İrina Melnikova

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
İrina Melnikova
ukr. Ири́на Никола́евна Ме́льникова
Doğum tarixi 24 oktyabr 1918(1918-10-24)
Doğum yeri
Vəfat tarixi 3 noyabr 2010(2010-11-03) (92 yaşında)
Vəfat yeri
Elm sahəsi tarix
Elmi dərəcəsi
Elmi adı
İş yerləri
Təhsili
Üzvlüyü
Mükafatları "Oktyabr inqilabı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Xalqlar dostluğu" ordeni 5-ci dərəcəli "Knyaz Yaroslav Mudrı" ordeni
Ukraynanın əməkdar elm və texnika xadimi

İrina Nikolayevna Melnikova (ukr. Ірина Миколаївна Мельникова; 24 oktyabr 1918, Mena[d], Çerniqov quberniyası[d]3 noyabr 2010, Kiyev) — Ukrayna tarixçisi. O, SlovakiyaÇexiya tarixi, bohemistika üzrə mütəxəssis olmuşdur. Tarix elmləri doktoru olan Melnikova Ukrayna Milli Elmlər Akademiyasının müxbir üzvü idi.

İrina Nikolayevna Melnikova 1918-ci ildə indiki Ukraynanın Mena şəhərində anadan olmuşdur. O, 1940-cı ildə Kiyev Universitetini bitirmişdir. Melnikova İkinci Dünya müharibəsi zamanı Almaniya–SSRİ hərbi münaqişəsinin başlaması ilə Qazaxıstanın Çimkənd şəhərinə təxliyə edilmişdir. O, məcburi olaraq mühacirətdə olmuş, 1941–1942-ci illərdə Cənubi Qazaxıstan Vıçtel İnstitutunda tarix fənnini tədris etməyə başlamışdır.

Melnikova Qızılorda şəhərində yerləşən Birləşmiş Ukrayna Dövlət Universitetinin aspiranturasında təhsil almışdır. O, 1946-cı ildə Kiyevdə "1725–1740-cı illərdə Rusiya hökumətinin Ukraynaya qarşı siyasəti" (elmi rəhbər Andrey Vvedenski) dissertasiyasını müdafiə etmiş, lakin bundan sonra ukraynaşünaslıqdan ayrılmış, tədqiqatlarını bohemistika və qərbi slavyanşünaslığa həsr etmişdir..

Tarixçi Andrey Lıxolatın həyat yoldaşıdır.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

İrina Melnikova 1947–1959-cu illərdə Moskvada, SSRİ Elmlər Akademiyasının Slavyanşünaslıq İnstitutunun baş elmi işçisi kimi fəaliyyət göstərmişdir. Məhz orada o, SSRİ-nin xeyrinə yenicə ilhaq edilmiş Çexiya, SlovakiyaZakarpatiyanın siyasi tarixini araşdırmağa başlamışdır. Melnikova 1957-ci ildən faktiki olaraq Kiyevdə, Ukrayna SSR Elmlər Akademiyasının Tarix İnstitutunda işləmişdir. Orada 1961-ci ildə "Kapitalizmin müvəqqəti qismən sabitləşməsi dövründə (1924–1929) Çexoslovakiyada sinfi mübarizə" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Bu əsər 1920-ci illərdə Çexiyadakı siyasi partiyaların Ukraynada yazılmış ən əhatəli tarixi hesab edilir.

Melnikova 1965–1988-ci illərdə Sosialist ölkələrinin beynəlxalq münasibətlər tarixi kafedrasının müdiri olmuş, 1988-ci ildən isə baş elmi işçi kimi fəaliyyət göstərmişdir. 1973-cü ildə Ukrayna SSR Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. 2002-ci ildə "Ukraynanın əməkdar elm və texnika xadimi" fəxri adına layiq görülmüşdür. O, 1970-ci illərdə Avropa ölkələrinin tarixi üzrə aparıcı alim, Slovakiya və Çexiya tarixi üzrə azsaylı alimlərdən biri idi. Melnikova Bolqarıstan, Çexiya və Polşa Elmlər Akademiyasının ixtisaslaşmış tarixi institutları ilə əməkdaşlıq əlaqələri qurmuşdur. O, Ukrayna müstəqilliyini bərpa etdikdən sonra müasir dövrdə Ukraynanın beynəlxalq münasibətlər tarixinin öyrənilməsi gündəliyi formalaşdırmışdır.

  • "Qırmızı əmək bayrağı" ordeni (1967).
  • D. Manuelski adına Ukrayna SSR Elmlər Akademiyası mükafatı (1976).
  • Ukrayna SSR Ali Soveti Rəyasət Heyətinin şəhadətnaməsi (1976).
  • "Xalqlar dostluğu" ordeni (1978).
  • Ukrayna SSR Ali Soveti Rəyasət Heyətinin fəxri diplomu (1982).
  • "Oktyabr inqilabı" ordeni (1986).
  • Ukrayna Təhsil və Mədəniyyət Nazirliyinin "Ukrayna təhsil əlaçısı" döş nişanı (1996).
  • 5-ci dərəcəli Knyaz Yaroslav Mudrı ordeni (2008).
  • Slovakiya Elmlər Akademiyasının "Lüdovit Ştur" medalı.
  • Зовнішня політика України в умовах глобалізації: Анот. іст. хроніка. – К., 2004 (у співавт.).
  • Україна і Європа (1990–2000 рр.): Анот. іст. хроніка: В 2 ч. – К., 2001 (у співавт.).
  • Украинско-чехословацкие интернациональные святи. – К., 1989 (у співавт.).
  • Деятельность обществ дружбы с СССР в странах социалистического содружества. – К., 1987 (у співавт.).
  • Укрепление братской дружбы и сотрудничества стран социалистического содружества. – К., 1987 (у співавт.).
  • Сотрудничество общественных организаций стран социализма. – К., 1983 (у співавт.).
  • Породненные социалистическим интернационализмом. Дружественные связи и сотрудничество породненных областей и городов УССР и братских стран социализма. – К., 1980 (у співавт.).
  • За дружбу з країною Великого Жовтня. Діяльність товариств дружби з СРСР в європейських соціалістичних країнах. – К. 1977 (у співавт.).
  • На магістралях дружби і братерства. Участь Української РСР у співробітництві Радянського Союзу з європейськими соціалістичними країнами (1966–1970 рр.). – К., 1974 (у співавт.).
  • 3 історії зарубіжних соціалістичних країн. – К., 1971 (у співавт.).
  • Інтернаціональна сила ленінських ідей. – К., 1970 (у співавт.).
  • Зарубіжні інтернаціоналісти в рядах борців за владу Рад на Україні. – К., 1967 (у співавт.).
  • Великий Жовтень і міжнародний робітничий та національно-визвольний рух. – Львів, 1967 (у співавт.).
  • Украинская ССР и зарубежные социалистические страны. – К., 1965 (у співавт.).
  • Классовая борьба в Чехословакии в 1924–1929 гг. – М., 1962.
  • История Чехословакии. – М., 1960 (у співавт.).
  • М. В. Знаменська, Н. В. Кривець. Мельникова Ірина Миколаївна Arxivləşdirilib 2016-04-15 at the Wayback Machine // Енциклопедія історії України : у 10 т. / редкол.: В. А. Смолій (голова) та ін. ; Інститут історії України НАН України. — К. : Наукова думка, 2009. — Т. 6 : Ла — Мі. — С. 599. — 784 с. : іл. — ISBN 978-966-00-1028-1.
  • In Memoriam. Мельникова Ірина Миколаївна. Український історичний журнал. С. 228–229, ч. 6, 2010.
  • Мельникова Ірина Миколаївна // Україна в міжнародних відносинах. Енциклопедичний словник-довідник. Випуск 5. Біографічна частина: А-М / Відп. ред. М.М. Варварцев. — К.: Ін-т історії України НАН України, 2014. — с.307–309