Əfqanıstan Hərbi Hava Qüvvələri

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Əfqanıstan Hərbi Hava Qüvvələri
Loqonun şəkli
Yaranma tarixi 1924 - hal-hazırkı dövr
Ölkə  Əfqanıstan
Tabedir Əfqanıstan Silahlı Qüvvələri
Daxildir Əfqanıstan Silahlı Qüvvələri
Vəzifəsi Əfqanıstanın ərazi bütövlüyünü havadan təmin etmək
Sayı 50.000
156 təyyarə
136 Helikopter [1]
Qərargah Kabil
Müharibələr SSRİ-Əfqanıstan müharibəsi, Əfqanıstan müharibəsi
Döyüşlər
Komandanlıq
Komandir General-mayor Muhammed Devran
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əfqanıstan Hərbi Hava Qüvvələri, Əfqanıstanı havadan mümkün ola biləcək hər bir hücumdan qorumalı olan hərbi birlikdir. Əfqanıstan Silahlı Qüvvələrinin nəzarəti altında olan ikinci ən böyük qüvvə hesab olunur.

Təşkilatlanma

[redaktə | mənbəni redaktə et]

Əfqanıstan Hərbi Hava Qüvvələri hal-hazırda ABŞ tərəfindən yenidən modernizasiya edilərək yaradılır.

Əfqanıstan Hərbi Hava Qüvvələrinə məxsus olan helikopterlər
Əfqanıstan Hərbi Hava Qüvvələri paradda

Əfqanıstan Hərbi Hava Qüvvələrinin tarixi 22 avqust 1924-cü ildə Əfqanıstan Hərbi Hava Qüvvələri adı ilə başlayır. 1921-ci ildə Rusiyadan alınmış olan 5 ədəd təyyarə ilə Əfqanıstan Hərbi Hava Qüvvələrinin tarixi başlanmışdır. Bu kiçik qüvvə 1929-cu ildə məhv edildi. 1937-ci ilə qədər Əfqanıstan Hərbi Hava Qüvvələrini yenidən yaratmaq mümkün olmamışdır. Siyasi dəyişikliklər səbəbi ilə 1937-ci ildə yenidən yaradılmış Əfqanıstan Hərbi Hava Qüvvələri bu dəfə Əfqanıstan Kral Hərbi Hava Qüvvələri adı ilə 1947-ci ilə qədər adlandırılmışdır. 1973-cü ilə qədər bu ad altında fəaliyyət göstərmişdir.

Hərbi Hava Qüvvələri SSRİ-Əfqanıstan müharibəsinə qədər ordunun digər qüvvələrinə nisbətən kiçik bir qol olaraq tutulmuş və Sovet rejiminə dəstək vermişdir.

Əfqanıstan Hərbi Hava Qüvvələrinin gücü 1980-1992-ci illər arasında olmuşdur. Əfqanıstana qonşu olan dövlətlər Əfqanıstan Hərbi Hava Qüvvələrinin gücündən narahat olurdular. Hərbi Hava Qüvvələrinin tərkibində 7.000 nəfərlik şəxsi heyət, 5.000 nəfərə kimi isə xarici məsləhətçilər var idi. Əfqanıstan Hərbi Hava Qüvvələri 1992-ci ildən əvvəl 200 helikopter, 100 döyüş təyyarəsi və 200 nəqliyyat helikopteri olmaqla ümumi olaraq 500 texnikaya malik idi. 1980-ci illərin sonlarında isə SSRİ-dən kimyəvi və bioloji silahlarda alınmışdı. Güc sürətlə dəyişərkən SSRİ yardımları davam etmiş, ancaq bu yardımlar 1980-ci illərin sonlarından etibarən azalmağa başlamışdır.

Bu dövrdə Əfqanıstan Hərbi Hava Qüvvələrinin arsenalı təxmini olaraq aşağıdakı kimi olmuşdur:

  • 3 önləmə filosu (təxmini MiQ-21)
  • 4 qırıcı-bombardmançı filo (təxmini MiQ-17)
  • 3 bombardmançı filo (təxmini 20 Il-28)
  • Nəqliyyat (təxminən 15 An-26)
  • Helikopter (təxminən 30 Mi-24, Mi-8 və Mi-4)

Hal-hazırkı arsenal

[redaktə | mənbəni redaktə et]

ABŞ tərəfindən 58 ədəd Mi-17 helikopteri alınıb 2015-ci ildə Əfqanıstan Hərbi Hava Qüvvələrinə verilmişdir. ABŞ tərəfindən 20 ədəd Aeritalia G.222 alındı və 2009-cu ilin noyabr ayında təhvil verilmişdir. MD-500 sifarişi üzrə isə 48 ədəd verilməsi planlaşdırılır.

  1. "Arxivlənmiş surət". 2017-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-21.