Ər-Rahmən

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Ər-rahim (ər. الرحمن) — Allahın adlarından biri.

Rəhman dünyada yaxşı da olsa, pis də olsa, aralarında fərq qoymadan nemətini bütün bəndələrinə verən, hamısına qarşı sonsuz mərhəmətini göstərən anlamına gəlir. Bu ad Allahın sonsuz mərhəmətini ifadə edir. Rəhman adı daha çox bu dünya ilə bağlıdır.

Rəhman — mömin ya, kafir olsun bütün insanlara Allahın mərhəmət göstərməsi deməkdir.

Rəhman ismi "Qurani Kərim"də 57 dəfə təkrarlanmışdır. "Qurani Kərim"də "Ər-Rəhman" surəsi də vardır.

"İstər Allah, istərsə də Rəhman deyib çağırın. Hansını desəniz (fərqi yoxdur), çünki ən gözəl adlar yalnız Ona məxsusdur.[1]

Ət-Tövbə surəsi istisna, bütün surələr Allahın bu adları ilə başlayır: "Bismilləhir-rəhmanir-rəhim".

Rəhman Allahın həm ismi, həm də sifətidir. Buna görə də Rəhman adı Allahdan başqasına verilə bilməz. Bu ad insanlara verilərkən, mütləq qarşısına "əbdül" sözü əlavə edilməlidir. Bu — Əbdürrəhman "Rəhmanın qulu" mənasını verir və dini prinsiplərə zidd deyildir.

  • Güney Həsənova, "Cəmiyyət və Din" qəzeti, 2010-cu il.