Ənizə
Naviqasiyaya keç
Axtarışa keç
Ənizə ədnani | |
---|---|
Etnik mənsubiyyət | ərəb |
Nisbə | Anezī |
Yer | Səudiyyə Ərəbistanı, Küveyt, Bəhreyn, Qətər, İraq, Suriya, İordaniya, Livan, Misir və Birləşmiş Ərəb Əmirlikləri |
Əcdadı | Ənizə ibn Əsəd ibn Rəbiə ibn Nizar ibn Məad ibn Ədnan[1] |
Dili | ərəbcə |
Dini | sünni islam |
Ənizə[2] (ərəb. عنزة, ʻanizah, [ʕni.zah])[3] — Ərəbistan yarımadasında, Yuxarı Mesopotamiyada və Levantda ərəb qəbiləsi.
Yeri
[redaktə | mənbəni redaktə et]Ənizə qəbiləsinin nümayəndələri Nəcd, Hicaz və Levant (Hüms, Həma, Hələb) ərazisində yaşayırlar. Coğrafi cəhətdən onları aşağıdakı qruplara bölmək olar: İraq ənizələri, Fərat və Cəzirə ənizələri, Həma ənizələri, Hüms ənizələri, Dəməşq ənizələri və Hicaz ənizələri. "Sübh əl-Əşa"da Qəlqəşəndiyə görə, ənizələr əvvəlcə Mədinə yaxınlığındakı Xeybərdə yaşayırdılar. İbn Xəlduna görə, ənizə qəbiləsi əvvəlcə Əyn-Təmrada (indiki Kərbəla və ətrafı) yaşamış, sonra isə Xeybərə köçmüşdür.[4]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Ibn Hazm, Arab genealogy crowd, p.294
- ↑ Əliqulu Qəmküsar. Seçilmiş əsərləri (PDF) (az.). "Şərq-Qərb". 2006. ISBN 978-9952-34-046-4. 2017-06-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-06-19.
- ↑ J. E. Peterson Historical Dictionary of Saudi Arabia, P. 68. ISBN 9781538119808.
- ↑ Умар Рида Каххала. Словарь древних и современных арабских племен. 2 (8). Бейрут: Ар-Рисала. 1997 [معجم قبائل العربية القديمة و الحديثة]. 846–847.