında böyük rol oynayan amerikalı voleybolçu 2013-cü ildə komandanı tərk edərək karyerasını bitirmək haqqında qərar qəbul etsə də[100] daha sonra bu qərarını dəyişərək legioner karyerasını Yaponiyada davam etdirmişdi.[101]
- Nutsara Tomkom — İqtisadçı 2012-ci ilin iyulunda onu Azərreyldən heyətinə qatmışdı.[102] İqtisadçıda göstərdiyi möhtəşəm oyunla komandanın liderinə çevrilə bilmişdi. Tələbələrin heyətindəki əzmkar voleybolu dünya voleybol ictimaiyyətinin də nəzərindən qaçmadı və 2013-cü ilin martında dünyanın ən yaxşı voleybolçusu seçildi.[103][104] Bütün bunlara baxmayaraq komanda onu heyətində saxlaya bilmədi və mövsümün sonunda böyük məbləğ müqabilində Rabitəyə satdı.[105]
- Manon Flier — məşhur hollandiyalı voleybolçu İqtisadçının heyətinə 2013-cü ildə Azəryoldan (sabiq Azərreyl) qoşulmuşdu.[106] Yeni komandasına tez bir zamanda uyğunlaşan Flier 2013-14 CEV Çempionlar Liqasında 8 oyuna qazandığı 99 xalla komandasının bu turnirdəki bombardiri olmuş və pley-offa qədər irəliləməsində ən böyük pay sahibi olmuşdu.[107][108][109][110][111][112][113][114] Bundan başqa İqtisadçının heyətində Azərbaycan Superliqasında 2013-2014 mövsümünün "Ən yaxşı servisçisi" mükafatını da qazanmışdı.[115]
Baş məşqçi dəyişiklikləri
[redaktə | mənbəni redaktə et]Qeyd: İlki əsas ikincisi yardımçı köməkçi məşqçidir.[116]
Çalışdığı il | Baş məşqçi | Köməkçiləri |
---|---|---|
2008-2010 | Volodimir Podkopayev | |
2010-2011 | Erkan Kayacan | / Xəlil Rəşad Yazıcıoğulları Jan Jose De Brandt |
2011-2012 | Micele Patoia | Fərid Cəlalov Emanuele Sbano |
2012 | Bülənt Karslıoğlu | Mixael Qottvald Fərid Cəlalov |
2012-20131 | Kiattipong Radchatagriengkai | Mixael Qottvald Fərid Cəlalov |
2013- | Bülənt Karslıoğlu | Fərid Cəlalov Mixael Qottvald |
1Bir neçə oyun Fərid Cəlalov da baş məşqçilik etmişdir.[117]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ Igtisadchi Baku Identity Arxivləşdirilib 2013-10-30 at the Wayback Machine (az.)
- ↑ ""İqtisadçı" rəsmən dağıldı!" (az.). apasport.az. 2014-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-13.
- ↑ "Azərbaycan klubu rəsmən dağıldı!" (az.). arxiv.az. 2016-04-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-13.
- ↑ "Bizim komandalarımızın nailiyyətləri" (az.). igtisadchibaku.az. İstifadə tarixi: 2014-05-26.[ölü keçid]
- ↑ ""İqtisadçı" voleybol komandası "Azərreyl"ə qalib gəlmişdir" (az.). azertag.com. 14-04-2014. 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-26.
- ↑ ""Rabitə"nin ilk oyunu Abbondanza həmyerlisinə qarşı (sitat: Qeyd edək ki, bütün oyunlar Voleybol Mərkəzində olacaq.)" (az.). online.ekspress.az. 2015-09-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-26.
- ↑ "Azərbaycan Super Liqasında 10-cu tura yekun vurulub" (az.). idmantv.az. 07-03-2014. 2015-09-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-07.
- ↑ "Azərbaycan Dövlət İqtisad Universitetinin qadınlardan ibarət "İqtisadçı" voleybol klubu haqqında" (az.). igtisadchibaku.az. 2013-12-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-07.
- ↑ "Azərbaycan Dövlət İqtisad Universitetinin qadınlardan ibarət "İqtisadçı" voleybol klubunun tarixi" (az.). igtisadchibaku.az. 2013-12-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-07.
- ↑ "Azərbaycanın voleybol klublarının avrokuboklarda qarşılaşacaqları rəqiblər müəyyənləşib" (az.). apasport.az. 06-29-2008. 2016-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-07.
- ↑ Challange cup 2008 first leg vivovolley.net Arxivləşdirilib 2016-03-28 at the Wayback Machine (ing.)
- ↑ 2008-2009 challenge-cup wyniki.siatka.org Arxivləşdirilib 2010-01-14 at the Wayback Machine (ing.)
- ↑ "CEV-dən Azərbaycana sərt qərar!" (az.). apasport.az. 11-11-2008. 2016-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-07.
- ↑ "Volleyball - Women's Challenge Cup - Second Round - 2008/2009 the-sports.org". 2010-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-19.
- ↑ "İqtisadçı yarımfinala çıxıb Lokomotivə rəqib oldu" (az.). azerisport.com. 02-03-2011. 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-07.
- ↑ ""İqtisadçı" və "Lokomotiv" "Çelenc Cup"ın yarımfinalında qarşılaşcaqlar" (az.). sport.sia.az. 03-03-2011. 2014-04-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-07.
- ↑ ""İqtisadçı" məğlub oldu: "Lokomotiv" finalda!" (az.). news.milli.az. 20-03-2011. İstifadə tarixi: 2014-05-07.
- ↑ "«LOKOMOTİV» avropa çağırış kubokunun («Çelenc Cup») finalında" (az.). addy.gov.az. 26-03-2011. 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-07.
- ↑ "Avropa Çelenc kubokunun qalibi "Azərreyl" klubu oldu" (az.). olimpiya.az. 04-02-2011. 2015-09-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-07.
- ↑ "İlham Əliyev "Azerreyl"i təbrik etdi" (az.). anspress.com. 04-02-2011. 2011-04-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-07.
- ↑ "RABİTƏ - PENTAKAMPEON !!! Beşillik seriya qırılmadı - Yenidən ÇEMPİONLUQ!!!" (az.). f4volleybaku.com. 15-05-2012. İstifadə tarixi: 2014-05-07.[ölü keçid]
- ↑ "«Rabitə» ölkə çempionudur" (az.). azerbaijan-news.az. 28-04-2013. 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-07.
- ↑ "Rookie Igtisadchi aiming high in first CL appearance" (ingilis). cev.lu. 17-10-2013. 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-08.
- ↑ "Azərbaycan Çempionlar Liqasında 3 klubla təmsil olunacaq" (az.). apa.az. 10-05-2013. 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-08.
- ↑ "CEV kuraları çekildi" (türk). medyaspor.com. 28-06-2013. 2013-10-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-08.
- ↑ "Voleybolda Avrupa Heyecanı Başladı" (türk). ortaboypopcorn.blogspot.com. 25-09-2013. İstifadə tarixi: 2014-05-08.
- ↑ "Avro Kuboklar" (az.). avf.az. 2014-07-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-08.
- ↑ "Bakının qadınlardan ibarət "İqtisadçı" voleybol komandası heyətini formalaşdırmaqda davam edir" (az.). azinterkom.com. 29-07-2011. 2013-09-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-08.
- ↑ "Manon Flier Igtisadchi Bakü'de" (türk). voleybolextra.com. 08-06-2013. 2013-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-08.
- ↑ ""Azərreyl"in voleybolçusu "İqtisadçı"ya keçdi" (az.). sportnews.az. 05-06-2013. 2013-08-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-08.
- ↑ "2009 Avrupa Bayanlar Voleybol Şampiyonası" (türk). forum.shiftdelete.net. 25-09-2009. 2010-11-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-13.
- ↑ "Son statistika" (az.). apasport.az. 23-01-2014. 2014-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-13.
- ↑ İntiqam. "Hamı qələbə qazandı" (az.). online.ekspress.az. 31-10-2013. 2015-09-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-13.
- ↑ "Filede Avrupa'nın en büyüğü İtalya" (türk). ntvmsnbc.com. 05-09-2009. 2014-01-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-13.
- ↑ ""İqtisadçı" daha bir voleybolçu ilə vidalaşdı" (az.). sportnews.az. 25-02-2014. 2014-07-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-13.
- ↑ "AZE W: Flier and Serena in Igtisadchi BAKU" (ingilis). worldofvolley.com. 05-06-2013. 2015-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-13.
- ↑ "Bülənt qayıtdı , İqtisadçı Rabitəni məğlub etdi" (az.). sportnews.az. 31-01-2014. 2014-06-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-13.
- ↑ "Bakının "İqtisadçı" voleybol klubunu yenidən türkiyəli mütəxəssis çalışdıracaq" (az.). az.apa.az. 06-08-2013. 2014-08-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-13.
- ↑ Igtisadchi has a new coach Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine (ing.)
- ↑ Tailand millisin 4 voleybolçusu İqtisadçıdandır. Arxivləşdirilib 2021-06-20 at the Wayback Machine (ing.)
- ↑ “İqtisadçı” asiyalı voleybolçu ilə müqavilə bağlayıb az.apa.az Arxivləşdirilib 2013-12-29 at the Wayback Machine (az.)
- ↑ “İqtisadçı”nın kapitanı Vilavan Apinyaponqla müsahibə apasport.az Arxivləşdirilib 2021-06-14 at the Wayback Machine (az.)
- ↑ İdman Bakının qadınlardan ibarət “İqtisadçı” voleybol komandası heyətini formalaşdırmaqda davam edir azertag.com (az.)
- ↑ Volleyball Women's Champions League 2013/2014 the-sports.org Arxivləşdirilib 2022-05-31 at the Wayback Machine (ing.)
- ↑ Bakı ikinci dəfə qadın voleybolçular üzrə Çempionlar Liqası yarışının “Dördlər finalı”na ev sahibliyi edəcək[ölü keçid] (az.)
- ↑ "İqtisadçı" play-off-da! sportnews.az Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine (az.)
- ↑ Vakıfbank 69 maçtır yenilmiyor kralspor.ensonhaber.com Arxivləşdirilib 2013-12-20 at the Wayback Machine (türk.)
- ↑ Avropanın ən yaxşısı rəqibimiz oldu apasport.az Arxivləşdirilib 2021-06-14 at the Wayback Machine (az.) (rus.)
- ↑ İqtisadçı Vakıfbanka belə məğlub oldu azerisport.com Arxivləşdirilib 2022-05-31 at the Wayback Machine (az.)
- ↑ Vakıfbank seriyi sürdürdü spor.haberturk.com[ölü keçid] (türk.)
- ↑ VakıfBank, Igtisadchi Bakü'ye set vermedi voleybolmagazin.com Arxivləşdirilib 2014-01-25 at the Wayback Machine (türk.)
- ↑ 1 2 Super League Women 2013/2014 Standings sportstats.com Arxivləşdirilib 2017-07-05 at the Wayback Machine (ing.)
- ↑ Federasiyadan növbəti dəyişiklik olimpnews.az Arxivləşdirilib 2014-07-03 at the Wayback Machine (az.)
- ↑ Azəryol və Rabitə finala yüksəldi azerisport.com Arxivləşdirilib 2021-06-24 at the Wayback Machine (az.)
- ↑ "İqtisadçı" "Azerreyl"ə qalib gəldi otv.az Arxivləşdirilib 2016-03-08 at the Wayback Machine (az.)
- ↑ "Rabitə" və "İqtisadçı"dan növbəti qələbə apasport.az Arxivləşdirilib 2021-06-13 at the Wayback Machine (az.)
- ↑ "Rabitə" çempion, "İqtisadçı"sa üçüncü oldu online.ekspress.az Arxivləşdirilib 2014-04-24 at the Wayback Machine (az.)
- ↑ Superliqa: "Rabitə çempion oldu, "İqtisadçı" 3-cü yeri tutdu gun.az Arxivləşdirilib 2014-04-21 at the Wayback Machine (az.)
- ↑ "Azəryol"la "Rabitə" yenə ÇL-də online.ekspress.az Arxivləşdirilib 2015-09-26 at the Wayback Machine (az.)
- ↑ Azərbaycan Çempionlar Liqasına yenə 3 klubla qatıla bilər Arxivləşdirilib 2021-06-13 at the Wayback Machine (az.)
- ↑ Bülənt Karslıoğlu: Zədəlilər olmasaydı, daha yaxşı nəticələr qazana bilərdik apasport.az Arxivləşdirilib 2021-06-13 at the Wayback Machine (az.)
- ↑ “İqtisadçı” üçləri qoşalaşdırdı apasport.az Arxivləşdirilib 2021-10-20 at the Wayback Machine (az.)
- ↑ “Azəryol” Azərbaycan çempionu olduapasport.az Arxivləşdirilib 2021-10-20 at the Wayback Machine (az.)
- ↑ Azerbaijan State Economic University (ASEU) Arxivləşdirilib 2021-06-14 at the Wayback Machine (ing.)
- ↑ Qızılbaşlıq və ay-ulduz təsviri Arxivləşdirilib 2016-03-17 at the Wayback Machine (az.)
- ↑ azarkeş sarıdan ölkənin ən böyük klubu statusu daşıyan "tələbələr"in oyunçu azlığından əziyyət çəkməsi qeyri-peşəkar idarəetmədən xəbər verir archive.is (az.)
- ↑ ADİU-nun “İqtisadçı” voleybol komandası rəsmi fan-klubu yaradır! aseu.az[ölü keçid] (az.)
- ↑ "RABİTƏ VƏ AZƏRYOL FİNALDA avf.az". 2015-09-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-04-24.
- ↑ İki klubumuz Voleybol Mərkəzində biri isə Sərhədçidə oynayacaq olimpiya.az Arxivləşdirilib 2015-09-19 at the Wayback Machine (az.)
- ↑ Azərbaycan Voleybol Federasiyası avf.az Arxivləşdirilib 2014-07-17 at the Wayback MachineSon yenilənmə: 1 mart 2014
- ↑ Squad of "Igtisadchi BAKU" cev.lu Arxivləşdirilib 2014-10-08 at the Wayback Machine (ing.)
- ↑ "Rəhbərlik". 2013-12-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-03-18.
- ↑ "Əməkdaşlar". 2013-12-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-03-18.
- ↑ "Challenge Cup Second Round 2008/2019". 2010-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-19.
- ↑ Challenge Cup Second Round 2009/2010 Arxivləşdirilib 2010-03-09 at the Wayback Machine (ing.)
- ↑ Challenge Cup First Round 2010/2011 Arxivləşdirilib 2011-11-09 at the Wayback Machine (ing.)
- ↑ Challenge Cup Second Round 2010/2011 Arxivləşdirilib 2010-03-09 at the Wayback Machine (ing.)
- ↑ Challenge Cup Third Round 2010/2011 Arxivləşdirilib 2010-03-09 at the Wayback Machine (ing.)
- ↑ Challenge Cup Round of 16 2010/2011 Arxivləşdirilib 2011-02-10 at the Wayback Machine (ing.)
- ↑ Challenge Cup Quarter-Finals 2010/2011 Arxivləşdirilib 2011-02-23 at the Wayback Machine (ing.)
- ↑ Challenge Cup Semi Final 2010/2011 (ing.)
- ↑ CEV Cup Round of 32 2011/2012 Arxivləşdirilib 2011-12-16 at the Wayback Machine (ing.)
- ↑ CEV Cup Round of 16 2011/2012 (ing.)
- ↑ CEV Cup Round of 32 2012/2013 Arxivləşdirilib 2012-11-02 at the Wayback Machine (ing.)
- ↑ CEV Cup Round of 16 2012/2013 Arxivləşdirilib 2012-12-05 at the Wayback Machine (ing.)
- ↑ Crvena Zvezda vs Igtisadchi Arxivləşdirilib 2014-04-01 at the Wayback Machine (ing.)
- ↑ Igtisadchi vs Crvena Zvezda Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine (ing.)
- ↑ Igtisadchi vs Dynamo Moscow[ölü keçid] (ing.)
- ↑ Dynamo Moscow vs Igtisadchi[ölü keçid] (ing.)
- ↑ Igtisadchi vs Rebecchi Nordmeccanica Piacenza Arxivləşdirilib 2016-03-13 at the Wayback Machine (ing.)
- ↑ Rebecchi Nordmeccanica Piacenza vs Igtisadchi[ölü keçid] (ing.)
- ↑ Igtisadchi Baku W0 - 3Vakifbank W[ölü keçid] (ing.)
- ↑ Vakifbank W3 - 0Igtisadchi Baku[ölü keçid] (ing.)
- ↑ Volleyball - Women's European clubs ranking the-sports.org Arxivləşdirilib 2017-01-24 at the Wayback Machine (ing.)
- ↑ ""İqtisadçı" 4 bombanı birdən partlatdı" (az.). milliyet.com.tr. 27-08-2010. 2021-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-10.
- ↑ 2010-2011 mövsümünün Ən yaxşıları it.wiki Arxivləşdirilib 2015-10-25 at the Wayback Machine (ital.)
- ↑ "G.Saray Daikin, Japon Yuko Sano ile 1 yıllığına anlaştı" (türk). milliyet.com.tr. 02-11-2012. İstifadə tarixi: 2014-05-08.
- ↑ "Yuko Sano Galatasaray Daikin'de" (türk). galatasaray.org. 02-11-2012. 2012-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-08.
- ↑ "www.worldofvolley.com". 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-19.
- ↑ Nansi Metkalf karyerasını bitirdi Arxivləşdirilib 2015-09-24 at the Wayback Machine (az.)
- ↑ Metkalf qayıtdı http://online.ekspress.az/ Arxivləşdirilib 2015-09-26 at the Wayback Machine (az.)
- ↑ sportnews.az Arxivləşdirilib 2013-10-12 at the Wayback Machine (az.)
- ↑ Dünyanın ən güclü 2 voleybolçusu Azərbaycan çempionatından seçildi sportliqa.az Arxivləşdirilib 2013-09-02 at the Wayback Machine (az.)
- ↑ Volleyball: Thai Nootsara named world's best setter news.asiaone.com Arxivləşdirilib 2016-03-26 at the Wayback Machine (ing.)
- ↑ Rabitədən supertransfer! apasport.az Arxivləşdirilib 2021-10-20 at the Wayback Machine (az.)
- ↑ “İqtisadçı” voleybol klubu növbəti transferini reallaşdırıb www.kepeztv.az[ölü keçid] (az.)
- ↑ Crvena Zvezda Beograd - Igtisadchi Baku Match statistics cev.lu Arxivləşdirilib 2013-12-31 at the Wayback Machine (ing.)
- ↑ Igtisadchi Baku - Dinamo Moscow Match statistics cev.lu Arxivləşdirilib 2013-12-16 at the Wayback Machine (ing.)
- ↑ Igtisadchi Baku - RebecchiNMeccanica Piacenza Match statistics cev.lu Arxivləşdirilib 2013-12-03 at the Wayback Machine (ing.)
- ↑ RebecchiNMeccanica Piacenza - Igtisadchi Baku Piacenza Match statistics cev.lu Arxivləşdirilib 2013-12-16 at the Wayback Machine (ing.)
- ↑ Igtisadchi Baku - Crvena Zvezda Beograd Match statistics cev.lu Arxivləşdirilib 2013-12-17 at the Wayback Machine (ing.)
- ↑ Dinamo Moscow - Igtisadchi Baku Match statistics cev.lu Arxivləşdirilib 2013-12-14 at the Wayback Machine (ing.)
- ↑ Igtisadchi Baku - VakifBank Istanbul Match statistics cev.lu Arxivləşdirilib 2014-01-20 at the Wayback Machine (ing.)
- ↑ VakifBank Istanbul - Igtisadchi Baku Match statistics cev.lu Arxivləşdirilib 2014-02-02 at the Wayback Machine (ing.)
- ↑ Azerbaijan: I premi individuali del campionato Arxivləşdirilib 2014-04-19 at the Wayback Machine (ital.)
- ↑ CLUB IGTISADCHI BAKU coaches worldofvolley.com[ölü keçid]
- ↑ ""İqtisadçı" baş məşqçisini yenə qovdu" (az.). adalet.az. 12-04-2012. 2021-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-13.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- "İqtisadçı" Rəsmi Sayt Arxivləşdirilib 2013-09-30 at the Wayback Machine (az.)
- "İqtisadçı" Rəsmi Twitter Səhifəsi (ing.)
- "İqtisadçı" Rəsmi Facebook Səhifəsi (ing.)
- Azərbaycan Voleybol Federasiyası rəsmi saytında "İqtisadçı" Arxivləşdirilib 2014-07-17 at the Wayback Machine (az.) (ing.) (rus.) (türk.)
- "CEV"in rəsmi saytında "İqtisadçı" Arxivləşdirilib 2014-10-08 at the Wayback Machine (ing.)