İradə Əliyeva (jurnalist)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
İradə Əliyeva
İradə Əbdül qızı Əliyeva
Doğum adı İradə
Doğum tarixi (69 yaş)
Doğum yeri Bakı şəhəri, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Atası Əbdül Zeynalov
Anası Cəmilə Zeynalova
Təhsili S.M. Kirov adına Azərbaycan Dövlət Universiteti
İxtisası Jurnalistika
Fəaliyyəti “Azərbaycan” qəzeti
Şöbə redaktoru
Fəaliyyət illəri 1977–indi
Mükafatları "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı
"Qızıl qələm" mükafatı
Həsən bəy Zərdabi mükafatı

İradə Əliyeva (İradə Əbdül qızı Əliyeva; 21 sentyabr 1955, Bakı şəhəri, Azərbaycan SSR, SSRİ) — jurnalist, Rəsmi dövlət nəşri – "Azərbaycan" qəzetinin şöbə redaktoru, Əməkdar Jurnalist (2010), "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı[1].

İradə Əliyeva 1955-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1972-ci ildə Bakıdakı 225 nömrəli orta məktəbi bitirmişdir. Həmin il ADU-nun Jurnalistika fakültəsinə daxil olmuşdur.

Ali təhsilini başa vurduqdan sonra 1977-ci ildə Azərbaycan KP MK-nın orqanı olan "Təşviqatçı" jurnalında işə başlamışdır. Dörd ay – 1977-ci ilin sentyabr–dekabr aylarında həmin mətbu orqanda korrektor vəzifəsində çalışmışdır.

1978-ci il yanvarın 16-dan "Azərbaycan müəllimi" qəzetində əvvəlcə tərcüməçi, sonra müxbir, baş müxbir vəzifələrində fəaliyyətini davam etdirmişdir.

Ailəlidir, iki övladı, iki nəvəsi var.

İlk yazıları məktəb illərində "Azərbaycan gəncləri" qəzetində cap olunmuşdur. "Azərbaycan müəllimi" qəzetində tərcüməçi-junalist kimi fəaliyyətinin ən məhsuldar dövrü 1990-cı ilə təsadüf edir. Həmin il akademik Ziya Bünyadovun 1937-ci ilin repressiya qurbanları haqqında olan məqalələrini tərcümə edib çapa hazırlamışdır.

1993-cü ildə Ziya Bünyadovun "Qırmızı terror" kitabı 10.200 tirajla nəşr olunmuşdur. İradə Əliyeva həmin kitabın tərcüməçisi və tərtibçisidir.

1993-cü ildən rəsmi dövlət qəzeti, Milli Məclisin orqanı "Azərbaycan" qəzetində çalışır. Əvvəlcə müxbir, "Elm, təhsil, səhiyyə" bölməsinin müdiri, 1997-ci ildən isə humanitar siyasət şöbəsinin redaktorudur. İctimai-siyasi, elm, təhsil, səhiyyə, mədəniyyət, qadın problemləri, repressiya qurbanları, görkəmli şəxsiyyətlərin həyatı və irsi ilə bağlı yüzlərlə məqalə və publisistik yazıların müəllifidir.

1983-cü ildən Jurnalistlər Birliyinin üzvüdür. Dəfələrlə Azərbaycan Jurnalistlərinin, Azərbaycan Qadınlarının və Azərbaycan Müəllimlərinin qurultaylarına nümayəndə seçilmişdir.

  • Repressiya burulğanı (2015)
  • İllərim sərvətimdir (2015)
  • Bəşir bəy Aşurbəyov və zəmanəsi (2021)
  • Müzəffər Komandan (2022)
  • Ziya Bünyadov, "Qırmızı terror" (tərcümə və tərtibçi), (1993)
  • Repressiya qurbanları: Teymur Salahov (2012)
  • Zəhra Quliyeva – Şəxsiyyət və ziyalı (2013)
  • Şəfaət Mehdiyev – dünya şöhrətli alim (2012) (miniatür kitab)
  • Ziya Bünyadov – Qəhrəman kimi döyüşdü, qəhrəman kimi yaşadı (2012) (miniatür kitab)
  • Natiq Bağırov – İdman onun həyatıdır (2015) (miniatür kitab)
  • İstedad, iradə və zəhmət
  • Zəhmətlə peşəkarlıq birləşəndə
  • İradə Əliyeva. Müzəffər komandan. Bakı, "Təhsil Nəşriyyatı", 2022. 464 səh.
  • Azərbaycan Respublikasının mətbuat işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 iyul 2010-cu il tarixli Sərəncamı ilə Azərbaycan milli mətbuatının inkişafındakı xidmətlərinə görə "Əməkdar Jurnalist" fəxri adı verilmişdir.[2]
  • 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 may tarixli Sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı ilə təltif edilmişdir.
  • Mətbuatda fasiləsiz, səmərəli fəaliyyətinə və publisistik yazılarına görə Azərbaycan jurnalistlərinin "Qızıl qələm" mükafatı laureatı adına və Həsən Bəy Zərdabi adına mükafata layiq görülmüşdür.
  • Azərbaycan Həmkarlar İttifaqı Mədəniyyət İşçilərinin 110 illik yubiley döş nişanı
  1. "Mətbuatın yubiley günü jurnalistlərə ali mükafatlar verildi" (az.). musavat.com. İstifadə tarixi: 7 fev 2023.
  2. "Azərbaycan Respublikasının mətbuat işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 iyul 2010-cu il tarixli Sərəncamı". https://president.az/az/articles/view/494/print (azərb.). 21 iyul 2010. 2023-02-03 tarixində arxivləşdirilib (#archive_missing_url). (#cite_web_url); (#accessdate_missing_url)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]