İrtış
İrtış | |
---|---|
rus. Иртыш, qaz. Ертіс, çin. 额尔齐斯河 — É'ěrqísī hé | |
| |
Ölkələr | |
Mənbəyi | Monqolustan və Çinin sərhədində Altay silsiləsin dağları |
Mənsəbi | Ob çayı --> Kara dənizi |
Uzunluğu | 4248 km |
Meyilliyi | 0.03 m/km |
Su sərfi | 3000 m³/san |
Su hövzəsi | 1643000 |
Hövzəsinin sahəsi | 1 643 000 km² |
|
|
DSR[rus.] | 14010100112115300000027 |
Vikianbarda əlaqəli mediafayllar |
İrtış (rus. Иртыш, qaz. Ertis, q.türk Ertiş[1], çin. 额尔齐斯河 — É'ěrqísī hé)— Çində, Qazaxıstanda və Rusiyada çay, Ob çayının əsas sol qol. İrtış çayının uzunluğu 4248 km təşkil edir (uzunluğuna görə Ob çayından böyükdür). Ob çayı ilə birlikdə İrtış 1643 min km² hövzə genişliyi ilə Rusiyada birinci, Asiyada ikinci, dünyada isə altıncı ən geniş çaydır.
Coğrafiya
[redaktə | mənbəni redaktə et]İrtış 4,248 metr (13,937 ft) uzunluq ilə dünyada ən uzun çay qoludur (ikinci yerdə Missuri çayı). Çin (525 kilometr), Qazaxıstan (1700 kilometr), Rusiya (2010 kilometr) ərazilərindən axır.
İrtış çayı öz mənbəsini Monqolustan və Çinin sərhədində yerləşən Altay dağlarından götürür. Qara İrtış çayı Çindən Zaysan dərəsilə Qazaxıstana keçib, Zaysan axar gölünə tökülür. Bu çayın mənsəbində böyük delta yaranmışdır.
Hidroqrafiya
[redaktə | mənbəni redaktə et]İrtış çayının yuxarı axarlarda qar və cüzi miqdarda yağış suları ilə; aşağı axarlarda qar, yağış və qrunt suları ilə qidalanır. Su rejimi müxtəlifdir. Yuxarı axarlarda aprel ayından daşqınlar başlayır, iyun ayında isə suyun səviyyəsi maksimum həddə çatır, oktyabra qədər çayın səviyyəsi enir. Çayın aşağı axarlarında daşqın mayın sonundan başlayır, iyunda maksimum səviyyə enir. Səviyyənin enməsi sentyabr ayına qədər davam edir. İllik axının 50 %-i yaz aylarında olur.
Hövzəsinin ümumi sahəsi 1 643 000 kv. kilometr təşkil edir. Çayın meyilliyi 0,03 m-dir.[2]
Su tərkibi
[redaktə | mənbəni redaktə et]Duzsuz, təmiz çay suyudur. Suyun minerallaşması mövsümdən asılı olaraq 136-253 mq/dm3 arası dəyişir. İrtış çayının duz tərkibi hidrokarbonatlı kalsium, nadir hallarda isə natrium elementlərindən ibarətdir.[2]
Qolları
[redaktə | mənbəni redaktə et]Qolları: Kalcir, Kürşim, Narım, Buqtırma, Ülbi, Oba, Qızılsu, Çar, Tobıl, Qamıstı, Om, Tara, Uy, Şiş, Esil, Oşa, Çağan, Qonda, Usolka, Vaqay.
Çay üzərindəki şəhərlər
[redaktə | mənbəni redaktə et]Mənbəyindən mənsəbinəcən Ertis çayının üstündə olan şəhərlər: Göktokay(Fuyun), Burçun (hamısı Çin); Serebryansk, Öskemen(keçmiş Üst-Kamenoqorsk), Semey(keçmiş Semipalatinsk), Kurçatov, Aqsu(1993-cü ilə qədər Yermak adlanırdı), Pavlodar (hamısı Qazaxıstan); Omsk, Tara, Tobolsk, Xantı-Mansiysk(Rusiya)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Древнетюркский словарь, Ленинград, 1969 г. (s. 182)
- ↑ 1 2 Захарчева Е. Г., Вяткина Г. А. «Иртыш — главная водная артерия Омской области» Arxivləşdirilib 2014-02-22 at the Wayback Machine, Омский филиал ФГУ «ТФГИ по Сибирскому федеральному округу» Федерального агентства по недропользованию"