Əbdürrəhman ağa Dilbazov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Əbdürrəhman ağa Dilbazov
azərb. Əbdürrəhman ağa Hacıkərim ağa oğlu Dilbazov
Əbdülrəhman ağa Hacıkərim ağa oğlu Dilbazov soldan Kəsəmənli İsrafil ağa Kərbalayev və sağdan Salahlı Alinaq bəy Alinaqov.Şəkil 1890-ci ildə Batumda çəkilmişdir
Əbdülrəhman ağa Hacıkərim ağa oğlu Dilbazov soldan Kəsəmənli İsrafil ağa Kərbalayev və sağdan Salahlı Alinaq bəy Alinaqov.Şəkil 1890-ci ildə Batumda çəkilmişdir
Doğum tarixi
Doğum yeri Xanlıqlar, Qazax
Vəfat tarixi
Vəfat yeri Xanlıqlar, Qazax
Həyat yoldaşları Nigar xanım,Zeynəb xanım,Hilal xanım,Züleyxa xanım Vəkilova
Uşaqları Osman ağa Dilbazov,Ömər ağa Dilbazov,Yüztümən xanım,Savad xanım,Abihəyat xanım,Əli ağa,Əjdər ağa, Ağalar ağa,Xanlar ağa,Gülxanım,Dilbaz ağa, Afitab xanım,Güləndam xanım,Zalxa xanım
Atası Hacıkərim ağa
Milliyyəti Azərbaycanlı
dilbazi.az

Əbdürrəhman ağa Hacıkərim ağa oğlu Dilbazov (d.1859-v.1917) —

Əbdürrəhman ağa Dilbazov 1859-cu ildə anadan olmuşdur. Atadan və anadan yetim qaldıqdan sonra analığı Xanımqızın nəzarətində böyüyür. Xanımqız onu evləndirir və atasının mal-mülkündən ona çatasını ayırıb sərəncamına verir. Onunla atabir-anabir bacı olan Güləndam xanım da ərə verilir. Mirvarid xanım yazır ki, çox nəcib bir gənc olan Əbdürrəhman ağa da ömrünün sonuna qədər ona ana kimi hörmət edir və onun əmisindən olan kiçik Paşaya böyük qardaş münasibəti bəsləyir.

Əbdürrəhman ağa doğma kəndi Xanlıqlarda maldarlıq yə qoyunçuluqla yanaşı, atçılıqla da yaxından məşğul olmuşdur. Vəli ağa Dilbazinin yazılı xatirəsində də anıldığı kimi, Əbdürrəhman ağanın ilxısı açıq boz rəngli Dilbaz atlarından ibarət idi. Xatırlandığına görə, keçən yuzilin əvvəllərində ən çox sayda cins Dilbaz atları onun atçılıq təsərrüfatında olmuşdur. Bundan başqa, onun Aslanbəylidə Dərviş adlı şəxşə bu atlardan damazlıq verdiyi və həmin adamın o kənddə bu cins atların sayını artıra bildiyi söylənir. Bundan başqa Əbdürrəhman ağanın Qazax şəhərində də ev və həyətyanı sahədən ibarət mülkü vardı[1].

Görməsi zəif olduğu üçün eynək taxdığına görə adına el arasında "Kor Əbdürrəhman ağa" da deyilmişdir[2].

Əbdurrəhman ağanın ən yaxın dostları məşur Qazax bəyləri — Yuxarı Salahlıdan Alinaq bəy Alinaqov və Qıraq Kəsəmənli İsrafil ağa Kərbəlayev idi. Onların hər üçünün bir yerdə çəkilmiş fotoşəkli bizim gunlərədək qalmışdır və bu fotoda Əbdürrəhman ağa eynəkdədir.

Nəvəsi Museyib Dilbazinin söhbətlərinə əsasən, Əbdürrəhman ağa xarakteri etibarı ilə xeyirxah və səxavətli adam imiş. Bir dəfə kənddə Merə Həmid deyilən[3] çoxuşaqlı bir kişinin nə üçün bunların sünnətini etdirmədiyini soruşur. "Ay ağa, nəyim var, nə ilə etdirim?" — deyə Həmid kasıblıqdan şikayətlənib. Əbdürrəhman ağa Deyir: Bədbəxt oğlu, evdə ol, bir yana getmə Ağköynəkdən bir aşıq. Məşədi Ayvazalını da götürür, onun sünnət məclisini təşkiI edir və uşaqIara yavanlıq olsun deyə, ailəyə bir sağmaI inək bağışIayir.

Müseyib əminin danışdığı başqa bir əhvalat: Qarapapaq kəndindən Mustafa adlı bir adam tanıyırdım. Əbdürrəhman ağa onun çoxuşaqlı atasından — qapıda tumançaq dolaşan sünnətsiz uşaqlarını görüb, sünnətlərini niyə ləngitdiyini soruşur. O da: Ay ağa, başına dönüm, elətdirə bitmirəm, imkanım yoxdur>> deyib. Bir atlı göndərib Aşıq Məmmədyarı və bir dəllək cağırtdırır, balacalara kirvə duraraq bu kasıb ailənin mükülünü yoluna qoyur. Yaxud Museyib əmidən yazıya alınmış başqa bir misal:Qazaxda poçtun uzun illər rəisi olmuşdu, Musayev İsmayıl, adına (Ağbaş İsmayıl deyirdilər). Bir də gördüm bir məclisdə məni çağırır. Məni başda oturtdu. Dedi: "Aya, qardaş oğlu, Sən bilirsənmi mən kimem? Başımı buladım. Dedi: "Baban Əbdürrəhman ağa mənim kirvəm olub". Ardınca mənə belə bir söhbət elədi: "çox kasıb dolanırdıq, bizim sünnətimizi ləngitdiyinə göre atamı sənin baban Əbdürrəh man ağa bihörmət elədi, getdi bizlərə pal-paltar aldı, adam yığdı və bizim sünnəti mizi elətdirdi. Çox xeyirxah kişi idi"

Əbdürrəhman ağa Dilbazovun 1913-cü ildə gözləri tamam tutulur. Artıq 1914-cü ildən onun varidati üzərində qəyyumluq hiiququ böyük oğlu Osman ağanın üzərinə düşür.

Əbdürrəhman ağa Dilbazov 1917-ci ildə vəfat etmişdir.

…Əbdürrəhman ağa Dilbazov çoxarvadlı ağalardan olmaqla, çox böyuk bir ailənin başçısı idi. Birinci arvadı Nigar xanım olub, qonşu Haqqıxlı kəndindən idi (bu kəndin camaatının əksəriyyəti mənə etibarı ilə Salahlı elindən ayrılmadır). Bu nikahdan oğulları Ömər ağa, Osman ağa, qızları Yüztümən xanım, Savad xanım və Abihəyat xanım doğulurlar. Onun bu övladlarından Osman ağa barəsində irəlidə geniş danışılacaq. Yüztümən xanım öz nəslindən Abdulla ağa Dilbazovla ailə qurmuşdur (Övladları: Sevil xanım, Fikrət). Savad xanım öz nəslindən Ibrahim ağa Dilbazova ərə gedib: İbrahim ağa sürgündə olub. Oğlanları: Firdövsi, Kamal, Hüseyn. Əbdürrəhman ağanın ikinci arvadı çaylı kəndindən olan Zeynəb xanım rəiyyət qızı idi. Bu nikahdan Əlia ağa, Əjdər ağa, Ağalar ağa, Xanlar ağa və Gülxanım doğuI muşlar. Əli ağanın taleyi barədə irəlidə bir az geniş danışılacaq. Əjdər ağa gənc ikən vəfat edib, ondan heç kəz qalmayıb. Ağalar və Xanlar yeniyetmə yaşlarında dünyadan gediblər. Gülxanım (əvvəlki adı Təzəgül) çaylı kəndində ərdə olmuşdur. Üç oğlu var idi: Həmid (vəfat edib), Qamət (avtobazada işləyir) və Sərhəd (vəfat edib) Mərdəliyevlər. Əbdürrəhman ağanın üçüncü arvadı qonşu Urkməzlidən Hilal xanım Bəkir ağa qızından Dilbaz ağa, Afitab xanım, Güləndam xanım doğulurlar. Qaçaq Dilbazın dramatik taleyi barədə irəlidə bir az geniş danışılacaq. Afitab xanım Əbdürrəhman ağa qızı öz nəslindən Tahar ağa Dilbazovla ailə qurmuşdur, onun övladlarının anasıdır. Əbdürrəhman ağanın Hilal xanımdan doğulan ikinci qızı Güləndam xanım Tovuz mahalının Ocaqlı kəndindən Mansır ağa ilə ailə qurmuşdur. Güləndam xanımın qızı Firuzə xanım müəllimə idi, Yevlaxda yaşayırdı, vəfat etmişdir. Əbdürrəhman ağanın Hilal xanımdan doğulan ücüncü qızı Abihəyat xanım AğKöynək kəndindən Mirzahı ağa Qiyasbəyliyə ərə getmişdir. Onlar 1931-ci ildə sürgünə göndərilmişlər, Mirzalı ağa sürgündə vəfat etmiş, Abihəyat xanım isə salamat qayıda bilmişdir. Onların dörd oğIu qaldı: Paşa, Məhərrəm, İmran və Söhrab. Onun övladları Gəncədə yaşayırdılar, özlərindən sonra törəmələri qalmışdır. Əbdürrəhman ağa Dilbazov dördüncü dəfa Salahlıdan Hacımurad ağa Vekilovun qızı Züleyxa xanım Vəkilovanı (1897-ci il təvəllüd) almışdır. Züleyxa xanımdan (Zalxa xanım) bir qız övladı dünyaya geImiş, lakin qızcığaz yeniyetmə yaşlarında vəfat etmişdir. Əbdürrəhman ağa bu arvadını o birilərdən çox istədiyinə görə, günüləri onu bərk qısqanırmışlar. Züleyxa xanım şən xasiyyətli bir gəlin olmaqla bərabar, qarmonda və kamançada gözal havalar ifa etməyi də bacarırmış.

Dilbazilər [ölü keçid]

İstinadlar və qeydlər

[redaktə | mənbəni redaktə et]
  1. Keçən yüzilin əvvəllərinə aid sənədlərdə — 6-cı məhəllə, 5 nömrəli sahə
  2. Rəsmi sənədlərdə adı iki formada – "Əbdürrəhman ağa" və "Əbdürrəhim ağa" formasında yazılır. Görünür bu, nəsildə ondan böyük ikinci bir Əbdürrəhman ağa olduğundan fərqlənmə xatirinə "Əbdürrəhim ağa" şəklinə özü tərəfindən dəyişdirilmişdir
  3. Boyunun balacalığına görə kənd arasında bu adla tanınırmış