İslam Həmrəyliyi Oyunları

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

İslam Həmrəylik Oyunları — dörd ildən bir keçirilən beynəlxalq idman tədbiri. Burada İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrdən idmançılar iştirak edir.

İlk dəfə bu oyunlar Səudiyyə Ərəbistanında keçirilmişdir və hazırda yarışda İslam Konfransı Təşkilatının 57 üzvüsü iştirak edir. Təşkilata üzv olan ölkələrin qeyri-müsəlman vətəndaşlarına da oyunlarda iştirak etməyə icazə verilir.

İkinci İslam Həmrəylik Oyunları planlaşdırılırdı ki, 2009-cu ildə oktyabrda İranda keçirilsin, amma sonra tarixi 2010-cu ilin aprel ayına saldılar, lakin Fars Körfəzinin (Ərəb) adı ilə bağlı İran və ərəb ölkələri arasında fikir ayrılığı səbəbindən ləğv edildi. İran və ərəb dövlətləri arasında olan körfəzin ad verilmə ilə bağlı mübahisələri həmişə ziddiyyətlərə səbəb olmuşdur, ona görə ki, bəzi ərəb ölkələrində "Fars körfəzi" Ərəb körfəzi kimi tanınır.[1] 3-cü dəfə oyunlar 2013-cü ildə İndoneziyada keçirildi.[2] Yarış dördüncü dəfə 2017-ci ildə Bakıda keçirildi.[3]

İl Oyunlar Ev sahibi Tarix İştirak edən dövlətlər sayısı İştirakçılar İdman növləri Ən çox medal qazanan ölkə
2005
I
Səudiyyə Ərəbistanı Məkkə Aprelin 8 – 20
55
6000
15
Səudiyyə Ərəbistanı Səudiyyə Ərəbistanı
2010
II
İran Tehran Ləğv olunmuşdur
2013
III
İndoneziya Palembanq Sentyabr 22 – oktyabr 1
44
1769
13
İndoneziya İndoneziya
2017
IV
Azərbaycan Bakı May 12 – may 22
54
21
Azərbaycan Azərbaycan
2021
V
Türkiyə Konya

İdman növləri

[redaktə | mənbəni redaktə et]

İslam Həmrəyliyi Oyunlarında 18 idman növü təqdim olunur.

İdman İl
Oxatma 2013-cü ildən
Yüngül atletika 2005-ci ildən
Badminton 2013-cü ildən
Basketbol 2005-ci ildən
Suya tullanma 2005-ci ildən
Atçılıq 2005-ci ildən
İdman İl
Qılıncoynatma 2005-ci ildən
Futbol 2005-ci ildən
Həndbol 2005-ci ildən
Karate 2005-ci ildən
Stolüstü tennis 2005-ci ildən
Taekvondo 2005-ci ildən
İdman İl
Tennis 2005-ci ildən
Üzgüçülük 2005-ci ildən
Voleybol 2005-ci ildən
Su polosu 2005-ci ildən
Ağır atletika 2005-ci ildən
Uşu 2013-cü ildən

Aşağıda İslam Həmrəyliyi Oyunları turnirlərində medal cədvəli göstərilib.

İslam Həmrəyliyi Oyunları ümumi medal cədvəli
MövqeÖlkəQızılGümüşBürüncÜmumi
1 Türkiyə95100110305
2 Azərbaycan856353201
3 Misir465149146
4 Səudiyyə Ərəbistanı35213187
5 MAR25263384
6 Əlcəzair15284285
7 Özbəkistan15173163
8 Qazaxıstan15131846
9 Bəhreyn146828
10 İraq13171343
11 Suriya751426
12 Qırğızıstan671225
13 İordaniya621624
14 Qətər45918
15 Tunis432330
16 Türkmənistan351523
17 Pakistan33915
18 Nigeriya2316
19 Seneqal131014
20 Kamerun13711
21 Sudan1326
22 Tacikistan1146
23 Qambiya1102
24 Mozambik1012
25 Qayana0336
26 Yəmən0167
27 Liviya0134
28 Surinam0123
29 Cibuti0112
 Uqanda0112
31 Əfqanıstan0077
32 Kot-d'İvuar0055
33 Livan0011
 Syerra-Leone0011
Ümumi nəticə: 343993945411334
  1. ""Körfəzin adı uğrunda Tehran dünya ilə savaşmaq istəyir" Lent xəbər saytında". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-07-02.
  2. ""İndozeyida İslam Həmrəyliyi Oyunları başladı" Azərbaycanda İslam portalı". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-07-02.
  3. ""İslam Həmrəyliyi Oyunları 2017 – Bakıda" Oxu xəbər portalında". 2017-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-02.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]