İrəli, Hindistan (film, 2007)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
İrəli, Hindistan
hind. चक दे इंडिया
Chak De! India
Janr komediya-dram, idman filmi, dram filmi, komediya filmi
Rejissor Şimit Amin
Prodüserlər
Baş rolda Şahrux Xan
Operator Sudip Çatterci
İstehsalçı Yash Raj Films
Distribütor Netflix
İlk baxış tarixi 10 avqust 2007[1][2][…]
Filmin növü bədii film
Müddət 153 dəqiqə
Ölkə Hindistan Hindistan
Dillər hind dili
ingilis dili
İl 2007
Rəng rəngli
Çəkiliş yeri Avstraliya
IMDb ID0871510

"İrəli, Hindistan" (hind. चक दे इंडिया) — rejissor Şimit Aminin filmi.

Filmin rejissoru mükafat alarkən,2007-ci il

Bu film Hindistanın Dehli şəhərində keçirilən Hokkey üzrə Dünya Kuboku yarışının son dəqiqələri ilə başlayır. Oyun PakistanHindistanın kişilərdən ibarət hokkey üzrə komandaları arasında aparılır. Belə ki, Pakistan 1:0 hesabı ilə irəlidədir. Elə bu zaman oyunda qayda pozuntusu baş verir və penalti təyin edilir. Penaltini yerinə yetirməyi Hindistan komandasının kapitanı, hokkey üzrə super ulduz Kəbir Xan öz üzərinə götürür. İş elə gətirir ki, Kəbirin zərbəsi nəticəsində top qapının azacıq üstündən keçir və bunun nəticəsində Hindistan yığma komandası məğlub olur. Tezliklə Hindistanın bütün mediyası bunu başqa cür qələmə verir. Onların sözlərinə görə, Kəbir topu son anda bilə-bilə qapının üstündən vurmuşdur ki, məhz Pakistanın yığma komandası qalib gəlsin. Hindistanda hər kəs Kəbiri vətən xaini hesab etməyə başlayır. Hətta iş o yerə gəlib çatır ki, Kəbirin qonşuları onu və birgə yaşadığı anasını həmin məhəllədən qovurlar.

Bu hadisələrin üstündən 7 il keçir. Artıq Hindistanda zəif də olsa qadınlardan ibarət hokkey üzrə yığma komanda var. Lakin bu komandanın məşqçisi yoxdur. Kəbir Xan 7 ildən sonra olsa da "vətən xaini" olmadığını sübut eləmək məqsədilə həmin komandanın məşqçisi olmağa razılıq verir. Kəbirin məqsədi nəyin bahasına olursa olsun, Hindistanın qadınlardan ibarət hokkey komandasına Dünya Kubokunu qazandırmaqdır.

Kəbir Xan bu çətin işin öhdəsindən gələrək kuboku öz ölkəsinə – Hindistana gətirir. Filmin sonunda bir vaxtlar onu anası ilə birlikdə məhəllədən qovan qonşular Kəbiri yenə də anası ilə birlikdə qəhrəman kimi qarşılayırlar.

Filmin üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Ssenari müəllifləri : Caydip Sahni
Rejissor : Şimit Amin
Operator : Sudip Çatterci
Prodüserlər : Aditya Çopra, Yaş Çopra
Bəstəkarlar : Səlim Merçant, Süleyman Merçant
Şahrux Xan – Kəbir Xan
Vidya Malvade
Saqarika Qatge
Çitraşi Rauat
Şilpa Şukla
Tanya Abrol
Anaita Nair
Şubhi Mehta
Sima Əzmi
Nişa Nair
Arya Menon
Sandiya Furtado
  1. https://web.archive.org/web/20160303185151/http://www.in.com/tv/movies/sony-entertainment-tv-78/chak-de-india-6722.html?nxt=1394870400.
  2. http://www.in.com/tv/movies/sony-entertainment-tv-78/chak-de-india-6722.html?nxt=1398511800.