Şəhid Əvvəl

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Şəhid Əvvəl
Doğum tarixi 1334
Doğum yeri
Vəfat tarixi 1385
Vəfat yeri
Elm sahəsi İslam
Elmi dərəcəsi Fəqih
Tanınır Şəhid Əvvəl

Şəhid Əvvəl — (ərəb. الشيخ شمس الدين أبو عبد الله محمد بن جمال الدين مكي العاملي المعروف بالشهيد الأول‎; 1334, Cizzin, Əl-Cənub mühafəzəsi[d]1385, Dəməşq, Məmlük dövləti) Şəhid Əvvəl (birinci şəhid) ləqəbi ilə tanınan Məhəmməd ibn Məkki Amili Cizzini 734-cü hicri qəməri ilində Livanın Cəbəl Amil məntəqəsində yerləşən Cizzin adlı yerdə dünyaya gəlmişdir.[1] Onun fiqh elmində ən mühüm kitabı “əl-Lümət əl-Diməşqiyyə” kitabıdır ki, onun haqqında çoxlu şərhlər yazılmışdır.[2]

Şəhid Əvvəl (birinci şəhid) adı ilə məşhur olan Əbu Əbdillah Şəmsəddin Məhəmməd ibn Məkki Amili Cizzini 734-cü ildə Livanın Cəbəl-Amil məntəqəsində yerləşən Cizzin adlı yerdə elm və təqva ailəsində dünyaya gəlmişdir. Atası zəmanəsinin böyük alimlərindən biri olmuşdur. Öz zamanında "Fəqihlər fəqihi" və "İmam əl-Əzəm" kimi məşhur olmuşdur. O, hicri 8-ci əsrdə imamiyyənin məşhur fəqihlərindəndir.

Şəhid Əvvəl hövzə dərslərinin bir hissəsini öz vətənində öyrənmiş və əlavə elm kəsb etmək üçün müxtəlif islam məntəqələrinə, o cümlədən Hillə, Bağdad, Dəməşq, Məkkə, Mədinə, Beytul-Müqəddəs, Əl-Xəlil, Misir və sair yerlərə hicrət etmiş, böyük alimlər ilə görüşüb söhbət aparmışdır. Əlbəttə, o zaman Hillə şəhəri islam elmlərini öyrənmək üçün xüsusi məqama malik olduğundan, orada daha artıq qalmışdır.

Şəhid Əvvəl böyük və görkəmli alimlərdən elm öyrənmişdir. Onun elmi və mənəvi şəxsiyyətinin formalaşmasında mühüm rol ifa edən alimlərdən bəziləri:

  • Fəxrul-Mühəqqiqin
  • Seyid Əmiduddin Əbdül-Müttəlib ibn Ərəc Hüseyni
  • İbni Məiyyə Dibaci Hilli kimi tanınan Seyid Tacuddin Məhəmməd ibni Qasim
  • Məhəmməd ibni Məhəmməd Qutbuddin Razı Buveyhi
  • Əli ibni Əhməd Tərrad Mətarabadi
  • İbni Məzidi kimi məşhur olan Əli ibni Cəmaləddin Əhməd Hilli
  • Seyid Əhməd ibni Əbi İbrahim Məhəmməd ibni Zöhrə Hələbi Hüseyni
  • Seyid Məhəmməd ibni Əhməd ibni Əbi Məali Musəvi
  • İbrahim ibni Cəmaət
  • Qazil-quzat Əbdül-Əziz ibni Cəmaət
  • Əbdüs-Səməd ibni Xəlil Bağdadi

İmamiyyənin böyük alimlərindən bir çoxu bu məşhur fəqihin elmindən bəhrələnmişlər ki, bəzilərinin adını qeyd edirik:

  • Miqdad ibni Əbdullah Seyvəri
  • Məhəmməd ibni Əbdül-Əli ibni Nəcdə Kərki
  • Əli ibni Həsən ibni Məhəmməd Xazin Hairi
  • Sitti məşayıx adı ilə məşhur olan Ümmül-Həsən Fatimə binti Şəhid

Qətl və şəhid edilməsi

[redaktə | mənbəni redaktə et]

Ömrünün axırında bir il müddətində nəzarət altında olmuş, sonra hicri qəməri 786-cı ilin cəmadi əl-ula ayının doqquzunda şəhid edilmişdir. Dəməşq hakiminin Misir padşahlarından birinə verdiyi göstərişə əsasən onun mübarək cəsədini dar ağacından endirib sonra yandırmışlar.[3] Şəhid Əvvəl Dəməşqdə əhli sünnə və onların elmi mərkəzlərinin məclislərində iştirak edirdi. Əllamə Əmini “əl-Lölö” kitabından Şəhid Əvvəl Məhəmməd bin Məkkinin şəhadətini belə nəql edir:[4] Seyfəddin Bərquq dövründə (hicri 801-ci ildə vəfat edib) Yusif bin Yəhya və Təqiyəddin Cəbəli ona böhtan ataraq, onu şərlədilər və onun əleyhinə xəbərlər yazaraq onun əqidəsini fitnə-fəsad kimi tanıtdırdılar. İclasda ona kin bəsləyən 70 nəfər də onun əleyhinə ifadə verdi. Beyrut hakiminin hüzurunda daha minə yaxın adam Şəhid Əvvəlin əleyhinə ifadə verdi. Məhəmməd bin Məkki bu səbəbdən bir il həbsdə qalmalı oldu. Şəhadətlər Şama və hakim İbad İbn Cəmaəyə göndərildi. Və o, Şam qazısı Bürhanəddin Malikiyə təhqiqat aparmağı tapşırdı. Hakim Maliki Şəhid Əvvələ hesabatı məruzə və O, bunu rədd etdi. Şəhid Əvvəl özünü müdafiə etdi. Lakin şah onun sözlərini qəbul etmədi və hökmü hakim Malikiyə verdi. Maliki qalxıb dəstəmaz alıb iki rükət namaz qıldı və sonra edam olunacağını bildirdi. O zaman Şəhid Əvvəlin 52 yaşı var idi. Beləliklə Şəhid Əvvəl Hicri 786-cı ilin 9 Cəmadiül-əvvəl ayında cümə axşamı günü Şam qalasında edam edildi. Şeyx Hürr Amili onun necə şəhadətə çatması barədə yazır: Şəhid Əvvəli qılıncla öldürdülər. Sonra dardan asdılar. Daha sonra daşqalaq etdilər. Son olaraq onun cənazəsini yandırdılar.[5]

  1. "Şəhid Əvvəlin həyat və yaradıcılığı. 06.02.2024". 2023-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-06.
  2. ""Lümə" kitabı nədir və nədən bəhs edir? Mənbə: https://islam.az. 06.02.2024". 2023-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-06.
  3. Əmin, Seyid Möhsin, “Ə’yanuş-şiə”, 1-ci cild, səh. 177, “Darut-təarif lil-mətbuat”, 1406-cı hicri qəməri ili
  4. "Şəhid Əvvəl haqqında. 06.02.2024". 2023-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-06.
  5. Şəmsəddin, “Həyat əl-İmam əş-Şəhidul-əvvəl”, hicri 1376-cı il, səh.57.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]