Əfqanıstan coğrafiyası
Əfqanıstan coğrafiyası | |
---|---|
Qitə | Asiya |
Region |
Cənubi Asiya Mərkəzi Asiya |
Koordinatlar | 33°00′ şm. e. 65°00′ ş. u.HGYO |
Sahə |
|
Sahil xəttinin uzunluğu | 0 km |
Sərhədlər |
Pakistan: 2670 km Tacikistan: 1357 km İran: 951 km Türkmənistan: 804 km Özbəkistan: 144 km Çin: 91 km |
Ən yüksək nöqtə | Noşaq (7492 m) |
Ən alçaq nöqtə | Amudərya (258 m) |
Ən böyük çay | Həlmənd çayı |
Vikianbarda əlaqəli mediafayllar |
Əfqanıstan Cənubi Asiyada, 60°30' və 75°E uzunluqları və 20°21' və 38°30'Ş. arasında, əsasən İran Yaylasının şimal-şərq hissəsində yerləşən dövlətdir.
Coğrafi mövqeyi və təbiəti
[redaktə | mənbəni redaktə et]Cənubi-Qərbi Asiyanın Orta Şərq adlanan bölgəsində yelləşmiş Əfqanıstan şimaldan Türkmənistan, Özbəkistan və Tacikistan, şimali-qərbdən Çin və Hindistan, şərqdən və cənubdan Pakistan, qərbdən və cənub-qərbdən İranla həmsərhəddir. Əfqanıstan dənizlərdən çox uzaq yerləşmiş Asiya ölkələrindəndir. Ona ən yaxın su hövzəsi olan İran körfəzi ölkənin cənub-qərb sərhədlərindən 500 km aralıdır. Sahəsi 652 min kv. km-dir. Bu göstəriciyə görə dünyanın 40-cı dövlətidir. Ölkənin Pakistan ilə sərhədi mübahisəli bir yerdir. Bu sərhəd Əfqanıstan tərəfindən rəsmi şəkildə tanınmayıb. Siyasi ədəbiyyatda bu sərhədi Dürand xətti də adlandırırlar. B. Britaniyanın xarici işlər nazirliyinin katibi olmuş Dürand 1893-cü ildə Əfqanıstanla Pakistan sərhədini (daha doğrusu, o vaxt İngiltərə müstəmləkəsi olmuş Hindistan) zorla Əfqanıstan hökumətinə qəbul etdirmişdir.
Səth quruluşu və faydalı qazıntıları
[redaktə | mənbəni redaktə et]Relyefinə görə Əfqanıstan dağlıq ölkədir. Ərazisinin təqribən 80 faizini da ğlar və yaylalar təşkil edir. Düzənliklər ölkənin kənarlarındadır. Ölkənin şimalşərqində Hindiquş da ğlıq qurşağı yerləşmişdir. Əncümən aşırımı ilə şərq və qərb hissələrə ayrılmış Hindiquşda ən hündür zirvələr onun şərq bölgələrindədir. Ölkənin ən hündür nöqtəsi Novşah zirvəsidir (7455 m.). Hindiquş da ğ sistemi mürəkkəb oroqrafik vahid olan orta hündürlüklü silsilələrlə əhatələnmişdir. Şimalda bu da ğlar Baktriiya düzənliyinə keçir. Ölkənin mərkəzi hissəsi mürəkkəb səth quruluşu olan Həzəracat yaylasından ibarətdir. Cənubi Əfqanıstan axarsız düzənliklərdən ibarətdir. Burada "dəşt" adlanan səthi daşla örtülü səhralarla yanaşı, "kəvir" adlanan səthi gillə örtülü səhralara da rast gəlmək olar. Dəşte-Namib, DəşteMərq və digər səhralar Şimali Afrika və Ərəbistan yarımadasındakı susuz əraziləri xatırladır. Ölkənin ən böyük kəvirləri isə Həməksar və Qaudi Zirradır. Pakistan sərhədi boyu Gərmsər və Reqistan adlanan qumlu səhralar yerləşmişdir. Ölkənin geoloji quruluşunun mürəkkəbliyi faydalı qazıntıların da müxtəlifliyinə səbəb olmuşdur. Ərazidə təbii qaz, neft, mis, qur ğ uşun, dəmir filizi, sink, qızıl, kömür, duz və s. yataqlarının olması məlumdur. Bu yataqların əksəriyyəti hündür da ğlıq rayonlarda yerləşdiyindən onlardan səmərəli istifadə müəyyən çətinliklərlə ba ğlıdır. Əfqanıstan hələ qədimdən qiymətli daşlar sayılan lazurit və zümrüdlə zəngin olub. Bu yataqlar əsasən Bədəxşan vilayətindədir.
Fiziki quruluş
[redaktə | mənbəni redaktə et]Sahə 657.500 kvadrat kilometr olan Əfqanıstanın coğrafi quruluşu, iqlim və bitki örtüyü baxımından geniş ölçüdə fərqlilik göstərir.
Dik, qarlı dağları, dərin vadiləri və bitki örtüyü çox zəif plato və küləkli çölləri ile kobud və dalğalı bir ərazi xarakterinə malikdir. Orta hündürlüyü 1220 metri keçir. Şərq-qərb arası uzunluğu 1240, şimal-cənub arası 653 kilometrdir.
Dağları
[redaktə | mənbəni redaktə et]Dağ silsilənin, şimal-şərqdəki Vakhan koridorundan cənub-qərbə doğru ölkəni ikiyə ayırır. Ən əhəmiyyətli dağ silsiləsi Himalay dağlarının davamı olan Hindquş dağlarıdır. Bu dağlar şimal və cənub Əfqanıstan arasında sanki bir set təşkil edir. 2987 m yüksəkliyindəki Şibar ən əhəmiyyətli keçiddir. Hindquş Dağları qərbə doğru alçalaraq İran sərhədinə qədər uzanır. Paropamisus dağ silsilesiyle birləşir. Ölkənin tam ortasında Kuhi Baba dağı vardır.
Digər əhəmiyyətli dağları şərqdə yerləşir. Bunlardan Sefid Kuh, Akdağ, Qabilin cənubunda Logar vadisində, qərbə doğru uzanır. Bu dağları strateji əhəmiyyəti çox böyük olan Xeybər Keçidi, Qabilin cənubunda ikiyə bölər. Daha cənubda Pakistandakı Süleyman Dağlarının şimalda da davamı var.
Kavaja Amram Dağı, Qəndəhar bölgəsi və Pakistan sərhədi arasında cənub-qərbə uzanır. Hindquş dağlarının şimalı, Amudərya çayının qolları tərəfindən suvarılan steplerle örtülüdür.
Gölləri
[redaktə | mənbəni redaktə et]Əfqanıstan göl baxımından olduqca kasıb bir ölkədir.
İqlim
[redaktə | mənbəni redaktə et]Mürəkkəb səth quruluşuna malik olan Əfqanıstanın iqlimi də mürəkkəbdir. Ölkənin iqlimi kəskin sutkalıq və illik temperatur tərəddüdü ilə səciyyələnən quru subtropikdir. Qışda ölkəyə şimaldan Arktikadan soyuq, yayda isə İrandan və Pakistandan quru və isti hava kütlələri daxil olur. Ya ğıntıları azdır. Qış və yaz aylarında düşən ya ğıntıların miqdarı əksər rayonlarda 100–300 mm-dən artıq olmur. Dəşte-Mərq səhrasına isə il ərzində 40–50 mm yaıntı düşür. Ölkəyə ən çox (800 mm) ya ğıntı onun cənub-şərqinə düşür. Ya ğıntılar az düşdüyündən Əfqanıstanın kənd təsərrüfatı süni suvarmadan çox asılıdır. Dənizə çıxışı olmayan Əfqanıstan qapalı hövzədə yerləşir. Çayların əksəriyyəti ölkənin daxili rayonlarından başlayır və ölkə daxilində qurtarır. Daxili hövzəyə aid edilməyən ən böyük çayları Kokça və Kunduzdur. Amudəryaya tökülən bu çaylar sularını Aral dənizinə axıdılır. Su sərvətləri ilə Əfqanıstanın şərq və cənub-şərqi nisbətən yaxşı təmin olunmuşdur. Buradan axan Kabil çayı Əfqanıstanın məhsuldar Kabil, Cəlalabad vahələrinin suvarılmasında mühüm əhəmiyyət kəsb edir. Sərhəd çayı olan Amudərya ölkənin ən sulu çayıdır. O, üuxarı axınında Pənc adlanır. Ölkənin daxili 273 rayonlarından Əfqanıstan miqyasında bol sulu sayılan Hilmənd çayı axır. Bu çayın suvarma əhəmiyyəti çox böyükdür.
Təbii Resursları
[redaktə | mənbəni redaktə et]Mədənlər
[redaktə | mənbəni redaktə et]Müxtəlif və zəngin mədən yataqları vardır. Mədənlər dövlət əliylə idarə olunur. Mədən yataqları üç ayrı bölgədə yerləşir: Hindquş dağlarının şimalı, Qabil ətrafı, Kandahar'ın şimalı. Əhəmiyyətli mədənləri bunlardır: Kömür, dəmir, mis, qurğuşun, sink, natrium, maqnezium sulfat, maqnezium klorat, xrom, berilyum, sulfid, slyuda, talk, asbest və mərmər. Aparılan qazıntılar, Əfqanıstanda çox zəngin təbii qaz yataqları olduğunu göstərmişdir.
Bitki örtüyü və heyvanlar
[redaktə | mənbəni redaktə et]Əfqanıstanda su qıtlığı ilə yanaşı məhsuldar tolrpaq qıtlığı da mövcuddur. Da ğların əksər yamacları torpaq örtüyündən tamamilə məhrumdur. Boz torpaqlar daha geniş yayılmışdır. Əfqanıstanda 3500 növ bitki yayılmışdır, bunun xeyli hissəsi endemik bitkilərdir.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Soltanova H. B., Məmmədov C. A.. "Yaxın və Orta Şərq ölkələrinin iqtisadi və sosial coğrafiyası" Bakı: "Bakı Universiteti" nəşriyyatı, 2008, 304 səh.