Aleksandr Baryatinski (canişin)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Aleksandr Baryatinski
rus. Александр Иванович Барятинский
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri İvanovsk, Rusiya
Vəfat tarixi (63 yaşında)
Vəfat yeri Sankt-Peterburq, Rusiya
Vətəndaşlığı
Milliyyəti rus
Təhsili
  • Nikolayev Süvari Məktəbi[d]
Hərbi fəaliyyəti
Qoşun növü Rusiya İmperator Ordusu
Rütbəsi General-feldmarşal (Rusiya)
Komandanlıq edib
Döyüşlər
Təltifləri Müqqədəs Stanislav Ordeni (II dərəcə)
Müqqədəs Anna Nişanı (IV dərəcə)
Müqqədəs Georq Nişanı (IV dərəcə)
Müqqədəs Viladimr Nişanı (IV dərəcə)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aleksandr İvanoviç Baryatinski (rus. Александр Иванович Барятинский; 14 may 1815, Kursk quberniyası[d]9 mart 1879, Sankt-Peterburq) — Rusiya hərbçisi, Qafqaz canişini.

Aleksandr İvanoviç Baryatinski 1815-ci ildə doğulmuşdu.

Aleksandr Baryatinski 1879-cu ildə vəfat edib.

A. İ. Baryatinski və Şeyx Şamil

[redaktə | mənbəni redaktə et]

1859-cu il 6 iyununda Qunibdə General Baryatinskinin idarəsindəki 70.000 nəfərlik rus ordusuna yanında bir neçə yüz adam qalana qədər müqavimət göstərdikdən sonra təslim oldu.

A. İ. Baryatinski və çərkəzlər

[redaktə | mənbəni redaktə et]

1857-ci ildə Qafqaz ordusunun o zamankı baş qərargah rəisi general-adyutant D.A.Milyutin dağlıların Şimal-Qərbi Qafqazdan köçürülməsi və boşalmış ərazilərə kazakların, ermənilərin və Rusiya İmperiyasının mərkəzi hissəsində yaşayanların yerləşdirilməsi təşəbbüsü ilə çıxış etdi. 1861-ci ildə isə artıq knyaz A.İ.Baryatinski həmin vaxt üçün Rusiya İmperiyasının hərbi naziri olan D.A.Milyutinə təklif etdi ki, “Qafqaz yaylasını həmişə düşmən olan əhalidən xilas etsin və bununla da gözəl və əlverişli torpaqları bizim kazak əhalimiz üçün açsın”.

Mülki məsələləri

[redaktə | mənbəni redaktə et]

Aleksandr İvanoviç Baryatiskinin canişinliyi dövründə (1856-1862-ci illər) ölkənin inzibati idarələrində bəzi dəyişikliklər aparılmasında cəhd edildi.

Qafqaz canişini – General-Feldmarşal Knyaz Baryatinski tərəfindən 31 mart 1861-ci ildə təsdiq edilmiş “Qafqaz və Zaqafqaziyada Karantin - gömrük hissəsinin yenidən təşkili və idarə edilməsi barədə Əsasnamə”yə görə, Bakı Karantin - Gömrük idarəsi Bakı Karantin-Gömrük kontoruna çevrilmiş və yeni yaradılmış Bakı Karantin-Gömrük dairəsinə tabe edilmişdir. Dairənin idarə edilməsi üçün 3 (Dairənin rəisi, tapşırıq üçün məmur və katib) ştat ayrılmışdır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]