İslam Duquçiyev

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
İslam Duquçiyev
Şəxsi məlumatlar
Tam adı İslam Duquçiyev
Vətəndaşlığı Rusiya Rusiya
Azərbaycan Azərbaycan
Doğum tarixi (58 yaş)
Doğum yeri Altınemel, Qazaxıstan SSR
Boyu 170 sm. (5 ft 6 in)
Çəkisi 68 kq
İdman növü Güləş
Karyera illəri 1978—2000
Medallar

İslam Duquçiyev (15 aprel 1966) — 1992–1995-ci illərdə Rusiyanı, 2000-ci ildə isə Azərbaycanı təmsil edən yunan-roma güləşçisi, 4 dəfə Dünya və 2 dəfə Avropa Çempionatlarının qalibi.[1]

İslam Duquçiyev 1984-cü ildə Polşada gənclər arasında Avropa Çempionatının qalibi oldu.[2] 1990-cı ildə isə İslam Duquçiyev Polşanın Poznan şəhərində Avropa Çempionatının, İtaliyanın Roma şəhərində isə Dünya Çempionatının qızıl medallarına sahib oldu.[2]

İslam Duquçiyev uğuruna 1991-ci ildə də davam elədi.[2] Bolqarıstanın Varna şəhərində Dünya Çempionatının qalibi olan İslam Duquçiyev 1992-ci ildə Birləşmiş Komanda ilə birgə İspaniyanın Barselona şəhərində baş tutan olimpiada da mübarizə apardı.[2] Finala gedən yolda bütün rəqibləri üzərində qələbələr qazanan İslam Duquçiyev həlledici görüşdə Macarıstan nümayəndəsi Atilla Repaya məğlub oldu və olimpiadanı gümüş medalla başa vurdu.[2]

1993-cü ildə İslam Duquçiyev Almaniya Qran-Prisinin, həmçinin Dünya və Avropa Çempionatlarının qızıl medallarına sahib oldu.[2] 1994-cü ildə Afina şəhərində (Yunanıstan) Avropa Çempionatının bürünc medalına sahib olan İslam Duquçiyev həmin il İsveçdə Dünya Çempionatının qalibi oldu və ardıcıl üçüncü dəfə Dünya çempionu adını qazandı.[2]

1995-ci ildə İslam Duquçiyevin nəticələri zəifləməyə başladı.[2] Avropa Çempionatında çıxış eləməyən İslam Duquçiyev Çexiyada baş tutan Dünya Çempionatını onuncu pillədə başa vurdu.[2] Bundan sonra İslam Duquçiyev uzun müddət Rusiya yığmasının heyətində Dünya və Avropa Çempionatlarında mübarizə aparmadı.[2] 2000-ci ildə İslam Duquçiyev Azərbaycan bayrağı altında olimpiada da mübarizə aparmaq üçün Dünya Olimpiya Təsnifat Turnirlərində çıxış elədi.[2] Nəticədə İslam Duquçiyev olimpiya lisenziyasına sahib oldu.[2]

İslam Duquçiyev Azərbaycanı 2000-ci ildə Sidney şəhərində (Avstraliya) baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil elədi.[2] İslam Duquçiyev qrup mərhələsinin birinci görüşündə İran nümayəndəsi Pərviz Zeydvənd ilə üz-üzə gəldi.[3] Həmin görüşdə İslam Duquçiyev rəqibi üzərində 5:0 hesabı ilə qələbə qazandı.[3] Qrup mərhələsinin növbəti görüşündə isə onun rəqibi Finlandiya nümayəndəsi Yuna Lappalaynen oldu.[3] Həm Duquçiyev, həm də Lappalaynen birinci görüşlərində qələbə qazanmışdı və bu görüşdə qalib gələn güləşçi növbəti mərhələyə vəsiqə qazanacaqdı.[3] Gəgrin idman mübarizəsi şəraitində baş tutan görüşdə İslam Duquçiyev rəqibi üzərində minimal hesablı (1:0) qələbə qazandı və qrup mərhələsini birinci pillədə başa vuraraq növbəti mərhələyə vəsiqə qazandı.[3] Olimpiadanın 1/4 final mərhələsində onun rəqibi Estoniya nümayəndəsi Valeri Nihitin oldu.[3] Həmin görüşdə İslam Duquçiyev rəqibinə 1:4 hesabı ilə məğlub oldu və olimpiadanı altıncı pillədə başa vurdu.[3]

Sıra
İl
Yarış
Ev sahibi
Nəticə
SSRİ SSRİ
1
1984
Gənclərin Avropa Çempionatı Polşa Polşa
1.
2
1990
Avropa Çempionatı Polşa Polşa
1.
3
1990
Dünya Çempionatı İtaliya İtaliya
1.
4
1991
Dünya Çempionatı Bolqarıstan Bolqarıstan
1.
Rusiya Rusiya
5
1992
Olimpiya Oyunları İspaniya İspaniya
2.
6
1993
Avropa Çempionatı Türkiyə Türkiyə
1.
7
Almaniya Qran-Prisi Almaniya Almaniya
1.
8
Dünya Çempionatı İsveç İsveç
1.
9
1994
Avropa Çempionatı Yunanıstan Yunanıstan
3.
10
Dünya Çempionatı Finlandiya Finlandiya
1.
11
1995
Dünya Çempionatı Çexiya Çexiya
10.
Azərbaycan Azərbaycan
12
2000
Dünya Olimpiya Təsnifat Turniri Özbəkistan Özbəkistan
1.
13
Dünya Olimpiya Təsnifat Turniri ABŞ ABŞ
12.
14
Olimpiya Oyunları Avstraliya Avstraliya
6.
  1. Olympedia.org. "İslam DUQUÇİYEV". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  2. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 International Wrestling Database. "ISLAM DUGUSHIEV". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2016-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
  3. 1 2 3 4 5 6 7 Olympedia.org. "2000 Summer Olympics / Wrestling / Welterweight / Greco-Roman (69 Kilograms) / Men". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.