Abbas Quliyev

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Abbas Quliyev
Şəxsi məlumatlar
Doğum tarixi 15 sentyabr 1916(1916-09-15)
Doğum yeri
Vəfat tarixi 30 dekabr 1998(1998-12-30) (82 yaşında)
Vəfat yeri
Fəaliyyəti siyasətçi, aktyor
Hərbi xidmət
Mənsubiyyəti Sovet Sosialist Respublikaları İttifaqı
Qoşun növü artilleriya[d]
Döyüşlər
Rütbəsi kapitan

Təltifləri Sovet İttifaqı Qəhrəmanı
"Lenin" ordeni 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni Aleksandr Nevski ordeni "Qırmızı əmək bayrağı" ordeni

Quliyev Abbas Şahbaz oğlu (15 sentyabr 1916, Şəkərabad, Naxçıvan rayonu30 dekabr 1998, Naxçıvan) — Sovet İttifaqı Qəhrəmanı.

1916-cı ildə Naxçıvan qəzasının (indiki Babək) Şəkərabad kəndində anadan olmuşdur. 1930-cu ildə ibtidai məktəbi, sonra Bakı şəhərindəki fabrik-zavod şagirdliyi məktəbini, 1936-cı ildə isə Pedaqofi məktəbi bitirib Naxçıvan Dövlət Dram Teatrında aktyorluq etmişdir. 1942-ci ildə Topçular Məktəbini bitirdikdən sonra cəbhəyə getmiş, Bryansk, "Mərkəz", 1 Belorusiya cəbhələri, Oryol, Belqorod, Poltava, Xarkov, Donbas şəhərləri, Dnepr, Visla, Oder çayları uğrunda döyüşlərdə, Varşavanın azad edilməsində fərqlənərək qvardiya kapitanı rütbəsinə qədər yüksəlmiş, 1945-ci ilin mart ayında Almaniyanın Noyştetin şəhəri yaxınlığında gedən döyüşlərdə ağır yaralanmış, müalicədən sonra 1945-ci il avqustun axırlarında 1I dərəcəli Vətən Müharibəsi əlili kimi tərxis olunmuşdur. Ona SSRİ MİK-nın 1934-cü il 16 aprel tarixli qərarı ilə təsis edilmiş 1945-ci il 21 fevral tarixli SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Polşada Visla çayı uğrunda mübarizədə çətin və məsul əməliyyatın yerinə yetirilməsində şəxsi qəhrəmanlıq və cəsurluq göstərdiyinə, Vislanın qərb "sahilində geniş mövqe tutmaqda piyadalara bacarıqla və qətiyyətlə kömək göstərdiyinə görə Topçu batareyasının komandiri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, Lenin, 1-ci dərəcəli Vətən Müharibəsi "Aleksandr Nevski", Qırmızı Bayraq ordenləri və "Qızıl Ulduz" medalı ilə təltif edilmişdir. 1945-ci ildən Naxçıvan Dövlət Dram Teatrının direktoru, 1946–1953-cü illərdə Naxçıvan MSSR Maarif nazirinin müavini, Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin katibi, 1953-cü ildən isə Naxçıvan şəhər ZDS İK-nın sədri, 1956–1971-ci illərdə Naxçıvan rayon ZDS-nın sədr müavini, sonra isə Naxçıvan rayon İcraiyyə Komitəsində şöbə müdiri vəzifələrində çalışmışdır. İttifaq əhəmiyyətli təqaüdçü olmuşdur.

IV, IX, X çağırış Naxçıvan MSSR Ali Sovetinin deputatı seçilmişdir.

1945-ci il fevralın 25-də Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. O vaxtlar "İzvestiya" qəzeti bu münasibətlə yazmışdı: "Naxçıvan teatrı A. Quliyevin şəxsində müvəqqəti də olsa səhnə xadimini itirsə də, Sovet Ordusu onun simasında bacarıqlı və fədakar zabit əldə etmişdi".[1]

  1. Советская Нахичевань. Баку. 1984. с. 77.