7°09′ şm. e. 3°21′ ş. u.HGYO

Abeokuta

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Abeokuta
Abeokuta
7°09′ şm. e. 3°21′ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1825
Sahəsi
  • 879 km²
Mərkəzin hündürlüyü 66 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 888.924 nəf. (2012)
Rəsmi dili
Xəritəni göstər/gizlə
Abeokuta xəritədə
Abeokuta
Abeokuta
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

AbeokutaNigeriyanın cənub-qərbində şəhər.[2] Oqun ştatının inzibati mərkəzidir. Oqun çayı sahilindədir. Əhalisi 542,9 min (2003) nəfər. İri nəqliyyat qovşağıdır. 1830-cu illərdə yoruba etnik qrupundan olan eqbalar tərəfindən şəhər-dövlət kimi əsası qoyulmuşdur. 1840-cı illərdə burada avropalı xristianların missioner təşkilatlarıticarət faktoriyası açılmışdı. Syerra-Leonedən köçüb gəlmiş azad olunmuş xristian qulların nəsilləri XIX əsrin II yarısında Abeokutada mədəni və siyasi nüfuza malik idilər. 1914-cü ildə Abeokuta Britaniya koloniyası və protektoratı Nigeriyanın tərkib hissəsi elan edildi. Kənd təsərrüfatı universiteti (1988-ci ildən), politexnik institutu (1979-cu ildən), yeyinti sənayesi müəssisələri, sement-beton zavodları, parça və boyaq maddələrinin ənənəvi kustar istehsalı var. Kənd təsərrüfatı məhsulları (pambıq, kakao, banan və s.) ticarəti mərkəzidir.

  1. https://www.propertypro.ng/blog/history-of-abeokuta-population-fun-things-to-do/.
  2. Абеокута // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 20.